Özünə İnan və Çalış

Varlı olmağın sirləri

Varlı olmağın sirləri

 

Varlı olmağın sirləri

Hamının gündəlik zəruri proqramına çevrilmiş və ömrümüzün ən çox hissəsini təşkil edən pul qazanmağın sirlərini bilirsinizmi? Sərvətin açarı nədir və onu necə əldə etmək olar?  

Əvvəla, bu maraqlı söhbətimizə belə başlamaq istərdik:

– Sərvət yaxşıdır, yoxsa pis? Onu qazanmağa çalışmalıyıqmı?

Bu sualın düzgün cavabı belədir:

– Sərvət və dünya malı heç də pis deyil və bir Allah nemətidir. Yalnız, ondan düzgün istifadə etməyəndə, ona bel bağlayıb həyatın mənası biləndə, əlbəttə ki, heç bir xeyir-bərəkət də olmaz. Çünki, sərvətini əldən verən zaman böyük narahatlıq, gərginlik keçirən, hətta, ağlını belə itirən insanların həyatda çox şahidi olmuşuq. Bu səbəbdən də, İslamda sərvətə əsla bel bağlamamaq, ona sonsuz məhəbbət göstərməmək tövsiyə olunmuşdur.

Bəzən bir insan çox az dünya malına sahib olsa da, ona möhkəm bağlanıb təkəbbürlənə bilər. Bəzən də insan var-dövlətin içində yaşamağına baxmayaraq, ona heç bir məhəbbət göstərməyib, öz insani yaşayışına davam edə bilər. Birinci qism insanlar az mala sahib olmasalar da dünyapərəst, ikinci qism insanlar isə dünyapərəst deyillər.

İslam mənbələrinə əsasən sərvəti ələ gətirməyin bir neçə sirri var:

  1. Təqva;
  2. Allaha təvəkkül;
  3. Düzgün proqrama sahib olmaq;
  4. Səbr və çətinliklərə müqavimət göstərmək;

 

İnsan təqvalı olub düzgün həyat keçirərsə, getdiyi yol üzünə açıq olar və qazandıqlarının bərəkəti artar. Bu səbəbdən də, oxunulan hər bir dualara, edilən hər bir zikirlərə diqqət yetirilməlidir ki, təqvanın artmasında faydası olsun. Əks halda, anlanılmadan oxunulan duanın yorğunluqdan başqa, heç bir nəticəsi olmayacaqdır. Duanı sidq ürəklə, Allahın kərimliyinə tam etiqadla etmək lazımdır. Allah-təala həzrət Musaya (ə) çörəyinin duzunu belə, Ondan istəməsini əmr etmişdir. Demək, hər bir işə başlamazdan öncə Allahın adıyla başlayıb, Ondan istəmək lazımdır.

Burada belə bir sual yarana bilər ki, nə üçün bəzən dualarımız cavabsız qalır? Allah özü bizə:

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

“Məni çağırın ki, Mən də duanızı qəbul edim” (Ğafir” surəsi, ayə 60).               

buyurduğu halda, nə səbəbdən dualarımız qəbul olunmur?

Bu sualın cavabında İmam Sadiq (ə) belə buyurmuşdur: “Əmr olunduğu kimi, Allaha itaət edən kəsin duası qəbul olunar”.

Yəni, duanın qəbul olunmasının ilk səbəbi, bizim özümüzdən asılıdır. Biz, Allahın istədiklərinə, buyurduqlarına əməl etməsək, təbii ki, Allah da bizim istəklərimizi müsbət cavablamaz. Bəzən də istədiklərimiz məsləhətli olmadığından, cavabsız da qala bilər. Necə ki, bir valideyn öz övladının istəklərini ölçüb-biçir, onların zərərlisini yerinə yetirmir, eləcə də Allah-təala bəndəsinə məsləhət bilmədiyini həyata keçirmir. Ancaq bunun müqabilində də qiyamət günü mütləq əvəzini verir.

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, mömin dua edərkən, onun həyata keçməsinin gecikdirilməsi əmr edilər. Çünki, Allah öz bəndəsinin səsini və duasını sevər. Qiyamət günü də bəndəyə belə xitab olunar:

“Ey mənim bəndəm! Sənin duanı gecikdirdiyim üçün çəkdiyin əziyyətlər müqabilində savab əta edirəm”. Həmin mömin sonsuz ilahi lütfü gördüyü zaman deyər: “Kaş heç bir duam qəbul olunmazdı ki, indi onların neçə qat əvəzini görərdim”.

Beləliklə, biz bəndələr Allahdan heç vaxt ehtiyacsız olmadığımızı unutmayaraq dualarımızı əskiltməməli və dualar cavabsız qaldığında da məyus olub ümidi itirməməliyik.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

       


 127, 

Dostların veb səhifələri

1630318
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1290
4484
5774
1475480
97079
109322
1630318

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!