Kitabşünaslıq

“BIHARUL-ƏNVAR”  -  “بِحارُالاَنوار”

“BIHARUL-ƏNVAR” - “بِحارُالاَنوار”

“BIHARUL-ƏNVAR”  -  “بِحارُالاَنوار

 

Əllamə Məclisi (hicri 1037-1110 və ya 1111) tərəfindən qələmə alınmış "Biharul-Ənvarul-Cəmiətu li-Durəri Əxbaril-Əimmətil-Əthər" (بِحارُالاَنوار الجامِعَةُ لِدُرَرِ أخبارِ الأئمةِ الأطهار) kitabı şiənin ən böyük hədis kulliyatıdır.

Şiələri elm və maarif cəhətindən təmin edən bu ensiklopedik kitabın hazırlanması 36 il sürmüşdür. Əllamə Məclisinin tələbələrindən olan bir qrup bu məsələdə ona kömək etmişdilər.

Müəllif kitabını 25 əsas mövzu üzərində hazırlamış və onu 25 cilddə tamamlamışdır. Hər cilddə mövzu ilə bağlı başlığın altında müxtəlif bablar toplanmışdır. Hər babın başında ilk olaraq mövzu ilə bağlı ayələr zikr olunmuş və təfsiri verilmişdir. Sonrakı bölümdə isə mövzu ilə bağlı hədislər nəql olunmuşdur.

“Biharul-Ənvar” kitabı “Kitabul əql və cəhl” (əql və cəhalət kitabı) ünvanında başlamış və sıra ilə teoloji (Allahı tanıma), tovhid, ilahi ədalət və peyğəmbərlər tarixi ilə davam etmişdir. 110 cildlik olan nəşrin 15-dən 53 qədər olan bölümü həzrəti Rəsulullah (s), Xanım Zəhra (s.ə.) və imamların (ə) yaşayışı və fəzilətlərindən ibarətdir. İmamlardan (ə) gələn rəvayətlərin müxtəlif sənədlərlə nəql olunması, mövzuların katiqoriyalara ayrılması, bir çox  rəvayətlərin şərh edilərək açıqlanması, kəlam, tarix, fiqh, təfsir, əxlaq, hədis və lüğəvi cəhətinə görə “Biharul-Ənvar” kitabı bənzərsiz olub, böyük şöhrət qazanmışdır. Həmçinin böyüklüyünə baxmayaraq yazı nüsxələri dəfələrlə çap olnmuşdur. Kitabın bəzi hissələri bir neçə də nəşr olunaraq geniş yayılmışdır.

“Biharul-Ənvar” kitabının müxtəlif cildləri ayrı-ayrı olaraq fars dilinə tərcümə edilərək nəşr olunmuşdur. Kitabın ən məşhur tərcüməsi 25 cildlik nəşrinin 13-cü cildinin Məhdi Maoud (ə.f.) adıyla imam Məhdi (ə.f.) mövzusu ilə nəşr olunmasıdır. Tədqiqatçıların bu kitabın mövzusunu rahatlıqla istifadə etmələri üçün “Biharul-Ənvar” hazırlanmış və nəşrə verilmişdir.

 

MÜƏLLİF HAQQINDA

Əllamə Məclisi və ya ikinci Məclisi deyə məşhur olan Muhəmməd Baqir ibn Muhəmməd Təqi ibn Əl-Məqsud Əli əl-Məclisi tanınmış fəqihlərdən və məşhur mühəddislərdəndir. Səfəvilər arasında nüfuz sahiblərindən və hədis kulliyatı olan “Biharul-Ənvar”ın sahibidir.

 

KİTABIN YAZILMA SƏBƏBİ

Əllamə Məclisi “Biharul-Ənvar” kitabının önsözündə kitabı bu şəkildə ifadə edir: “Kitabın nəşr səbəbi budur ki, mən müxtəlif növlü elmləri öyrənməkdə çox həvəsliydim, ömrümün bir hissəsini bu elmləri öyrənməyə sərf etmişdim. Bu elmlərin fayda və məqsədini düşündükdən sonra anladım ki, elm yalnız vəhy çeşməsindən və Əhli-beytin (ə) rəvayətlərindən hasil olur və Axirətdə yalnız bu elm faydalı olacaq. Buna görə Məsumların (ə) hədis və rəvayətlərini bir araya gətirdim”.

