Kitabşünaslıq

"Hüquq risaləsi" رسالة الحُقوق

Hüquq risaləsi

رسالة الحُقوق

 

Hüquq və ya haqlar risaləsi – imam Səccad Zəynul-Abidindən (ə) nəql olunan uzun bir hədisə verilən addır. Bu hədisdə möminlərin özlərinə və başqalarına qarşı olan 50 dən çox vəzifəsi bəyan olunmuşdur. “Hüquq risaləsi” mömin şəxsin fərdi və ya ictimai münasibətlərini bəyan edən əxlaqi bir dərslik hesab oluna bilər. Uşaq, ana-ata, qonşu, müəllim, imam camaat, hökümətin vəzifələri kimi hər mövzunu əhatə edən bir kitabdır. “Hüquq risaləsi”nin özünə məxsusluğu və bu kitab əsas mövzuları əhatə etdiyi üçün ona çoxlu sayda tərcümə və şərhlər yazılmışdır.

Haqq və hüququn anlamı olan “Hüquq” kəlməsi “Haqq” kəlməsinin cəmidir. Burada risalə kəlməsinə izafət olunan haqq kəlməsindən məqsəd Allahın insan və başqa canlıların vəzifələrini əhatə edən məsuliyyətidir. Hüquq kəlməsi bu birləşmədə möminin yalnız vacib şəri vəzifələrini bildirmir, həm də müstəhəbbi hökmləri, ürfi və sosial vəzifələrini də əhatə edir. Həmçinin bu hədisdə bəzi hökümləri yerinə yetirmədikdə yəni günah etdikdə və ya dünyəvi cəzalar lazım olduğu (şəri həd və ya cəzalar) mövzulara da yer verilmişdir. Ümumiyyətlə istər müstəhəbb, istərsə də vacib olsun möminin davranış və hərəkətlərini, əxlaqi hökmlərini əhatə etmişdir.

Kitabın hədis mənbələrində yeri

İmam Zəynul Abidinin (ə) "Hüquq risaləsi"ni tam olaraq təqdim edən ən qədim hədis mənbələri bunlardır:

    Tuhəful-Uqul, Həsən ibn Əli ibn Hüseyn ibn Şubə Hərraninin (h.381) yazdığı bu kitab, 50-dən çox hüququ əhatə edir.

    “Xisal” Şeyx Səduq (h.382)

    “Mən Lə Yəhzurul-Fəqih”, Şeyx Saduq

Şeyx Səduqun “Xisal” kitabının ön sözündə hüquq risaləsi zikr olunarkən həcc haqqında bəhs olunmasa da bu iki kitabda həcc haqqı adlanan bir bölüm də yer almışdır və bununla əslində hüquq risaləsi 51 bölümdən ibarətdir. Risalənin sənədi haqqında isə bunu demək olar ki, “Mən lə yəhzurul-Fəqih” kitabında hədisin sənəd silsiləsi nəql olunmamışdır və hədis Mursəl olaraq verilmişdir.

  • Allah haqqı
  • Nəfs haqqı
  • Dil haqqı
  • Qulaq haqqı
  • Göz haqqı
  • Ayaq haqqı
  • Əllərin haqqı
  • Mədənin haqqı
  • Cinsi orqanın haqqı
  • Namazın haqqı
  • Həccin haqqı
  • Oruc haqqı
  • Sədəqənin haqqı
  • Qurbanın haqqı
  • Rəhbərin haqqı
  • Elmi rəhbərin haqqı
  • Böyük şəxsiyyətin üstündəki haqları
  • Güc və nüfuz ilə yönləndirdiklərinin haqqı
  • Elm ilə yönləndirdiklərimizin haqqı
  • Nigahla sahib olduqlarımızın haqqı
  • Sağ əlinin sahib olduğu (cariyə,xidmətçi) insanın haqqı
  • Ana haqqı
  • Ata haqqı
  • Uşaq haqqı
  • Qardaş haqqı
  • Böyük şəxsiyyətin haqqı
  • Kölənin haqqı
  • Yaxşılıq edənin haqqı
  • Müəzzinin haqqı
  • (Namazda) imamın haqqı
  • Söhbət yoldaşının haqqı
  • Qonşu haqqı
  • Dost haqqı
  • Şərikin haqqı
  • Mal-mülk haqqı
  • Borc verənin haqqı
  • Səmimi olduqlarımızın haqqı
  • Şikayətçinin haqqı
  • Şikayət olunanın haqqı
  • İstişarə edənin haqqı
  • İstişarə olunanın haqqı
  • Nəsihət istəyənin haqqı
  • Nəsihət edənin haqqı
  • Böyüyün haqqı
  • Kiçiyin haqqı
  • İstəyənin (dilənçi və s.) haqqı
  • Özündən bir şey istənilənin haqqı
  • Allahın bizi birinin əli ilə xöşbəxt edən insanın haqqı
  • Məhkəmə qərarında söz və ya əməllə əleyhinə hökm verdirən adamın haqqı
  • Camaatın ümumi haqqı
  • Dindən uzaq olanların haqları

 

Dünya Əhli-beyt (ə) Qurultayı tərəfindən hazırlanan “Kitabşinasiye İmam Səccad Səhifeyi-Səccadiyə və Risaleyi-Hüquq” kitablarında İmam Səccadın (ə) Hüquq Risaləsi ilə bağlı kitabları tanıdılmışdır.

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Aiddir

 

 


 820, 

Dostların veb səhifələri

4737944
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
726
6735
11967
4564651
62182
210438
4737944

sizin IP ünvanınız: 3.229.122.219
2019-12-10 02:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!