İlahi möcüzələr

Yerin Tavanı

 

Yerin Tavanı

Allah - Təala “Ənbiya” surəsinin  32-ci ayəsində buyurur :

وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَحْفُوظًا وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ 

"Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər." (Ənbiya surəsi, ayə - 32)

Ayədəki sözlərin izahı :

  1. “əs-səma” Quranda müxtəlif mənalarda işlənibdir. Bu ayədə “səma” sözü yer kürəsinin ətraf fəzası mənasindadır. (yəni yer kürəsini əhatə etmiş qalın  hava qatları, elmi dildə desək Yeri hər tərəfdən əhatə etmiş atmosfer qatları.)
  2. “məhfuzən” - qorunub saxlanılan, möhkəm saxlanılan (əgər tavan möhkəm olarsa, o, qoruyucu rolunu oynayacaq)

 

Ayədəki incəliklər :

  1. Yer kürəsinin tavanı vardır.Başqa sözlə desək,asiman (atmosfer qatları) Yerin tavanı hesab olunur Yerin ətrafındakı hava qatları nə üçün “tavan” deyildir? Bu sualı hazırki fəsildə araşdıracağıq.
  2. Yerin tavanı qorunur, yəni korlanıb sıradan çıxmır. Məlumdur ki,atmosferlə hər gün milyonlarla cisim toqquşur. Lakin bu toqquşmanın nəticəsində yerə  heç bir zərər dəymir və atmosfer yad cisimlərin Yerə təsirinin qarşısını alır.
  3. Bəzi insanlar bu yaradılışa və Allahın qüdrətiylə onun vücuda gəlməsinin hikmətinə  diqqət  yetirmirlər, hətta bəzi insanlar ondan üz döndərirlər. Yəni baxmayaraq ki, Yerin tavanının ərsəyə gəlməsinin hikmətini və movcudların  həyatında onun rolunu bilirlər, lakin bununla belə onu bu şəkildə var edən hikmətli xaliqi inkar edirlər.

 

Ayədəki mövcud möcüzənin şərhi :

  1. Hər bir evin tavanı başqa şeylərin evə daxil olmasının qarşısını alır.Məsələn,əgər bir daş evin  üzərinə düşərsə ,onun damı daşın içəri düşməsinə mane olur.
  2. Evin tavanı,damı  içəridə olan temperaturu qoruyur və evin içindəki enerji və istiliyin bayıra çıxmasına maneə olur.Beləliklə,tavan evin içərisindəki hərarətin sabit qalmasına səbəb olur.
  3. Səs dalğalarının çoxunun evdən bayıra çıxmasına maneə yaradır.

 

Qeyd olunan evin damına aiddir. İndi isə görək asiman, daha dəqiq desək, Yerin ətrafındakı hava qatlarının evin damına nə oxşarlığı vardır? Yeri hər tərəfdən qalın hava qatları əhatə edir. Hava qatları yerin səthindən yuxarıya doğru 100 kilometrlərlə uzanır. Bu hava qatları bir şox qazların qarışığından təşkil olunmuşdur. Bunlardan azot, oksigen, arqon, karbon, su buxarı və başqalarını göstərmək olar.

Bəli, həmin hava qatları böyük həcmli qalınlığa malik olmaqla yanaşı ,Yer kürəsini qoruyan möhkəm bir tavana bənzəyir. Hər gün milyonlarla göy cisimləri (meteoridlər) Yer səthinə doğru gəlir. Onlar yer sakinləri üçün böyük təhlükə yarada bilər. Lakin qalın hava qatları (atmosfer) yeri onların dağıdıcı təsirindən qoruyur. Bu da insanlar üçün təhlükəsiz həyat sürməyə şərait yaradır.

                                                   

Asiman möhkəm bir tavandır

 

Burada səmanın möhkəm bir sədd olması haqqında təbii elmlərlə məşğul olan bir-neçə alimin nəzərlərilə tanış olaq :

Biofizik Frank Alen belə yazır:

“Yerin  səthindəki qazlar çox qalın qatlardan ibarətdir. Buda  hər gün atmosferə hər saniyədə 50 kilometr sürətlə daxil olan milyonlarla göy cisimlərinin ,eyni zamanda onların yer kürəsi üçün yarada bildiyi böyük fəlakətlərin qarşısını alır.

