Məsləhətlər

Sağlam yeməklər

Sağlam yeməklər

 

Sağlam yeməklər

Bir çox mütəxəssislərin fikrincə yeməklərə diqqət etməklə xəstəliklərin qarşısını almaq olar. Misal üçün ürək və damar xəstəliklərini göstərmək olar.

Məsləhətlər:

  • Hər gün yeməklərinizlə bir miqdar sarımsaq yeyin.
  • Mümkün qədər qırmızı ətin yerinə ağ ət istifadə edin (məxsusən suda bişmiş balıq).
  • Nahardan öncə mayonezsiz salat və müxtəlif göyərtilər yeyin. Mayonezin əvəzinə iki xörək qaşığı qatıqla bir neçə damcı limon suyundan istifadə edin.
  • Şam yeməyini yüngül və az yağlı yeyin.
  • Gün ərzində bir dəfə qənd və nişasta  məhsullarının yerinə dənli bitkilərdən yeyin.
  • Gün ərzində ən azı iki dəfə meyvə yeyin.
  • Süd, qatıq və yağı az olan pendirdən istifadə edin.
  • Yeməklər arası şiriniyyatın yerinə meyvə yeyin.
  • Hər gün bir ədəd almanı qabığını soymadan yeyin.

 

Qidalanma

Bunu bilmək çox yaxşıdır:

  • 60 qr dənli bitki 30 qr bişmiş ətə bərabərdir.
  • Dənli bitkilərin həzmi aşağıdır.
  • Dənli bitkilər qanda olan klistirin və yağı azaldır (məxsusən lobya).
  • Dənli bitkilərdə yağlılıq və şəkər azdır. Odur ki, çəkini azaltmaq üçün çox yaxşıdır.
  • Dənli bitkilər düyü ilə müqayisədə az enerji yaradırlar. Çox zaman toxluq halını qoruyurlar. Buna görə də çəkini nəzarətdə saxlamaq üçün yaxşıdır.

 

Banan haqqında faydalı məsləhətlər

Banan tez xarab olan meyvədir. Onu uzun müddət saxlamaq mümkün deyil. Banan aldıqdan sonra onu alüminium kağıza büküb soyuducuya qoyun. Beləliklə siz onu nisbətən daha çox qoruya bilərsiniz. Ən yaxşı banan möhkəm və yetişmiş bananlardır. Çox yumşaq və qaralmış bananlardan çəkinin.

Qeyd etmək lazımdır ki, banan insan bədəni üçün faydalı olan vitaminlərlə zəngindir.

Xəstəliklərin tez sağalması üçün və həmçinin xəstəlikdən sonra yaranan zəifliyi aradan qaldırmaq üçün banan yemək tövsiyə olunur.

 

Çay

Çay bizim ölkəmizdə ən çox içilən və adət-ənənəyə çevrilmiş bir içkidir. Onun həm faydası, həm də zərəri vardır. Burada qısa olaraq onlara işarə edirik:

  1. Çayda “Theine” maddəsi olduğu üçün yorğunluğu aradan aparır.
  2. Onda Florid maddəsi olduğu üçün dişləri qoruyur.
  3. Çay yeməkdə olan dəmirin bədənə nüfuz etməsinə mane olduğu üçün yeməkdən dərhal sonra yaxud az sonra çay içmək qadağandır.
  4. Çay bədəndə olan B1 vitamininin əksinədir. Odur ki, çaydan çox istifadə etmək bu vitamini aradan aparır.

Həkimlərin rəyinə əsasən çay ürək döyüntülərini qüvvətləndirir, yorğunluğu və susuzluğu aradan aparır, həmçinin isti havaya müqavimətdə çox faydalıdır. Amma ondan çox istifadə etmək həzmə, ürəyin zəifləməsinə, əsəblərin pozulmasına, qan təzyiqinin artmasına və qan azlığına gətirib çixarır.

 

“Əmniyyətli həyat” kitabından seçmələr 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 195, 

Dostların veb səhifələri

1946563
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3912
7337
11249
1793244
96969
151094
1946563

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:18

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!