Yazar Qələmlər

Novruz və İslam

 

Novruz və İslam

Novruzun çox qədim tarixi vardır. İslam peyğəmbəri (s) peyğəmbərliyə seçiləndə , öncə insanların adətinə çevirilmiş hadisələrə diqqət ayırdı. Ziyanlarını qadağan etdi, xeyirlilərinin qalmasını bildirdi. İmam Əli (ə) buyurub: Ərəblər onu unudub, əcəmilər (ərəb olmayanlar) isə onu qoruyub saxlayıblar. İmam Sadiq (ə) buyurub: "Novruz bizim və bizim dostlarımızın günüdür. Allah Adəm övladını yaratdığı günü, yer aləmidə, göy aləmidə bayram etdi". Bütün səmavi dinlərdə bayram olub, olacaqda . Allahın bütün günləri əzizdir. Hamısı qiymətlidir. Onların bəzisi insan üçün qəmli, bəziləri isə sevinclidir. Məlumdur ki, bizə sevinmək daha əlverişlidir. Heç kim kədərlənmək istəmir. Amma hər ikisi ilahi paydır. Bunların hər ikisi Allaha çatmaq üçün bizə kömək edir.
Fars mənşəli olan bu sözün mənası, "yeni gün" deməkdir.
Ələnam surəsinin 59-cu ayəsində Allah buyurur: "Quran, yaşdan quruya kimi hər şeyi bəyan edir”. Deməli, bu barədə hər hansı bir işarə olmalıdır. Misal üçün, Əlmaidə surəsinin 114-cü ayəsində İsa peyğəmbər buyurur: ”Ey Allahım! Asimandan bizə, bizdən öncəkilərə, bizdən sonra gələcək olanlara bayram olacaq bir süfrə göndər ” Asimandan süfrənin gəlişini, İsa peyğəmbər bir bayram olaraq qəbul edir.

 

Novruz hədislərdə

1) Mühəddis Nuri Həmdam oğlu Hüseynin kitabından belə rəvayət edir: Əmr oğlu Müfəzzəl İmam Sadiqdən (ə) buyurur: Allah vəhy göndərdi ki, bu gün mənim yanımda əzəmətli və ehtiramlı gündür. Əhd etmişəm ki, əgər bir mömin bu gündə məndən bir dilək istəsə onu yerinə yetirim. Bu Novruz günüdür.
2) Muhəmməd oğlu Noman Təmimi belə qeyd edir: İmam Əli (ə) üçün gülab və şərbət hədiyyə gətirdilər. İmam, bu nədir deyə soruşdu. Dedilər: Bu gün Novruzdur. İmam Əli (ə) buyurdu: Əgər edə bilsəniz hər gün Novruz edin. (Yəni bir – birinizə hədiyyə edin)

Mustədrakul vəsail.
Dəaimul islam

 

Novruz gününün namaz və duası

Sadiq (ə) buyurub: "Qusl et, təzə libas gey, ətir vur, oruc tut. Dörd rükət namaz qıl. (2+2. 2 ədəd 2 rükətli) Birirnci rükətdə bir dəfə Həmd və on dəfə Qədr surəsini oxu. İkinci rükətində bir dəfə Həmd və on dəfə Kafirin surəsini oxu. Üçüncü rükətdə bir dəfə Həmd və on dəfə dəfə İxlas surəsini oxu. Dördüncü rükətində Həmd, Fələq və Nas surələrini bir dəfə oxu. Allah insanın əlli illik günahını bağışlayır.
Duası: İlahi, bu o bayramdır ki sən onu kəramətləndirdin, əzizlədin,ehtiramını qaıdırdın.
İlahi, mənim itirdiklərimi öz İlahi qüdrətinlə mənə qaytar. Möhtac olduğum şeyə görə məni əziyyətlərə düçar etmə".

Vəsailuş şiə. Cild-8, səhifə 172.
Misbahul muctəhid. Səhifə 790.

 

Novruz günü və yeddi ayə 

Hər hansı bir insan Novruz bayramı günündə bu yeddi ayəni çin kasasına müşk və zəfəranla yazarsa, yuyub və içərsə gələn il Novruza qədər xəstəlik, çətinlik və zəhmətlərdən Allah onu qoruyar. O yeddilik hər biri “Salamla” başlayır. Yeddi ayələr bunlardır :
1) “Salam olsun sizə ki, dünyada Allah yolunda bütün çətinliklərə səbr etdiniz. Cənnət yurdu nə gözəl yerdir".(Ərrad surəsi. Ayə 24)
2) “Salam deyiləcək onlara Rəhimli Rəbbdən".(Yasin surəsi. Ayə 58)
3) “Salam olsun bütün aləmlər içərisində olan Nuha".(Saffat surəsi. Ayə 79)
4) “Salam olsun İbrahimə".(Saffat surəsi. Ayə 109)
5) “Salam olsun Musa və Haruna". (Saffat surəsi. Ayə 120)
6) “Salam olsun Yasinin ailəsinə". (Saffat surəsi. Ayə 130)
7)“Salam olsun cənnət gözətçilərinə. Rəbbindən qorxanlar cənnətə gətiriləcəklər və abədi qalacağınız cənnətə daxil olun deyəcəklər".(Əzzumər surəsi. Ayə 73)

Xəzanətul muzəkkirin.

