Munacatlar

Peyğəmbər (s.ə.s.) ayı – Şəban



Peyğəmbər ayı – Şəban



Şəban ayının fəziləti barədə Həzrət Peyğəmbərdən (s) belə nəql edilir: «Şəban ayı mənim ayımdır».
İslam Peyğəmbəri (s) bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan, mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Peyğəmbər (s) həmçinin buyurmuşdur: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».


İmam Zeynəlabidin (ə) barədə rəvayət olunub ki, o, «Allahummə salli ələ Muhəmmədin və ali Muhəmməd şəcərətin-nubuvvəti ...» duasını şəban ayında günorta vaxtı oxuyarmış

Tərcüməsi: İlahi! Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə), nübuvvət şəcərəsinə, risalətin nazil olduğu xanədana, mələklərin bir-birini əvəz etdiyi məkana, elm mədəninə, vəhy Əhli-beytinə (ə) salavat göndər… («Məfatihul-cinan», səh. 408-411).
Eyni zamanda, ibn Xaluyedən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) aşağıdakı münacatı oxuyardılar: «Allahummə salli ələ Muhəmmədin vəsmə’ dua’i iza də-əvtukə…»

Tərcüməsi: Allahım! Salavatın olsun Həzrət Muhəmmədə (s) və Əhli-beytinə (ə), eşit duamı Səni çağırdığım zaman… («Məfatihul-cinan», səh. 412)

Şəban ayının birinci gecəsi
Mötəbər mənbələrdən olan «İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur və onlardan biri də 12 rəkətli namazdır ki, burada «Həmd» surəsindən sonra 11 dəfə «Tövhid» surəsi oxunur. Bu namaz 6 ikirükətli namaz kimi qılınır.

Şəban ayının birinci günü
Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının birində oruc tutan şəxsə behişt vacib olar».

Şəban ayının üçüncü günü
Bu - ilin ən mübarək günlərdən biridir. Şeyx Misbah kitabında yazır ki, İmam Hüseyn (ə) şəban ayının 3-ü, cümə axşamı dünyaya gəlmişdir. Bu gün «Allahummə inni əs-əlukə bihəqqil-məvludi...»

Allahım! Həqiqətən mən bu günkü mövludun haqqına and verib, Səndən diləyirəm… duasını oxumaq müstəhəbdir. («Məfatihul-cinan», səh. 418)

Həzrət Peyğəmbərə (s) sual etmişlər ki, «Hansı günlərin orucu daha fəzilətlidir?»

Həzrət (s) buyurmuşdur ki, «Ramazan ayına hörmət və tə’zim nümayiş etməyə görə - Şəban ayının orucu».

Şaban ayının müştərək əməlləri

  1. Hər gün yetmiş dəfə aşağıda qeyd edilən zikri söyləmək:

اَسْتَغْفِرُاللّهَ وَ اَسْئَلُهُ التَّوْبَةَ

“Əstəğfirullahə və əs'əluh'ut-təubə”

Tərcüməsi: Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm.

  1. Başqa rivayətdə hər gün yetmiş dəfə aşağıdaki zikri söyləyərək Allahdan bağışlanma diləmək tövsiyə olunur:

اَسْتَغْفِرُاللّهَ الَّذى لا اِلهَ اِلاّ هُوَ الرَّحْمنُ الرَّحیمُ الْحَىُّ الْقَیّوُمُ وَ اَتُوبُ اِلَیْهِ 

"Əstəğfirullahəlləzi la ilahə illa huvər-rahmanur-rahim, əl-həyyul-qəyyum və ətubu iləyh"

Tərcüməsi: Allahdan bağışlanma diləyirəm. Ondan başqa ilah yoxdur. O, bağışlayan və mehribandır. Diri və qəyyumdur və mən Ondan tövbə diləyirəm.

Hədislərdə qeyd edilir ki, bu ayda hər gün yetmiş dəfə istiğfar edən kimsə digər aylarda yetmiş min dəfə istiğfar etmiş kimidir.

  1. Sədəqə vermək

İmam Sadiq (ə)-ın səhabələrindən biri “şaban ayında edilən ən fəzilətli əməl hansıdır?” deyə İmamdan soruşdu.

İmam (ə.s) belə buyurdu: “Sədəqə və bağışlanma diləməkdir. Kim şaban ayında bir sədəqə versə, sizin dəvə balasını böyütdüyünüz kimi Allah Təala onu böyüdər və Qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda sədəqə verənə qaytarılar”.

  1. Şaban ayına məxsus duanı (Münacatı Şabaniyyə) oxumaq

  1. Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq

Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonra da yüz dəfə Rəsulullaha (s) və Əhli-Beytinə (ə) salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucu da müstəhəbdir. Bir hədisdə belə rəvayət edilib. Şaban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər: "Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et".

Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə  buyurulur: “Şabanın bazar ertəsi və cümə axşamı günlərini oruc tutan şəxsin, Allah iyirmi dünyəvi və iyirmi Uxrəvi (axirət) hacətini verər".

