İlahi nemətlər

Xurma

Xurma

 

Xurma

 

وَفِي الأرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَى بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَى بَعْضٍ فِي الأكُلِ إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ

“Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar  və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən, bunda ağıllarını işlədən dəstə üçün nişanələr vardır” (“Rəd” surəsi, ayə 4).

Xurma ilə tanış olaq:

Qurandakı adı: “Nəxl”, “nəxil”.

Elmi adı: Phoenix dactylifera.

Qurani-Məciddə adı çəkilən meyvələr içərisində xurmanın adı daha çox təkrarlanmışdır.

İyirmi Quran ayəsində “nəxl” və “nəxlə” kəlməsi işlənmişdir. Səkkiz ayədə tək şəkildə, on iki ayədə isə zeytun, nar və üzüm kimi digər meyvələrlə yanaşı qeyd olunmuşdur. Belə bir fikir var ki, xurma ağacının əkilib becərdilməsi altı-yeddi min il əvvəl Beynənnəhreyndə başlamışdır. Ehtimal olunur ki, o zaman xurma ağacından başqa meyvə ağacı becərilmirdi və bəlkə də elə bu səbəbdən xurma həmişə bəşəri mədəniyyətlə yanaşı olmuşdur.

Xurmanın ümumi adı olan Funiks eyni zamanda əfsanəvi quşun adıdır. Nəql olunur ki, bu quş neçə min il əvvəl Böyük Ərəbistan səhrasında mövcud olmuşdur. Orta ömrü 500-600 il olan bu quş özünü yandırdıqdan sonra öz külündən yenidən zahir olardı. Qədim Yunan və Roma ədəbiyyatında xurma ağacı ilə bu quşun rabitəsinin mümkünlüyü barədə çoxlu dastanlar vardır.

Bir ərəb zərb məsəlinə görə xurma ağacının faydaları ilin günlərinin sayı qədərdir. Həqiqətən də, xurma müxtəlif faydalara malikdir. Onun ağacından tikintidə, yarpaqlarından isə kəndir, həsir və digər əşyaların istehsalıda istifadə olunur. Eyni zamanda öz şadlıq mərasimlərində hamılıqla əllərində xurma yarpaqları tutmaq ərəblərin qədim adəti idi. Xurmanın çəyirdəyi qurudulduqdan sonra üyüdüb un şəklinə salınsa heyvanlar üçün münasib qida əldə olunar.

Xurma şirin və ləzzətli meyvə olmaqla yanaşı həmdə insan üçün ən yaxşı qida məhsuludur. Xurmanın tərkibində böyük miqdarda saxaroza, protein, selluliz, nişasta və eyni zamanda xeyli miqdarda A, B, C vitaminləri, dəmir, sodium, kalsium, kükürd, fosfor vardır. Xurmadan bal kimi şirniyyatın, şirələrin və şərbətlərin hazırlanmasında da istifadə olunur. Xurma ikigövdəli ağacdır. Yəni erkək ağac və onun dişisi iki ayrı gövdədə yanaşı bitirlər. İki ağacın arasında gedən tozlanma meyvənin yaranmasına səbəb olur. Bir erkək xurma ağacı yüz dişi ağacın tozlanmasına kifayət edir. Xurma bağı xurmalıq adlanır. Əgər xurmalıqda erkək xurma ağacların heç biri meyvə verməyəcək.

İslamın zühurundan əvvəl ərəb qəbilələri düşmənçilik etdikləri qəbilələrin xurma ağaclarının, xüsusilə erkək xurma ağaclarını kəsib məhv edirdilər. Müsəlmanlar bu işə qarşı çıxdılar və onu qadağan etdilər. Ağaclarla belə rəftarı yer üzərində fəsad hesab edirdilər. Hətta müharibə vaxtı qoşun sərkərdələrinə göstəriş verilirdi ki, günahsız insanları incitməsinlər, ağacları kəsməsinlər. Ağacların qorunmasına olan bu güclü həssalıq inqilabi bir düşüncə və insaf cəmiyyətinin inkişafı üçün əməli bir yol idi. Bir dəfə müsəlmanlar Bəni Nəzir qəbiləsi ilə qarşılaşanda müharibədə qələbə qazanmaq üçün düşmənin xurma ağaclarını kəsməyə məcbur oldular və bu əməl onları çox kədərləndirdi. O zaman “Həşr” surəsinin 5-ci ayəsi nazil oldu və müsəlmanların kədərlərini aradan qaldırdı, çətin şəraitdə onlara belə bir işi yerinə yetirməyə icazə verildi.

