Müqəddəs Məkanlar

Bəqi qəbirstanlığı Möhsün Qiraətinin kəlamında (davamı)

 
(0 votes)

Təvəssül bölməsi

 

Təvəssül barəsində bura qədər dediklərimiz əhli-sünnə kitablarından idi. İndi isə əhli-şiədən bir neçə nəzəri diqqətinizə çatdırmaq istəyirik. Məsum imamların (ə) dualarında Muhəmməd ali Muhəmmədə (s) təvəssül etmələri də diqqətdən kənar deyil. İmam Hüseyn (ə) Ərəfə duasında buyurur:

اَلَّهُمَّا اِنَّا نَتَوَسَّلُ اِلَیکَ فِی هَذِهِ العَشِیَّةِ بِمُحَمَّدٍ نَبِیِّکَ وَ رَسُولِکَ

«İlahi, biz bu şərif gecədə (Qurban bayramı gecəsi) Allahın Rəsuluna (s) təvəssül edirik».

İmam Səccad (ə) hətta Ramazan ayının şərəfinə həmin gecədə ibadət edənlərin duasını təvəssül qərar vermişdir və buyurur:

اَلَّهُمَّ اِنِّی اَسألُکَ بِحَقِّ هَذَا الشَّهرِ وَ بِحَقِّ مَن تَعَبَّدَ لَکَ (Səhifeyi Səccadiyə, dua-44)

Buna əsasən də, təvəssül həm məsum imamların (ə) nəzərinə görə və həm də ikinci xəlifənin camaata buyurduğuna görə (Peyğəmbərin (s) əmisi Abbasa təvəssül edin ki, dualarınız qəbul olsun) doğrudur.[1]

Ey məsum imamlar (ə) bizim eşqimizi və sizlərə olan diqqətimizi şirk adlandırırlar. Elə zənn edirlər ki, biz sizi Allahın İlahilik məqamı ilə bərabər tuturuq və elə düşünürlər ki, biz sizin qüdrətinizi (Allahın müqabilində) üstün bilib birbaşa hacətlərimizi sizdən istəyirik.

Yaxud da ilahi vəzifəmizdə tənasübsüzlüyü bizə nisbət verirlər. Lakin onlar bilmirlər ki, bizim sizə olan eşqimiz və ehtiramımız Allahın qarşısında bəndəçiliyimizə xatirdir. Bizim əsas hədəfimiz Allahın yoludur və bu yoldan qeyrisinə heç vaxt yönəlməmişik. Heç kəsi və heç bir şeyi Allahla bərabər hesab etməmişik.

Ey məsum imamlar (ə) bu adamlar Milad bayramını, Rəsuli-Əkrəmin (s) mövludunu və sizlərin şəhadət günlərinizə matəm saxlamağımızı bidət adlandırırlar. Biz heç təsəvvürümüzə belə gətirə bilmirik ki, Peyğəmbəri-Əkrəmin (s) zəhmətlərinin əvəzini verə biləcək hansısa bir əməlimiz var? Məgər təvəllüd gününü bayram etmək bidət və şirkdir? Hətta biz Həzrəti Məsihin (ə) tarixində görürük ki, o, aləmlərin Rəbbindən asimani bir maidə (süfrə) istəyir və həmin gün gərək həmişə bayram kimi qeyd olunsun.[2]

Məgər imam Hüseynin (ə) təvəllüdü bir səmavi süfrədən azdır?

Və Həzrəti İsa (ə) onun nazil olması münasibəti ilə illər boyu bütün məsihilərin həmin günü bayram etməsini buyurur? Amma biz Seyyiduş-şühədanın (ə) və Rəsuli-Əkrəmin (s) təvəllüd gününü bayram edəndə bidət və şirk sayılır?! Məgər bu bayramlar və əzadarlıqlar Quran ayəsindən  وَرَفَعْنَا لَكَ ذِكْرَكَ  (Biz sənin adını uca və əziz tuturuq) deyilmi?

Ey məsum imamlar (ə), biz bütün işləri Allahın tərəfindən bilirik və sizləri Onun feyzinə qovuşmaq üçün vasitə qərar vermişik. Şəfa verən Allahdır.

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

«Xəstələndikdə mənə şəfa verən də Odur».[3]

İbrahim (ə) buyurur: «Nə vaxt xəstə olsam O mənə şəfa verdi». Lakin Allah Təala bu şəfanı adətən vasitə ilə əta edir.

ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ

«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.»[4]

Allah Təala balda da şəfa qərar vermişdir və digər bir yerdə oxuyuruq:

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ   

«Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir».[5]

Quran və onun mövzuları xəstə qəlblərin şəfasıdır. Buna əsasən də bütün işlər Allahın iradəsi ilə həyata keçir, amma Mütəal Allah həmin işləri vasitələrlə də icra edir.

Ey məsum imamlar (ə), biz qəlbimizin aramlığını yalnız Allahla bilirik.

هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

«Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir».[6]

Lakin bəzən bu aramlıq duaların və Peyğəmbərə (s) salam yollamağın vasitəsi ilə ürəyimizdə qərar tutur.

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

«(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir».[7]

Ey məsum imamlar (ə) Quran buyurur: «Elə ki, camaat Həzrəti Musadan (ə) su istədi Musa (ə) Allahın fərmanı ilə öz əsasını daşa vurdu və ondan on iki çeşmə qaynadı».[8] Sizlərin məqamı Musanın (ə) məqamından az deyil və Quranın təbiri ilə desək; şəhidlər Allahın yanında diridirlər. «Allah yolunda öldürülənlərə ölü deməyin əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etməmisiniz».[9]

Ey məsum imamlar (ə), Həzrəti Süleymanın (ə) şagirdlərindən biri Bilqeys səltənət taxtını yüzlərlə fərsəx yoldan, qeyri-adi olaraq, bir göz qırpımında Süleymanın yanında hazır etdi. Hətta Süleymanın (ə) şagirdinin məqamı da sizin məqamınızla müqayisəyə gəlməz.

Ey məsum imamlar (ə) biz sizin müqəddəs ruhlarınızla söhbət edirik və mənəvi təmas qururuq, bu əlaqəni biz Qurandan öyrənmişik. Həzrəti Saleh (ə) öz qövmünün həlakından sonra onların ruhları ilə söhbət edirdi.

فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ  فَتَوَلَّى عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّي وَنَصَحْتُ لَكُمْ وَلَكِنْ لَا تُحِبُّونَ النَّاصِحِينَ 

Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».
[10]

«Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı».

Beləliklə, (Saleh üzünü onlardan döndərdi və onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyirnizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».

Həzrəti Əli (ə) Cəməl müharibəsindən sonra Təlhənin cəsədinin yanında durdu və onunla söhbət etdi.[11]

Həzrəti Əli (ə) Siffeyn müharibəsindən qayıdan zaman Kufə darvazasının arxasında, üzünü qəbristanlığa tərəf çevirdi, əvvəlcə keçmiş ruhlara salam verdi və sonra onlara belə dedi: «Siz artıq bu karvana qoşulmusunuz və biz də sizin arxanızca gələcəyik».[12]

Həzrəti Şüeyb (ə) də həmçinin keçmişdəkilərinin ruhları ilə söhbət etmişdir.[13]

Qurani-Kərim açıq-aşkar Allahın Rəsuluna (s) buyurur ki, səndən əvvəlki peyğəmbərlərdən soruş.  

           وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَنِ آلِهَةً يُعْبَدُونَ    

«Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!» [14]

Nəhcül-bəlağədə oxuyuruq: Həzrəti Əli (ə) Peyğəmbəri (s) qüsl, kəfən etdikdən sonra onun üzünü açdı və dedi: ... وَاذکُرناَ عِندَ رَبِّک باَبِی اَنتَ وَ اُمِّی طِبتَ حَیّاً وَ طِبتَ مَیِّتاً [15]

«Atam-anam sənə fəda olsun. Həm həyatda və həm də öləndən sonra pak-pakizə oldun, Pərvərdigarının hüzurunda bizi də yad et».

Maraqlı budur ki, həmin mətləbdəki (əziz Peyğəmbərin (s) kəfənini açıb üzünü öpərək  یَا مُحَمَّد اذکُرنَا عِندَ رَبِّکَ

«Ey Allahın Rəsulu (s) Pərvərdigarın yanında bizi də yad et» ifadəni, həmçinin Əbu Bəkrdən nəql etmişlər.[16]

Ey məsum imamlar (ə), onlar elə zənn edirlər ki, şəfaət istəməyimizlə sanki sizə sitayiş edib qarşınızda baş əyirik və bizə müşrik deyirlər. Lakin bilmirlər ki, biz sizləri Allaha yaxın bəndələrdən hesab edir və sizlərin vasitəsilə şəfaət tapmağımızı Allahın tərəfindən bilirik. Şərəf və ləyaqəti olan bəndələrdən şəfaət istəmək şirk deyil, istər bu tələb yaşadığımız həyatda olsun və istərsə də Bərzəx aləmində olsun.

Ey məsum imamlar (ə), canım sizlərə fəda olsun, sizin məzlumiyyətinizə necə göz yummaq olar? Siz Allahın ixlaslı bəndələrisiniz və tarixdə oxuyuruq ki, həyatda ikən evinizdə xaneşin olmusunuz, tərəfdarlarınıza ağır işgəncələr vermişlər. Sizləri şəhid ediblər, indi də sizlərdən şəfaət istəməyi bütpərəslərin bütdən şəfaət istəməyi ilə bərabər tuturlar.

Yalnız bir məsələdən qafildirlər və o məsələ budur ki, bütpərəstlər əvvəlcə bütə sitayiş edirlər, sonra isə bütdən şəfaət istəyirlər.

وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ

«Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır». [17]

Lakin biz nə bütlərə sitayiş edirik və nə də ki, ilahi övliyalara pərəstiş edirik. Onlar heç də cansız bütlər kimi deyillər. Bu böyük və şərəfli insanlar sırf Quran ayələrinin buyurduğu kimi yaşayıblar və ləyaqətli bəndələrdən olduqları üçün onların etdiyi duaların və istiğfarın təsiri var. Bəs nə üçün sizlərin adı həmişə məzlumiyyət və şəhadətlə zikr olunur, niyə sizin tərəfdarlarınıza əziyyət verirlər?

Ey məsum imamlar (ə), biz bütün şəfaların Allah tərəfindən verildiyini qəbul edirik. قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ [18]

Heç vaxt heç bir məqamı, üstünlüyü Allahla bərabər tutmuruq və heç bir alimin işini Onun elmindən, qüdrətindən böyük bilmirik.

Lakin sözümün əsası budur ki, ilahi övliyaların duası günahkarlar üçün çox təsirlidir. Allah Təala Peyğəmbərə (s) fərman vermişdir ki, möminlər üçün dua və istiğfar et:

فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ [19]

Digər bir yerdə buyurur:

«Əgər günahkarlar peşman olub Peyğəmbərin (s) hüzuruna gəlsəydilər və həzrət (s) onlar üçün nə vaxt dua və istiğfar etsəydi, mütləq onların günahları bağışlanardı».[20] Yenə də buyurulur:

«Və onlara dua et, salam göndər ki, həqiqətən sənin dua və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir».[21]

Buna əsasən də şəfaətin əsli Allahdandır, lakin ilahi övliyalar isə yalnız Allahın fərmanı və Onun izni ilə, onların ehtiramına və böyüklüyünə inanan və onlardan kömək istəyən dəstəyə şəfaət etmişlər. Həmçinin ilahi vəzifələrini layiqincə yerinə yetirdikləri və öz ehtiramlarını, pakliqlarını qoruduqları üçün şəfaət etmək onalara inayət olunmuşdur.

