Özünə İnan və Çalış

Nəsihət

Nəsihət

Nəsihət

 

Özünə inan. Bil ki, özünə inam insanı çətinliklərdən qurtarmaq qüdrətinə malikdir.

Səni sonsuz qüdrət sahibi Allah yaratmışdır. O, sənə də qüdrət bəxş etmişdir. Sənin qüdrətin onun gücü qarşısında kiçik olsa belə, Allaha bağlı olduğu üçün çox iş görə bilər.

Başqalarını bacarıqlı özünü zəif sanma. Bil ki, onlarla sənin aranda heç bir fərq yoxdur.

Özünü axtar və ruhunun dərinliyində Allahın sənə bəxş etdiyi istedadı tap. O, sənin qazıb çıxartmadığın, üstündə fəqir kimi oturduğun gizli xəzinədir.

Əvvəl özünə, sonra yoldaşına nicat ver. Çünki, nicat tapmayan nicat verə bilməz. Dənizdə qərq olan insan öz yoldaşını xilas edə bilməz.

Heç zaman özün üçün sonu naməlum olan şəxsləri örnək götürmə. Çünki, onların getdiyi yolun nə ilə bitəcəyi hələ bəlli deyil.

Ömrünün təravətli çağını nəfsinə, yorğun zamanını Allaha sərf etmə.

Nəfsinə cavanlığın qüdrəti qollarında olduğu vaxt hakim ol!

Özündən öndə gedənlərə həsəd aparıb yollarını kəsmək fikrinə düşmə. Çünki, bunun sənə heç bir faydası yoxdur və səni irəli aparmaz. Sən yalnız çalışmaqla irəli gedə bilərsən.

Başqaları ilə elə rəftar et ki, hamı səni xoşluqla yad etsin.

 

 

وَقُولُوا لِلنَّاسِ حُسْنًا

“İnsanlarla xoş dillə danışın” (“Bəqərə” surəsi, ayə 83)

 

Təbiətdən ibrət al. O, baharda doğulub yayda gənc olar. Payızda qocalıb qışda məhv olar. O, diri olduğu halda sən onu ölmüş bilərsən. İçindəki həyatı sönmüş bilərsən. O, ölür, dirilir. Bir gün səndə ölüb diriləcəksən. Etdiyin əməllərin sorğusuna gedəcəksən.

Kəskin olma. Atılan daşı bağlı qapı qaytarar. Axan su kimi ol ki, onun qarşısını almaq üçün örtülən qapılar əbəsdir.

Meyarın nədir? Zahirə yox, batinə diqqət et. Dəryanı hamı görür, amma onun dibindəki gövhər üçün gərək dərinliyinə baş vurasan.

Diqqət etmisənmi çox qiymətli daş-qaşın əlçatmaz yerdə olmasına?! Elə isə hesab etmə ki,  malik olduğun hər bir dəyəri göstərməlisən.

Nə zaman qəlbinin kitabını oxuyacaqsan? Onun sənə demək istədiyi o qədər sözü var ki.

Getdiyin yollar səni yormadımı? Naməlum qapıları nə vaxtadak döyəcəksən. Allahın sənin üçün cızdığı bu nurani yolu görmürsənmi?!

Ey özünü uçurumlara doğru sürükləyən insan! Dayan! Ruhunun dərinliklərindən gələn səsə qulaq ver. Bilsən necə dəyərlisən. Çünki sən Onun dəyər verib yaratdığı bəndəsisən. Böyük əmanətini daşıyan nümayəndəsisən!

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 218, 

Dostların veb səhifələri

2234236
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3199
7401
28293
2056777
100566
131995
2234236

sizin IP ünvanınız: 54.196.26.1
2018-10-20 17:09

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!