 

Novruzun təsadüf etdiyi günlər

İmam Sadiq(ə) Müəllaya buyurur: Novruzda bu hadisələr olub:
1) Ruhlar aləmində Allah bəndələrdən ona itaət etmələri və ona şirk qoşmayacaqları barədə əhd-peyman aldığı gün.
2) Peyğəmbərlərə və imamlara iman gətimələri barədə əhd-peyman aldığı gün.
3) Günəşin yer aləminə saçdığı ilk gün.
4) Küləyin yer aləminə əsdiyi ilk gün.
5) Bitkilərin göyərdiyi ilk gün.
6) Nuh peyğəmbərin gəmisinin Cudi dağına qonduğu gün.
7) İbrahim peyğəmbərin bütləri sındırdığı gün.
8) İbrahim peyğəmbərin oddan nicat tapdığı gün.
9) Musa peyğəmbərin Firona qalib gəldiyi gün.
10) Cəbrail mələyin İslam peyğəmbərinə nazil olduğu gün.
11) Peyğəmbər (s) və İmam Əlinin (ə) Kəbədəki bütləri sındırdığı gün.
12) Peyğəmbər (s) İmam Əlini (ə), cinlərdən əhd-peyman almaq üçün onların məntəsinə göndərdiyi gün.
13) İmam Əlinin (ə) Qədir-xumda müsəlmanlara rəhbər təyin olunduğu gün.
14) İmam Əlinin (ə) Nəhrivan döyüşündə qələbə çaldığı gün. (miladi 658)
15) İmam Əlinin (ə) Zussədiyyəni (Xəvariclərin başçısı) öldürdüyü gün.
16) İmam Zamanın (ə.f) gələcəyi gün.

Vəsailuş-şiə. Cild 8, səhifə 173. Bəharul ənvar. Cild 56, səhifə 91. Əlmuzhəb. Səhifə 194.

 

Novruz sözü farsdan gəlmədir? 

1) “Nou” yəni “yeni”. “Ruz” yəni “gün”. Qırqızlarda Novruz deyirlər. Fars dilini bilənlər bilir ki, fars dilində yeni günə, “ruze nou” deyirlər. Fars dilindən fərqli olaraq, ərəb dilində a, p, j, g, ç, o hərfəri yoxdur. İslamdan öncə farslar “ruz” (gün) sözünə, “roj” deyirdilər. Ərəblər hücumundan sonra, “o” və “j” səsləri, “u” və “z” ilə əvəz olundu. Farslara aid olsaydı, “roje no” olardı.
2) Bəzi alimlər Novruzun tarixini Nuh peyğəmbərin dövründən, bəziləri bizim eradan 3000 il əvvəl Babilistanda yarandığını, bəziləri isə Novruzun tarixi eradan 5-7 min il əvvəl olduğu qeyd edirlər. Göründüyü kimi tarix dəqiq bəlli deyil. O halda farsdan gəlmə söz kimi iddia etmək düzgün olmaz. Farslar bu bayramı ilin ilk günü ünvanında rəsmi olaraq, Əhmənilər (e.ə. 558-330) və Sasanilər (225-561) dövründə qeyd edilmişdir.

Mənbə: İslamda vardır.

 

Tonqalın atəşpərəstliklə əlaqəsi varmı?

1) Novruzun tarixi atəşpərəstlikdən qədimdir. Atəşrpərəstlikdə tonqal üzərindən atılmaq yoxdur. Çünki od, atəşpərəstlər üçün çox müqəddəsdir. Kim müqəddəs bildiyinin üzərindən o tərəf bu tərəfə atılar? Atəşpərəstlər də müqəddəs bildiklərinin üzərindən o tərəf bu tərəfə atılması, ağla batmır. Hətta onlar odu o qədər müqəddəs bilirlər ki, nəfəslərinin oda dəyməməsi və bu yolla odu murdarlamasınlar deyə, ağızlarını parça ilə bağlayardılar.
2) Həmçinin zərdüştlərdə Novruz ümumiyyətlə yoxdur. Zərdüştlərin əsas tədqiqatçısı Meri Boys deyir: Onlarda əsas altı bayram var: Yazın ortası, yayın ortası, məhsul yığımı bayramı, sürülərin yaylaqdan qayıtmaq bayramı, qışın ortası və fravarşi şərəfinə ziyafət. 

