Yazar Qələmlər

Allahı xatırlama (ibrətamiz hekayə)

 
(0 votes)

                                                                                                Allahı xatırlama

Kəndlərin birində imkanli bir kişi yaşayirdi. Onun özündən sonra malina mülkünə sahib çixacaq heç kimsəsi yox idi. Günlərin birində kişi qocaldiğini və artiq mal-mülkünü idarə edə bilmədiyini özündə hiss etdi. Həmin günün axşami evində qonaqliq tədarükü görüb evində çalışan bütün işçilərini yeməyə dəvət etdi.

Qonağliğa gələn xidmətçilərin hamisi doyunca yemək yeyib kənara çəkildikdən sonra kişi ayağa durub o biri otağa keçdi və bir əlində Quran o biri əlində isə bir miqdar pul götürüb xidmətçilərin yanina gəldi. Quran və pulu süfrənin üstünə qoyub birinci öz xəzinədarına dedi: – İkisindən birini seç. Xəzinədar da heç bir xəcalət çəkmədən dedi: – Çox istəyərdim Qurani seçim, amma heyf ki, Quran oxumaği bilmirəm və ona görə mən pulu seçirəm.

Ev sahibi üzünü evin aşbazina çevirib soruşdu sən hansini seçirsən?

Aşbaz başini aşaği salarağ dedi: – Mən Quran oxumaği bilirəm və oxumaği da çox sevirəm, amma mən hər gun işdə olduğumdan Quran oxumağa heç vaxtim yoxdur. Əgər Quranı seçsəm elə aparacam evdə qalacaq, toz-torpaq basacaq, yaxşisi budur ki, məndə pulu seçim və onunla ticarət edərək qazancimi çoxaldıb fəqirlərə kömək edərəm.

Ev sahibi üzünü əkincisinə tutdu və sən hansini seçirsən deyə soruşdu.

Əkinçi də o birilər kimi pulu seçdi və dedi mənim günüm əkin sahələrində keçir. Əgər pulum olsa sahələrimi genişləndirərəm çoxlu taxil əldə edib yetimlərə kömək edərəm.

Ev sahibi sonuncu olaraq üzünü heyvanlarini otaran çobanina tutaraq sən hansını seçirsən ey cavan deyə soruşdu və dərhal ev sahibi özü çobanin əvəzinə cavab verməyə başladi:

– Yəqin ki səndə pulu seçərsən, çunki sən bunlara baxanda daha çox kasibsan. Pulu götürüb özünə ayaqqabi və paltar alarsan, ananin mualicəsinə görə də pul lazimdi sənə.

Cavan oğlan heç fikirə getmədən ev sahibinin gözdədiyinin əksinə olaraq cavab verdi:

– Mən Qurani seçirəm, çünki uşaqlığımdan Quran oxumaği öyrənmək arzusunda olmuşam, amma anam xəstə olduğu üçün bütün qazancimi anamin dava dərmanina xərcləmişəm və Quran almağa pulum olmayib.

Digər tərəfdən də anam həmişə mənə deyərdi oğlum, Allah tərəfindən nazil olmuş bir kəlməni öyrənmək və ona əməl etmək dünyada olan hər şeydən şirindir.

İndi Quranı seçib bundan sonra Quranı öyrənməyə və öyrəndiyimə əməl edərək yaşamağa başliyacam.

Ev sahibi bir anliq fikirə getdi və Quranı süfrənin üstündən götürüb oğlana uzatdi oğlan Qurani əlinə alıb öpdü, sonra isə gözünün üstünə qoyub “Bismilləhir-Rahmənir-Rahim” deyib açdi.

Quranin içindən ev sahibinin qonaqlara göstərdiyi pulun on bərabəri miqdarda pul çixdi və əlavə olaraq yazılı olan bir kağız da var idi.

Oğlan pulu və yazili kağizi ev sahibinə uzadarağ dedi:

– Bunlar sizə məxsusdur, yəqin ki, yadinizdan çixib Quranin arasinda qalib.

Ev sahibi kağizi oxu deyə oğlana muraciyət etdi.

Oğlan kağizi açib oxumağa başladi, kağizda aşağidaki sözlər yazilmişdi.

“Bu bir vəsiyyətdir ki, özüm tərəfindən yazilib. Mən artıq qocalmişam və ömrümün son gunlərini yaşayiram və məndən sonra mənim var-dövlətimə sahib çıxacaq heç kim olmadığı üçün bütün mal-mülkümü sizə vəsiyyət edirəm”.

– Əlinizdəki Quran isə mənə atamdan və atama da atasından və ona da atasından və il axər, çatibdir. Mən də bu Quranı sizə verirəm, siz də öz övladınıza verərsiniz.

Amma sonda sizdən bir ricam da vardır. Hər vaxt bu Quranı əlinizə aldınız və oxumaq istədiniz məni də yadınıza salarsınız.

Oğlan vəsiyyəti oxuyub qurtaran kimi gözləri yaşla doldu və ev sahibinə üzünü tutub bu sözləri dedi:

– Anam mənə həmişə deyərdi, sən bütün işlərində əgər Allahı xatırlasan Allah da səni xatırlayıb heç vaxt pis vəziyyətdə qoymayacaq. Allah bizləri Qurandan ayrı salmasın. Amin…

                                                                             Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir



 2581, 

Dostların veb səhifələri

15648573
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4399
8065
44120
15456216
123712
160067
15648573

sizin IP ünvanınız: 3.148.104.165
2024-12-21 13:56

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!