Balıq yeyərkən
Balıq yediyiniz zaman üç məsələyə riayət edin:
1. Balığın kiçik tikanlarını yaxşıca ayırın ki, boğazınızda qalmasın. Bu işdə çox hövsələli və dəqiq olun;
2. Əgər balığın tikanı boğazınızda qalıbsa, bir tikə bişmiş kartof, yaxud çörək xəmiri yeməklə onu aradan qaldırın;
3. Əgər tikan boğazınızı ağrıdırsa bir limonu ikiyə bölüb onun suyunu için. Bu həm tikanı yumşaldacaq, həm də boğazı rahatladacaqdır;
Əldən balıq iyini dəf etmək
Balıq iyini əlinizdən aparmaq üçün əllərinizi sirkəli yaxud duzlu su ilə yuyun.
Təzə balığın əlamətləri
- Balığın gözü, tamamilə şəffaf və parlaq olmalıdır;
- Bədəninin üstündəki pulcuqları möhkəm və sıx olmalı;
- Qulaqlarının içi açıq-çəhrayı olsun, tünd və boğuq olmasın;
- Balığın əti möhkəm olsun, əl vurduqda ət parçalanmasın;
“Əmniyyətli həyat” kitabından seçmələr
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir