Təravih namazı
(zuha namazı)
Həqiqətətdirmi?
Bu barədə mövzu yazmaq fikrim yox idi. Amma son günlər tez-tez sual olunduğu üçün, yazmaq məcburiyyətində qaldım.
Təravih namazı, sünnillərin çox önəm verdikləri məsələlərdən biridir. Onlar, ramazan ayında müstəhəbb namazlarını camaatla birgə qılırlar.
Təravih sözü, lügətdə (leksikalogiyada) “oturmaq” mənasındadır. Amma terminalogiyada isə, ramazan ayının gecələrində qılınan dörd rəkətli müstəhəbb namazlardan sonra istirahət məqsədi ilə oturmağa deyirlər.
Lisanul ərəb. Cild 4, səhifə 462.
Ənnihayə. Cild 1, səhifə 274.
Qamusul muhit. Cild 1, səhifə 232.
Sünni mənbəələrində:
1) Buxari, Əbdurrəhman ibn Əbd Qaridən belə qeyd edir: Ömər bu mənzərədən narahat olur. Əmr verir ki, ramazan ayının müstəhəbb namazlarını camaatla birgə qılınsın. İmam camaat ünvanında Ubəyy ibn Kəəbi təyin edir və deyir: “Bu yaxşı bidətdir”. Mənbə: Səhihi Buxari. Cild 2, səhifə 252. (Bidət, dində olmayanı dinə daxil etmək deməkdir)
2) Qəstəlani, Buxarinin “səhihi buxari” kitabına yazdığı şərhdə qeyd edir: “Peyğəmbərin (s) və Əbubəkrin döründə bu namaz olmadığı üçün, Ömər bu namaza “yaxşı bidətdir” dedi. Mənbə: İrşadus-sari. Cild 5, səhifə 4. Fəthul-bari, Umdətul-qari.
3) Əbul Vəlid Muhəmməd ibn Şuhbə, Suyuti (Əbi Bilal Əsgəridən), Muhəmməd ibn Səəd deyirlər: “Ömər ilk şəxsdir ki, müstəhəbb namazı camaatla qılınmasına dair əmr verdi”. Rovzətul-mənazir, tarixul-xuləfa, təbəqat cild 3.
4) Ömərin oğlu təravih namazını camaatla qılmazdı. Hətta ondan bu haqda sual etdikdə dedi: “Təravih namazını evdə qıl”. Əlmusannaf. Cild 5, səhifə 264. Hədis 7742, 7743.
5) Ləbibus Səid deyir: “Malik, Əbu Yusuf və bəzi şafeilər (sünni məzhəblərindən biri) təravih namazını evdə tək qılmağı daha üstün bilirdilər”. Əttəğni bil quran. Səhifə 117.
6) Rabi deyir: “Şafei təravih namazını camaatla qılmazdı. Evində qılardı”. Tarixu mədinəti dəməşq. Cild 54, səhifə 384.
7) Peyğəmbər (s) ramazan ayında qıldığı 20 rükət namazı və vitr namazını (gecə namazı) camaatla qılmazdı. Əlfiqhul islami vəl ədillə. Cild 2, səhifə 44. (Bunu, Zuheyli ibn Abbasdan rəvayət edir)
8) Peyğəmbərin (s) xanımı Aişə, peyğəmbərin (s) ramazan ayının gecələrində qıldığı müstəhəbb namazları qeyd edərkən, heç birində o namazları camaaatla qılındığını qeyd etməyib. Səhihi buxari. Cild 2, səhifə 252.
9) Peyğəmbər (s) dünyasını dəyişənə qədər müstəhəbb namazların camaatla qılınmasına icazə vermədi. İrşadus-sari. Cild 4, səhifə 655. (Bunu, Qəstəlani ibn Şəhab Zohridən rəvayət edir)
Peyğəmbərin (s) qadağası
Müstəhəbb namazı camaatla birgə qılmağı, peyğəmbər (s) qadağan etmişdir.
