Kitabşünaslıq

Təfsiri Əyyaşi

Təfsiri Əyyaşi

Təfsiri Əyyaşi

«Təfsiri Əyyaşi» - əhli-şiənin qədim təfsirlərindəndir. Onun yazılma tarixi «Qeybəti-suğra» əsrinə təsadüf edir. «Təfsiri Əyyaşi» adı ilə tanınan bu təfsir Əbunəsir Muhəmməd ibn Məsud Əyyaşidən təlif olunmuşdur.

O, III əsrin alimlərindəndir və bu təfsir «Təfsiri rəvayi»dir (hədis əsasında yazılmış təfsir), yəni nəqli təfsirdir.Bəzi rəvayətlərdə müəllif Muhəmməd ibn Məsud Səmərqəndi (Əyyaşi) adı ilə də təqdim olunmuşdur.O, əvvəllər əhli-sünnə məzhəbinin ardıcıllarından olub və sonralar isə şiəliyə üz tutmuşdur. Şeyx Kuleyni ilə həməsr olmuşdur.

Bu təfsirdə sözlər rəvan üslubu ilə yazılmış və incə məqamlar diqqətdən kənar qalmamışdır.Xüsusilə, ayələrin təfsirində Əhli-beytin (ə) zəka və istedadı mədh olunmuş və üstünlükləri geniş yer tutmuşdur.“Təfsiri Əyyaşi” nin digər təfsirlərdən fərqli cəhəti budur ki, bu təfsirdə fiqhi bölmə və əhkam ayələri daha çox nəzərə çarpır. Həmçinin qədim imamiyyə təfsirlərindən olan «Təfsiri qiraəti Kufi», «Təfsiri Əli ibn İbrahim Qummi»nin təfsirlərində də bu bölmə diqqətdən yayınmır.«Təfsiri Əyyaşi»də təfsir mətləblərindən əlavə,fiqhi və kəlam məsələlərindən də bəhs olunur. Bu təfsirin birinci cildi «Həmd» surəsinə şamil olub, axır surəsi isə «Kəhf»ə qədərdir. İkinci cildi isə itib və aradan getmiş hesab olunur.

Bu təfsirin iki qədim nüsxəsi yazılardan yox olmuş sayılır. Həmçinin, iki qədim nüsxəni Əllamə Məclisi hal-hazırda əldə olunan sənədlərlə müqayisə etmiş və həmin yazıların məxfi şəkildə yox olmasını müşahidə etmişdir.«Təfsiri Əyyaşi»nin sənədini etibardan salan əsas amil budur. Bu təfsirin əsas iki problemi var:

  1. Bəzən insan savab qəsdiilə bir iş görər, amma həqiqətdə savab etməz və işin əsl simasını aradan aparar (Belə bir hədis var ki, «İlahi, bizim o günahlarımızı bağışla ki, onu savab bilib etmişik») «Təfsiri Əyyaşi»də bu qəbildəndir.Əyyaşi öz təfsirini hər nə qədər gözəl üslubla, hədislərə istinad edərək yazsa da, sonralar naməlum bir şəxs həmin təfsiri götürüb, sənədlərini yox edib ki, camaatın əlində hədisin sənədi olmasın və ondan rahat istifadə edə bilməsinlər. Beləliklə, yalnız hədisin mətni qalıb. Ona görə də hədis əsasında qalan təfsirlər mürsəl hədislərdir. Mürsəl, yəni sənədi olmayan və bu təfsiri etibardan salan bir problemdir. Hal-hazırda bizim əlimizdə «Təfsiri Əyyaşi»yoxdur, müxtəsər təfsiri Əyyaşi var. Təfsir elminin mənbələrinə müraciət etməklə bu məsələyə aydınlıq gətirmək olar.
  2. Bütövlükdətəfsir bizim əlimizə gəlib çatmamışdır.«Həmd» surəsindən «Kəhf» surəsinə qədərdir və iki cildi var. Bu təfsir ikinci dərəcəli rəvayi təfsirlərdən hesab olunur.

  

İlahiyyatçı, islamşünas: Vəsilə Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 


 141, 

Dostların veb səhifələri

1780555
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
81
7145
15122
1621332
82055
165261
1780555

sizin IP ünvanınız: 54.81.195.140
2018-07-17 02:04

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!