Əllamə Məclisi “Kutubul ərbəə”yə olan hədsiz marağından, fasidlərin qərəzli yanaşmasına görə, cahillərin əhəmiyyət vermədiyinə görə və Əhli-beyt (ə) müxaliflərinin üzündən yox olmaqda olan kitablara görə “Biharul-Ənvar”ı yazmışdır.

Əllamə Məclisi özü deyir: Belə bir kitab bu vaxta qədər nə Əmmədə (sünni), nə də Xassədə (şiədə) yazılmamışdır. Bir insan bu mövzuda məndən önə keçməmişdir. Ümidim bu kitabın Əli Muhəmməd Qaiminin (imam Məhdi (ə.f.)) qiyamına qədər Əimmeyi-ətharın (ə) elmlərini əldə etmək istəyən fəzilətli mərceyilərin, elmli tələbələrin və təhqiqqatçıların qaynaq, mənbə kitabı olmasıdır.

 

YAZI ÜSLUBU VƏ XÜSUSİYYƏTLƏRİ HANSILARDIR

Əllamə Məclisi kitabların və fərqli nüsxələrin təsdiqi üçün bir çox tələbələrini müxtəlif ölkə və şəhərlərə göndərmişdir. Bu sahədə çox zəhmət çəkmişdir. Hətta Yəməndə olduğunu düşündüyü İbn Babaveyhin “Mədinətul-elm” kitabını əldə etmək üçün bir qrupu çoxlu hədiyyələrlə oranın hakiminin yanına göndərmişdir. Kitabların bir araya gətirilməsindən sonra hicrətin 1071-ci ilində “Biharul-Ənvar”ın yazılmasına  başlamış və hicrətin 1106-cı ilində tamamlamışdır. Kitabın tamamlanması tam olaraq 36 il çəkmişdir.

“Biharul-Ənvar”ın yazılmasında Əllamə Məclisi - Əminə Xatun (Əllamə Məclisinin bacısı), Mirzə Abdullah Əfəndi, Mir Muhəmməd Salih Xatun Abadi, Molla Abdullah ibn Nurəddin Bəhreyni, Seyyid Nimətullah Cəzairi  kimi tələbələrindən yararlanmışdır. Kitabın tam olaraq bitməsi Əllamə Məclisinin vəfatından sonra, tələbələri tərəfindən sonlandırılmışdır. Özü kitabın bütün işlərini əhatə etmiş, tələbələri isə mövzuları bir araya gətirərək ayələri, hədisləri və onun tərəfindən müəyyənləşdirilən başlıqları yazmışdılar. Mətnini, düzülüşünü və sairə hamısını Əlləmə Məclisinin özü hazırlamışdır. Müəllif hər cild üçün başlıqlar seçmiş və hər başlığın altında uyğun babları düzmüşdür. Hər baba Qurani-Kərimdən ayələr seçmiş, mövzuyla uyğun olan ayələri, tarixi hadisələri, hədis və təfsirləri zikr etmişdir. Müfəssirlərin həmin mövzuyla bağlı fikirlərini (ən çox Əmini İslam Təbərsi “Məcməul-Bəyan” və Fəxri Razidən yararlanmışdır) lazım olan miqdarda nəql etmiş və mövzu ilə bağlı olan hadisələri sənədin nömrəsi ilə birlikdə zikr etmişdir. Bəzən isə hədisin bir hissəsini nəql etmiş və qalanını uyğun gördüyü mövzuyla birlikdə gətirmişdir.

 

KİTABIN ETİBARLILIĞI

Ağa Bozorg Tehrani belə deyir: “ “Biharul-Ənvar” kitabı hərtərəfli və əhatəedici kitabdır. Əhli-beytin (ə) xəbər və hadisələrini ehtiva etməkdədir. Ondan daha üstün bir tədqiqat tapıla bilməz. Belə bir kitabın nə keçmişdə nə də gələcəkdə daha yazılmayacağını etiraf etmək lazımdır”.

