Kitabşünaslıq

TƏHZIBUL-ƏHKAM -تهذیب الاَحکام

TƏHZIBUL-ƏHKAM -تهذیب الاَحکام

 

 

TƏHZIBUL-ƏHKAM -تهذیب الاَحکام

 

“Təhzibul-əhkam” kitabı Şeyx Taifə ləqəbi ilə məşhur olan Əbu Cəfər Muhəmməd ibn Həsən Tusi (hicri 460-1067) tərəfindən yazılmışdır. Bu kitab şiələrin rəvayət kitabları içərisində ən önəmlilərindəndir və “Kutubuu-ərbəə” kitablarının üçüncüsüdür. Həzrəti Peyğəmbər (s) və məsum imamlar (ə) tərəfindən nəql olunan fiqh və şəri hökmlərdən bəhs edir. Şeyx Tusi bu kitabı “İstibsar” kitabından əvvəl qələmə almışdır. Təhzib kitabına yalnız şəri hökmlər olan hədislər daxildir.

 

KİTABLA QISA TANIŞLIQ

“Təhzibul-əhkam” kitabı bütün şiə alimləri və fəqihləri tərəfindən qəbul olunan ən güvənli hədislərin yer aldığı dörd təməl qaynağ hesab olunan “Kutubu-ərbəə” hədis kitablarından biridir.

“Təhzibul-Əhkam” həzrəti Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunan fiqh tərkibli qaynağı olan bir kitabdır. Şeyx Tusi bu kitabı ustadı Şeyx Mufidin “əl-Muqniə” adlı kitabının şərh və açıqlama babından yazmışdır.

Bu kitab şəri hökmlər və firuiddinə aid rəvayətlərin daxil olduğu bir kitabdır. Kitab ictihad edib müctəhid olmaq istəyən fəqih və müctəhidlərə xitab olunur.

Kitabda fiqh bəhsindən başqa usul, rical və başqa bir çox mövzular da vardır.

Şeyx Tusi bu kitabda inanc və əqaid mövzularına müraciət etməmiş yalnız fiqh və firuiddinlə bağlı hadisələri bir araya gətirmişdir. Təharət və sular mövzusundan başlamış və diyə mövzusu ilə sona çatdırmışdır. Kitabın tərtibi ustadının kitabı olan “Muqniə” kitabı ilə eynidir. Şeyx Tusi bu kitabda gətirdiyi dəlil və sübutlar Qurandan (zahir, aydın, möhtəva və Quranın mənası olan) və qəti hədislərdəndir (mütəvatir xəbər, onların doğruluğunu qətiləşdirən xəbərlər kimi). Həmçinin müsəlman cəmiyyətindən, şiə alimlərinin icmasından və səhabələr arasında olan rəvayətlərə də toxunmuşdur. Əlbəttə Şeyx Tusi müxalif olan rəvayətlərin də cəm olunmasına, sənəd zəifliyinə və əshabın tərs əməl etməsi kimi fəsadlara da işarə etmişdir.

“Təhzibul-əhkam” kitabı 393 babdan və 13590 hədisdən ibarətdir.

Şeyx Tusi bu kitabı sonunda “məşyəx” gətirmişdir. Məşyəxin mənası “şeyxin cəmi”, hədis elmində isə “rəvayəti nəql edən ustad və ya özündən hədis nəql olunan kimsə anlamına gəlir”. Şeyx Tusi də kitabında zikr etdiyi hədislərin sənədini məşyəxlərə istinad etmişdir. “Təhzib” kitabının məşyəxlərinə şərhlər yazılmışdır. Məsələn, Əllamə Seyyid Haşim Bəhraninin yazmış olduğu “Tənbihul Əribi və Təzkiratul Ləbib fi izahi Ricalit-Təhzib” şərhi bu qisimdən hesab olunur.