Xurma tibbi baxımdan da çox dəyərlidir. Sakitləşdirici və qüvvətvericidir. Eyni zamanda ürəyin hərəkətinə yaxşı kömək edir, yaddaşsızlığı aradan qaldırır. Tənəffüsdə olan narahatlıq, xüsusilə tənginəfəslik üçün çox faydalıdır. Sidikqovucudur, cinsi qabiliyyəti də gücləndirir.

Xurmanın bütün xüsusiyyətlərinə və tərkibinə diqqət yetirsək, onu kamil və qüvvətləndirici bir yemək hesab edə bilərik. Xurma çəyirdəyinin unundan hazırlanan məlhəm və plastırla göz xəstəliklərindən, xüsusilə gözdəki buynuz təbəqənin şişindən və göz ağrılarından əziyyət çəkənlər üçün şəfadır.  Həzrət Muhəmməd (s) sağlamlıqlarını qorumaq üçün insanlara xurma yeməyi tövsiyə etmişdir. Baxmayaraq ki, bir dəfə Həzrət Əlini (ə) xurma yeməkdən çəkindirdiyi də nəql olunmuşdur. Ancaq Peyğəmbərin (s) Həzrət Əliyə (ə) etdiyi bu tövsiyə elmi cəhətdən təsdiqlənmişdir. Çünki xurmanın tərkibində liflər olduğundan xəstə bədəndəki zəif mədənin həzmində problemlər yaranır. Bəzi müfəssirlər xurmanı hamilə qadınlar üçün çox faydalı olduğunu bildirmişlər. Çünki “Məryəm” surəsinin 24-25-ci ayələrində deyilir ki, Həzrət Məryəm (ə) hamiləlik ağrısı çəkən zaman onun üçün Allah tərəfindən xurma yeməsi tövsiyə olundu.

Xurmanın ən yaxşı dərilmə vaxtı ağacın kökünün suda və yarpaqlarının yay günəşinin ən qızmar şüaları altında olan vaxtıdır. Xurma ağacının hündürlüyü 16 metrdən 20 metrə qədərdir. Qurani-Kərimdə “Rəd” surəsinin 4-cü ayəsində xurmanın 2 növündən “sınvan”“qeyri sınvan”dan (bir kökdən və müxtəlif köklərdən olan xurma ağaclarından) danışılır. Xurma ağacının orta yaşı 200 ildir. Xurma hündür olsa da, kökü 2 metrdən artıq olmur. Xurma bağlarının özünəməxsus gözəlliyi olduğundan bir çox Ərəb, Afrika hətta Avropa şairləri öz məşhur şeirlərində xurmanın gözəlliklərindən bəhs etmişlər.

Coğrafi cəhətdən xurmanın əkin yeri əsasən, İraq, Ərəbistan, İran və Misirdir. Xurma tibbi dəyərindən əlavə, tarix və mədəniyyət baxımından da “İlahi lütf” adlandırıla bilər. Elə bu səbəbə görə də Qurani-Kərimdə xurma böyük ehtiramla yad edilir.

Allahın Rəsulunun (s) hədislərində də buna az yer verilməmişdir.

 

Xurma haqqında bir neçə hədis:

Allah Rəsulu (s): “Mümkün olduğu qədər sübh yeməyin xurma ilə bir yerdə yeyin”.

Əbu Bəsir rəvayət etmişdir: “Biz Allah Rəsuluna (s) kərə yağı və xurma hədiyyə etdik. Çünki o, bunların hər ikisi çox sevirdi”.

Ənəs ibn Malik Allah Rəsulunun (s) belə buyurduğunu rəvayət etmişdir: “Hətta bir-iki xurma ilə olsa belə şam yeməyini tərk etməyin. Şam yeməyini tərk etmək ömürü qısaldır”.

Cabir ibn Əbdullah rəvayət etmişdir ki, Allah Rəsulu (s) buyurdu: “Kişmişlə xurmanı birlikdə yeməyin”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 92, 

Dostların veb səhifələri

1630307
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1279
4484
5763
1475480
97068
109322
1630307

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:48

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!