İtaətin Nurunda

Həcc Allahın fərmanıdır

Həcc Allahın fərmanıdır

Həcc Allahın fərmanıdır

وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ 

“Və insanları ümumi şəkildə həccə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn dəvələr üstündə sənə tərəf üz tutsunlar” (“Həcc” surəsi, ayə 27).

Həcc böyük olan Allahın fərmanı, Adəmin (ə) sünnəti  və Allahın dostu Həzrəti İbrahimin (ə) yolu və üslubudur.

Həcc insanın və rəhman, rəhim olan Allahın vədinin yerinə yetirilmə vaxtı, Həzrət İbrahimin (ə) ardıcıllarının vəhdət mərkəzidir.

Həcc şeytan və xudpəsəndliklə mübarizə, şirkdən bəraətin elanı və Peyğəmbərlərin yoluna bağlılıqdır.

Ibrahim məqamında namaz qılmaq, Səfa və Mərvə arasındakı məsafəni qət etmək, Ərşin mələkləri bərabərlik (əqidə uyğunluğu) həccin insanı tərbiyələndirən geniş bir hissəsidir.

Həcc bir növ cihaddır. Həcc böyük İslam ümmətinin bağlılığı, azadlıq və özünü tərbiyələndirmə məktəbidir.

Həcc bütün Allah elçilərinin qədim dini ayinidir. Kəbə isə yer kürəsində Allaha pərəstiş olunan ilk yerdir.

Həcc Allah evinin ziyarəti və orada vacib olan İlahi əmrləri yerinə yetirməkdir. Müəyyən şərtlərə malik olan hər bir şəxsə ömründə bir dəfə həcc vacib olur.

Həccin sirləri

Həcc barəsində İmam Sadiq (ə) öz “Şəriət çırağı” kitabında belə rəvayət edir: “Həccə getmək fikrinə düşəndə qəlbini səni Alladan uzaqlaşdıran hər bir iş və fikirdən təmizlə, bütün işlərini Yaradanına tapşır, hər bir şeydə Ona təvəkkül et. Onun hökmünə qəza və qədərinə təslim ol. Dünya və ona aid olan hər bir şeyi tərk et və başqalarının sənin boynunda olan haqlarını əda et."

Azuqənə, minik və dostlarına, öz qüvvət və cavanlığına arxalanma. Yoxsa arxalandığın şeylər sənin düşməninə çevrilər. Çünki hər kəs Allahın varlığına iddia etsə və ondan başqasına arxalansa Allah arxalandığı şeyi o şəxsin özünə düşmən edər. Bu da onun bədbəxtliyinə və pis aqibətinə səbəb olar. O vaxta qədər ki, o şəxs Allahın tofiqi olmadan nə özünün, nə də başqasının hər hansı bir qüvvəyə malik olmadığını anlasın.

Həccə gedərkən elə hazırlaş ki, sanki bir daha qayıtmayacaqsan. Yolda yaxşı həmsöhbət ol. İlahi fərzləri (vacib olanları) və Peyğəmbərin (s) öz xüsusi vaxtlarında yerinə yetir. Ədəbli, səbrli və dözümlü ol, daim şükür et və öz azuqəndən infaq edib səxavətli ol.

Sonra günahlarını xalis tövbə ilə yuyaraq sədaqət və səfa libasını geyin. Allah qarşısında xuzu et və səni onun zikrindən yayındıran, Ona itaətdən məhrum edən hər bir işi özünə haram et. Əməllərin sona çatanda Allahla bağladığın şərti qiyamətə qədər qoruyub əhdinə vəfalı ol”.

Həcc əzmi

Həccə gedən necə çətin bir işi öhdəsinə götürmüşdür. Ona görə də həcci xalis niyyətlə, riyasız, Allaha xatir yerinə yetir. Əgər riya etsən onda öz malını tələf etmiş və günah qazanmışsan.

Azuqə

Axirəti yadına sal, çoxlu saleh əməllərlə azuqə yığ. Bəlkə də yığmısan, amma riyakarlığın onları batil edib.

Minik

Allah-Taala miniyi bizim ixtiyarımızda qoyduğuna görə şükür etməliyik. İnsan qəti şəkildə axirət səfərinə çıxacaq, amma dünya səfərləri üçün minik hazırladığı bir halda bu səfər üçün minik hazırlamır.

Ehram paltarını almaq

Öləndə büküləcəyin kəfəni yadına sal. Belinə bağladığın, çiyninə saldığın ehram kəfənə oxşayır. Allah öz bəndəsilə belə əlaqə yaratmaq istəyir. Həmçinin hacı dünya libasından tamamilə fərqlənən ehram paltarıyla Kəbəni ziyarət edir. Bu iki libas – kəfən və ehram bir-birinə çox yaxındır. Çünki heç birində tikiş yoxdur.