Atmosferin faydalarından biridə budur ki, Yerin səthindəki tempuraturun dərəcəsinə uyğun olaraq qoruyub saxlayır. Həmçınin atmosfer yaşayış üçün ən zəruri olan su və suyun buxarını okeanlardan quruya köçürdür.əgər belə olmasaydı, bütün qitələr yaşayış üçün heç də sərfəli olmayan quraqlığa çevrilərdi.Hər gün milyonlarla göy cisimləri yer səthinə çatmamış alışıb yanır və ya buxara çevrilirlər. Lakin göy cisimlərinin bəzilərinin həcmi və ağırlığı həddindən artıq şox olduğu üçün az hallarda onlardan ayrılmış parçalar hava qatlarından keçib yerə çata bilir. O cümlədən 1908-ci ildə “sibir” adıyla məşhur  olmuş səma cismi yerin səthinə düşərək  40 km məsafəni əhatə etmiş və böyük fəlakətə səbəb olmuşdur. Həmçinin Amerikada Arizonaya da başqa bir cisim düşmüşdür. Onun diametri bir kilometrə və hündürlüyü 200 metrə çatırdı.Meteorid yerə düşərkən böyük  bir yarıq yaratmışdır. Səma cisminin partlayışı ilə çoxlu  kiçik parçalar ətrafa dağılmış və yerin səthini örtmüşdür.”

Kersi Merison yazır:

Hər gün  milyonlarla göy cisimləri yer səthinə doğru uçub gəlir və yerə çatmamış səmada hava qatlarında partlayaraq   alışıb yanırlar. Lakin əgər hava qatları hazırkı vəziyyətdən daha çox seyrək olsaydı göy cisimləri yerin səthini dəlik dəlik edərdi.

Göy cisimlərinin sürəti hər saniyədə 6 mildən 40 milə qədər  çatır. Buna  görə də onlar hər nə ilə toqquşsa partlayışa və alova səbəb olar. Əgər göy cisimlərinin sürəti az olsaydı, məsələn güllədən açılan atəş sürətli olsaydı, onların hamısı yerin səthinə düşərdi və böyük fəlakət yaradardı. O cümlədən, əgər insanın  özü göy cisimlərindən ayırılmış hətta kiçik bir parça ilə üzləşsə, onun doxsan dəfə güllə atəşindən çox sürətlə hərəkət edən hərarəti insanı parça - parça edərdi.

Səmada olan hava qatları qalın olduğu üçün Günəşdən Yerin səthinə çatan şuaları  tənzimləyərək bitkilərin inkişafını təmin edir,zərərli şüaları fəzada məhv edir vəfaydalı vitaminlər yaradır.

Həmçinin yeri əhatə hava qatları bəzi  səs dalğalarının çıxışına maneə olur. SW  qısa dalğaları , Am dalğaları, FM və başqa səs dalğaları yerin hava qatını ötüb keçə bilmirlər.

Səmadakı  Xüsusi Gözəllik  

Qurani - kərimin bəzi ayələrində yer kürəsinin ətraf  səmasında mövcud olan gözəllik barəsində söz açılmışdır. Füssilət surəsinin 12-ayəsində buyurulur:

Doğrudanda, Yerin səması zinətlənmiş və bəzəkli formada xəlq olunmuşdur. Buda başımızın üzərindəki səmaya xüsusi gözəllik bağışlayır. Yeri ətraf fəzası gündüzlərin gözəlliyinə səbəb olur və onun mavi göyü bütün gözləri heyran qoyur.Gecələri yerin ətrafındakı mülayim  nur  və  parlaq ulduzlar bütün ağılları valeh edir.Bu yalnız yerin səmasında mövcuddur. Əgər yerin ətraf  səmasını  ötüb daha da yüksəkliklərə getsək, görərik ki, orada  gecə - gündüz məfhumu yoxdur, Günəş saçsada, orada hər yer hər tərəf tam qaranlıqdır. Daha orada nə mai səma nə də gecənin mülayim nuru müşahidə olunur. Yuri Qaqarin deyir:

“Doğurdanda, təəccüblüdür! Günəş nur saçsa da ,asiman qaranlıq içində batmışdır.”

Son söz: Yerin ətraf fəzasını “qoruyucu tavan” məhfumundan gözəl və bitkin bir sözlə bəyan etmək mümkündürmü?!

Bəli, Quran - kərim bu fəzanı  “asiman” adlandırdı. Yerin ətrafındakı hava qatları hifz edici bir tavan kimi həm özü bütün göy cisimlərinin hücumları qarşısında dağılmır. Hə də yer kürəsini və onun sakinlərini saysız hesabsız xətərlərdən qoruyub saxlayır. Bu da alim və hikmətli xaliqin varlığını sübut edən böyük bir dəlildir. O insanların yaşayışı üçün hər bir şəraiti yaratmışdır. Ədər insan düzgün fikirləşsə!

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 715, 

Dostların veb səhifələri

4379819
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3649
7061
44135
4179769
121163
209332
4379819

sizin IP ünvanınız: 3.227.2.109
2019-10-19 12:18

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!