  1. Bu ayda Məhəmməd (s) və Əhli-beytinə (ə) çoxlu salavat göndərmək.
  2. Bütün ay boyunca 1000 dəfə bu duanı oxumaq yaxşıdır ki, min ilin savabı nameyi-əmalına yazılar

 لا اِلهَ اِلا اللّهُ وَلانَعْبُدُ اِلاّ اِیّاهُ مُخْلِصینَ لَهُ الدّینَ وَ لَوُ كَرِهَ الْمُشْرِكُونَ 

  1. Şaban ayının hər günündə zöhr və şam vaxtlarında imam Zəynul-Abidin (ə) bu salavatı oxuyarmış


اَللّهُمََّ صَلِّ عَلى مُحَمَّدٍ و َآلِ مُحَمَّدٍ شَجَرَةِ النُّبُوَّةِ وَ مَوْضِعِ الرِّسالَةِ وَ مُخْتَلَفِ الْمَلاَّئِكَةِ وَ مَعْدِنِ الْعِلْمِ وَ اَهْلِ بَیْتِ الْوَحْىِ. اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ و َآلِ مُحَمَّدٍ الْفُلْكِ الْجارِیَةِ فِى اللُّجَجِ الْغامِرَةِ یَامَنُ مَنْ رَكِبَها وَ یَغْرَقُ مَنْ تَرَكَهَا الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ وَالْمُتَاَخِّرُ عَنْهُمْ زاهِقٌ وَاللاّزِمُ لَهُمْ لاحِقٌ.

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْكَهْفِ الْحَصینِ وَ غِیاثِ الْمُضْطَرِّ الْمُسْتَكینِ وَ مَلْجَاءِ الْهارِبینَ وَ عِصْمَةِ الْمُعْتَصِمینَ. اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلوةً كَثیرَةً تَكُونُ لَهُمْ رِضاً وَ لِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ اَداَّءً وَ قَضاَّءً بِحَوْلٍ مِنْكَ وَ قُوَّةٍ یا رَبَّ الْعالَمینَ.

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الطَّیِّبینَ الاْبْرارِ الاْخْیارِ الَّذینَ اَوْجَبْتَ حُقُوقَهُمْ وَ فَرَضْتَ طاعَتَهُمْ وَ وِلایَتَهُمْ. اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَاعْمُرْ قَلْبى بِطاعَتِكَ وَلا تُخْزِنى بِمَعْصِیَتِكَ وَارْزُقْنى مُواساةَ مَنْ قَتَّرْتَ عَلَیْهِ مِنْ رِزْقِكَ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ فَضْلِكَ وَ نَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ وَ اَحْیَیْتَنى تَحْتَ ظِلِّكَ وَ هذا شَهْرُ نَبِیِّكَ سَیِّدِ رُسُلِكَ شَعْبانُ الَّذى حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ الَّذى كانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَیْهِ وَ آلِه وَ سَلَّمَ یَدْاَبُ فى صِیامِهِ وَ قِیامِهِ فى لَیالیهِ وَ اَیّامِهِ بُخُوعاً لَكَ فى اِكْرامِهِ وَاِعْظامِهِ اِلى مَحَلِّ حِمامِهِ.

اَللّهُمَّ فَاَعِنّا عَلَى الاِْسْتِنانِ بِسُنَّتِهِ فیهِ وَ نَیْلِ الشَّفاعَةِ لَدَیْهِ اَللّهُمَّ وَاجْعَلْهُ لى شَفیعاً مُشَفَّعاً وَ طَریقاً اِلَیْكَ مَهیَعاً وَاجْعَلْنى لَهُ مُتَّبِعاً حَتّى اَلْقاكَ یَوْمَ الْقِیمَةِ عَنّى راضِیاً وَ عَنْ ذُنُوبى غاضِیاً قَدْ اَوْجَبْتَ لى مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ وَ اَنْزَلْتَنى دارَ الْقَرارِ وَ مَحَلَّ الاْخْیارِ .

 

Şaban ayının məxsusi əməlləri

 

  1. Şaban ayının birinci gününün əməlləri

Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: "Şaban ayının birində oruc tutan şəxsə şübhəsiz ki, cənnət vacib olar". Seyid bin Tavus "İqbal" kitabında Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Allah Şaban ayının ilk üç gününü oruc tutan və gecələrini iki rəkət namaz qılan (hər rəkətdə "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur) insanı yer və göy əhlinin, iblis və hər bir zülmkarın şərrindən amanda saxlayar və onun bir çox günahlarını bağışlayar".

  1. Şabanın on beşi yəni, "Nimeyi Şaban"

İmam Cəfər Sadiqdən (ə) edilən rivayətə görə, İmam Baqirdən (ə) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (ə) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecedə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

  1. Qüsl
  2. Əhya saxlamaq.  Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.
  3. İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rivayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu gecədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.                                                     Şabanın axırıncı üç günü

Şaban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuş və bu üç günü oruc tutmaq tövsiyə edilmişdir. Şeyx Səduq (r) İmam Sadiqdən (ə.s) nəql edir ki, "Şaban ayının axırıncı üç gününü oruc tutaraq Ramazan ayına girən hər mömünə Allah-təala iki ay ardıcıl tutulmuş orucun savabını yazar".

Bu mübarək ayda dinimizin əlamətdar günləri var.

Şaban ayının 3-də, hicri 3-cü ildə - İmam Hüseynin (ə) mübarək mövludu günüdür.

Şaban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür.

Şaban ayının 5-də, hicri 38-cü ildə - Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaətilə hətta zalım müstəbidləri də çaşqınlığa salan İmam Səccadın (ə) mübarək mövludu günüdür.

Şaban ayının 11-i hicri 33-cü ildə - Kərbəla qəhrəmanı, öz şücaətilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu - Həzrət Əli Əkbərin mübarək mövludu günüdür.

Şaban ayının 15-də, hicri 255-ci ildə - mübarək zühuru ilə dünyanı zülmdən qurtaracaq, haqq-ədalətlə dolduracaq 12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) əziz mövludu günüdür.

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4855, 

Dostların veb səhifələri

14399473
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3881
4599
27210
14222443
108197
183089
14399473

sizin IP ünvanınız: 3.141.199.243
2024-04-19 16:46

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!