Yazar Qələmlər

QÜDSÜ TANIT!

 
(0 votes)

                                                                                                               QÜDSÜ TANIT!

"Qüds günü" təkcə dünya müsəlmanların günü deyil, yaradılış aləminin bütün insanlarına aid olan günüdür. Əgər biz insanlığın nə olduğunu bilmiriksə, dərk etmirkisə, Allahdan verilən bu canı necə qorumağı dərk etmirkisə, deməli, bu gün bizlərin də günahımız var. Hər bir insan dünyada baş verən bu cür qətliamlara görə sakit qalmağı ilə günahkardır.

Bəli, insanlıq təkcə nəfsi və dünya istəklərini həyata keçirmək deyil. İnsanlıq, torpaq və ya dünya malı uğurunda, mübarizə aparmaq deyil, İnsanlıq uşaq, qadın və ya yaşlı nəsli qətlə yetirmək deyil! Çox təəssüf ki, bu gün biz bu cür hadisələrə susuruq, dilimiz yalnız bu cümlələri iqrar edir: "belə etmək olmaz" mən "olsaydım belə etməzdim". Amma çox təəssüf mən də günahkaram. Əgər özümüzdə dərk etsəydik insanlıq nədir? birləşib bir yumruq olub, layiqli bəndə olardıq.

Kor-koranə hər gün bir insanın istər "Qüds"də istərsə də dünyanın hər yerində, ölməyini izləyib, izləyici olmayaq! Qüds məsələsi haqq ilə batilin qarşılaşmasıdır. "Qüds", Fələstin və Ərəb məsləsi deyil. İslam məsələsidir. Qüdsü yalnız vəhdət azad edə bilər!

"Qüds", uğrunda ölənlərindir! Bu bir deviz deyil. Necə ki, "torpaq su ilə qarışarsa palçıq, qan ilə qarışarsa vətən olur" prinsipinin nəticəsidir. Məhz bu səbəbdən təsadüfi deyil ki, Fələstində doğulan hər uşaq mücahid ruhludur. Hər uşaq işğalçıları aid olduqları cəhənnəmə göndərmək üçün and içər.

Fələstin xalqı öz doğma torpaqlarında dinc, azad yaşaya bilmir. Gəlin, bu məzlum bacı-qardaşlarımızın səsini dünyaya çatdıraq!

"Qüds" məsələsi haqq ilə batilin mübarizəsidir. Allahın vədi isə qətidir! "Haqq gəldi və batil məhvə məhkumdur!"

"Qüds günü" ilk dəfə 1979-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. Həmin zamandan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.

Hər il olduğu kimi, bu ildə də müsəlmanlar meydanlara toplaşaraq Fələstinin İsrail tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasından və Müqəddəs Qüds məscidinin əsarətdən qurtulmasından ötəri yürüşlər və nümayişlər keşirəcəklər. Biz də bir müsəlman xalqı olaraq bu günü dəstəkləyirik. İşğal edilmiş müsəlman torpaqlarının, o cümlədən Dağlıq Qarabağımızın azad olmasını bütün dünyaya çatdırırıq. 

                                                                                MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 2555, 

Dostların veb səhifələri

15648871
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4697
8065
44418
15456216
124010
160067
15648871

sizin IP ünvanınız: 18.116.40.168
2024-12-21 14:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!