İlahi nemətlər

Zeytun

Zeytun

 

Zeytun

 

يُنْبِتُ لَكُمْ بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالأعْنَابَ وَمِنْ كُلِّ الثَّمَرَاتِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ

“Onun vasitəsilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da, bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır” (“Nəhl” surəsi, ayə 11).

Qurani-Kərimdə bir çox meyvə və meyvə ağaclarının adı çəkilmişdir. Onlardan biri də zeytundur. Zeytun böyük ağac deyil və onun hündürlüyünün səkkiz metrə çatmasına çox az təsadüf olunur. Bu ağacın əsl vətəni Fenikiya olmuş və miladdan iki min il əvvəl həmin ərazidə əkilmişdir. Sonra oradan Qərbə, yəni, Avropa və Afrikaya və daha sonra Şərqə, yəni, Əfqanıstan və İrana yol tapmışdır. Zeytun ağacının mənşəyi barədə olan bu həqiqət “Nur” surəsinin 35-ci ayəsində bəyan olunmuşdur:

اللَّهُ السَّمَاوَاتِ نُورُ وَالأرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لا شَرْقِيَّةٍ وَلا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ وَيَضْرِبُ اللَّهُ الأمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çırağı olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur.O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) Şərqə, nə də (sübh çağı saçdığı) Qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın (Yağın, çırağın şüşənin və nuru çıraqqabının) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nuru təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna tərəf (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.

Bununla belə bəzi təfsirçilər bu ayəni müxtəlif şəkildə təfsir etmişlər. Misal üçün: Əllamə Əbdullah Yusif Əlinin nəzərinə görə zeytun bütün dünyaya məxsusdur, Şərq və Qərbə həsr olunmamışdır. Onun nəzərinə əlavə olaraq, Şərq və Qərbdən məqsəd ağacın (hissələridir) tərəfidir. Mövlana Əbdulmacid, Mövlana Osmani, Mövlana Həqqani və s. kimi yazıçıların bir sıra belə nəzərləri mövcuddur. Hətta demişlər ki, zeytunun dadı və keyfiyyəti bu ağaca görə deyil, günəşlə bağlılığına görədir. Doktor Muhəmməd İqtidar Hüseyn Faruqinin nəzərinə əsasən, bu ayə zeytunun vətəninə işarə edir, başqa bir şeyə yox. Zeytun ağacı Avropa və Afrika nahiyyəsində adi bir ağac idi. Avropanın cənubunda bu ağac elə geniş yayıldı ki, “Avropa zeytunu” adını qazandı, habelə zeytun sırf Avropayla əlaqəli bir ağac hesab olundu. Amma təhqiqatçılar araşdırmalar nəticəsində Avropanın zeytunun vətəni olmadığını isbat etdilər. Onun vətəni Finikiyyə, başqa sözlə desək, Ərəbistan yarımadasının şimal hissəsidir. Zeytun bu yerdən artmağa başlamışdır.

Zeytun peyvənd vurma yolu ilə artırılır. Peyvənd olunmayan ağacların meyvəsi isə ətirsizdir. Yetişməmiş zeytunun dadı acı olur, amma yetişmiş zeytun çox ətirli və dadlı olur. Zeytun yumurta şəkilli, uzunluğu 2-3 sm-ə çatan bir meyvədir. Hər zeytun ağacı 10 kq-dan 20 kq-a qədər meyvə verir. Meyvənin əti yüksək keyfiyyətli yağ mənbəyindən ibarətdir. Zeytundan 15%-dən də çox yağ alınır. Yağ sıxılmaq yolu ilə əldə edilir. İlk sıxılmadan alınan yağ yüksək keyfiyyətli olur və təmizlənməyə ehtiyacı yoxdur. Birinci sıxılmadan sonra yeyilmək üçün yararlı olmayan yağ əldə olunur və bu yağ sabun istehsalında istifadə üçün əlverişlidir.

Yeyilən zeytun yağından Avropada salatların və s. yeməklərin hazırlanmasında geniş istifadə olunur. Bu yağdan hətta bişirilməyən yeməklərdə də istifadə etmək olar. Qədim zamanlarda ərəb əsgərləri bir yerə qoşun çəkəndə özləri ilə zeytun yağı və ya bal götürürdülər. Bununla belə onlar öz vaxtlarını yemək bişirməyə sərf etmirdilər. Çörəyi çiy yağ, yaxud balla yeyirdilər.

Dünyada zeytunun illik istehsalı 20 milyon tondur. Bu yağı dünya bazarına İtaliya və İspaniya çıxarmağa müvəffəq olmuşdur. Zeytunun dərman kimi çox dəyərlidir. Zeytun tutumlu, rahatlıq yaradan, mədə-bağırsağın fəaliyyətini tənzimləyən bir maddədir. Mədə yaralarını, on iki barmaq bağırsaqda olan xəstəlikləri sağaldır. Böyrək çatışmazlığı zamanı azotsuz bir yemək kimi xəstələrə təyin olunur. Zeytun yağından istifadə insan bədənin dərisini yaxşılaşdırır, dəridə olan suluqları sağaldır. Bu yağ masaj üçün də münasibdir. Məlhəmlərin və plastırların çoxunun tərkibinin mühüm hissəsini təşkil edir. Allahın Rəsulundan (s) olan bir hədisdə insanlara yemək və masaj etmək üçün zeytun yağından istifadə tövsiyə olunur.

Zeytun yağı çıraq üçün münasib bir yanacaqdır.

Qurani-Kərimdə “Nur” surəsinin 35-ci ayəsində zeytunun bu cür istifadə olunması yaxşı vəsf olunmuşdur. Keyfiyyətli zeytun yağının rəngi açıq sarı, bəzən isə yaşımtıl olur. Elə saf və şəffaf olur ki, əgər şüşə bir qaba töksələr, parlaq bir şey formasını alar, çırağı yandırsalar, onun işığını artırar. Zeytunun bu xüsusiyyəti “nur üstündə nur” ibarəsi ilə vəsf olunmuşdur.

Dimdiyində zeytun budağı olan bir göyərçin dünyada sülh və həmrəyliyin rəmzidir. Bu rəmz Nuhun gəmisindən qaynaqlanır. Bir rəvayətə görə Allahın qəzəbi tufanla zahir oldu. Tufan sakitləşəndə sülh və asayiş nişanəsi dimdiyində zeytun budağı olan bir göyərçin göründü.

Hədis:

Peyğəmbər (s) buyurmuşdur:

“Zeytun yağı yeyin və onu öz bədəninizə çəkin, o, mübarək ağacdır”.

“Zeytunu yeyin və bədəninizə çəkin, o, yetmiş xəstəliyi, o cümlədən, cüzamı sağaldır”. “Siz  yağı mübarək ağac olan zeytundan alın. Özünüzü onunla müalicə edin. O, babasili sağaldır”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 129, 

Dostların veb səhifələri

1934001
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
675
3608
29646
1757782
84407
151094
1934001

sizin IP ünvanınız: 54.92.182.0
2018-08-18 08:01

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!