İlahi nemətlər

Quranda göyərtilər

 

Quranda göyərtilər

Biz müsəlmanlar Allahın bizə bəxş etdiyi bərəkət dolu kitabı olan Qurana bir ömür minnətdarıq. Digər faydalarla yanaşı, Yaradan bizim üçün faydalı olan yeməkləri Öz kitabında izah etmişdir. Quranda 300-dən çox ayələrdə insanların yeməkləri barədə bəyan olunur ki, onlar qidalarına diqqət etsinlər və mədələrini qorusunlar.

Həzrət Əli (ə) buyurur: «Öz mədələrinizi heyvanların qəbiristanlığına döndərməyin».

Qurani-Kərimdə göyərtilərlə bağlı ayələr Allahın neməti ünvanında gəlmişdir.

«Əbəsə» surəsinin 28-ci ayəsindəki «قَضْبً» kəlməsi göyərti mənasındadır. Amma ayədə göyərtinin hansı növündən bəhs olunur, təfsirçilər və mütərcimlər bu barədə dəqiq və aydın bir fikir söyləmişlər. Bəzi lüğət mənbələrinə istinadən bu kəlmə haqqında izah vermək olar. «Lisanul ərəb»də qeyd olunur: «قَضْبً» kəlməsi yarpaqları çox nazik, zərif olan göyərtiyə deyilir. Həmçinin ona mal-qaranın yeməyi olan yoncaya da deyilmişdir. Aşağıda qeyd olunacaq mütərcimlərin nəzərlərində şərif ayə bir neçə müxtəlif mənayla bu kəlməyə şamil olur.

 

وَعِنَبًا وَقَضْبًا

Üzüm və yonca; (Əbəsə, 28)

  • Üzüm və davamiyyətli bitən və tez-tez biçilən göyərti;
  • Tənək və yeməli göyərtilər;
  • Üzüm və göyərti;
  • Üzüm ağacı və göyərtilər;
  • Üzüm bağı və təkrar-təkrar bitən göyərtilər;
  • Üzüm və çoxlu göyərtilər;
  • Üzüm bağı və həmişə tər və təzə olan göyərtilər («Təfsiri-portui əz Quran», «Təfsiri-Nümunə», «Təfsiri-Mizan»).

Qeyd olunan bu fikirlərdən sonra belə bir sualın yaranması mümkündür ki, görəsən o hansı xassəli göyərtidir ki, biçdikcə yenidən və dəfələrlə,həmçinin qısa bir vaxtda bitir? Bu sualın cavabı belədir. Biçdikcə yenidən bitən göyərtilər, həmçinin yeməli göyərtilərə də işarə olunur və insanların yeməklərində xüsusi xoş ətirli göyərtilərdən istifadə olunur. Həm də fəsillərə uyğun göyərtilər də bu mənadadır. Göyərtilərinhər biri öz növbəsində bitir. Təbii ki, insanların istifadə etdiyi göyərtilərdən mal-qara da yeyə bilər. Ayədə qeyd olunan tez-tez bitən incə yarpaqlı göyərti əsasən mal-qaranın yemi olan yoncaya işarədir. Hər halda, ümumi zikr olunan «göyərti» kəlməsi heyvanların yemi mənasındadır və eyni zamanda insanların istifadə etdiyi göyərtilərdir. Bu suala müfəssirlər belə nəzər bildirmişlər.

Ayədəki tez-tez bitən incə yarpaqlı göyərti elə həmin yoncadırvə məlumdur ki, yonca heyvanların yemidir. Amma bir qədər dərin düşündükdə bu nəticəyə gəlmək olar ki, kəlmənin mənası ümumi göyərtilərə də aiddir. Çünki, həmçinin kəlmənin mənasında bir neçə dəfə təkrarən bitməsi də qeyd olunur. Elə bu səbəbdən demək olar ki, göyərti dedikdə insanların yeməklərdə istifadə etdikləri göyərtilər nəzərdə tutulur. Müfəssirlərin bu barədə nəzərləri diqqətdən kənarda qalmır.

«Təfsiri-Nümunə»– «قَضْبً» ( جذبvəznindədir) əsl mənası o göyərtilərdir ki, onları növbə ilə müxtəlif vaxtlarda biçirlər və burada yeməli göyərtilər mənasındadır. Həmçinin üzüm də yeyinti məhsullarında çox əhəmiyyət kəsb edir.

«Təfsiri-Mizan» – «قَضْبً» kəlməsi təzə və tər göyərtilər mənasında işlənib və insanların yediyi təravətli göyərtilərdəndir. Əgər yonca kimi də şərh olunubsa, bu ona görədir ki, tez-tez biçilir və yerinə yenisi bitir. Amma bəziləri qəti bir fikir söyləyib demişlər ki, burada bütün göyərtilər nəzərdə tutulur. Həm tez-tez biçilir, həm də heyvanların ot yemi kimi istifadə olunur.

«Təfsiri-Ət-teyyibul»–«قَضْبً»bu göyərtilər mənasında gəlib, nanə, tərxun, tərə, reyhan, ispanaq, yonca. Ayədə əsas məqsəd və məna budur ki, göyərtilər insanlara və heyvanlara bir növ bəxş edilən ilahi nemətdir.

 

İslam təbabətindəinsan sağlamlığı üçün faydalı olan göyərtilər

Şüyüd, cəfəri, kəklikotu, keşniş (amma keşniş həddindən artıq yeyilməməlidir).

Şüyüd yuxusuzluğu aradan aparır. İştahanı artırır və mədə həzminə kömək olur. Qədim Misirdə şüyüddən dərman kimi istifadə olunurdu. Həmçinin şüyüdün tumları da iştahanı artırır. Toyuq və balığı şüyüdsüz yeməyin!

Keşniş qüvvətləndirici xüsusiyyətə malikdir. Xörəklərdə istifadəsinə daha çox üstünlük verilir. Amma keşnişi 1 dəstədən artıq istifadə etmək olmaz.

Cəfəri demək olar ki, cəfəri vitaminlərlə zəngindir. Hətta ona el arasında göyərtilərin qəhrəmanı adı da verilib. Tərkibində vitamin C, kalsium, fibr, vitamin B, dəmir, antioksidantlar var. Həmişə təzə cəfəridən istifadə edin. Toyuq, balıq və ətin kənarına qoyun, həmçinin kartof püresi və supun tərkibinə də əlavə edin.

KəklikotuSakitləşdirici təsirə malikdir. İmmuniteti artırır. Soyuqdəyməyə qarşı faydalıdır. Mədə-bağırsaqxəstəliklərinin müalicəsində istifadə olunur. İştahanı yaxşılaşdırır. Həzmə kömək edir. Mədə-bağırsaqları və ciyərləri təmizləyir. Ağciyər xəstəliklərinə qarşı faydalıdır. Ən yaxşı ağrıkəsicidir. Revmatizmanın müalicəsinə kömək edir. Öskürəyi kəsir. Qripə qarşı faydalıdır.

 

İstifadə olunan mənbə: Səbzicat dər Quran

İlahiyyatçı, Sara Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

  


 5494, 

Dostların veb səhifələri

15653133
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1537
7422
48680
15456216
128272
160067
15653133

sizin IP ünvanınız: 3.23.103.14
2024-12-22 05:23

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!