İmam Xomeyni (r) belə yazır: ““Biharul-Ənvar” böyük mühəddis və alim Muhəmməd Baqir Məclisinin əsəridir. Təxminən 400 kitab və risaləni əhatə edir. “Biharul-Ənvar” bir kitabxanadır. Kitabın müəllifi bir çox hədis kitablarının kiçik olmasından və zamanla aradan itib yox olacağından bu kitabı yazmışdır”.

Əllamə Təbatəbai deyir: “Bihar kitabı rəvayət və hədislərin bir araya gətirilməsinə görə şiənin ən üstün ensiklopediyalarından biridir”.

Kitabın katiqori və bölümlərə ayrılması və mövzularla bağlı ayələrin işlənməsi müəllifin zövqünün üstünlüyündən xəbər verir. Əllamə Məclisi bu əməli ilə din və Əhli-beyt (ə) əsərini diriltmişdir.

 

“BİHARUL-ƏNVAR”IN MƏNBƏLƏRİ

Əllamə Məclisi kitabın əvvəlində şiə qaynaqlarından 387 kitab və 25 yazarın adını zikr etmişdir. Sübutlu olmaqdan ötrü sünni qaynaqlarından da istifadə etmişdir. Əllamə Məclisinin bu şəkildə yararlandığı sünni kitablarının sayı 85-ə yaxındır. “Biharul-Ənvar”ın yazılmasında lüğət və şərh (izahlı lüğət) kitablarından da istifadə olunmuşdur. Kitab hazırlanarkən mənbələrin adları tək-tək qeyd olunmuşdur.

 

“BİHARUL-ƏNVAR”IN MÖVQEYI

“Biharul-Ənvar”ın mövqeyini anlamaqdan ötrü Əllamə Məclisidən sonrakı dönəmə baxmaq lazımdır. Bunun üçün bəzi qeydlərə diqqət etmək lazımdır:

1) Müəllif “Kutubul-ərbəə” kitabından az istifadə etmişdir. Buna görə də kitabda fiqhi məsələlərə az yer verilmişdir. Amma buna baxmayaraq şiə mədəniyyəti sahəsində o biri mövzulardakı tam hakimiyyəti özündə saxlamışdır. Olduqca aydın şərhlər verdiyinə görə özündən sonra fiqh sahəsində (yalnız fiqh sahəsində) məşhur bir qaynaq yoxdur.

2) Fəlsəfi baxış. Əllamənin hədisləri açıqlama və analiz etmək üçün verdiyi şərhlərdə daha çox məşhur hədislərdən istifadə olumuşdur. Hətta bəzən kəlam vasitələrindən (materiallarından) istifadə etməsi yəni fəlsəfədən deyil nəql və zəvahirdən yararlandığına görə bəzi şərh və qeydlər tam bir nəzərə malik olmamışdır.    

 

KİTABIN ÜNVANLARI

Aşağıda kitabların ünvanları litoqraf (25 cildlik tam çap) və bu günki çapı (110 cildlik) ilə verilmişdir

