Müqəddəs Məkanlar

Peyğəmbər məscidi

Peyğəmbər məscidi

 

Peyğəmbər məscidi

 

إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَى لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ

 

 “Həqiqətən, Allahın Rəsulu (s) yanında səslərini aşağı salanların qəlblərini Allah təqva üçün sınamışdır. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır” (“Hucurat” surəsi, ayə 3).

Mədinədə yerləşən Peyğəmbər (s) məscidi Kəbə evindən sonra İslam aləmində müsəlmanların üz tutub ziyarət etdiyi ikinci ən müqəddəs məkandır. Peyğəmbərin (s) şərif qəbrinin burada olması onun müqəddəsliyini daha da artırır.

Yəsrib şəhəri Peyğəmbərin (s) hicrətindən sonra “Mədinətul-nəbi” yəni “Peyğəmbərin şəhəri” adlandırılmışdır. Sonralar qısa olaraq Mədinə adı ilə məşhurlaşdışdır. Həzrət Rəsul (s) Məkkədən xaric olduğu zaman üzünü Allah dərgahına tutub buyurur: “İlahi, necə ki məni ən çox sevdiyin torpaqdan ayırdın, elə də özünün ən çox sevdiyin torpaqda yerləşdir”.

Bu kimi dualardan Mədinə şəhərinin şərafəti, müqəddəsliyi aydınlaşır. Peyğəmbər (s) Mədinəyə daxil olduğu zaman şəhər sakinlərindən hər biri onu öz evinə qonaq etmək şərəfinə nail olmaq istəyində idilər. Ancaq Peyğəmbər (s) buna razı olmayaraq buyurdu: “Dəvəm harada otursa, orada məskunlaşacağam”. Peyğəmbərin (s) dəvəsi indiki məscid olan yerdə oturur. Peyğəmbər (s) həmin yeri sahibindən alaraq məscidin bünövrəsini qoyur. Nəhayət bütün səhabələr böyük həvəs və şərəflə məscidin tikintisinə başlayırlar.

Beləliklə, Peyğəmbərin (s) Mədinədəki ilk görüdüyü iş məscidin tikilişi oldu. Ancaq sonralar məscidə əlavələr olunaraq Peyğəmbərin (s) zamanındakı kiçik və sadə məscid daha da genişləndirilmişdir.

Peyğəmbərin (s) zamanında olan tikililərdən biri də məscidin kənarındakı otaqlar idi. Bu otaqlar Peyğəmbər (s), onun qadınları və səhabələri üçün nəzərdə tutulmuşdur. Bu otaqların hər birindən məscidin içinə qapı açılırdı. Ancaq hicrətin üçüncü ili İlahi göstərişə əsasən Həzrət Əlinin (ə) qapısından başqa məscidə açılan bütün qapılar bağlanır. Hicrətin on yeddinci ilində müsəlmanların artması səbəbilə məscidin artırılmasına ehtiyac duyulur. İkinci xəlifə 1100 m2-lik sahəni 3500 m2-dək genişlədir. Hicrətin iyirmi doqquzuncu ili üçüncü xəlifənin dövründə daha da genişlənərək 4041 m2-ə çatır. Xəlifə Vəlid ibn Əbdulməlikin dövründə isə bir daha genişlənərək 6400 m2-ə çatdırılır. Hicrətin 654-cü ili Abbasilərin dövründə 886-cı ildə bu məscid yanmış və bir çox qüsurlar yaranmışdır. Birinci yanğının qüsurlarını Məhəmməd ibn Təlavun və ikinci yanğının qüsurlarını isə Məmalik təmir etdirmişdir. Bu dəfə məsciddən karvansara, mədrəsə, aşpazxana tikilərək 9100 m2-ə çatdırılır. Nəhayət Peyğəmbərin (s) məscidi Səudilərin dövründə daha da genişlənərək  4005000 m2 yəni Mədinənin Peyğəmbər (s) əsrindəki bütün ərazisinə bərabər olmuşdur. Allah Rəsulunun (s) xatirəsi məscidin hər bir güşəsinə xüsusi mənəvi təsir bağışlayır. Məscidin bu hissəsinin hər biri haqqında müxtəsər izah veririk.

 

Rozeyi-şərifə

Bu hissə məscidin çox fəzilətli yeri olaraq “Rozeyi-mutəhhərə” (“pak bağ”), “Rozeyi-şərifə” (“şərif bağ”), “Rozeyi-behişti” (“behişt bağı”) adları ilə tanınmışdır. Bu hissədə üç müqəddəs məkan yerləşmişdir: Allah Rəsulun (s) pak qəbri, onun minbəri və mehrabı.

