Munacatlar

Azanın əhəmiyyəti

 

Azanın əhəmiyyəti

 

Azan insanın diqqətini Allaha yönəldən, Onun əzəmət və cəlalını yada salan İlahi bir şüardır. Yaradanın təkliyini təkrarən xatırlatmaqla yanaşı, xoşbəxtliyə açılan bu qapı Allahın şəriksiz olduğuna şəhadət verməyi zehnlərdə həkk edir.

 

Azan nədir?

  1. İnsanı ibadətə və Allaha pərəstiş etməyə dəvət edən bir çağırışdır.
  2. Azan ən böyük və ən cazibədar İlahi bir şüardır.
  3. Azan Allahın insanlara olan ən gözəl hədiyyəsidir.
  4. Azan və iqamə halı namazqılanın hazırlıq üçün diqqətidir.
  5. Azan Allahın böyüklüyü ilə başlayıb böyüklüyü ilə də sona yetən mənəvi və ruhani bir hərəkətdir.
  6. Azan qəlbin Allaha olan seyridir.
  7. Azan məsum İmamların (ə) döyüşlərdə İslam düşmənlərinə qarşı istinad yeri və diqqət mərkəzi olmuşdur.
  8. Azan zəiflərin zalımların üzərinə olan qəzəb fəryadıdır.
  9. Azan tövhidi, nübuvvəti və imaməti bəyan edən bir nidadır. Azan demək müəzzin üçün böyük bir iftixardır.

 

Azan xoşbəxtliyin bir amilidir. Gəlin, bu İlahi sədanı söyləmək üçün hər birimiz öndə olaq və müəzzin ləqəbini özümüz üçün təyin edək. Çünki Qiyamət günü müəzzinə üstün yerlər və ali məqamlar veriləcəkdir. Azan demək heç də insanın nüfuzunu, vəzifəsini aşağı salmaz, əksinə əgər biz həqiqətə açıq gözlə baxsaq, bu İlahi çağırışın insan dəyəri və etibarının yüksəlməsində necə əhəmiyyət kəsb etdiyinin şahidi olarıq. Biz müsəlmanlar o günə ümid bəsləyirik ki, bu asimani nidanın əzəmətli sədası bütün cahanı bürüsün!   

Azanın əhəmiyyəti barəsində Qurani-Kərimdə bir neçə mətləblərə işarə  olunur:

 

Azan, namazın nidasıdır

«Sizə namazın azanını dediyimiz vaxt onu özlərinin istirahəti (tənəffüsü) və yaxud əyləncəsi oyun-oyuncaq (boş yerə) kimi bilənlər yalnız zəkasız insanlardır» («Maidə» surəsi, ayə 58).

 

Cümə namazında İlahi azan sədası

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

«Ey iman gətirənlər! Cümə günündə namaz üçün azan verilən zaman Allahın zikrinə tələsin və alış-verişi buraxın, əgər bilsəniz, bu sizin üçün necə də yaxşı bir əməldir» Cümə» surəsi, ayə 9).

Ayədəki «نُودى» kəlməsinin əsli «اند» nidadandır və mənası «səsi yüksəltmək»dir. Burada əsas məna azana dəlalət edir. Çünki İslam dinində nida dedikdə, namaz üçün azandan qeyrisi nəzərdə tutula bilməz. Cümə günü namaz üçün verilən azan sədası ucaldığı vaxt camaat qazanc və işində bir qədər fasilə edib, Allahı yad etməyin ən mühüm amili olan İlahi dəvətə tərəf tələsməlidirlər.

 

Allaha tərəf dəvət

«Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən vəmən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!» («Fussilət» surəsi, ayə 33).

 

Şübhəsiz, bu ayədə haqqında deyilənlər müəzzinə işarədir. Çünki müəzzin əgər «Allahu Əkbər», «Əşhədu ənlə iləhə illəllah» deyirsə, namazın sözləridir və heç şübhə yoxdur ki, bu, qəlbləri riqqətə gətirən çağırış sədası Allaha tərəf olan bir dəvətdir.

 

Azan ilahi şüarlardan biridir.

Qurani-kərimdə bütövlükdə azana şamil olan ayə budur. “Hər kim Allahın şüarlarlarını böyük saysa və ya ilahi şüarı əziz tutsa, qəlbini nəfsi istəklərdən saxlamış olar”. Azan Allahın şüarlarından biri, müqəddəs İslam dininin əlaməti və müsəlmanlığın açıq nişanəsidir.

 

Azan nurdur.

Allahın Rəsulu (s) buyurur: “Ey Əli! Azan nurdur!”

 

Azan Allahın ətasıdır.

Rəsulu Əkrəm (s) buyurur: “Xudavəndi  Əzz və Cəlal mənə dörd şeyi əta etmişdir: 1. Həmd surəsi 2. Azan 3. Məsciddə camaat namazı 4. Cümə gününü”.

 

Azanın fəziləti

Allahın Rəsulu(s) buyurur:"Əgər camaat bilsə ki, azan deməyin və camaat namazının  ilk sıralarında iştirak etməyin nə qədər savabı vardır, daim bu iş üçün  bir-birlərindən önə keçməyə can atardılar”.