  1. (1-2 cild) “Kitabul-əql vəl-cəhl”; Ağıl və cahillik kitabı, elm və alimin fəziləti və dərsləri 40 babda toplanmışdır.
  2. (3-4 cild) “Kitabut-tovhid vəs-Sıfat vəl-Əsməul-Husnə”; (tovhid, Allahın sifətləri, gözəl ismləri)  Tovhidi-Mufəzzəl, Risaleyi-Əhliləcəyi də içində olmaqla 31 bab  
  3. (5-8 cildlər) “Kitabul Ədl vəl Məşiyə vəl İradət vəl Qəza vəl Qadr” (ədalət, məşiət, iradə, qəza, qədər, hidayət, dəlalət, imtahan, əhd) tövbə iləlul-Əhkam, ölümdən qabaq və sonra da daxil olmaqla 59 bab   
  4. (9-10 cildlər) “Kitabul-İcticacat vəl-Munazarat” (etirazlar və müzakirələr) 83 bab
  5. (11-14 cildə qədər) “Kitabu fi Əhvalil-ənbiya və Kisəsuhum” (Peyğəmbərlərin həyatı və yaşayışı) 82 bab
  6. (15-22 cildlər) “Kitəbu fi Əhvali Nəbiunəl-əkrəm (s) və Əhvali cumləti min əbəih” (peyğəmbərin (s) həyatı, bəzi babalarının yaşam tərzi, möcüzə həqiqətinin şərhi, Quran ecazının keyfiyyəti, Əbu Zərr Ğaffari, Salman Farsi, Əmmar, Miqdad və digər səhabələrin həyatlarından bəhs edən mövzular 72 bab
  7. (23-27 cildlər)  “Kitəbu fi muştərakət  Əhvalil-Əimmə(ə)” imamların (ə) yaşayışlarının müştərək  nöqtəsi, imamətin şərtləri, vilayətin  xüsusiyyəti, əvvəlki peyğəmbərlərdən üstünlükləri və qəribə məqamlar, onları sevməyin savabı, onların nəslinin fəzilətləri və bəzi üləmaların müzakirələrdən bəhs edən mövzular - 150 bab
  8. (28-34 cildə qədər) “Kitabu fil Fitən bədən-Nəbi(s)” Peyğəmbərdən sonra yaranan fitnələr, xəlifələrin xüsusiyyətləri onların zamanında yaşanan  hadisələr, Cəməl, Siffeyn, Nəhrəvan döyüşləri, Müaviyyənin İraqda etdiyi qarətlər, Möminlərin əmiri Həzrəti Əlinin (ə) bəzi səhabələrinin xüsusiyyətləri, imam Əliyə (ə) məxsus olan şerlərin bəzilərinin şərhinə ona aid olan məktubların bəzilərinin şərhi - 62 bab
  9. (35-42 cildlər) “Kitabu fi əhvali Əmirəl Muminin(ə) min vəladətihi ilə şəhadətihi”

Möminlərin əmiri həzrəti Əlinin (ə) doğumundan şəhadətinədək yaşayışı, imamın atası Əbu Talibin imanı və yaşayışı, imamın(ə) bəzi səhabələri və imamların (ə) imamətlikləri haqqında nəql olunan bəzi hadisələri də özündə birləşdirən mövzular - 128 bab

  1. (43-45 cildə qədər) “Kitabufi əhvali Seyyidətin-Nisə (ə) vəl imameynul Humameynil Həsənul Muctəba(ə) və Əbi Əbdullahul-Huseyn (ə)”; həzrəti Fatimə (s.ə.) imam Həsən (ə), imam Huseynin (ə) yaşayışları, Muxtar Səqəfinin çıxışı və Kərbəla qətlgahında tökülən qanlar - 50 bab                                                                                                   
  2. (46-48 cildlər) “Kitabu fi əhvalil Əimmətil Ərbəə badəl Husəyn (ə)”; imam Hüseyndən sonra imam Zəynəl-Abidin, imam Muhəmməd Baqir, imam Cəfəri Sadiq və Museyi-Kazimdan (ə) olan dörd imamın səhabələrindən bəziləri və onların övladları - 46 bab
  3. (49-50 cildlər) “Kitabu fi Əhvalil Əimmətil Ərbəə qabləl-hoccətul-Muntəzir (ə)”; İmam Məhdədiən (ə.f.) əvvəl yaşamış dörd imamın imam Rza (ə), imam  Muhəmməd Təqi (ə), imam Əliyyən Nəqi (ə), imam Həsən Əsgəridən (ə) bəhs edən dörd imamın həyatı və bəzi səhabələrinin yaşayışı - 39 bab.
  4. (51-53 qədər olan cildlər) “Kitabu fi əhvalil Huccətil Muntəzər (s.ə.)”; imam Məhdinin (ə.f.)yaşayışı - 36 bab
  5. (54-63 cildlər) “Kitabu fil-Əsmai vəl ələmi”; (Səmalar və dünya və onlarda olanlar - səma cisimləri, mələklər, cinlər, inasanlar, heyvanlar, elementlər, ovçuluq, heyvanların kəsilmə qaydası, yeməlilər,içməlilər, Tibbun-Nəbi və Tibbur-Rıza) - 210 bab.
  6. (64-76 qədər olan cildlər) “Kİtəbu fil-İmən vəl-Kufr”;

üç bölmədə olan iman və küfr: iman və onun şərtləri, möminlərin sifətləri, onların fəzilətləri, şiələrin fəzilətləri və vəsfləri,

ikinci: gözəl əxlaq və insanların dünya təhlükələrindən qorunmasına səbəb olan şeylər,

üçüncü: küfr və onun qismləri, pis əxlaq kimi mövzular - 108 bab.