Mənbə: İslamda vardır.

Novruz və Quran

Bəqərə surəsinin 243 və Taha surəsinin 59-cu ayələrinin izahında, bu ayələri Novruzla əlaqələndirmişlər.
Maidə surəsinin 114-cü ayəsində, “asimandan ilahi süfrənin gəlişini, İsa peyğəmbər bayram olmasını Allahdan diləyir”.
İbrahim surəsinin 5-ci ayəsində, “Allah günü” sözündən məqsəd qələbə və məğlubiyyət, acı hadisələr, nemətlərin baş verməsi və bayram günü ünvanında izah ediblər.
Allah tərəfindən bayram təyin olunmayan bir günü İsa və Musa peyğəmbər bayram təyin edir və Allah da bunun əksinə çıxmır. Deməli insan hər hansı bir əlamətdar günü (haram əməllərin olmaması şərti ilə) bayram təyin edə bilər.

 

Novruz sünni mənbəələrində

Taha surəsinin 59-cu ayəsinin izahında, ayədə keçən “zinət günü” sözündən məqsəd, Novruz bayramı günü olması qeyd edilir.
Bu ayəni izah edən təfsir kitabları:
Kəşşaf təfsiri, əlkəşfu vəl bəyan, bəhrul ulum, təfsiru muqatil, əddurrul mənsur, ələsarul baqiyə, təfsire qurtubi, ruhul bəyan.
Rum surəsi ayə 50: “Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən (qış) sonra (bahar) dirildir”.
Rum surəsi ayə 19: “Torpağ öləndən sonra, Allah onu dirildir. Siz də qiyamət günü qəbirlərdən belə çıxarılacaqsınız”.



Novruz və milli kimlik

Mümkündü desinlər: “İslamda yalnız fitr və qurban bayramı var. Vəssəlam və Novruz, bidətdir". Ona de!
“Fitr və qurban günlərini bayram qeyd edin” deyə, ayəmiz yoxdu. Bu, hər iki məzhəbin hədislərində var. Gərək Novruz barədə olan hədislər də qəbul edilsin.
Bidət deyil. Bidət, dində olmayanı dinə əlavə etməkdir. Məgər kim deyir ki, Novruz dini bayramdır? Novruz, İslam bayramı deyil. İnsanlar baharın gəlişini qeyd edir. Gecə və gündüzün bərabər olmasını qeyd edir. Səməni yaşıllaşmaq üzrə olan torpağa, şəkərbura paxlava və şor qoğalı isə, aya ulduza və günəşə işarədir. Keçəl qışı, kosa isə baharı bildirir. Bunlar hamsı simol və bayram personajlarıdır. Kimsə keçəl və kosanı qeyri adi gücə malik bir varlıq ünvanında bilmir. Burda haramlıq nə var? Milli və insani bir işdir.
Təəssüf ki, bəzisi Novruzu şirk bilir. Məgər kimsə kosa yaxud keçəli Allah bilir? Peyğəmbər (s) və imamlarımız Novruza müsbət rəy veriblər. Din, mənfi əməlin əleyhinədir. Din millətlərin yaxşı ənənəsinin əleyhinə deyil. İmam Əlinin (ə) Misirdə nümayəndəsi olan Malik Əştərə məktub yazaraq ona bildirir ki, "onların adət-ənənəsinin əksinə çıxma". Ən azından millətimiz bu bayramda bir araya toplaşır. Bu yolla biz milli kimliyimizi bildiririk. İnsanları bir-birinə yaxınlaşdırır və mehribanlaşdırır. İslam dini, Novruzun yaxşı cəhətlərini qəbul edir.
İsa və Musa peyğəmbər İslami olmayan günü, bəs necə bayram təyin etdilər?
Öncə İslami olmayan, sonralar yaxşı cəhətlərinə görə İslami olan 4-5 adətdən biridə, dörd ay ərzində döyüşün qadağan olmasıdır. Deməli İslam, yaxşı adətlərin əleyhinə deyil. İslam yaxşı adətin, sülhə və birliyə şərait yaradan əməllərin tərəfdarıdır. Yalan danışmaq günahdı. Amma iki küslünün barışığı niyyəti ilə danışılan yalan günah deyil. Yəni birlik bu qədər önəmlidir.


İmam Əli (ə) buyurduğu kimi: "Hər günümüz Novruz olsun". Amin.

 

 Hazırladı: Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 

 


 5330, 

Dostların veb səhifələri

15648845
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4671
8065
44392
15456216
123984
160067
15648845

sizin IP ünvanınız: 3.136.233.3
2024-12-21 14:26

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!