Ey məsum imamlar (ə), bizdən irad tuturlar ki, sizlərlə söhbət edirik və ya rabitə qururuq, yaxud da sizin ayaq basdığınız torpaqlardan nəsə diləyirik və bizim üçün Fatir surəsinin 22-ci ayəsini misal olaraq vurğulayırlar.

وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ إِنَّ اللَّهَ يُسْمِعُ مَنْ يَشَاءُ وَمَا أَنْتَ بِمُسْمِعٍ مَنْ فِي الْقُبُورِ

Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən. [22]

Sizin məzarınızın qarşısında dayanmaqla öz ruhumuzu sizin müqəddəs ruhlarınıza yaxın hesab edirik və sanki aramızda rabitə yaranır. Həmçinin, sizin qəbrinizin torpağına ehtiram etməyimiz sizlərə olan məhəbbətimizin etirafı və ali məqamınızı, ruhunuzu, şərəf və ləyaqətinizi Allahın dərgahına daha yaxın bildiyimiz üçündür.[23] Təəssüflər olsun ki, bunu bizdən irad tutanlar qəflətdədirlər.

«Fatir» surəsindəki həmin ayə yolu azmışların barəsindədir və bu mənanın, ilahi övliyaların və şəhidlərin müqəddəs ruhları ilə (hansı ki, Quran ayələrinin buyurduğu kimi yaşamışlar) heç bir əlaqəsi yoxdur.

Ey məsum imamlar (ə) bu adamlar elə zənn edirlər ki, biz möcüzə və kəramətlərin sizin tərəfinizdən baş verdiyini iddia edirik və Allahın işinə dəxalət edib Ona bənzər bir cəbhə təşkil edirik. Sizlərə olan məhəbbətimizi şirk adlandırırlar və onlar Qurandan qafil olublar. Çünki Quranda başdan-başa ilahi övliyaların və peyğəmbərlərin qeyri-adi işlərindən söhbət açılır. Həmçinin o işlərin heç biri Tovhidlə ziddiyət daşımır. Çünki o böyük şəxsiyyətlərin qüdrəti Allahın tərəfindən olan bir hədiyyədir ki, onlar bu ərməğana əsil itaətkar bəndə olduqları üçün nail olublar. Əks halda isə onlar özləri tərəfindən heç bir qüdrətə sahib deyillər.

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ

Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğrayarlar. [24]

Həzrəti Yusifin (ə) köynəyinin təsiri ilə həzrəti Yaqubun (ə) işığa həsrət qalan gözləri açıldı və şəfa tapdı. Həzrəti Musa (ə) bir əsa ilə daşa vurdu və əsanın təsirindən daşdan su coşdu. Bu möcüzə Allahın tərəfindən Musaya (ə) verilmişdir. Həmçinin, həzrəti Məsihin (ə) ölüləri diriltmə qüdrəti də Allahın tərəfindəndir. Həzrəti Süleymana (ə) xəbər gətirən Hud-hud quşunun qabiliyyəti də Allah tərəfindən olmuşdur.

Ey məsum imamlar (ə), bu adamlar elə zənn edirlər ki, sizlərə təvəqqi etməyimiz müşküllərimizin həlli və ya məqam əldə etmək üçündür. Sanki biz ilahi qanunları icra etməyib hacətimizi müstəqil şəkildə sizlərdən istəyirik. Lakin bilmirlər ki, biz istəyimizin bu növünün iki səbəbdən müstəcəb olmasını qəbul edirik. Birinci amil təbii, ikincisi isə qeyri-təbiidir. Biz heç vaxt heç bir işi səbəbsiz görmürük. Lakin bu o demək deyil ki, bütün amillər maddi aləmdə hiss etdiyimiz varlıqlarla həyata keçməlidir. Siz məsum şəhidlərə (ə) bağlılığımız onun üçündür ki, bizim çətinliklərimizin həllini Allahdan istəyəsiniz, istər adi, təbii vasitələrin yolu ilə olsun, istərsə də qeyri-təbii yolla gözlərdən pünhan qalmış olsun. Əgər xahişin, istəyin qeyri-adi işlərlə baş verməsi şirkdirsə bəs nə üçün həzrəti Süleyman (ə) öz məscidində iştirak edənlərdən belə bir xahiş etdi?