 

Şəhərdən xaric olmaq

Hacı bu vəziyyətdə bilməlidir ki, öz ailəsindən, vətənindən ayrılıb Allaha tərəf hərəkət edir və elə bir yolun yolcusudur ki, dünya səfərlərinə bənzəmir. Bu zaman özündən soruşsun ki, nə istəyir, hara gedir, məqsədi kiminlə görüşməkdir? Axirət səfəri dünya səfərindən onunla fərqlənir ki, oradan qayıdış yoxdur.

 

Səhraya daxil olma keçidləri görmə

Səhradan və qorxulu keçidlərdən keçəndə dünyadan xaric olduğunu və orada qarşılaşacağın dəhşətləri, qorxuları, haqq-hesabı təsəvvürünə gətir. Nəkir və Münkərin sorğu-sualını, səhraların yırtıcılarını, qəbrin əqrəblərini, ilanlarını, bu səhradakı tənhalığı, ailənlə ayrılığını, qəbirdəki vəhşət və tənhalığı yadına sal. Bəlkə o zaman azuqə topladın.

 

Ehram bağlamaq və miqatda “ləbbeyk” demək

Miqatda “ləbbeyk” demək Allah nidasının cavabıdır. Ona görə də qorxu və ümüd arasında ol. Bir tərəfdən qəbul olunacağına ümüd et, bir tərəfdən də rədd olunacağından qorx. Qorx ki, sənin dediyin “ləbbeyk”in cavabında sənə “ləbbeyk yox” deyilsin. Ləbbeyk demək həcdə işin başlamasını bildirən həssas bir andır.

Həzrəti Səccad (ə) bir səfərdə elə ki, ehram bağladı və miniyə oturdu halı pərişan oldu, rəngi saraldı, bədəni titrəməyə başladı və “ləbbeyk” deyə bilmədi. Buyurdu: Qorxuram mənə “ləbbeyk yox” deyilsin. Elə ki, ləbbeyk dedi, özündən getdi və minikdən düşdü.

 

Məkkəyə daxil olma

Məkkəyə daxil olanda bil ki, Allahın əmniyyətli hərəminə çatmısan. O zaman cəhənnəm atəşindən amanda qalacağına ümüd et. Səndə Allaha yaxınlaşmaq səlahiyyətinin olmamasından qorx. Amma ümüd həmişə gərək qorxuya qələbə çalsın. Evin sahibi kərimdir. Qonağın haqqına riayət etmək isə vacibdir.

 

Kəbə evini görəndə

Gözün mübarək Kəbə evinə sataşanda evin əzəmətini yadına sal. Ondan keçib ev sahibinə çat və de: “İndi sənin qarşında dayanmışam və ümüd edirəm ki, dünyada evinin ziyarətini nəsib etdiyin kimi axirətdə də öz ziyarətini nəsib edəcəksən”. Yadına sal qiyamət günü bütün insanlar behişt ümüdü ilə Allaha tərəf hərəkət etdikləri vaxt bir qrupa yol verib başqa bir qrupu isə qovarlar.

 

Kəbənin təvafı

Kəbəni təvaf edəndə mələklərin də həlqəvari Kəbəni təvaf etdiklərini bil. Cismin Kəbə ətrafında təvafının əsl hədəfi sənin qəlbini Allah zikrinə sövq etməsidir. Təvafı Kəbədən  başlandığın kimi orada da başa çatdır. Burada hər bir işinin başlanğıcında gərək Allahın zikri dayansın.

Qara daşa (həcərül-əsvəd) əl sürtmək

Bəndə itaətdə və günahlardan uzaq olmağı üçün Allaha beyət edir. Qərara alır ki, vəfalı olsun. Kim öz beyətində hiyləyə,yalana yol verərsə Allahın qəzəbinə düçar olar. Rəvayətə görə həcərül-əsvəd (məcazi mənada) Allahın yer özərində sağ əli hesab olunur. Siz öz qardaşlarınızla görüşdüyünüz kimi O da öz bəndələri ilə görüşür.

 

Kəbənin pərdələrindən yapışmaq

Kəbənin pərdələrindən yapışmaq evə və onun sahibinə məhəbbəti ifadə edir. Bəndə cəhənnəmin atəşindən qorunmaq, amanda qalmaq üçün bağışlanmaq diləyir və Onun əfv-kərəmindən pay almaq istəyir. Rahatlıq əldə etməyincə, keçmişinin bağışlanmağından əmin olmayınca və gələcəyi üçün təminat almayınca əlini ətəyindən buraxmır.

 

Səfa və Mərva arasında səy etmək (qaçmaq)

Bəndə bir padşahın evinə get-gəl edir. Bilmir ki, O padşah onun haqqında nə hökm verəcək. Onu qəbul edəcək yoxsa rədd edəcək. Ona görə də bəndə evin qarşısında get-gəl edir və ümüd edir ki, əgər birinci dəfə diqqət yetirməyibsə bəlkə ikinci dəfə rəhm edəcək. Gedib-gəlmək qiyamət günü insanın əməllərini ölçəcək əməl tərəzisinə oxşayır. Səfa gözünə yaxşılıqlar, Mərvə gözünə isə pisliklər qoyulacaq. Bu Qiyamət günü insanın əzabla bağışlanma arasında tərəddüd içində qalmasını göstərir.

