İlahi nemətlər

Cənnət meyvələri və onun xüsusiyyətləri

 
(0 votes)

                                                                                                 Cənnət meyvələri və onun xüsusiyyətləri

Qurani-Kərimdə Cənnət nemətləri müxtəlif çeşidlərlə bəyan olunur.

وَأَمْدَدْنَاهُمْ بِفَاكِهَةٍ وَلَحْمٍ مِمَّا يَشْتَهُونَ  

"Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik". Tur-22

“Əmdədə” imdad məsdərindən olub, kömək etmək mənasındadır. Yəni, “zidnəhum” onlar üçün artırırıq. Bütövlükdə fəzldən söhbət gedir, Cənnət meyvələrini təfəzzül üzündən artırdıq. Bu dünyanın meyvələri o aləmdə də həmin ada malikdir. Lakin onların həqiqətləri bir-birindən çox fərqlidir. Cənnət meyvələri lətifdir, dünya meyvələri isə lətif deyil.

Dünya meyvələrinin kalı və yetişmişi, əzilmişi, xarabı vardır. Cənnət meyvələri isə əksinə olaraq, kalı, dadsızı və xarabı yoxdur. Bundan başqa bir-birindən gözəldir. Cənnət meyvələrinin başqa əzəmətindən biri də onun dənəsiz olmasıdır. Qalın qabığı da yoxdur.

Peyğəmbərdən (s) rəvayət olunur ki, Cənnət meyvələrinin hər birinin yüz min dadı vardır.

Ora başqa aləmdir. Görün mömin necə necə dərrakəyə malik olur ki, yüz min dadı bir anda dadır. Cənnət ağaclarının budağı qızıldır, tikanı, çubuğu yoxdur. Budağında da meyvə vardır. Möminin istədiyi hər hansı bir meyvə həmin saat onun qarşısında hazır olur. Daha mühüm məsələ budur ki, mömin ağzındakı meyvəni yediyi halda həmin ağzındakı meyvə istədiyi başqa bir meyvəyə dönür.

Həzrəti Xatəmul-Ənbiyadan (s) aşağıdakı məzmunda bir rəvayət olunur: “Yuxu aləmində əmim Həmzəni gördüm (Həmzə şəhid olandan sonra). Bu zaman onun yanında bir salxım üzüm var idi. Bir də gördüm üzüm xurmaya döndü. Əmimdən soruşdur ki, əməllərin ən gözəli hansıdır? O, dedi: İnsanın əli ilə susuzun sirab olması, ikincisi budur ki, Muhəmmədə (s) salavat göndərmək, üçüncüsü isə əmin oğlu Əliyyibni Əbutalibi sevməkdir”.

Behiştdə ət

Meyl və iştahaları olan heyvan əti, toyuq əti, özüdə ki, Cənnətdə!

Peyğəmbərdən (s) nəql olunur ki, mömin Cənnətdə öz taxtının üstündə oturur. Birdən dəvə boyda quşlar gəlirlər. Mömin onların ətindən yemək istəyən kimi quşlar həmin an oturarlar, quşun qanadları tökülərək kabab olar. Mömin onu yeyər, elə ki, doydu, əlhəmdu-lilləh dedi, quş dirilib uçar və digər quşların arasında iftixar edər.

Cənnət şərabı huşu artırır

يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ 

"Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır". Tur-23

Piyalənin içi içməli sularla doludur. İçməli sular nədir? Cənnətdə bir neçə cür içməli sular vardır. Birincisi bal, həm də dünyadakı bala bənzəməyən bir bal. İkincisi süd, üçüncüsü su, dördüncüsü isə şərabdır. Necə şərabdır? Dünyanın çirkin şərabı kimidir? Əsla! Dünya şərabı insanın ən böyük qüvvəsi olan əql qüvvəsini bəşərin əlindən alır və insanlar məst, ağılsız, vəhşi olurlar. Bu dünyanın şərabı huş və əqli fəaliyyətdən salır. Keyfiyyətli şərab Cənnətdədir. Bu dünyanın şərabı keyfiyyətli deyil. Əgər bir cam Cənnət şərabı içsən, huşun, şövqün və zikrin yüz qat artar. Elə ki, mömin şərab içdi, huşu, məhəbbəti və dərrakəsi çoxalar. Möminlər bir-biri ilə o aləmin şərabının ləzzətləri ilə çoxlu müamilə edərlər, yəni, bir-birilərinə çoxlu şərab verib-alarlar (əlbətdə, bu dünyadakı kimi dava etməzlər). “Yətənəzəunə” (şəraba) şiddətli olmasına görədir. Elə buna görə də bu ayədə “Yətənəzəunə” kəlməsi işlənir. Onların arasında çəkişmə və dava olmaz. Şərabı bir-birindən alıb, bir-birinə təklif edərlər, bir-birinin sağlığı üçün nuş edərlər.

“Lə ləğvun fihə və lə təsimun”- yəni, Cənnət şərabında dünya şərabının əksinə olaraq puçluq yoxdur. Bu dünyada şərab içənlər çoxlu puç sözlər deyirlər. “Yətənəzəunə” kəlməsinin mənası bir-biri ilə savaşmaq, çəkişmək deməkdir. “Və lə təsimun” yəni, “və lə hərakətun təsimun”. Cənnət şərabı günaha, nalayiq sözlərə, mənasız danışığa bais olmur. Bu məsələləri eşitməklə dərk etmək olmur. Bu eşitməli mətləblər deyil. Çünki, adam nə qədər ki, bu dünyadadır, bu dünya aləmində olan şeylərdən başqa heç nəyi dərk etmir. Halbuki, axirət aləmindəki varlıqlar başqa cür və başqa həqiqətdirlər.

"Quran və Qiyamət", Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb

                                                                             MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 3023, 

Dostların veb səhifələri

15653676
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2080
7422
49223
15456216
128815
160067
15653676

sizin IP ünvanınız: 3.145.107.223
2024-12-22 06:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!