Həmin macəranın şərhini diqqətinizə çatdırıram. İnsanlardan, cinlərdən və heyvanlardan ibarət böyük bir ordu Süleymanın (ə) sarayının ətrafına toplaşmışdılar. Süleyman (ə) onların arasında Hud-hudu görməyincə belə dedi: «Mənə nə olub ki, Hud-hudu quşların arasında görmürəm. Yoxsa o burada deyildir? Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da (üzürlü səbəbə görə burada olamaması barədə) açıq-aşkar bir dəlil gətirsin».

Çox keçməmişdi ki, Hud-hud qayıtdı və gecikməyinin səbəbini dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sənin ondan xəbərin yoxdur. Mən Səba məntəqəsinə uçmuşdum. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm. Mən orada (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır. Qadının adı Bilqeysdir və onun əhalisi müşrikdir. Çünki onlar Allahı qoyub günəşə səcdə edirlər».

Süleyman (ə) dedi: «İndi isə sözlərinin doğru olduğunu mənə sübut etməlisən». Həzrət Süleyman (ə) Hud-hudun vasitəsi ilə o qadına bir məktub yazıb salamla bərabər yolladı və onu öz dininə dəvət etdi. Qadın məsləhətdən sonra Süleyman (ə) üçün bir hədiyyə (öz haqqı qarşısında sükut etməsi üçün) yolladı. Həzrəti Süleyman (ə) hədiyyəni qəbul etmədi və öz dəvətini bu dəfə təhdidlə bərabər təkrar etdi və bildirdi: «Heç vaxt məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin». Bilqeys məktubun məzmununu böyüklərə və əyanlara oxudu, sonra qəti bir hökm verməmişdən qabaq onların rəyini bilmək istədi və əyanlar təslim olmaqdan boyun qaçırdılar. Beləliklə Süleyman (ə) öz qoşununa xitab etdi: «Onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»

Cinlərin arasında çox zehinli və nəhəng olanı dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və mən bu iş üçün qüvvətli və etibarlıyam». Başqa biri dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə sənin yanına gətirərəm».

Hər halda bir mətləb ki, Qurani-Kərimdə bu qədər aydın bəyan olunmuşdur peyğəmbər kimi böyük şəxsin öz ətrafındakılardan xahişi barəsindədir. Hətta onların işləri qeyri-adi yolla olsa da heç vaxt o iş şirk adlandırılmamışdır [25] və belə mühüm işləri görməyə qadir olanlar həzrəti Süleymanın (ə) şagirdləri və həvadarları idilər. Quranın təbiri ilə desək, (عِندَه علم من الکِتَاب) onlar kitab elminə yaxın kəslərdilər.

Hal-hazırda biz elə ali şəxsiyyətlərin məzarı qarşısında dayanmışıq onlar nəinki kitab elminə yaxındırlar, hətta başdan-başa elm mənbəyidirlər, yəni onlar bütün elmi kitablara sahibdirlər. Biz o kəslərin məzarını ziyarət etməyə gəlmişik ki, Peyğəmbəri-Əkrəm (s) onların şahidliyini Allahın şahidliyi (müxaliflərini inkar etməklə) ilə birlikdə bilmişdir.[26] Lakin ürək yandıran bir məsələ budur ki, nə vaxt Bəqi qəbristanlığına gəlib bütün ilahi elmlərə malik olan bu alicənab şəxslərdən nəsə istəsək dərhal şirki bizə töhmət vururlar.