 

Ərəfatda qalmaq

Ariflərin məkanına çatanda öz başçılarının göstərişi ilə ibadətlərini yerinə yetirən insan izdihamını, müxtəlif millətlərin və irqlərin nümayəndələrini görəcəksən. O günü yadında saxla. Qurani-Kərimdə o haqda buyrulur: “Qiyamət günü hər dəstəni öz rəhbərinin adı ilə çağıracağıq”. Hər ümmət öz imamı, rəhbəri ilə o səhnəyə yığılacaq və öz imamlarının (ə) şəfaətinə ümid edəcəklər. Ona görə də Allaha çoxlu dua et ki, səni doğruçuların arasında məşhur etsin. O yer çox şərafətlidir.

 

Məşərdə qalmaq

 Ərəfatdan sonra gərək bir gecə də Məşərdə qalasan və orada özünü sabah qarşılaşacağın Allah düşmənləri ilə mübarizəyə hazırlayasan. Bura Allah hərəminin bir hissəsidir. Ərəfat isə hərəmin xarici idi. Mövlasının üz tutduğu bəndələr kimi ol. Necə ki, əvvəlcə onları rədd etmişdi, indi isə daxil olmaq icazəsi verib. İndi rəhmət qapısına çatıb. Allahın rəhmət küləyi onun üzünü oxşayaraq daxilolmaq müjdəsi verir.

 

Şeytana daş atmaq

Məşərdə qaldıqdan sonra Minaya çatırsan. Məşərdə mübarizə üçün hazırladıqlarını indi Allah düşmənlərinin başına vurursan. Burada sənin hədəfin nəfsani yaxud əqli ləzzətlər olmamalıdır.

Bu əməli Allahın əmri və sənin də bəndəlik vəzifən olduğu üçün yerinə yetirirsən.

 

Qurbanlıq

Allah yolunda qurban kəsmək üçün Minada qalırsan. Allahın əmrinə boyun əy və işinlə özünü Ona yaxınlaşdır. Allahın vədəsinə (verdiyi sözə) ümidvar ol. Qurbanlığın əzasınnın hər bir hissəsi sənin vücudunun hissələrini cəhənnəmin atəşindən qoruyacaq.

Deməli, nə qədər çoxlu qurban kəssən sənin əzabdan qorunman da o qədər asan olacaq.

Mədinəyə gəlmək

Həcc əməllərini yerinə yetirdikdən sonra Həzrəti Peyğəmbəri (s), Bəqidəki imamları (ə), Fatimeyi-Zəhra (s) və digər şəhidləri ziyarət etmək məqsədi ilə yola düş. Uzaqdan Mədinə divarları gözünə görünəndə yadına sal ki, bura Allah-Taalanın Peyğəmbərin (s) aramlığı üçün seçdiyi və hicrət göstəriş verdiyi şəhərdir. Peyğəmbərin (s) evi də buradadır. O ev ki, oradan İlahifərzlər və peyğəmbərin sünnəti yayılmışdır.

Həmçinin Peyğəmbər (s) orada Allah düşmənləri ilə döyüşdü və Allahın dinini qalib edərək mələkut aləminə pərvaz etdi. Allah-Taala onun pak türbətini burada yerləşdirmişdi.

Get-gəl edəndə Həzrət Rəsulun (s) ayaqlarının yerini təsəvvür et. Bil ki, ayağını qoyduğun ər yer onun ayağının yeridir. Elə isə vüqar və aramlıqla addım at, onu yadına sal, onun xüşusunu və vüqarını təsəvvür et. Kimlər ki, ona hörmətsizlik edirdilər və səslərini onun səsindən yuxarı qaldırırdılar gör əməlləri necə də batil və təsirsiz oldu.

 

Allahın Rəsulun (s) və pak imamların (ə) ziyarəti

Ziyarət zamanı xuşu və ədəblə onların qəbrlərinin qarşısında dayanmaq daha çox bəyənilir. Onların yaşadıqları yerləri ziyarət etdiyin kimi uyuduqları yeri də ziyarət et. Onların qəbirlərinə yaxınlaşanda həyatda şəxsən onlara yaxınlaşmış kimi hərəkət et. Onların sənin ziyarətindən agah olduqlarını yəqin bil. Sənin salamın onlara çatır. Elə isə onların kəramətli çöhrələrini xəyalında canlandır, Allah yanında olan uca məqamlarını xatırla.  

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 155, 

Dostların veb səhifələri

1946654
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4003
7337
11340
1793244
97060
151094
1946654

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:21

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!