Daimi düşmən

Şeytanın tələsi

Şeytanın tələsi

 

Şeytanın tələsi

Etiqadlar və ilahi hökmlər

 

 وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ 

İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!

 Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqara surəsi, ayə 207-208)

 

Peyğəmbər(s) buyurur: “Məlun şeytan insanı müxtəlif yollarla xüsusilə də İslami hökmlər, düzgün əqidələr (əqaid) və yaxşı işlərinin yolunda (yolunun başında) pusqu qurar və onu azdırana qədər vəsvəsə edər." Hərdən İslam dininin yolundan daxil olub, insanın iman və əqidə yolunun başında oturaraq deyər: “İstərsənmi öz ata-babalarının (dinini, ayinini) tərk edərək, İslama gələsən və müsəlman olasan?"

Elə bu səbəbdən də həmin şəxs İslama gəlmir və müsəlman olmur. Bu cümlələrlə onu vəsvəsə edir.Amma bir müsəlman şəxs və İslama gəlmək istəyən bir şəxs onun vəsvəsələrinə əhəmiyyət vermir. Beləliklə şeytanın dalınca getmir və İslama dinini qəbul edir.

İslam dinini qəbul etdikdən sonra müsəlman şəxs Allahın dinini qorumaq üçün öz vətənindən hicrət etsə o şeytan yenidən gəlir və hicrət yoluna daxil olaraq vəsvəsə edib deyir: “Öz vətənindən getmək istəyirsənmi, öz evini, torpağını, havanı-suyunu tərk etməkmi istəyirsən?!"

Yenə də müsəlman şəxs şeytanın bu vəsvəsələrinə laqeydlik göstərərək, itaət etmir və öz vətənini tərk edərək İslam yolunda hicrət edir.

Sonra bir zaman müsəlmanlar Allah düşmənləri qarşısında İslam məktəbini qorumaq üçün cihad edirlər. Yenidən iblis cihad yolundan daxil olaraq mücahid müsəlmana deyir: “Müharibəyə, cihada getmək istəyirsən? Ölümün qarşısına çıxaraq canını əldən verəcəksən? Malını və hər bir şeyini (əmvalını) puç edərək məhvmi edəcəksən? Sənin xoşunamı gəlir, sən öləndən sonra sənin həyat yoldaşını başqası alsın? Malını, sərvətini digərləri bölsün və paylaşdırsın?"

Həqiqi mücahid Allah yolunda şeytani vəsvəsələrə müxalifət edərək müharibəyə, savaşa gedir və Allah yolunda cihad edir.

Sonra Peyğəmbər(s) buyurdu:

“Hər kəs şeytana tabe olmasa, itaət etməsə və onun vəsvəsələrinin əksinə əməl edərək bu halda ölsə, Allah onu behiştə aparmağı özünə vacib edər."

Xatırlanmış həmin misallarda İblisin vəsvəsəsinin mənası - yəni insan qəlbində düzgün əqidələr, İlahi hökmlər və yaxşı əməllərdə onu bu yoldan azdırıb, həlak edər. (Bihar c. 60 səh. 154, Bihar c. 67 səh.42, Məhəccətul-bəyza c. 5 səh. 52, Məfatihul-ğeyb s.385)

Sədrul Mutəllihin Şirazi “Məfatihul-ğeyb” kitabında buyurur:

“Bil ki, həqiqətən şeytan şər və pis iş görən nəfsdə mövcuddur. Onun səhv olan işinin əsli etiqatda şəkk-şübhə və dinində, məzhəbində çaşqınlıq yaratmaqdır. Həmçinin günaha və çirkin işlərə tərəf dəvətidir. Belə ki, şeytanın işlərinin mənşəyi və həqiqəti vəsvəsə, aldatma, hiylə və zahirdə yaxşı və həqiqi olan, batində isə həqiqi əsli olmayan işlərə nişan verməsidir”. (Məfatihul-ğeyb, Məlasədra, Tərcümeyi-xəvacuyi səh.402)

İlahi hökmlərdə və etiqad yolunda saf (tez aldanan) insana təlqin edən kimi, şeytanın vəsvəsələri göstərilir.

