Hikmət Xəzinəsi

«Yasin» surəsi hədislərdə

«Yasin» surəsi hədislərdə

 

«Yasin» surəsi hədislərdə

 

«Yasin»Quranın qəlbidir.  «Yasin»Quranın adlarından biridir.  «Yasin»Peyğəmbərin (s) adlarından biridir.  «Yasin»İmam Əlinin (ə) adlarından biridir.  «Yasin»in bir adı «Muəmma»dır («bütün oxuyanlara, dünya və axirət xeyiri verən»).  «Yasin»in başqa bir adı da «dafiə və qaziyə»dir («pislikləri uzaqlaşdıran», «istəkləri qəbul etdirən»).  «Yasin»in başqa bir adı«Həbibi Nəccar»dır  («Ali-Yasinin mömini»).  «Yasin»«məsumlar» deməkdir.  «Yasin» Tövratda «Bütov Quran» kimi tanınıb.  «Yasin» bir cümlədə Quranın əzəmətini və Həzrət Muhəmmədin (s) peyğəmbərliyini bildirir.

 

«Yasin»də adı çəkilən dəstə

 

Allah-taala Türkiyənin indiki Antakiya şəhərinə əvvəl iki peyğəmbər, sonra isə bir peyğəmbər də göndərmiş və bu peyğəmbərlər isə şəhərin girəcəyində bir kişinin xəstə olan oğluna şəfa vermişdilər. O kişi də Allahı qəbul etmişdi. Camaat  isə onların da adi insanlar kimi olduqlarını bəhanə gətirərək, qəbul etməyib onları öldürdülər. İmanlı bir kişi şəhərin uzaq məntəqəsində sürətlə kafirlərin yanına gəlib dedi: «Ey mənim tayfam! Dəvətlərinin müqabilində sizdən heç bir şey istəməyən, Allahın göndərdiyi  peyğəmbərlərə tabe olun. Mən onların dəvətini qəbul edib, mömin olmuşam və Allah məni sevdiklərindən qərar  vermişdir». Camaat isə bu kişinin sözlərinin tam əksinə olaraq, onu ölənə kimi daşa basdılar. Nəhayət  o, dünyasını dəyişdi.Qurani-Kərimi təfsir edən alimlərin fikrincə, bu imanlı kişi Həbib ibn Nəccar idi.

Qeyd:  «Mukrim», yəni «sevilmiş», «əzizlənmiş» mənasındadır. Allah-taala bu sifəti mələklərə aid edib(«Ənbiya» surəsi, ayə 26). Amma Allah-taala bu sifəti, həmçinin Həbib ibn Nəccara da aid etmişdir.  «Allah məni sevdiklərindən, əzizlədiklərindən qərar  vermişdir» («Yasin»surəsi, ayə27) .

Bu inadkar və peyğəmbər öldürən tafyanın sonu isəçox acınacaqlı oldu. Asimandan dəhşətli səsin gəlməsi iləhamısı məhv oldu. Bu səsin nə və necə olması barədə müxtəlif fikirlər vardır. Qulaq batıran gurultulu ildırımdan, dağıdıcı zəlzələdən və yaxud sırf səsin özündən ölə bilərlər. 

 

«Yasin»in oxunmasında olan savablar

 

«Yasin»i oxumaq on iki dəfə Quranı xətm etməyə bərabərdir. Dünya və axirət səadətinə nail olar və rahat can verər. İmam Sadiq (ə) buyurub: «Həqiqətən də, hər bir şeyin qəlbiv ardır. Quranın da qəlbi «Yasin» surəsidir. Hər kim gündüz və gecə oxusa,  Allah onu hər növ Şeytanın şərrindən amanda qalması üçün min mələk göndərər. Əgər həmin gün dünyasını dəyişərsə, Allah onu Cənnətə daxil edər. Onun qüslu vaxtı otuz min mələk orada olar. O mələklərin hamısı onun üçün Allahdan bağışlanmaq dilərlər. Onu qəbrə yola salarlar. Qəbrə qoyulan vaxt o mələklər, qəbrin kənarında olarlar. İbadət edib, savabını ona hədiyyə edərlər. Onun qəbr əzabından amanda qalması üçün dua edərlər. Onun qəbrindən həmişə nur xaric olar. Qiyamətdə onu sirat körpüsündən keçirib peyğəmbər, imam və mələklərdən başqa heç kimin məskunlaşmadığı bir yerdə məskunlaşdırarlar. Orada heç bir qorxusu, narahatçılığı olmaz. Allah ona belə buyurar: Ey mənim bəndəm, sənə şəfaət etdim. İstədiyini deyə bilərsən».

