Özünə İnan və Çalış

Möcüzəvi iradə

 

Möcüzəvi iradə

 

Həyatda yaşanan çətinliklərə qalib gəlməkdə sağlam düşüncə, ümid və öz gücünə inam ilk addımlardandır. Bu çətinliklərin qarşısında təslim olanlar zəifliklərinə görə: “Yox, mən acizəm, mən bu işin öhdəsindən gələ bilmərəm” kimi yanlış düşüncələrin qurbanı olurlar. Ruhi sağlamlığın nişanəsi insanın öz bacarıq və acizliyini bilməsidir. Əgər hər hansı bir insan özü haqqında həqiqətdə olduğu kimi düşünsə, təsəvvür etdiyindən də artıq qabiliyyətə malik olduğunu aşkara çıxarar.

İnsanların həyat çətinlikləri qarşısında düşüncə tərzləri müxtəlifdir. Bəziləri özlərini problemləri həll etməyə gücsüz olduqlarını düşünürlər. Belə olduqda çətinliklər artaraq onları sürətlə tənəzzülə uğradır və nəticədə yaranan ümidsizlik onun müvəffəqiyyətinə son qoyur.

Bəziləri isə iradə və israrla çətinliklərin həlli yolunda çalışırlar. Daim qələbə haqqında düşünmək onlara yenilməz bir güc verir.

 

Müqavimət

 

Hər zaman çətin, çarəsiz, həllolunmaz kimi görünən bir məsələ ilə qarşılaşsanız bilin ki, sizi qələbəyə çatdıracaq olan şey təslim olmamaq, özünə inanmaqdır.

“Təslim olmaq” – yəni “məğlubiyyət”, “öz şəxsiyyətini sındırmaq” və “növbəti uğursuzluqlara hazırlıq” deməkdir. Bir çətinliklə üzləşdikdə onu həll etmək istəyiniz faydasız olsa onun həlli yolunu dəyişin. Çarəsi olmayan heç bir müşkül yoxdur. Ardıcıl həvəslə çalışma və düşünmə nəhayət sizi qələbəyə çatdıracaq. Əgər insan öz ixtirası ilə dağları yara bilirsə, nə üçün öz ağlının gücü ilə dağdan da böyük və ağır maneələri aradan qaldıra bilməsin?! Qələbə məğlubiyyəti qəbul etməyib, inadla çalışmaqdadır. Çox novator insanlar var ki, elə ilk uğursuzluqdan öz gözəl ideyalarından əl çəkmiş və “Olmur” demişlər. Halbuki, azacıq çalışma və hövsələ ilə başqa bir yolla məqsədlərinə çata bilərdilər.  Heç vaxt “Olmur!” deməyin.

 

Təslim olmamaq üçün nə etməli?

 

Heç vaxt “Olmur!” kəlməsini dilinizə gətirməyin. Çünki bu kəlməni işlətmək onu qəbul etmək deməkdir.

Özümə güvənməliyəm, Allaha inanmalıyam kimi ümidverici sözləri deyərək, “Mən öz problərimi həll etməyə qadirəm” düşüncəsini zehninizdə qüvvətləndirməyə çalışın. Bir şərtlə ki, bu düşüncəyə inamınız, problemləri həll etməyə istək və bacarığınız olsun.

Bu düşüncənin qüvvəsini sınayın! Onda müşküllərinizi aradan qaldırmaq üçün qəlbinizdə yaranan şövqün şahidi olacaqsınız.

Filiş Simulak öz məqaləsində belə yazır: Mənfi sözləri işlətmək yaxud yazmaq viranedici və dağıdıcıdır. Bu kəlmələrin hər biri həll qapısına vurulmuş qıfıllara bənzəyir ki, bu da bizi uğursuzluğa doğru çəkir. Əksinə, “Bəli” kəlməsi bizi elə fəal edir ki, çətinliklərimizi həll edirik. Problemlə üzləşdikdə həmişə optimist olub, məsələnin həlli üçün hər bir mübarizəyə hazır olun və unutmayın ki, “təslim olmamağ”a inam əslində sizin qələbənizin zəmanətidir.

Müvəffəqiyyət sizin müqavimətinizin, mübarizəyə hazır olmağınızın, yaxud ümidsizlik və təslimiyyətinizin dərəcəsindən asılıdır. Alman alimi Höte deyir: “Daimi müqavimət və mətanət ən aciz şəxsləri belə qələbəyə çatdırır. Çünki onun gizli və zahirən görünməyən gücü, nəhayət, özünü göstərəcək və o anlayacaq ki, mübarizəsiz nailiyyət əldə edilmir”.

Heç bir zaman öz haqqınızı müdafiə etməkdən çəkinməyin. Bir dəfə məğlub olsanız yenidən başlayın, çətinliklərin üstünə gedib geri çəkilməyin.

Təslim olmamaq, sabitlik həmişə müvəffəqiyyətin rəmzi olmuş və olacaq. Təslim olanlar daim mübarizə və çalışma meydanı olan bu dünyada heç bir şey əldə etməmişlər. Həyatın, yaşamanın sirlərini və rəmzlərini tapanlar hər zaman bu ideyaya söykənmişlər. Həzrət Muhəmməd (s) buyurmuşdur: “Allah çətinliklərdə mətin olan kəslərlədir”.

Şekspir demişdir: “Ardıcıl yağan yağış bərk qranit daşlarını da yuyub əridər. Daş bərkdir, amma yağışın damlaları aramsız yağdığına görə qraniti yarar”.

İngiltərə siyasətçilərinin görkəmli simalarından olan Edmond Berq demişdir: “Heç vaxt ümidsiz olmayın. Ümidsiz olsanız belə, ümidsizliklə birgə işinizə davam edin. Mübarizə aparın və bilin ki, siz irəliləyəcəksiniz”.

Mübarizə və müqavimətin mənasını bütün varlığınızla duyub hiss etsəniz və bunu hər zaman xatırlasanız qələbə sizinlə olacaq.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5061, 

Dostların veb səhifələri

15650151
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5977
8065
45698
15456216
125290
160067
15650151

sizin IP ünvanınız: 3.144.244.147
2024-12-21 18:57

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!