 

Loğmanın nəsihəti

Təbib  Loğman öz övladına buyurur: “Oğlum, məbada sübh vaxtı, dan yeri sökülməzdən öncə xoruz səndən əvvəl oyansın və namazın vaxtına səndən daha çox riayət etsin. Məgər görmürsənmi, o hər namazın vaxtının daxil olmasını  elan edir (azan deyir) və hər sübh, sən yataqda ikən o isə yüksək avazla  səsləyir?!”

 

Azan eşitmək və səma əhli

Allahın Rəsulundan(s) belə bir hədis var.

 “Həqiqətən səma əhli yer əhlindən azandan başqa bir şey eşitməz”.

 

Azan eşitməyin ədəbi

Möhtərəm şəxslərdən biri Ayətullah Berucerdinin azana olan əlaqəsini belə nəql edir: “Hər namaz vaxtı müəzzin azan versəydi, Ayətullah Berucerdi onu eşidən kimi qiblə ilə üz-üzə oturar və diqqətlə qulaq asardı”.

 

 

Azanın vasitəsilə ruhiyyəni gücləndirmək

Döyüş cəngavərlərindən biri deyir: “Biz namaz vaxtı hamılıqla birlikdə  azan deməyə adət etmişik. Bir gün düşmənlərimizi  mühasirəyə almışdıq  və onların qaçmasına imkan vermirdik. Amma onların hücum atəşləri o qədər şiddətli idi ki, biz heç cür irəli gedə bilmirdik. Elə bu zaman döyüşcülərimiz düşmənin atəşinin çox, amma ruhiyyələrinin zəif olduğunu hiss etdilər. Hamı birlikdə torpağın üzərinə diz çökdülər  və uca səslə azan deməyə başladılar. Təsəvvür edin ki, üç yüz nəfər güclü döyüşçü hamı birlikdə azan deyə, necə olar? Düşmənin ruhiyyəsinin zəifliyi səbəbindən  İraqlılar  öz səngərinə pənah apardılar (döndülər)  və digərlərinin də heç atəşdən belə xəbərləri olmadı”.

Meracda azan

 

Həzrət Muhəmməd Baqir (ə) buyurur:

“Rasulullah (s) meracda, yüksək təbəqəyə seyr edərək “Beytul-məmur”a çatdı. Namazın vaxtı çatanda Cəbrayıl (ə) azan və iqaməni dedi. Peyğəmbər (s) qabaqda durdu, mələklər və peyğəmbərlər isə o həzrətin arxasında sıraya düzüldülər”.

 

Hər kəs azan deyən olmur

 

Əmirəl-möminin Əli (ə) buyurur: “Rəsulallaha (s) ərz etdim: ”Ağa! Siz bizi azan deməyə elə həvəsləndirdiniz ki, qorxuruq azan demək  üçün sizin ümməniz bir-birlərinə  qılıncla hücum etsinlər”. Allahın Rəsulu (s) buyurdu: “Amma hər kəs azan  deməyəcək”.

 

İmam Əli (ə) və İmam Hüseynin(ə) azan deməsi

 

İmam Əmirəl-möminin Əlinin (ə) rəsmi azançı adı “İbni Nəbah” olmuşdur. Seyidlər ağası həzrəti imam Hüseyn (ə) xüsusi azan deyən olduğu üçün  ona “Həccac bin Məsruq” adı verilmişdir.

O həmin şərəfətli  və ləyaqətli kişidir ki, Hürr imam Hüseynlə (ə) görüşə gələndə və zöhr vaxtı yetişəndə  həzrət (ə) ona azan deməsi üçün əmr verdi. Sonra iqamənin göstərişini verəndə orada birlikdə namaz qıldılar. Başda imam olmaqla, öz qoşunu və Hürrün qoşunu da şövqlə həzrətə (ə) iqtida etdilər.

 

İmam Əlinin (ə) sonuncu azanı.

 

Möminlərin əmiri imam Əlinin (ə) şəhadəti barəsində qeyd olunan bəzi xəbərləri tarixi səhifələrdə oxuyuruq: “Həzrət (ə) sakitcə məscidə daxil oldu, həmin an məscidin çıraqları sönmüşdü. O, (ə) namaz qıldı və bir saat dua və zikrlə məşğul oldu. Sonra qalxıb yenidən iki rukət namaz qıldı. Namazı bitirəndən sonra azan verilən məkana qalxdı və iki mübarək şəhadət barmağını qulaqlarına apardı. Bir qədər udqunub, yüksək, gözəl avazla azan deməyə başladı. Həzrət (ə) azan deyən vaxt o qədər uca və əzəmətli səslənirdi ki, Kufə şəhərində onun sədasını  eşitməyən bir kəs qalmırd”ı.

 

İlahiyyatçı, islamşünas: Sara Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 7537, 

Dostların veb səhifələri

15659983
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
111
8276
8387
15493342
135122
160067
15659983

sizin IP ünvanınız: 18.218.3.204
2024-12-23 00:26

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!