 

KİTABIN YAZILMA MƏQSƏDİ

Müəllif şiə hədis rəvayətləri arasında müxaliflər (sünnilər) tərəfindən istismar edilən və bəzi kimsələrin məzhəbi tərk etməsinə səbəb olan ziddiyətləri aradan qaldırmaqdan ötrü bu əsəri qələmə almışdır. Şeyx Tusi “Təhzib” adlı əsəri yazmaqdan məqsədini belə açıqlayır: “Dostlarımızdan bəziləri hədislərdəki ziddiyət və ixtilaflardan bəhs etdi. Belə ki, səbəbsiz hədis yoxdur və heç bir hədis ziddiyət təşkil etmir. Sadəcə müxaliflərin bizə istehza və məsxərə etmələrinə görə ziddiyətli hadisələri açıqlayan bir əsəri hazırlamaq ən önəmli vəzifələrimizdəndir. Bu Allaha yaxınlaşmaq üçün ən gözəl vəsiləmiz olacaqdır”.

Müəllifin bu sözlərindən anlaşılır ki, “Təhzib”i yazmaqda məqsədi rəvayətləri toplamaq və şərhini verməkdir.

Şeyx Tusi əvvəlcə “Muqniə” kitabındakı fiqhi  mövzularlarla bağlı özünün və müxalif məzhəbin hədislərini nəql etmiş, sonra  müəyyən bir prinsiplər çərçivəsində mövzuları işləməyə başlamış və sonra da bunu təharət kitabının müxtəlif mövzularında gerçəkləşdirmişdir. Ancaq tamamlaya bilməmək təlaşından digər bölümlərində şiə rəvayətlərinə üstünlük vermişdir. Beləliklə “Təhzib” kitabı müəllifin dostlarının istəkləri əsasında qələmə alınmışdır.

 

KİTABIN YAZILMA TARİXİ

Şeyx Tusi kitabının ön söz və birinci cildində dəfələrlə ustadı Şeyx Mufid üçün “Əyyədəhullah” (Allah ona kömək olsun) ifadəsini işlətmişdir, ancaq kitabın ikinci cildində isə bu ifadənin yerinə “Rahiməhullah” (Allah rəhmət eləsin) ifadəsini işlətmişdir. Bu da onu göstərir ki, Şeyx Tusi kitabı yazmağa başladıqda ustadı hələ həyatda olub, ancaq ikinci cildi yazanda isə Şeyx Mufidin həyatdan köçdüyü görsənir.

 

ŞEYX TUSİNİN İLK ƏSƏRİ

“Təhzibul-əhkam” kitabı Şeyx Tusinin qələmə aldığı ilk əsərdir. Belə ki, bu kitabda müəllifin heç bir əsərinə işarə olumamışdır, ancaq sonralar yazdığı əsərlərində dəfələrlə bu əsəri  qeyd etmişdir. “Təhzib” əsərini Şeyx Tusinin  26 yaşında yazdığı düşünülür. Müəllifin “İstibsar” kitabında yazdığına görə “İstibsar” kitabı “Təhzib” nəşr olunandan sonra yazılıb. Həmçinin “əl-Uddət fi usulul Fiqh” kitabında da “Təhzib” və “İstibsar” kitablarına işarə olunub. Bu da o iki kitabın bitməsindən xəbər verir. Deməli, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, “Təhzib” kitabı uzaq  keçmişdə yazılmışdır.

BAB VƏ HƏDİS SİYAHISI

Şeyx Tusi “əl-Fehrest” kitabında öz tərcümeyi-halını yazdıqda “Təhzib” kitabı üçün fiqhin təməl olan 23 babının (termin kitabı) olduğunu bildirmişdir. “İstibsar” və “Nəhayət” kitablarında da eyni siyahının olduğu yazılmışdır. Ancaq şəhadət,  yemək-içmək babları “Təhzib” kitabında deyil, yalnız bu iki əsərində müstəqil olaraq ələ gəlmişdir. “Ziyarət” babı isə “Nəhayət” və “İstibsar” kitablarında deyil yalnız “Təhzib” kitabında zikr olunmuşdur. Beləliklə, burada “Təhzib” kitabı 21 babdan ibarətdir.

Nəcəf  çapı nüsxəsindəki sayına görə “Təhzib” kitabı  ümumilikdə 409 bab və 13988 hədisdən ibarətdir. Lakin Mühəddis Nurinin sayına görə 393 bab və 13590 hədisdən ibarətdir. Bu yanlışdığın səbəbi ya say xətasıdı, ya da bəzi bab və ya hədislərin müstəqil və ya qeyri-müstəqil olmasındandır.

 

MÜƏLLIFIN METODU

Müəllif kitabı yazarkən məqsədi ustadının kitabı “Muqniə” kitabını tamamlamaq, qəti dəlillərlə (Quran, mütəvatir hədislər, qəti qərinəli hədislər, icma) istidlal gətirmək və ayrıca şiə imamlarının (ə) zikr etdikləri məşhur hədisləri, ziddiyətli hədislərin zəyif olduğunu göstərmək idi. bu metodla Təharət babı daha çox özünü göstərməkdədir. Kitabın bu bölümündə müxtəlif Quran ayələri, sərf, nəhv və lüğət mövzularda özünü göstərməkdədir

 

METODUNDAN IMTINA ETMƏSI  

Bu metodla kitab olduqca qalın olmuş və müəllif əsas məqsədindən uzaqlaşmışdır. Ona görə də müəllif öz metodunu dəyişdirmiş belə ki, şiə hədislərini zikr etmiş və qarşılaşacaq hər hansı bir teoremləri aradan qaldırmağa çalışmışdır. Beləliklə kitabına “Ziyarət” babını da əlavə etmişdir. Ona görə də kitab iki fərqli tərzdə yazılmışdır. Kitabın babları arasındakı  həcm fərqinin də  olması bundandır.

 

KİTABIN ƏHƏMİYYƏTİ

“Təhzibul-Əhkam” kitabı fiqh hədislərinin çoxunu əhatə etdiyindən  “Kutubu-ərbəə” kitablarının içində fiqh mövzusunda daha ətraflı və ən önəmlisidir.

Kuleyninin (səhih olan hədisləri) və Şeyx Səduqun (fətvalar əsasında olan hədisləri) metodlarının əksinə olaraq “Təhzib”də rəvayətlərin əksəriyyəti məhdudiyyətsizdir. “Kafi” və “Mən Lə Yəhduruhul Fəqih”də olan fiqh hədislərinə görə “Təhzib” daha ətraflıdır.

Şeyx Tusi qəbul etdiyi və etmədiyi rəvayətləri qısaltmadan nəql etmiş. Fəqihlərin və hədis tədqiqatçılarının mövzuları daha dərindən araşdımaq üçün şərait yaratmışdır.

 

FİQHİN ƏHƏMİYYƏTİ

Bəhrul-Ulumun dediyinə görə bu kitab əvvəlki hədis kitablarından daha çox zəngindir, amma əvvəlki kitabların bu xüsusiyyəti yoxdur.

İbn Tavus “Kafi” və “Təhzib” kitablarını ən böyük fiqh kitabları hesab etmişdir. Əllamə Hilli isə fiqhin əsli bilmiş və “Təhzib”lə “Muqniə” kitabını fiqh sahəsində istifadə etdiyi ən önəmli qaynaq, mənbə bilmişdir.

Fiqhin mənbə kitablarında Şeyx Tusinin “Təhzib” kitabındakı fikirləri onun fətvaları kimi qəbul olunmuşdur və üzərində böyük mübahisə və araşdırma aparılmışdır. “Təhzib”dəki bəzi fətvaların ona məxsus olma düşüncəsi var. Bu, “İstibsar” və yaxud başqa kitablardakı fikirlər bəzən fərqli olur.

 

HƏDİSİN VACİBLİLİYİ

“Təhzibul-Əhkam” kitabı, Fiqh istiqamətindən başqa, hədis baxımından da çox ehtiyata sahibdir. Sonrakı hədis kitablarında ona istinad edilir və ondan nəqillər olunur. Seyyid ibn Tavus bu kitabdan olduqca çox hədis nəql etmişdir. İbn İdris “Təhzib”dəki maraq yaradan bəzi hədisləri seçmiş və “Sərair” kitabının sonunda zikr etmişdir.

Bəzi əhbari alimlər Şeyx Tusinin “əl-Uddətu Fi Usulul-Fiqh” kitabındakı sözünə istinad edərək “Təhzib” kitabında nəql olunan hədislərin hamısının səhih olduğuna dair hökm vermişdilər. Ancaq Şeyx Tusi ziddiyətli hədislərin çoxunda onların zəifliyinə toxunmuş və bu fikrin doğru olmadığını ortaya çıxarmışdır.

 

“TƏHZIB”DƏKI ZƏYIF HƏDISLƏRIN SƏBƏBI

Bəzi hədislərin Quranın zahirinə və ya mütəvatir hədislərə qarşı əks çıxması

Nəql olunan hədislərə uyğun əslində imamların (ə) hərəkət etməməsi

Bir və ya bir neçə nəfərin hədisinin çox ziddiyyət təşkil etməsi

Hədislərin qəti şəri fikrə və ya imamların düşüncəsinə müxalifət olması

Mühəddislərin hədisləri iki və ya daha çox şəkildə nəql etməsi

Bir ravinin başqalarının nəqlinə müxalifət etməsi

Zəyif hədislər

Qadağan olunmuş hədislər

Ravisi bilinməyən rəvayətlər

İstisna və ya nadir rəvayətlər

Ravisi zayif, ya əmmə, ya da zeydiyyə olan  rəvayətlər

RƏVAYƏTLƏRIN ISTINADI

Şeyx Tusi kitabının yazı metodunu dəyişdirdikdən sonra hədislərini istifadə etdiyi ravilərin adlarını yazmış və nəql etdiyi hədislərin sənədlərini öz müəlliflərinə bağlı göstərmək üçün kitabın sonunda toplamışdır.

 

“TƏHZİBUL-ƏHKAMIN” MƏNBƏSİ

“Təhzib”in ən önəmli mənbəsi Kuleyninin “Əl-Kafi” kitabıdır. Bir çox yerlərdə Kuleyninin adı (Muhəmməd ibn Yaqub) kimi zikr olunur.

“Təhzib” kitabının bir başqa mənbəsi Şeyx Səduq (r.ə.) “Mən Lə Yahduruhul Fəqih” kitabıdır.

 

MÜƏLLİFİN İKİ KİTABININ QARŞILAŞDIRILMASI

Şeyx Tusi “Təhzibul-Əhkam” kitabını yazdıqdan sonra “İstibsar” kitabını görünüşcə ziddiyətli olan hədislər ünvanında qələmə almışdır. Babları (kitabları) arasında çox da böyük fərq görülmür. “Təhzib”də olan hədislərin demək olar ki, hamısı “İstibsar”da zikr olunmuşdur, ancaq iki kitabın sənədlərində fərqlər var.

“Təhzib”də tam sənədli 200 yaxın hədis  nəql olunur. Ancaq “İstibsar”da 80-ə yaxın yerdə sənədlər tamdır.

“Təhzib”ə yazılmış bir çox şərhlərin içərisində Əllamə Məclisinin yazdığı “Miləzul-əhyar” kitabı 16 cilddən ibarət olmaqla ən kamil və tam şərh hesab olunur.

 

“TƏHZİBUL- ƏHKAM”IN NÜSXƏLƏRI

Müəllifin öz əlyazması ilə olan əsil nüsxəsi Şeyx Tusinin nəvələri olan Ali-Tavusdadır.

Müəllifin xətti ilə yazılmış nüsxə Əli ibn Muhəmməd Bəyazidədir.

Kitabın birinci cildi Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbayi kitabxanasındadır. Şeyx Bəhayi bu nüsxənin müəllifin öz xətti ilə yazılmasına inarır.

“Təhzib”in bir çox nüsxələri İslam kitabxanalarında mövcuddur.

Amma ən qədim nüsxəsi (575-ci ildə yazılıb) dördüncü cild ilə beşinci cildin bəzi yerləri Qumdakı Ayətullah Seyyid Muhəmməd Rza Gülpayeqan kitabxaansındadır

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ 

 


 107, 

Dostların veb səhifələri

2105947
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
243
3664
3907
1952317
104272
152081
2105947

sizin IP ünvanınız: 54.92.190.11
2018-09-24 03:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!