Munacatlar

Dua və zikrlər

 

Dua və zikrlər

 

İnsan həyatının baharı, yayı olduğu kimi payızı, qışı da vardır. Problemlərin qaldırdığı güclü külək onun ümid yarpaqlarını qopararaq qəlb baxçasını xəzana döndərir. Bu zaman insan çox güclü bir ələ, möhkəm bir qalaya, onu bu vəziyyətdən çıxara bilən qeybi bir qüvvəyə ehtiyac duyur.

Qəlb Ondan başqa hər bir şeydən qırılıb, ümid tanıdığı qapıları döyüb və məyus olub, ruha hüznlü bir aramlıq gəlib. Bu, elə bir ruhani haldır ki, qeybin qapılarını aça bilər. Məhz belə bir vaxtda insan öz acizliyini etiraf edir, əsl şəxsiyyəti üzə çıxır və belə olduqda Onun hüzurunda duraraq öz istəyini dilə gətirmək ləyaqətini qazanır.

Bütün qapıların bağlandığı zaman üzlərə açılan qapıdır Onun qapısı!

Heç bir minnət qoymadan nemət verəndir Onun varlığı!

Yolunu itirmişlərin vətənidir Onun dərgahı!

Kimsəsizlərin sığındığı ümid yeridir Onun qalası!

O, eybləri örtəndir, sirləri gizlədəndir!

Günahları əfv edən, ehtiyacı ödəyəndir!

Problemlərin həllini dualarda görmək heç də insanda süstlük və tənbəllik yaratmır. Əksinə, əli hər yerdən üzüldüyü, özünü gücsüz, kimsəsiz bildiyi zaman Allahın dərgahı onun üçün ümid verən yeganə mənbədir. Elə bir mənbədir ki, verməklə nə neməti tükənər, nə də qüvvəsi azalar. İnsan çarəsiz vaxtlarında əllərini dərgaha açıb öz istəyini dilə gətirdikdə qəlbində ümid çırağı şölələnir. Bu çırağın nuru onun qaranlıqda qalan güc-qüvvəsini, həyat eşqini, mübarizə şövqünü işıqlandırır. Güclü bir mənbəyə arxalanan bu insan özünü daha güvənli hiss edərək həyatına davam edir. Allahdan kömək diləməyin müsbət təsirləri yalnız bununla kifayətlənmir. Allah hər zaman istəmədən insana nemət vermişdir. O daim Öz bəndələrinə feyz verəndir. Neməti bol, rəhməti geniş, vüsalı asandır. İnsan Ondan uzaqlaşsa da O daim insanladır.

 

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ

“Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar” (“Bəqərə” surəsi, ayə 186).

 

Necə ola bilər ki, insan neməti az, minnəti çox, ehtiyaclı, aciz və zəif olan bəndələrdən bir şey istədikdə onun verəcəyinə ümid bəsləsin, lakin sonsuz güc-qüvvəti olan, rəhmətindən qaynaqlanan, bol-bol neməti olan o uca Allahın lütfünə ümid bəsləməsin?!

Ey insan! Fəxr ilə başqalarına verdiyin nemət Onun deyilmi?! O nemətin sənin əlində olması sənindir demək deyil.

Və sən ey əlacsız insan, hamıya yetişən neməti Allah vermədimi?! Sənə istəmədiyin halda nə qədər nemət vermişdir? Heç düşündünmü?!

Elə isə rəhmət dərgahına açılan əllərinin boş qayıtmayacağına ümid bəslə.

Sizə təqdim olunan bu səhifədə Qurani-kərim və məsum rəhbərlərdən bizə tövsiyə olunan duaları nəzərinizə çatdıracağıq. Bu dualar ümidverici olmaqla yanaşı asimana uzanan İlahi bir yoldur. Qırılmış qəlblərlə Rəbbi arasında olan gizli dərdləşmədən heç kimin xəbəri olmaz.

 

Əgər hacətiniz varsa...

 

İmam Sadiq (ə) hacətlər üçün buyurmuşdur ki, iki rükət namaz qıl və sonra bu duanı oxu:

اَلَّلهمَّ اَثْبِتْ رَجائَكَ فِي قَلْبِي وَاقْطَعْ رَجاءَ مَنْ سِواكَ عَنِّى حَتّى لَا اَرْجُو اِلَّا اِيَّاكَ وَ لَا اَثِقُ اِلَّا بِكَ

(Əllahummə əsbit racəəkə fi qalbi və-qtə` racəə mən sivəkə ənni həttə lə ərcu illə iyyəkə və lə əsiqu illə bik).

