Kitabşünaslıq

“Əl-Cəvahir fi təfsiri əl-Quranil-kərim” (Təfsiri Tantavi)

“Əl-Cəvahir fi təfsiri əl-Quranil-kərim”

(Təfsiri Tantavi)

الجواهر في تفسير القرآن الكريم

 

“Əl-Cəvahir” kitabı Qurani-Kərimin təfsirini tərtibi üslubla özündə cəm etmiş kamil təfsir kitablarından hesab olunur. Bu kitabın diqqəti cəlb edən xüsusiyyəti onun təbiət elmlərilə uyğunlaşmasındadır. Həmçinin kitabın müəllifi xüsusi nöqtələri (qeydləri) nəzərdən qaçırmayıb və səy göstərmişdir ki, müasir elmləri də Quran ayələrilə təbir etsin. Tantavi uzun illər müsəlmanların əziyyətli tarixini müşahidə etmiş və sonralar elmi mənbələrə istinad edərək bu təfsiri yazmağı özünə vəzifə bilmişdir. Bu təfsirin adı “Əl-Cəvahir fi təfsiri əl Quranil-kərim”-dir və ən çox “Tantavi” müəllifin adı ilə daha məşhurdur. Bu kitab 26 cilddir və müxtəlif elimləri əhatə edən ensiklopediya sayılır. O, cümlədən ilahiyyat, fizika, riyaziyyat, astronomiya, sirli elmlər, müasir elmlər və s. Bunlar da kitabın bölməsinə daxildir.

 

Müəllifin həyatına qısa bir baxış

 

Tantavı ibni Cövhəri Misirin böyük alimlərindən (əhli-təsənnün) və əşərilərdən olub 1287 h.q. ilində doğulmuşdur. O, nəfis bir yazıçı və xətib olmaqla yanaşı həm də Quranın təfsirindən xəbərdar olduğu üçün müasir elmləri ayələrlə uyğunlaşdırmağı bacarmışdır. Tantavi Qahirənin “əz-Zəhra” və “Darul-ulum” Universitetində professor olmuş və ərəb dili lüğətinin ingilis dilinə çevrilməsini kamil surətdə mənimsəmişdir. O elmi-ədəbi məclislərdə iştirak etməklə həmişə hazır idi və ən çox vaxtını Quran ayələrinə sərf edər və hər bir ayənin barəsində elmi təfəkkürü ilə başqalarıyla bəhs edərdi. Tantavinin müxtəlif elmi fəaliyyətləri olmuşdur, o cümlədən əxlaqi, fəlsəfi əsərləri və “Əl-Cəvahir” təfsiri onun əsas nailiyyətlərindən sayılır. Onun çoxlu risalədən ibarət və dərin mühtəvalı əsərləri əsasən bunlardan ibarətdir:

 

Əsərləri

  • Əl-ərvah     (metafizika)
  • Usul-alim (fəlsəfi bəhslər-coğrafiya və fizika)
  • Ubnul-insan
  • Əl-Tacul mərsaə bihi Cəvahir Əl-Quran və ulum
  • Cəvahirut-təqva
  • Əssirrul-əcib fi hukməti təəddid əzvacun-Nəbi (s)

Bundan başqa əsərləri də mövcuddur ki, hal-hazırda həmin əsərlər Misirdə və Qahirədə davamlı çap olunmaqdadır.

Müfəssir Tantani 1358 h.q. ilində (1940 yanvar milad ili) dünyadan köçmüşdür.

 

Kitabın yazılması və bölümlərə ayrılması

1.  Bu təfsirdə Quranın intonasiyalı ayələri mövzusuyla bağlı bir neçə müxtəlif bölmədə izah olunub.

2.  Hər surənin təfsirində müəllif hər şeydən çox “Bəsmələ” yə diqqət yetirmişdir və hər “Bəsmələ”ni həmin surəyə xas tərzdə məzmununu incəlmişdir.

3.  Tantavi hər surənin əvvəlki surələrlə bağlılığını və surə tərkibindəki ayələrin cəmini sonrakı ayələrlə əlaqələndirərək təfsir etmişdir.

