Məsləhətlər

Meyvələri qabığıyla yeyin!

Meyvələri qabığıyla yeyin!

 

Meyvələri qabığıyla yeyin!

 

Nə üçün meyvələri qabığı ilə birlikdə yemək lazımdır. Əgər meyvəni kalorisinə görə yeyirsinizsə, gərək qabığıyla birlikdə yeyəsiniz. Bir şərtlə ki, meyvəni yaxşı yumalısınız. Meyvənin qabığında antioksidant var və beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Meyvəni qabıqla yeməyin bir faydası da var ki, bağırsaqda xərçəng xəstəliyinin yaranmasının qarşısını alır və ya yaranma ehtimalını azaldır.

Ümumiyyətlə, xərçəng xəstəliyinin yaranmaması üçün məsləhət görülən tərəvəz, göyərti və meyvələr arasında ən çox meyvənin qabıqla yeyilməsi təkid olunmuşdur. Meyvə qabığında olan kalori əsasən orqanizmi şəkər və piylənməkdən saxlayır. Həmçinin insan özünü qüvvətli hiss edir. Qabıqla yeyilməsi çox tövsiyə olunmuş meyvələr 5 cürdür:

 

Almanın qabığı

Tez doyuran qida növlərindəndir. Həmçinin tərkibində kalsium, vitamin A və antioksidanla zəngindir. Almanı qabıqsız yemək rahat olsa da, sadalanan faydaların heç biri onun qabıqsız yerində olmur. Yeməyin həzm prosesini də yaxşılaşdırır.

 

Limonun qabığı

Yeməyin həzmi üçün çox faydası var. Mümkündür limonun qabığı bir az acı olsun, amma faydası ondan daha çoxdur. Limonun qabığı mədə ağrısının azaldır, qanaxmanın qarşısını alır və bədəndə müdafiə sistemini gücləndirir. Limonun qabığında C vitamini var və dəri xərçənginə qarşı güclü vasitədir. Yaxşı olar ki, limonun qabığı hər gün bir az yeyilsin. Həmçinin bədəndə olan zəhəri yox edir. Kalsiumla zəngindir və sümüklərin möhkəmlənməsində faydalıdır.

 

Portağal qabığı

Xolesterinin azalmasına kömək edir. Portağalın qabığı surətli həzmedici və flavonoid (zehnin qüvvətlənməsi üçün vasitə) zəngin vasitədir.

Portağalın qabığında C vitamini vardır ki, orqanizm üçün əsas enerji mənbəyi hesab edilir. Bundan başqa portağalda şəkər, orqanik turşular (xüsusilə limon duzu) və A, B, C vitaminləri vardır. Portağal meyvəsinin qabığında 2 % efir yağı, əsas etibarı ilə limon efir yağı vardır. Həmçinin yeməklərə və şirniyyatlara xoş ətir verir.

 

Kivi qabığı

Tərkibi antioksidantlarla zəngin olan qabıq orqanizmi xərçəngdən yaxşı qoruyur. Qəribədir ki, kivinin qabığının tərkibində meyvənin yeyilən hissəsindən üç dəfə daha çox antioksidant var. Həmçinin iltihabları aradan qaldırmağa kömək edən kivi qabığı qida zəhərlənmələrinə səbəb olan bakteriyalarla da mübarizə aparır. Ürəyə sağlamlıq verir və qanı təbii surətdə durulaşdırır. Kivinin qabığını salatlara da qatmaq olar.

 

Qarpızın qabığı

Vitaminlərin mənbəyidir. Heç fikir vermisiniz ki, adətən qarpızın yalnız qırmızı olan şirin hissəsi yeyilir, qabığı isə atılır. Qarpızın qabığı içi kimi şirin olmasa da, acı deyil. Qabığın ağ hissəsi vitaminlərlə zəngindir. Tərkibi tiamin, vitamin A, kalsium, dəmir, likopen, sitrolin, korotin duzları ilə doludur.

Elə isə sadalanan bu meyvələrin qabıqlarını atmayın. Çünki onların faydası qabıqla yeyilmələrindədir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 170, 

Dostların veb səhifələri

1946566
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3915
7337
11252
1793244
96972
151094
1946566

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:18

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!