 

«Yasin» niyə Quranın qəlbi sayılır?

 

«Yasin» surəsi Quranın 36-cı surəsidir ki, 733 kəlmə və 3068 hərfdən ibarətdir. Başqa rəvayətə əsasən, 729 kəlmə və 3000 hərf vardır.

Hədislərə əsasən, «Yasin» surəsi Quranın savablı və fəzilətli surələrindəndir. On dörd məsuma aiddir. Onu gündüz, cümə axşamı və gecələr oxumaq, xüsusəndə dünyasını dəyişmiş insanlara savabını hədiyyə etmək çox sifariş və təkid olunmuşdur. Peyğəmbərimiz (s) hədisində «Yasin» surəsini dünyasını dəyişmiş yaxınlarımız üçün oxumağı tövsiyə etmişdir. Bu sadalanan cəhətlərə görə «Yasin»«Quranın qəlbi» kimi tanınıb.

 

«Yasin» surəsi on dörd məsumun xatirinədir

 

İslamın böyük alimlərindən olan Ayətullah Seyid Əbdülkərim Kəşmiridən sual soruşurlar ki, nəyə görə «Yasin»«Quranın qəlbi»sayılır? Alim buyurdu: «On dörd məsumun xatirinə». Çünki biz Yasin deyərkən, təzim edərək  «sallallahu ələyhi və əlih» («Allahın salam və salavatı olsun Peyğəmbərə və onun Əhli-beytinə») deyirik. Ona görədə bu surə on dörd məsumla əlaqəlidir. Necə ki biz Peyğəmbər adını eşidərkən, tək Peyğəmbərə deyil, həmdə onun Əhli-beytinə salavat deyib yad edirik. Yenədəsoruşdular ki, bəs Yasinin qəlbi nədir? Buyurdu: «Yasin surəsinin 58-ci ayəsi». «Cənnət əhlinə rəhimli Allahdan salam deyiləcək». Bu ayəni izah etmək üçün «Saffat» surəsinin 130-cu ayəsinə baxsaq, Allahın Peyğəmbər ailəsinə salam göndərməsini  görərik. Deməli,«Yasin» surəsinin 1 və 58-ci ayəsinin, «Saffat» surəsinin 130-cu ayəsi Əhli-beytə də aid olmasını anlamaq olar.

 

«Yasin» surəsini oxumağın on xeyiri vardır

 

Həzrət Muhəmməd (s) buyurmuşdur: «Ya Əli, «Yasin» surəsini oxu, çünki onda on bərəkər vardır:

1) Ac adam tox olar;

2) Susuz  sirab olar;

3) Libassız örtülər;

4) Subay ailə qurar;

5) Qorxaq amanda qalar;

6) Xəstə  şəfa tapar;

7) Məhbus  azadlığa çıxar;

8) Müsafir  köməksiz qalmaz;

9) Ölüm asan olar;

10) İtmiş mal tapılar»     («Səfinə» c.1, səh.418; «Biharul-Ənvar» c.81, səh.239).

 

Ölümü asanlaşdıran yeddi amil

 

  1. «Yasin» surəsini oxumaq;
  2.  Valideynə yaxşılıq;
  3.  Əlini (ə) və ailəsini sevmək;
  4.  Ramazan ayının orucunu tutmaq;
  5.  Mömin qardaşına xeyir vermək;
  6. Qohumlara baş çəkmək;
  7. Kasıba libas vermək.