Ey məsum imamlar (ə) bu adamlar ilahi övliyaların məqamı və haqqı barəsində Allaha and verməyi haram və şirk bilirlər və deyirlər: ─ Ənbiya və övliyalar Allahın yanında heç bir haqqa sahib deyillər və sizin, onların haqqına Allaha and verməyiniz haramdır.

Doğrudur, heç bir insanın Allahdan heç bir şeyi tələb etmək haqqı yoxdur, lakin əgər Tanrı bu haqqı Özü qərar vermişsə, həmin şəxs haqqa sahib olur. Qurani-Kərimdə Allah Təala bir sıra işləri Özünə vacib etmiş və bizə haqq qazandırmışdır. O cümlədən buyurulur: إِنَّ عَلَيْنَا لَلْهُدَى 

«Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərlərin göstərişlərinə və sağlam ağla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir».[27]

وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَى قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ 

«(Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir».[28]

فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik».[29]

وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا كُلٌّ فِي كِتَابٍ مُبِينٍ

«Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur».[30]

Buna əsasən insan Allahın yanında heç bir haqqa sahib deyil, lakin Allah Təala Öz lütfünü insanlara inayət edərək, onların maddi və mənəvi həyatlarının səadəti üçün bəzi işləri Özünə lazım bilmişdir və biz də həmin haqqa görə Allaha and veririk. Həmçinin Əhli-beytin (ə) dualarında «ئِک بِحَقِّ نَبِیِّکَ وَ اولیا» cümləsi çox işlənmişdir. Hətta onların hədis kitablarında da bu ifadəyə çox rast gəlirik.[31]  

Ey məsum imamlar (ə) bu adamlar sizin adınıza and içməyi haram biliblər və deyirlər: «Yalnız Allahın mübarək adına and içmək olar». Bir halda ki, Quranda onlarla belə anda rast gəlirik və günəşə, aya, gecəyə, fəcrə, əsrə, zeytun və əncirə .... və s. and olunur, bizim andımız nə üçün haram sayılmalıdır? Həcc surəsində Allah Təala Peyğəmbərin (s) canına and içir:

لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ [32]

«Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər».

Əgər Allahdan qeyrisinə and içmək şirk və Allaha diqqətsizlik adlanırsa bəs nə üçün Quran Allahdan qeyrisinə olan andları ayələrdə bizim diqqətimizə çatdırır?

Düzdür bəzi hadisələrdə Rəsuli-Əkrəm (s) öz atalarının adına and içməyi camaata qadağan etmişdir, lakin bu qadağa cahiliyyət dövründəki müşriklərin ata-babalarına aid idi və həmin andın cəmiyyətdə dəyərsiz olduğunu insanlara başa salmaq üçün yasaq qoyuldu.

Bizim söylədiklərimizin sübutu üçün «Sünəni-nisai» kitabını şahid gətirmək kifayətdir. Kitabın 7-ci cildində bir neçə adlar (əsasən nəhy olunmuş andlar) izah olunmuşdur. Allahdan qeyrisinə qadağan olunmuş andların adı; müriklərin ata-babalarına, Lat bütünə, Tağuta və Uzza bütünə and içmək qadağandır.

Təbii ki, məlumatları incələdikcə məsələnin əsli anlaşılır. Rəvayətlərdə Allahdan qeyrisinə and içməyin qadağan edilməsi və şirk adlandırılmasında məqsəd müşriklərin ata-babalarıdır və əsl şirk budur.[33]

Məsun imamların (ə) hadisələrindən ürək ağrısı ilə ayrılıb yavaş-yavaş ziyarətnaməni oxumağa başlayırıq

 

[1] «Vəhabiyyət ayini», səh.-100, Buxarinin şərhindən

[2] «Maidə» surəsi, 144-cü ayə

قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ 

 Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»

[3] «Şüəra» surəsi, 80-ci ayə

[4] «Nəhl» surəsi, 69-cu ayə

[5] «Yunus» surəsi, 57-ci ayə

[6] «Fəth» surəsi, 4-cü ayə

[7] «Tövbə» surəsi, 103-cü ayə

[8] «Əraf» surəsi, 160-cı ayə

[9] «Bəqərə» surəsi, 154-cü ayə və «Ali-İmran» surəsi, 169-cu ayə

[10] «Əraf» surəsi, 78-79-cu ayələr

[11]«Təfsiri-nümunə», cild-6, səh.-241 «Ey Təlhə sənin İslamda layiqli xidmətlərin olmuşdur amma heyf ki...»