Məscidin müqəddəs məkanlarından biri də Həzrət Rəsulun (s) minbəridir. Minbər Peyğəmbərin (s) zamanında üç pillədən ibarət olub. Sonralar ona daha bir neçə pillə artırılmış və on iki pillə olmuşdur. Zaman ötdükcə minbər aradan gedir və onu indiki minbərin yerləşdiyi yerdə torpağa tapşırırlar. Hal-hazırda məsciddəki minbər qəməri 998-ci ildə sultan Murad Osmaninin sifarişi ilə tikilmiş qiymətli əsər kimi saxlanılmaqdadır.

Məscidin mehrabı Peyğəmbərin (s) namaz qıldığı məkanda tikilmişdir. Burada bəzi başqa xəlifələrin də mehrabı yerləşir. Bu mehrablardan ən mühümü “təhəccüd mehrabı”dır. Təhəccüd – gecə oyaq qalmaq mənasındadır. Bura Həzrət Fatimənin (ə) evinin arxası və Peyğəmbər (s) gecə namazı qıldığı məkandır.

 

Məscidin sütunları

Məscidin tavanını qoruyan sütunlarla yanaşı Peyğəmbər (s) və səhabələrinin istifadəsində olan sütunlar da mövcuddur. Bu sütunların hər biri özünə xas xatirəyə malik olduğundan müqəddəs və mübarək sayılır.

  • Hərs sütunu – Həzrət Əli (ə) bu sütunun kənarında duraraq Allah Rəsulunu (s) qoruyardı. Bu sütun “Əli müsəllası” adı ilə məşhurlaşmışdır.
  • Tövbə sütunu – Bu sütun Peyğəmbərin (s) səhabələrindən biri olan Əbu Lubabənin xatirəsi ilə bağlıdır. O, Xəndək müharibəsində xəta işlədərək yəhudi və müsəlmanların münasibətini daha da kəskinləşməsinə səbəb olmuşdur. Bu səbəbdən də özünü bu sütuna bağlayaraq ağlamağa başlamışdır. Allah da onun tövbəsini qəbul etmişdir.
  • Vüfud sütunu – “vüfud” heyət nümayəndələri mənasındadır. Peyğəmbər (s) öz səhabələri ilə bu sütunun kənarında yığışaraq siyası və ictimai məsələləri həll edirdi.
  • Sərir sütunu – “sərir” taxt mənasındadır. Peyğəmbər (s) etikaf zamanı bu sütunun kənarında dincəlirdi.
  • Mühacir sütunu – mühacirlər bu sütunun kənarında oturaraq bir-birilə söhbət etdiyindən sütun onların adı ilə bağlıdır.
  • Hənanə sütunu – Peyğəmbər (s) xurma ağacına söykənərək xütbə oxuyardı. Minbər tikilən zaman bu ağacdan dəvə naləsi tək səs ucaldı. Bu rəvayəti Peyğəmbərin (s) yüzdən çox səhabəsi nəql etmişdir.

 

Suffə

 

Məkkə müsəlmanları Mədinəyə hicrət edən zaman onların bir hissəsi ənsarilərin evlərində məskunlaşmışdılar. Məkkəlilərin bir qismi isə Suffə adlanan yerdə gecələyirdilər. Onlar Bilal, Əbuzər, Miqdad və başqa səhabələrdən ibarətdir.

 

Cəbrail məqamı

Həzrət Cəbrail (ə) məhz bu məkanda nazil olaraq Allah Rəsulunun (s) xidmətinə gəldiyindən bu məkan Cəbrail məqamı adı ilə tanınmışdır. Bəzi rəvayətlərə əsasən, Həzrət Fatimənin (ə) qəbrinin burada olması ehtimalı da var. Bu yerin başqa bir fəziləti də vardır. Mübarək “Əhzab” surəsinin 33-cü ayəsi (“Təthir” ayəsi) nazil olduqdan sonra qırx gün sübh çağı Peyğəmbərimiz (s) bu məkanda, Həzrət Fatimənin (ə) evinin kənarında duraraq buyurardı: “Əssəlamu ələykum ya əhləl-beyt”.

 

Məscidin minarələri

Məscidin ilk tikilişindənVəlid ibn Əbdul Məlikin zamanınadək heç bir minarəyə malik olmayıb. Hal-hazırda məsciddə dörd əsas minarə mövcuddur.

Həzrət Peyğəmbər (s) bu mübarək məscidi, Məscidul-Həramdan sonra ən şərafətli məkan hesab olunur. Allah Rəsulu (s) burada olunan ibadətin fəziləti haqqında belə buyurmuşdu: “Mənim məscidimdə qılınan bir namaz, Məscidul-Həramdan başqa qalan məscidlərdə qılınan min dəfə fəzilətlidir”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 95, 

Dostların veb səhifələri

1630324
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1296
4484
5780
1475480
97085
109322
1630324

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!