Feyz Kaşaninin “Ləyali” kitabında yazılmışdır ki, əgər bir şəxs çətinliyə düşsə və yaxud bir hacəti olsa ki, onun yerinə yetməsinə ümidi yoxdur sübhə yaxın qalxaraq dəstəmaz alsın və iki rükət xalis namaz qılsın. Namazdan sonra 70 dəfə bu duanı oxusun. Allahın izni ilə hacəti yerinə yetər. Daha yaxşı olar ki, bu namazı cümə gecəsi qılsın.

يا اَبْصَرَ النَّاظِرِينَ يا اَسْرَعَ الحاسِبينَ يا أَسْمَعَ السَامِعينَ يا اَكْرَمَ الَْاكْرَمينَ يا اَرْحَمَ الرَّاحِمِينَ وَ يا اَحْكَمَ الْحاكمينَ

(Yə əbsaran-nəzirin yə əsraəl-həsibin yə əsməəs-səmiin yə əkraməl-əkramin yə ərhəmər-rahimin və yə əhkəməl həkimin.)

Duadan sonra əllərinizi uca Allahın dərgahına qaldıraraq öz hacətinizi Ondan diləyin.

 “Cəmalus-salihin” kitabında nəql olunur ku, hər kəs əziyyət içində olsa, yaxud onun hacəti varsa qüsl alıb iki rükət namaz qılsın. Sonra sağ əlini sağ üzünə qoyub bu duanı oxusun:

يا مُعِزَّ كُلِّ ذَليلٍ وَ يا مُذِلَّ كُلِّ عَزِيزٍ وَحَقِّكَ  لَقَدْ شَقَّ عَلَىَّ

(Yə muizzə kulli zəlil və yə muzillə kulli əziz və həqqikə ləqad şəqqa ələyy.)

 

Borcu ödəmək üçün

 

Bir şəxs imam Məhəmməd Təqiyə (ə) məktub vasitəsiylə borcunun çoxluğundan şikayət etdi. İmam (ə) ona yazdı ki, borcu ödəmək üçün günahlarından tövbə et və dilin “Qədr” surəsini oxumaqla nəm qalsın.

 

Dünya və axirət hacətləri üçün dua

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يَا مَنْ اَظْهَرَ الْجَمِيلَ وَسَتَرَ الْقَبِيحَ وَلَمْ يَهْتِكِ السِّتْرَ عَنّى يَاكَرِيمَ العَفْوِ يَاحَسَنَ التَّجَاوُزِ يَاوَاسِعَ المَغْفِرَةِ وَيَابَاسِطَ اليَدَيْنِ بِالرَّحْمَةِ يَاصَاحِبَ كُلِّ نَجْوَى وَيَا مُنْتَهَى كُلِّ شَكْوَى يَا كَرِيمَ الصَّفْحِ يَاعَظِيمَ الْمَنِّ يَا مُبْتَدِئَ كُلِّ نِعْمَةٍ قَبْلَ اِسْتِحْقَاقِهَا يَا رَبَّاهُ يَاسَيِّدَاهُ يَامَوْلاهُ يَا غَايَتَاهُ يَاغِيَاثَاهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَالِ مُحَمَّدٍ وَ اَسْئَلُكَ اَنْ لا تَجْعَلَنِى فِى النَّارِ

 

Sonra əllərini səmaya tərəf qaldırıb hacətini istə və aşağıdakı duanı oxu:

 

رَبِّ لاتَكِلْنِى اِلَى نَفْسِى طَرْفَةَ عَيْنٍ اَبَدًا لا اَقَلَّ مِنْ ذَالِكَ وَلا اَكْثَرَ

Yə mən əzhəral-cəmil və sətəral-qabih və ləm yəhtikis-sitra ənni yə kəriməl-əfv yə həsənət-təcavuz yə vəsiəl-məğfirah və yə bəsital-yədəyni bir-rahməh yə sahibə kulli nəcvə və yə mumtəhə kulli şəkvə yə kəriməs-səfh yə əziməl-mənn yə mubtədiə kulli ni`mətin qablə istihqaqihə yə rabbəh yə səyyidəh yə məvləh yə ğayətəh yə ğiyasəh salli ələ Muhəmmədin və ali Muhəmməd və əs`əlukə ən lə təc`ələni fin-nər

Rabbi lə təkilni ilə nəfsi tarfətə əynin əbədə lə əqallə min zəlikə və lə əksər.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

munacat


 4249, 

Dostların veb səhifələri

15660017
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
145
8276
8421
15493342
135156
160067
15660017

sizin IP ünvanınız: 18.119.19.206
2024-12-23 00:32

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!