1) Abdullah ibn Məsud peyğəmbərdən (s) soruşdu: Müstəhəbb namazı evdə qılmaq daha yaxşıdır ya məsciddə? Peyğəmbər (s) buyurdu: “Məgər görmürsən mənim evim məscidə nə qədər yaxındır? Mən müstəhəbb namazları evdə qılmağı sevirəm”. Əttərğib vəttərhib. Cild 1, səhifə 379, hədis 4.
2) Peyğəmbər (s) buyurmuşdur: “Vacib namazı məsciddə, müstəhəbb namazları isə evdə qılın”.
Kənzul-ummal. Cild 8, səhifə 384. Nurinin səhihi Müslümə etdiyi şərh. Cild 6, səhifə 39. Fəthul-bari. Cild 4, səhifə 252. Əttacul camiu lil usul. Cild 2, səhifə 67.
3) Ömər ibn Xattab deyir: Peyğəmbər (s) buyurmuşdur: “Vacib namazı məsciddə, müstəhəbb namazları evdə qılın” Kənzul-ummal. Cild 8. Səhifə 384. Hədis 23363.
4) Əhməd ibn Hənbəl (Hənbəli məzhəbinin banisi) deyir: Peyğəmbər (s) bənil-əşhəl məscidində şam namazını qıldıqdan sonra, camaat müstəhəbb namazı qılmağa başladılar. Peyğəmbər (s) buyurdu: “Müstəhəbb namazları evdə qılın”. Musnədi Əhməd. Cild 5, Səhifə 427.
Təravih namazını evdə qılmaq barədə fətva!
Bəzi sünni alimləri fətva vermişdilər ki, təravih namazını evdə fərdi halda qılmaq daha üstündür. Malik ibn Ənəsdən, Əbu Yusufdan və bəzi şafeilər demişlər:
1) Ramazan ayının müstəhəbb namazlarını evdə fərdi halda qılmaq, daha üstündür.
Nurinin səhihi Müslümə etdiyi şərh.Cild 6. Səhifə 39-40.
Fəthul-bari. Cild 4. Səhifə 252.
2) İbn Qudamə deyir: Müstəhəbb namazlar evdə yaxşıdır.
Əlmuğni. Cild 1, səhifə 775.
3) Şafei deyir: Mənim fərdi qıldığım namaz, ramazan ayının namazlarını camaatla qılmaqdan üstündür.
Əlməcmu. Cild 5. Səhifə 4.
Təravih namazı şiə alimlərinin nəzərində.
Amma şiələrin nəzərinə əsasən, ramazan ayının müstəhəbb namazlarını camaatla birgə qılmaq olmaz. Çünki bu barədə sübut yoxdur. Peyğəmbər (s) və 1-ci xəlifə Əbubəkrin dövründə belə bir namaz olmayıb. Bu namazı ikinci xəlifə Ömər ibn Xattab təyin etmişdir. O, xəlifəliyi dövründə ramazan ayında məscidə daxil olarkən, məsciddəki müsəlmanların müstəhəbb namazlarını fərdi şəkildə qılıqlarının şahidi olur. O bu mənzərədən narahat olur. Əmr verir ki, ramazan ayının müstəhəbb namazlarını camaatla birgə qılınsın. Mədinə şəhərində biri qadınlara və biridə kişilərə imam cammaat olmaları üçün, iki şəxs təyin edir. Şiə alimləri etibarlı mənbəələrə əsasən bu namazı camaatla birgə qılmağı bidət və haram bilirlər.
Nəss müqabilində ictihad. Səhifə 254-255.
Əşşafi fil imamət. Cild 4, səhifə 219.
Bəharul ənvar. Cild 31, səhifə 11 və s... .
Həzrəti Muhəmməd (s), İmam Əli (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Rza (ə) təravih namazını camaatla qılınmasını düzgün hesab etməmişlər.
Vəsailuş-şiə. Cild 8, səhifə 47.
Təravih namazı barədə iddialar və cavablarımız.
İddia-1
Peyğəmbərin (s) xanımı Aişə deyir ki, peyğəmbər (s) gecə yarısı namaz qılmaq üçün məscidə gedirdi. Camaatın bəzisi ona iqtida edirək, camaat namazı qılırdılar.
Səhihi Buxari. Cild 3, səhifə 343.