[12] «Təfsiri-nümunə», cild-6, səh.-241  

[13] «Əraf» surəsi, 93-cü ayə

[14] «Zuxruf» surəsi 45-ci ayə

[15]« Nəhcül-bəlağə», Sübhi Saleh, 235-ci xütbə, bu xütbə fəsillərlə qeyd olunur, lakin biz ondan bir cümləni misal gətirdik.

[16] «Kəşful-irtiyab, xilasətul-kəlam Sireyi ibni Hişam», cild-4, səh.-306; «Süsəni ibni Macə», cild-1, səh.-468. Həmin cüzdən nəql edirik ki, Əbubəkr Rəsulallahın (s) vəfatından sonra onun üzünü öpdü və...

[17] «Yunus» surəsi 18-ci ayə

[18] «Zumər» surəsi 44-cü ayə

[19] «Muhəmməd» surəsi 19-cu ayə

[20] «Nisa» surəsi 64-cü ayə

[21] «Tövbə» surəsi 103-cü ayə

[22] «Fatir» surəsi 22-ci ayə

[23] Əgər iki nəfər uzaqdan bir-birinə salam yollasa və ya işarə etsə onların arasında ruhi bağlılıq yaranacaq. Əgər insanların cismi bir-birinə bundan daha yaxın olsa əllə salamlaşırlar və ya görüşüb qucaqlaşırlar. Belə halda onların ruhu, məhəbbəti daha çox olur. Buna görə də ilahi övliyaların və şəhidlərin məzarı üstünə getmək ibrətamiz dərs olmaqla yanaşı qəlbin saflaşması üçün faydalıdır. Habeləilahi övliyaların mənəvi məqamına bağlılığın artmasında əsas səbəbdir.

[24] «Ğafir» surəsi 78-ci ayə

[25] «Ğafir» surəsi 78-ci ayə

[26] وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا قُلْ كَفَى بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ   Kafirlər «sən (Allahın) Peyğəmbər (i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Quranın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.

« Rəd» surəsi 43-cü ayə   Onlara de: Mənlə sizin aranızda iki şahid kifayətdir,biri Allah və digəri isə kitab elminə yiyələnən şəxs. Diqqət edin, əgər bir kəs kitab elmindən az da olsa nəsə bilirsə bütün qüdrətə malikdir. Amma əgər bir kəs kitab elmini bütövlükdə bilirsə, onun istedadı nə qədərdir?

[27]«Ləyl» surəsi 12-ci ayə

[28] «Rum» surəsi 47-ci ayə

[29] «Tövbə» surəsi 11-ci ayə

[30] «Hud» surəsi 6-cı ayə

[31] «Sünəni ibni Macə», cild-1, səh.-441-də oxuyuruq:اَلَّهمَّا اِنِّی اَسألُکَ بِحَقِّ السَّائِلین - «İlahi sual edənlərin haqqına and olsun»

[32] «Hicr» surəsi 72-ci ayə

[33] «Sünəni-nisai», cild-7, səh.- 4,7

 

Möhsin Qiraətinin qələmə aldığı "Həccin fəlsəfəsi" kitabının tərcüməsi, Sara Əmirzadə

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 126, 

Dostların veb səhifələri

15653752
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2156
7422
49299
15456216
128891
160067
15653752

sizin IP ünvanınız: 18.218.123.194
2024-12-22 07:02

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!