4. Bu təfsirdə əvvəlcə kəlmələr müxtəsər formada izah olunub (əttəfsiril-əlfaz), sonra isə incə mətləblər, nəticələr daha ətraflı və müxtəlif ünvanlarla bəyan olunmuşdur.

5. Müəllif müxtəlibf mətləbləri hissələrə ayırmışdır və bu bölməni “Yaqut” adı ilə tanıtdırmışdır. Həmçinin digər müxtəlif mövzuları da qısa hekayələrlə yazmışdır.

6. Tantavi bu təfsirdə şifahi mövzulara da yer ayırmışdır.

7. Məlakə və cin bəhsini həmçinin onların qeyri-maddi varlıqlardan sayılmasını və insanların bu mövzuya baxışını bəyan etmişdir.

8. Bu təfsirdə fiqhi ayələr ixtisarla izah olunub fiqhi məsələlərin bəyanında Əhli-təsənnün məzhəbindəki ixtilaflar qeyd olunub, lakin Əhli-şiədə yazılmayıb. Bəzi hallarda mətləbləri səhabələrdən və tabeinlərdən nəql edib və bəzilərini isə Əbu Hənifə və Şafeidən ithaf etmişdir.

9. Tantavininin bu təfsirdə gördüyü fövqaltəbii işlərdən biri də ilahi peyğəmbərlərin mözüzələrini, onlara gələn qeybi yardımları, İlahi süfrələri ayələrin zahiri mənasından əlavə bir hekayə bir hekayə formasında yazmışdır.

10. Tantavi Quranda ayələrin mütənasibliyini, ictimai məsələləri təfəkkürlə bəhs edib və müsəlman ölkələri arasındakı təfriqələri tənqid etmişdir.

 

Kitabın xüsusi nöqtələri

Bu təfsirin ən mühüm xüsusiyyəti budur ki, elmə çox diqqət yetirilir. Tantavinin nəzərinə görə Qurani-kərimin 750-dən çox ayəsi elmdən bəhs edir. Və müsəlmanların təbiət elmləri barəsində düşünməyə təçşviq edir. Habelə insan bu elmi araşdırma sayəsində çoxlu məlumatlara yiyələnir. Müfəssir təbiət elmləri ilə mütaliəni də bir növ ibadət hesab etmiş və Allahın sifətlərinin əsrarəngiz təbiətin yaradılışında tapmağa təkid etmişdir.

 

Tantavinin təfsiri barəsində mütəfəkkirlərin rəyləri

Bu təfsir mötəbər mənbə cəhətindən çox faydalıdır. Müsəlman alimlərindən Ğəzali, Fəxri Razi, Suyuti, İbni Sina , İxvanus Səfa və qeyri müsəlman müdriklərindən; Konfisius, Aristotel, Əflatun, Fyusaqirus, Qaliley və müasir müsəlman alimlərindən Seyyid Əhməd xan, Cəmaladdin Əsədabadi, Sabir Ərsilan, Fərid Vəcdi, Qərb alimlərindən Edvord Braun, Talstoy, Enşteyn, Darvin, Şopenhagen, Tomas Ceyfson və Qandi kimi böyük şəxsiyyətlər belə Tantavinin təfsirindən sitat gətirmişdilər.

 

Əl-Cəvahir təfsirinin nəşri

Bu təfsir kitabı ilk dəfə 1341 h.q. ilində Misirdə çap olunmuşdur. Sonralar isə müxtəlif müəssələrdə çoxlu sayda nəşri yayılmışdır.

 

İstifadə olunan ədəbiyyat:

Muhəmməd Əli Mudərris Xiyabani “Reyhanətul-ədəb”

“Ətticəhətut-təcid fi təfsiril-Quranil-Kərim fi Misr”.

     Hazırladı: İlahiyyatçı: Sara Zahidqızı

 

  Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 3964, 

Dostların veb səhifələri

14388194
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6492
5858
15931
14222443
96918
183089
14388194

sizin IP ünvanınız: 18.222.67.251
2024-04-16 23:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!