Munacatlar

Dualar niyə qəbul olmur?

Dualar niyə qəbul olmur?

 

Dua etməyən şəxs bədbəxtdir.

 

İnsanın çətinliklərin həll olunması üçün öz Rəbbini çağırıb ondan kömək diləməsinə dua deyilir. Hədislərimizə əsasən, qələm alimin silahı, dua isə möminin silahıdır. Dua – ən fəzilətli ibadət, göylərin nuru, dinin sütunu, ən sevimli əməl, bəlaların qarşısını alan, dərdlərin dərmanıdır. Allah bir neçə şeyə zamindir.Bunlardan biri də olunan duanın qəbuludur. Dua etməyən şəxs bədbəxtdir.

Dinindən və millətindən asılı olmayaraq, hər bir insan Tanrıya əl açıb ondan diləklərinin qəbulunu istəyir. Dua hər bir şəxsin fitrətində olan bir hissiyyatdır. Qərb alimi Lessing belə deyir:

«Təbiətdə təsadüf yoxdur. Yəni tərkibində 17 kimyəvi maddə olan və yer üzərində axan suların cücərdə bilmədiyi yaşıllığı göyərdən yağış səbəbsiz yağmır. Allah küləklərə əmr edir ki, buludları sıxsınlar. Buludların sıxılması və bir-birinə dəyməsi nəticəsində yağış yağır. Buna elmi dildə determenizm, ərəb dilində illət-məlul, bizim dildə isə səbəb-nəticə qanunu deyirlər».

 

Yəni, insan dua etmədən işlərinin alınmaması üçün Allaha narazılıq etsə, bu düzgün olmazdı.

Allah-Taala «Mumin» (və ya«Ğafir») surəsinin 60-cı ayəsində belə buyurur: «Məndən istəyin, sizə verim». Ayədən göründüyü kimi, bütdən deyil, Allahdan diləməli və istəməliyik. Səbəb-nəticə qanununa əsasən, duanın qəbulu üçün şərtlər mövcuddur. Məs: Subay bir insan Allahdan nə qədər övlad istəsə, duası qəbul olmaz. Duasının qəbulu üçün gərək ailə həyatı qursun.

 

Dualar niyə qəbul olmur?

 

1)  «Amin» deməmək.

Məs: Həzrəti İdris peyğəmbərin (ə) dövründə onun tərəfdarları get-gedə artdı.

Bir dəfə Allah, peyğəmbərin tərəfdarlarının imanının nə qədər olmasını peyğəmbərə bildirmək üçün dua etməsini bildirir. Peyğəmbər dua edir, amma dua qəbul olunmur. Hamı təəccüb edir.Günahı olmayan bir peyğəmbərin duası niyə qəbul olmadı? Allah İdris peyğəmbərə xəbər göndərərək belə buyurur: «Ey İdris, dualarının qəbul olmamasına səbəb camaatın «Amin!» deməməsidir. «Amin» duanın qəbul olunmasına bir dəstəkdir».

2)   Günah etmək.

Günahı tərk etmək o qədər mühümdür ki, İmam Əli (ə) Kumeyl duasında belə buyurur: «Ya Allah, dualarımızın qəbul olmasına mane olan günahlarımızı bağışla».

İmam Sadiq (ə) buyurub: «Günah xalqı ruzidən məhrum edər, ömürləri qısaldar və duaların qəbul olmasına mane olar".

3) Bekar insanın duası

Heç bir işlə məşğul olmayanı Allah sevməz. Onun duasını da qəbul etməz.

4) Öz həyat yoldaşına və qonşusuna qarğış edənin duası.

5) Zülmkarın duası.

6) Allahı inkaredənə edilən dua.

7) Haram yeyənin duası.

8) İlahi nemətləri zay edənin duası.

 

Duaların qəbul olunmasının şərtləri:

 

1) Barmağa əqiq, firuzə üzüyü taxmaq;

2) İsrar və yalvarmaq;

3) «Bismillah» və «əstəğfirullah» demək;

4) Azan, yağış və cihad vaxtı dua etmək;

5) Quran oxunanda dua etmək;

6) Allahı tərifləmək, salavat demək;

7) Əvvəl başqalarına dua etmək;

8) Duanın qəbul olmasına ümid etmək;

9) Məsciddə, xəlvət yerdə, bayramlarda, mübarək günlərdə dua etmək;

10) İmam Hüseyn (ə) türbətində, həcc mərasiminin hər mərhələsində dua etmək;

11) Xəstənin və görüşünə gələnlərin dua etməsi;.

12) Atanın övlad və övladın atası barədə dua etməsi;

13) Müsafirin dua etməsi;.

14) Ata və ananın qəbri yanında övladın etməsi;.

15) Ata və ananın övladı barədə etməsi və s.

 

İmam Sadiq (ə) buyurur: «Əsla duadan qafil olmayın. Çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz».

«Bəqərə» surəsinin 186-cı ayəsində Allah buyurur: «Ya Muhəmməd (s) bəndələrim səndən məni soruşduqda de, mən onlara yaxınam. Dua edib, məni çağıranın duasını qəbul edərəm».

Gərək onlar da mənim çağırışımı qəbul etsinlər. Bununla da doğru yolay etişmələri mümkündür.    

 İlahiyyatçı, MuhəmmədNicat

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 206, 

Dostların veb səhifələri

2234189
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3152
7401
28246
2056777
100519
131995
2234189

sizin IP ünvanınız: 54.196.26.1
2018-10-20 16:45

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!