Cavab:
1) Qeyd olunan rəvayətdə "ramazan" sözü yoxdur.
2) Təsəvvür etsək ki, bu əməl həqiqətən ramazan ayında baş verib, bəs peyğəmbər (s) tərəfindən bu əməlin qadağan olunmasını necə anlamaq olar?
3) Rəvayət Yəhya ibn Bəkir tərəfindən qeyd edilib. Bu şəxs mənbəələrə əsasən etibarlı sayılmır. Təzibul kəmal. Cild 20, səhifə 40.
Siru elamun nəblə. Cild 10, səhifə 612.
4) Bu rəvayət Ömərin “bu yaxşı bidətdir” sözü ilə uyğun gəlmir. Yəni həqiqətən bunu peyğəmbər (s) edibsə, Ömər sünnət (peyğəmbərin davranışı) deməli idi. Nəinki bidət (dinə yenilik gətirmək). Bidət deməsi, bu əməlin peyğəmbər (s) zamanında olmamasını sübut edir.
İddia-2
Əbu Hureyrə, ibn Vəhəbdən rəvayət qeyd edərək bildirir ki, camaat məsciddə Ubəyy ibn Kəəblə birgə namaz qılırdı. Bunu görən peyğəmbər (s) bu əməlin düzgün olmasını bildirir. Fəthul bari. Cild 4, səhifə 252.
Cavab:
1)Bu rəvayətdə hansı namazın camaatla qılınması göstərilməyib.
2) İbn Həcər deyir ki, bu rəvayəti Müslüm ibn Xalid söyləyib. O, etibarsız insandır.
3) Bu namazı Ömər təyin edibsə, Ubəyy ibn Kəəb necə qıla bilər?
İddia-3
Peyğəmbərdən (s) hədis gətirərək bildirirlər ki, “mənim sünnətimə və məndən sonra gələn xəlifələrimin sünnətinə tabe olun”.
Cavab:
1)Bu hədis etibarsızdır.
2)Təsəvvür etsək ki, bu cümləni həqiqətən peyğəmbər (s) deyib, bəs niyə 12 imam xəlifə sayılmasın? Bir halda ki, camaatın rəyi ilə deyil, Allah tərəfindən seçiliblər. İmamlarımızda xəlifə sayılır deyə, təravih namazının düzgün olmamasınını demələrini niyə qəbul etmirlər?
İddia-4
Hər bidət haram deyil. Bu yaxşı bidətdir.
Cavab:
1) İbadət məsələləri yalnız Allah tərəfindən və peyğəmbərin (s) vasitəsi ilə təyin olunur. Hər bir xəlifə istədiyini dinə əlavə etsə, dindən əsər-əlamət qalmaz. Xüsusən şəriət məsələlərində (namaz, oruc, xums, həcc və s...) yenilik gətirilməsi, acınacaqlı haldır. Namaz ibadət məsələlərindəndir. Yalnız peyğəmbər (s) qanun qoya bilər. Peyğəmbərə tabe olmamaq, ondan önə keçmək nə dərəcədə doğrudur?
2) Öz sözlərinə haqq qazandırmaq üçün bidəti 5 hissəyə bölürlər. Vacib, haram, müstəhəbb (bəyənilən), məkruh (bəyənilməyən) və məkruh (edilib-edilməməsinin savab və günahı olmayan). Təbii ki buda düzgün deyil. Bidətin yaxşı cəhəti yoxdur. Yaxşı iş olsaydı, peyğəmbər (s) bu əməli pisləməzdi. Belə çıxır ki, təravih namazının camaatla qılınmasında olan savabdan, nə Allahın və nədə peyğəmbərin (s) xəbəri yoxdur. Şəriət sahibi olan Allah və onun nümayəndəsi olan peyğəmbər (s) qanun təyin etmirlərsə, bəndənin ilahi qanun tətbiq etməsinə haqqı yoxdur. Müstəhəbb namazların məsciddə deyil, evlərdə qılınmasının səbəbi budur ki, evlər də namazın bərəkətindən kənarda qalmasın. Namazın evdə qılınması evdə olan övladların tərbiyəsində xüsusi təsirə malikdir.
Hazırladı: Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)
İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat
MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR