Kitabşünaslıq

Səhifeyi-Səccadiyə الصحيفة السجادية

Səhifeyi-Səccadiyə

 الصحيفة السجادية

 

"Səhifeyi-Səccadiyə" İmam Səccadın dua və münacatlarını əks etdirən kitabdır. "Səhifeyi-Səccadiyə"də 54 dua yer alıb. Bu kitab Qurani-Kərimdən sonra Nəhcül-Bələğa kimi şiələrin nəzərində ən önəmli yerə sahibdir. Ali-Muhəmmədin "Zəburu”, Əhli beytin "İncil"i kimi adlarla da çağırılmaqdadır. Kitab haqqında çoxlu şərhlər yazılmışdır. Ağa Bozorg Tehraninin “Əz-zəria” kitabında yazdığına görə şərhlərin sayı 50-yə yaxındır. Ən məşhur şərh “Riyadus-salikin” adlı şərhdir.

Səhifeyi-Səccadiyə ingilis, fransız, türk, fars, iİspan, bosniya, alban, tamil dillərinə də tərcümə olunmuşdur. Kitab şiə arasında fəsahət və bəlağətilə seçilir. Sünni alimləri tərəfindən də təriflənir.

"Səhifeyi-Səccadiyə"də İslami inanclar və mərifətlər dua formasında bəyan olunmuşdur. Kitabda ilahiyyat, kosmologiya, andropologiya, qeyb aləmi, mələklər, peyğəmbərlərin risaləti, Peyğəmbər (s) və Əhli-beytin (ə) məqamı, imamət, əxlaqi fəzilət və ya çirkinliklər, bayramlara dəyər verilməsi, sosial və ekonom mövzuları, tarixi qeydlər, Allahın növbənöv nemətləri, duanın ədəbi, tilavəti, zikr, namaz, ibadət və bu kimi digər mövzular da dua kitabında açılqanmışdır.

Səhifeyi- Səccadiyənin ən məşhur duası “Məkarimul-Əxlaq” duasıdır.

Adları

Bəzi müsəlman mütəfəkkirlərinə görə "Səhifeyi-Səccadiyə" Quran və Nəhcül-Bəlağədən sonra ən böyük ilahi həqiqət və mərifətlər xəzinəsidir. Buna görə "Uxtul-Quran” ("Quranın bacısı"), “Əhli-beytin incili”, “Ali-Muhəmmədin Zəburu” və “Səhifeyi Kamilə” kimi ləqəblər də almışdır.

"Səhifeyi-Səccadiyə"yə “Səhifeyi-Kamilə” deməklərinin səbəbi Zeydiyyə məzhəbinin yanında olan səhifənin əskik olduğundan və bu səhifənin tam olduğunu bildirmək üçün qeyd olunmuşdur.

Sənəd

"Səhifeyi-Səccadiyə" sənəd baxımından təvatür həddindədir. Ağa Bozorg Tehrani bu mövzu barədə belə deyir: “Səhifənin sənədi imam Zeynəlabidinə çatır...  Səhabələrin yanında da qətiyyətlə mütəvatirlərdəndir. Çünki bütün səhabələr öz ustadlarından hər əsrdə (rical) bütün təbəqələrdə nəql olunması üçün icazə almışdılar.

Eyni zamanda Muhəmməd Təqi Məclisi səhifənin nəql olunması və rəvayət olunmasında bir milyon sənədin olduğunu iddia etmişdir.

Şeyx Mufid də “əl-İrşad”, Şeyx Saduqun tələbəsi olan Əli ibn Muhəmməd Həzzaz Qummi, Əhməd ibn Əyyaşi, Əbul-Müfəzzəl Şeybani və bir çox digərləri də "Səhifeyi-Səccadiyə"ni nəql etmişdilər. Əhli-sünnət üləmalarından olan İbn Cəvzi “Həsəisul-Əimmə”, Süleyman ibn İbrahim Qunduzi “Yənəbiul- Məvəddət” kitabında "Səhifeyi-Səccadiyə"ni zikr etmiş və işərisində yer alan bəzi duaları nəql etmişdir. Əbul Muali Muhəmməd ibn İbrahim Kəlbasi (ö.1315) də "Səhifeyi-Səccadiyə"nin sənədlərini “Risalətun fis-Sənədis-Səhifeyi-Səccadiyə” kitabında qısa olaraq açıqlamışdır.

Məzmunu

"Səhifeyi-Səccadiyə" yalnız Allaha dua və yalvarma, Ondan hacətlərin istənilməsi olan bir dua kitabı deyil. Onun içərisində bir çox İslami bilik və mərifətlər qorunmaqdadır. Daxilində inanc, mədəni, sosial, ictimai, siyasi, təbiət qanunları və şəri hökümləri dua formasında açıqlanmışdır. Allahla ünsiyyət yaradmaq üçün müxtəlif zamanlar və fərqli hallara görə dualar bəyan olunmuşdur. Bəzi dualar Ərəfə duası və Ramazan ayına vida duası kimi ildə bir dəfə, bəziləri ayı görmək kimi ayda bir dəfə, bəziləri hər həftə və ya hər günə aid dualardır.

Səhifənin dualarının adları müxtəlifdir. Bu kitabda teoloji, kosmoloji, andropoloji, qeyb aləmi, mələklər, peyğəmbərlərin risaləti, Peyğəmbər və Əhli-beytin məqamı, imamət, əxlaqi fəzilət və ya çirkinliklər, bayramlara dəyər verilməsi, sosial və ekonomik mövzular, tarixi qeydlər, Allahın müxtəlif nemətləri, duanın ədəbi, tilavət, zikr, namaz, ibadət və s. kimi mövzular dua kitabında istifadə olunmuşdur. "Səhifeyi-Səccadiyə"nin ən məşhur duası “Məkarimul-Əxlaq” duasıdır.

Üsulu

İmam Səccad (ə) dualarda ilk öncə Allaha həmd-səna etmiş sonra həzrəti Peyğəmbər və ailəsinə salam göndərmişdir. Belə ki, bu kitabda salavat zikr olunmayan bir dua yoxdur. Sonda isə Allahdan istək və hacətlərini istəməkdir.

Duaların adları

Səhifeyi Səccadiyə 54 duadan ibarətdir. Adları bunlardan ibarətdir:

1 Duaya başlayarkən İmamın (ə) izzət və cəlal sahibi Allahaetdiyi həmd-səna

2 Allaha həmd-sənadan sonra İmamın (ə) Rasuləllaha (s) göndərdiyi salam və salavat

3 Ərşi daşıyan və Allaha yaxın bütün mələklərə imamın (ə) göndərdiyi salam

4 Peyğəmbərlərin ardıcıllarına və onlara iman gətirənlərə İmamın (ə) göndərdiyi salam

5 İmamın (ə) özü və dostları üçün etdiyi dua ...

 

Səhifeyi Səccadiyənin tərcümələri

"Səhifeyi-Səccadiyə" indiyə qədər çox dillərə tərcümə olunmuşdur. Hələ fars dilində altmış tərcümə və açıqlaması yazıldığı bildirilir. Bundan əlavə azərbaycan, ingilis, fransız, türk, urdu, ispan,bosniya, arnavutca, tamilcə...dillərinə də tərcümə edilmişdir.

Səhifənin açıqlama və şərhləri

Ağa Bozorg Tehraninin “Əz-Zəriə” kitabında yazıldığına görə açıqlama və şərhlərin sayı 50-dir.

Seyyid Əlixan Mədəninin yazdığı “Riyadus-Salikin fi şərhi Səhifeyi Seyyidis-Sacidin”.

Ayətullah Cəvad Amulinin önsöz yazdığı Həsən Məmduhi Kirmənşahinin yazdığı 4 cildlik “Şuhud və Şinəht” şərhi.

Hüseyn Ənsariyanın yazdığı “Diyari Aşikan” adlı şərh və açıqlama kitabı.

Seyyid Əli Nəqi Feyzulislamın yazdığı “Tərcümə və şərh Səhifeyi Kamileyi Səccadiyə” kitabı.

Mirzə əbdulvəhhəb ibn Muhəmməd Salih Berqani Qəzvininin (ö1249) yazdığı “Amalul-arifin fi şərhi Səhifeyi-Seyyidil-sacidin”kitabı.

Qeydlər:

Molla Muhsin ibn Murtəza Feyz Kaşaninin yazdığı “Taliqat ələs-Səhifə-Səccadiyə” kitabı. 1055-ci ildə yazılmışdır. “Şərhi Səhifeyi-Səccadiyə” və “Haşiyə Səhifə Səccadiyə” kitabları olaraq tanınır.

Seyyid Muhəmməd Baqir ibn Muhəmməd Hüseyn Ətərabadi Mirdamadın (ö1041) yazdığı “Haşiyeyi Sahifeyi Səccadiye” kitabı. Bu açıqlamada sözlər, fəlsəfə və bəzən də həyat bilgisi, ricalla bağlı olan mövzuların mübahisəsinə də yer verilmişdir.

Mustədrəklər

Bəzi alimlər tərəfindən Səhifeyi-Səccadiyəyə mustədrəklər yazılmışdır. Mustədrəklərdən məqsəd "Səhifeyi-Kamil"də yer almayan İmam Səccad Zeynəl Abidinə məxsus olan bir duadır.

“Səhifeyi-Saniyə”

Vəsailuş-Şiə kitabının müəllifi Şeyx Muhəmməd ibn Həsən Hürrü Amuli tərəfinədn yazılmışdır.

“Səhifeyi Səlisə”

Mirzə Əbdullah ibn İsa Mərufun yazdığı bu kitabda Səhifeyi Kamilədə və Səhifeyi Saniyədə yer almayan duaları toplamışdır.

"Səhifeyi Rabiə"

Muhəddis Mirzə Hüseyn Nuri Təbərsi

"Səhifeyi Xamisə"

Əllamə Seyyid Muhsin Əmin Amuli

"Səhifeyi Sədisə"

Şeyx Muhəmməd Bəkir ibn Muhəmməd Həsən Bircəndi Kaini

"Səhifeyi Səbiə"

Şeyx Hadi Kaşiful Qitə

"Səhifeyi Səminə"

Hacı Mirzə Əli Hüseyn Məraşi Şəhristani Hairi

"Mulxaqati Səhifə"

Şeyx Bəhainin tələbəsi olan Şeyx Muhəmməd(Ziyabadi Qəzvini).

Əhli-sünnət alimlərinin baxışında

İbn Şəhri Aşub “Mənaqib” adlı kitabında yazır:

“Bəsrədə bəlağatçılardan birinin yanında Səhifeyi Kamilənin fəsahətindən danışarkən o demiş: “Mən də onun bənzərini yazıb bəyan edə bilərəm”, sonra əlinə qələm alıb başını yerə əymiş (heç bir şey yazmadan və danışmadan) və elə o şəkildə də dünyasın dəyişmişdir”.

1353-cü ildə Ayətullah Mərəşi Nəcəfi, Səhifeyi Səccadiyənin bir nüsxəsini Əhli-sünnət alimlərindən olan Tantavi təfsirini yazan Tantavi Qahirəyə göndərmişdir. Tantavi kitabı oxuduqdan sonra “məxluq sözündən üstün, Yaradanın sözündən aşağı sözlər” deyə tərif etmişdir.

İbn Cəvzi “Həsaisul-Əimmə” kitabında belə yazılır: “Əli ibn Hüseyn, Zeynəl Abidinin imla, inşa, danışıq natiqliyi və Allah yanında hacətlərin ərz olunması baxımından müsəlmanların üzərində təlim haqqı vardır. Çünki əgər o olmasaydı müsəlmanlar Allah-Təalaya diləklərini ərz edə bilməyəcəkdilər və Onunla necə ünsiyyət qurmaq lazım olduğunu bilməyəcəkdilər. Beləliklə o imam insanlara istiğfar edərkən Allaha necə müraciət olunmalıdır, Allahdan yağış rəhmətini istədikdə hansı dillə və necə istənilməyini, düşməndən qorxduqda Allaha necə sığınmağı, düşmənlərin pisliklərindən necə qurtulmağı öyrətmişdir”.

Hazırladı: İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Aiddir

 


 4958, 

Dostların veb səhifələri

15653777
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2181
7422
49324
15456216
128916
160067
15653777

sizin IP ünvanınız: 3.15.214.244
2024-12-22 07:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!