 

Şeytanın və insanın camalının güzgüsü

Şeytandan daha pis

Deyirlər: Güclü insan odur ki, qəlbində olan şeytani xüsusiyyətləri dəf etməyi bacara, nəinki şeytanı lənətləyə.

 Şytan deyir: "Bizim üzümüzdən ayna düzəldib adamın qarşısında qoyurlar və insanın çöhrəsindən bir güzgü düzəldib, bizim qarşımıza qoyurlar."

“Ey insan əhli! Biz sənin halına ağlamırıq, öz halımıza ağlayırıq; nə də ki, sən bizim halımıza ağlamırsan, öz halına gülürsən. (Təzkiratul ovliya, cild 2. Səh 226)

Şeyx Əttar deyir:

“Sənin evin-şeytanın evi idi.

Sənin lənətlədiyin - kabusun rəhmanı idi. (Məzharul-əcaib və Məzharul-əzhər)

İmam Sadiq(ə) buyurur: “İnsanlar 3 dəstədirlər;Onlardan bir dəstəsi bu cürdür: Zahirləri insan surətində, lakin batinləri, şeytan(şeytan) surətində. (“Xisal” c.1 səh. 154,Babu saləsətu, hədis 192)

 

4 dərya (dəniz)

Təkyaşama, birguşəyə çəkilmə

Deyirlər: “Bəndə ilə həqq arasında dörd dərya var. Bəndə onu qət etməsə və nicat gəmisin səyahət etməsə həqqə çatmaz.

Biri - dünyadır ki, onun gəmisi zəhərdir.

İkincisi - həvayi-həvəsdir ki, onun gəmisi müxalifətdir (qarşıçıxma).

Üçüncüsü - adamlardır ki, onun da gəmisi uzaqlıqdır (uzaq gəzmə).

Dördüncüsü - iblisdir və onun gəmisi nifrətdir.”( Təzkiratul-övliya c.2, səh.21 )

Bir şəxs Şeyxə dedi: “Xalqdan uzaqlaşaraq bir kənara çəkilib, bir güşədə təkcə (tənha) yaşamaq nəyə gərəkdir? Bir az da səyahət, dünyanı fırlanmaq gərəkdir, çünki su bir yerdə qalsa iylənər!”

Şeyx onun cavabında dedi: ”Dəniz ol ki, iylənməyəsən.” ( Təzkiratul-övliya, c.1 səh.141 )

İmam Sadiq (ə) buyurur: “Arif o kəsdir ki, cismi camaatladır, amma ürəyi Allahladır”. ( Misbəhuş-şəri, Babun məarifət )

 

Şeytanın qaçması

Allah yolunda qəzəb və hirs

 

Bir gün bir şeyx Cunidin yanına gəlir. Bu vaxt gördü ki, şeytan ondan qaçaraq uzaqlaşır. Cunidə yaxınlaşanda gördü ki, o bir nəfərə etiraz edərək, nəyəsə çox qəzəblənib. Şeyx dedi: “Ey Cunid, mən eşitmişəm ki, şeytan daha çox insanlara qəzəbli olduqları vaxt sirayət edir. Sən indi çox qəzəblisən, amma buna baxmayaraq şeytan sənin yanından qaçıb, uzaqlaşdığını gördüm?!”

Cunid dedi: Ey şeyx, məgər eşıtməmisən, bilmirsən ki, biz öz nəfsimizə görə deyil, Allah-Təalanın rizası üçün qəzəblənirik. Bir kəs əgər Allaha xatir qəzəblənərsə, hirslənərsə şeytan ondan qaçar. Sənin gördüyün də elə budur. (Təzkiratul-övliya c.2 səh.13)

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 85, 

Dostların veb səhifələri

1630314
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1286
4484
5770
1475480
97075
109322
1630314

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:49

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!