 

Hər kim bu dörd ayəni oxusa, («Yasin» surəsinin 1-2-ci ayələri, «Sad» surəsini 1-ci ayəsi, «Qaf» surəsinin 1-ci ayəsi, «Qələm» surəsinin 1-ci ayəsi) ona qarşı pis və xoşagəlməz danışanların daha danışmamalarına səbəb olar («Camiul əhadis»; «Yasin haqqında eşidilməlilər», səh.98-99-110-111).

 

«Yasin» surəsinin oxumağın fəziləti

 

Hər kim şənbə günündən başlayaraq cümə gününə qədər hər gün 1 dəfə «Yasin» surəsini oxusa və İmam Kazımə (ə) hədiyyə etsə, duaları qəbul olunar.

Hər kim cümə axşamından başlayaraq üç gün iki rükət namaz qılıb sonra «Yasin» surəsini oxusa, Allah onun ruzisini artırar.

Hər kim «Yasin» surəsini yazsa, yusa və suyunu içsə, onun daxilində xəstəliklər bitər, ruzisi artar, rəhmət qapıları üzünə açılar.

Hər kim «Yasin» surəsini müşk və zəfəranla yeddi dəfə yazıb sonra yusa və ardıcıl olaraq ondan yeddi gün içsə, yüksən hafizəyə malik olar. Əgər hər hansı bir mövzuda kimləsə bəhs etsə, qalib olar. Həmçinin, hər kim «Həşr» surəsini  yazıb yusa və suyunu içsə, yüksək hafizəyə malik olar («Əsrarul Quran»).

Hər kim «Yasin» sözünü hər gün 142 dəfə desə, günahların bağışlanmasına səbəb olar («Yasin haqqında eşidilməlilər», səh.102-108).

Hər kim «Yasin» surəsinin 61-ci ayəsini hər  gün yeddi dəfə oxusa və bu işi davam etsə, qorxudan amanda qalar. («Yasin haqqında eşidilməlilər», səh.102-108).

Hər kim «Yasin» və «Saffat» surələrini cümə günündə oxuyub Allahdan dilək diləsə, Allah onun dualarını qəbul edər.

Hər kim «Yasin» surəsini şəban ayının əvvəli, ortası və sonunda oxusa, bir il müddətində Allah onu öz amanında saxlayar.

Hər kim «Yasin» surəsini 53-cü ayəsinə və «Əhqaf» surəsinin 29-cu ayəsindən 32-ci ayəsinə qədər  üç dəfə oxusa və üç dəfə dünyasını dəyişmiş şəxsin ruhunu çağırsa, onunla əlaqə yarada bilər. Sonda isə üç dəfə «İxlas» surəsini oxumaqla isə ruh qayıdar («Yasin haqqında eşidilməlilər», səh.102-108).

Hər kim «Yasin» surəsini cümə axşamı günü oxusa, Allah onun günahlarını bağışlayar («Biharul-Ənvar» c.89, səh.313).

 

İstifadə olunmuş mənbələr:

«Təfsiri-Kəşşaf»c. 4; səh.471;

«Bəharul-Ənvar»c. 89; səh.277;

«Yasin» surəsi;

«Əttar Nişapurinin şeri»nin məzmunu;

«Xəvassul-ayat» kitabı;

«Əmali». səh.667;

«Məcməul-Bəyan»c. 4; səh.413;

«Məfatihul hacat» kit. səh.269;

«Yaxşıların isığı» səh.91;

«Pişavər gecələri»c. 1;

Əllamə Məclisi, «Peyğəmbərlər  tarixi» kit. c.1;

«Məcməul-Bəyan» təfsiri;

«İki min müstəhəbb və məkruh» kit. səh.52.

İlahiyyatçı, islamşünas:  Muhəmməd Nicat

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 134, 

Dostların veb səhifələri

1780695
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
221
7145
15262
1621332
82195
165261
1780695

sizin IP ünvanınız: 54.81.195.140
2018-07-17 02:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!