İlahi möcüzələr

Hər bir varlıq danışır

 

Hər bir varlıq danışır

 

Bəziləri elə xəyal edirlər ki, danışmaq yalnız insana məxsusdur və bəşərdən başqa heç bir varlıq ağzına söz alıb danışmır, bir-birilə söhbət etmirlər. Əsrarəngsiz aləmin qəribəliklərindən xəbərsiz olub bilmirlər ki, bu dünya sirlər və ecazlarla doludur. Onlardan biri də varlıqların, məxluqatın danışmasıdır. Bir çox Quran ayələri, rəvayətlər və tarixi hadisələr qeyri-insani varlıqların, hətta insanın bədən üzvlərinin də danışmasına şahidlik edir:

 

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا

“Məhz o gün yer öz xəbərlərini açıb söyləyər” (“Zəlzələ” surəsi, ayə 4).

 

الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

“Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verər” (“Yasin” surəsi, ayə 65).

 

Mütəal Allah Özü haqda belə buyurur:

 

وَرُسُلا قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِنْ قَبْلُ وَرُسُلا لَمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ اللَّهُ مُوسَى تَكْلِيمًا

“Və Allah Musa ilə məxsus bir tərzdə danışdı” (“Nisa” surəsi, ayə 164).

 

Həmçinin, bir neçə ayədə şeytanın danışmağından söz açılır. Allah-təala mələklərə, Adəmə səcdə etməyi əmr etdikdə, o, Allaha deyir:

 

قَالَ مَا مَنَعَكَ أَلا تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ

“Dedi: “Mən ondan üstünəm. Məni oddan yaratmısan, onu isə torpaqdan” (“Əraf” surəsi, ayə 12).

 

Həzrət Süleymanın (ə) dastanında da gəlmişdir ki, Süleyman peyğəmbər (ə) Hud-hud quşundan soruşur ki, harada idin? Deyir: “Sənin üçün Səba şəhərindən mühüm və doğru bir xəbər gətirmişəm”.

Həmçinin Süleymanın (ə) ölülərlə, şirin Əbuzərlə, günəş və canavarın Əli (ə) ilə, əsanın həzrət Cavadla (ə) danışması və onun haqqaniyyətinə şəhadət verməsi və s. kimi yüzlərlə nümunə bizim iddiamızı təsdiqləyər.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 1478, 

Dostların veb səhifələri

6775107
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4128
7479
26428
6592623
184265
177289
6775107

sizin IP ünvanınız: 3.92.74.105
2020-09-30 15:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!