  1. (77ci cild)  “Kitabuz-Zi vəl-Təcəmmul fil-Adab vəs-Sunən”; Ədəb və adətlər, bəzəklər, dəbdəbələr, təmizlik, ətirdən istifadə etmək, sürmə çəkmək, gecə həyatı, yuxu, səfər, böyük günahlar - 131 bab.
  2. (78-88cildə qədər) “Kitabur-Rouzə”; nəsihət  və hikmətlər - 73 bab
  3. (89-91cildə qədər) “Kitabu fit-Taharat vəs-Salat”;

iki bölümdə: Birinci: Təharət altı bölümdən ibarətdir.

İkinci bölüm: namaz 161 babda və əlavə olaraq Şazan ibn Cəbrail Qumminin “İzahətul-illə”kitabı da yer almışdır.

  1. (92-93 cildlər) “Kitəbu fil Fəzaili Quran vəz-Zikr”;

İki bölümdür: Quranın fəzilətləri, ədəbi, savabı və möcüzələri, həmçinin Numani təfsirinin hamısı - 130 bab, ikinci bölümdə: zikr və onun növləri, duanın ədəbi və şərtləri, sayı, dərdlilərin duası və İdris və başqalarının səhifələri - 131 bab

  1. (94-96 cildlər) “Kitabufiz-Zəkat vəs-Sədəqə vəl-Xums vəs-Saum”; ilin əməlləri - 122 bab.
  2. (97-100 cilddə) “Kitabu fil-Həcc vəl-Umrə”; Həcc, ümrə, cihad,əmr be məruf, nəhy əz munkər, Mədinə şəhərinin vəziyyəti və başqaları haqqında - 84 babda gəlmişdir.
  3. (101 cilddə) “Kitəbu fil-Mizən”; Əimmeyi-Məsumlardan (ə) nəql olunmuş ziyarətlər - 64 babda
  4. (102-103 cilddə) “Kitəbu fil-Uqud vəl-İqaat”; əqidələr və davranış qaydaları - 130 babda
  5. (104 cilddə) “Kitəbu fil-Əhkamil-Şəriət”; Diyə kitabına qədər bütün şəriət hökmlər - 48 babda
  6. (105-110 cildə) “Kitəbu fil-Əcazat”; Şeyx Muntəxabuddin Razinin bütün fehresti və icazələr, Seyyid Əlixan Mədəninin “Səlafətul-əsr”kitabının müntəxabatı,Seyyid ibn Tavusun İcazat kitabının əvəlləri, Əllamə Hillinin “Bəni Zöhrə” üçün İcazee-Kəbirə kitabı və birinci və ikinci və digər şəhidlər üçün İcazə kitablarını əhatə edir.

 

Biharul Ənvar üçün yazılmış ən önəmli və məşhur əsər Şeyx Abbas Qumminin yazdığı “Səfinətul-Bihar” kitabıdır.

İlk çapı 25 cilddə “Kompaninin daş çapı” adı ilə məşhur olan Muhəmməd Hüseyn Kompani tərəfindən həyata keçirilmişdir. Digər çaplar isə “Darul-Kutubul-İslamiyyə” və “Ali əl-Bəyt (ə)”dir ki, 110 cilddə nəşr olunmuşdur. “Əl-vəfaul-Beyrut” İnstitutu da Əllamə Təbatəbai daxil olmaqla alimlərdən bəzilərinin iştirakı ilə bu kitabı nəşr etdirmişdir.

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 

 


 40, 

Dostların veb səhifələri

1780557
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
83
7145
15124
1621332
82057
165261
1780557

sizin IP ünvanınız: 54.81.195.140
2018-07-17 02:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!