Munacatlar

ƏHD DUASI - دعاء العهد

 

ƏHD DUASI -  دعاء العهد

 

Bu dua imam Sadiqdən (ə) nəql olunmuş və imam Məhdi (ə.f.) ilə əhdi yeniləməyə deyilir. Əhd duası imam Zamanın (ə.f.) qeybi dövründə oxunması tövsiyyə olunur. Rəvayət olunur ki, kim bu duanı 40 sübh oxusa imam Məhdinin (ə.f.) yavərlərindən olar.

ƏHD DUASININ SƏNƏDI

 

Imam Sadiqdən (ə) rəvayət olunan bu duanı Seyyid ibn Tavus “Misbahuz-Zair”də, İbn Məşhədi “əl-Məzarul-Kəbir”də, Kəfəmi “əl-Misbah”da və “əl-Bələdul Əmin”də və Əllamə məclisi “Biharul-Ənvar”da  və “Zadul-Məad”da nəql etmişlər. Bu duanı Seyyid ibn Tavus, Kəfəmi və Əllamə Məclisi kimi böyük alimlərin nəql etməsi onların Əhd duasına güvəndiklərini göstərir. Həmçinin bu duanın möhdəvası digər dualardan daha çox təsdiq olunmuşdur.

 

ƏHD DUSININ TƏSİRİ

 

Dua oxuyan insan eyni vaxtda Yer üzünün şərqində və qərbində, çölündə və dağında, düzündə və dənizində bütün mömin kişi və qadın, ana, ata, övlad tərəfindən də imam Məhdiyə (ə.f.) xüsusi bir salam və salavat göndərməkdədir. Oxuyan daha sonra imam Məhdi (ə.f.) ilə əhdini, əqdini və beyətini yeniləməklə Qiyamətə qədər bu əhdinə bağlı qalacağını açıqlayır. O, Allahau-Təalaya bu cür niyaz edir: “Allahım! Əgər ölüm hökmü – bəndələrin üçün labüd və qaçılmaz qərar verdiyin hökm – mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni (imamın zühurunda) kəfən geydiyim, qılıncımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə (qiyama) də`vət edən carçının də`vətinə ləbbeyk ("qəbul etdim") deyən halda qəbirimdən çıxart.”

Zərif, incə dillə imam Məhdini (ə.f.) görmə istəyi ilə oxunan dua batilə qarşı zəfər çatmaq, haqqı sabitləşdirmək və din, iman əhlinin həyatlarının firavan olması üçün imamın (ə.f.) zühurunun tezləşməsini istəməklə sonlanır.

 

ƏHD DUASININ OXUNMA ZAMANI

 

İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim bu duanı 40 sübh oxuyarsa imam Məhdinin (ə.f.) köməkçilərindən olar. Əgər o həzrətin zühurundan əvvəl ölərsə, Allahu-Təala onu İmam Məhdinin (ə.f.) cərgəsində  cihad etmək üçün qəbirdən çıxarar və bu duanın hər bir kəlməsi üçün ona min həsənə (yaxşılıq) yazar və ondan min günah bağışlanar."

ƏHD DUASI

اَللََّهُمَّ رَبَّ النُّورِ الْعَظِيمِ وَرَبَّ الْكُرْسِيِّ الرَّفِيعِ وَرَبَّ الْبَحْرِ الْمَسْجُورِ وَمُنْزِلَ التَّوْرٰيةِ وَالْاِنْجِيلِ وَالزَّبُورِ وَرَبَّ الظِّلِّ وَالْحَرُورِ وَمُنْزِلَ الْقُرْآنِ الْعَظِيمِ وَرَبَّ الْمَلاَئِكَةِ الْمُقَرَّبِينَ وَالْاَنْبِيَاءِ وَالْمُرْسَلِينَ. اَللَّهُمَّ اِنِّي اَسْاَلُكَ بِوَجْهِكَ الْكَرِيمِ وَبِنُورِ وَجْهِكَ الْمُنِيرِ وَمُلْكِكَ الْقَدِيمِ يَاحَيُّ يَاقَيُّومُ اَسْاَلُكَ بِاسْمِكَ الَّذِي اَشْرَقَتْ بِهِ السَّمٰاوٰاتُ وَالْاَرَضُونَ وَبِاسْمِكَ الَّذِي يَصْلَحُ بِهِ الْاَوَّلُونَ وَالْلاَخِرُونَ يٰاحَيًّا قَبْلَ كُلِّ حَيٍّ وَيٰا حَيًّا بَعْدَ كُلِّ حَيٍّ وَيٰاحَيًّا حِينَ لَاحَيَّ يٰامُحْيِيَ الْمَوْتٰي وَمُمِيتَ الْاَحْيٰاءِ يٰاحَيُّ لَا اِلَـٰهَ اِلَاَّّ اَنْتَ. اَللَّّٰهُمَّ بَلِّغْ مَوْلاَنَا الْاِمٰامَ الْهٰادِيَ الْمَهْدِيَّ الْقٰائِمَ بِاَمْرِكَ صَلَوٰاتُ اللَّهِ عَلَيْهِ وَعَلَيٰ آبٰائِهِ الطَّاهِرِينَ عَنْ جَمِيعِ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنٰاتِ فِي مَشٰارِقِ الْاِرْضِ وَمَغٰارِبِهٰا سَهْلِهٰا وَجَبَلِهَا وَبَرِّهٰا وَبَحْرِهٰا وَعَنِّي وَعَنْ وٰالِدَيَّ مِنَ الصَّلَوٰاتِ زِنَةَ عَرْشِ اللهِ وَمِدٰادَ كَلِمٰاتِهِ وَمٰا اَحْصٰاهُ عِلْمُهُ واَحٰاطَ بِهِ كِتٰابُهُ. اَللَّهُمَّ اِنِّي اُجَدِّدُ لَهُ فِي صَبِيحَةِِ يَوْمِي هٰذَا وَمٰا عِشْتُ مِنْ اَيَّامِي عَهْدًا وَعَقْدًا وَبَيْعَةً لَهُ فِي عُنُقِي لَا اَحُولُ عَنْهٰا وَلاَ اَزُولُ اَبَدًا. اَللَّهُمَّ اجْعَلْنِي مِنْ اَنْصٰارِهِ وَاَعْوٰانِهِ وَ الذَّّابِّينَ عَنْهُ وَالْمُسٰارِعِينَ اِلَيْهِ فِي قَضٰاءِ حَوٰائجِهِ وَالْمُمْتَثِلِينَ لِاَوامِرِهِ وَالْمُحٰامِينَ عَنْهُ وَالسَّابِقِينَ اَليٰ اِرٰادَتِهِ وَالْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْهِ. اَللَّهُمَّ اِنْ حٰالَ بَيْنِي وَبَيْنَهُ الْمَوْتُ الَّذِي جَعَلْتَهُ عَلَيٰ عِبٰادِكَ حَتْمًا مَقْضِيًّا فَاَخْرِجْنِي مِنْ قَبْرِي مُؤْتَزِرًا كَفَنِي شٰاهِرًا سَيْفِي مُجَرِّدًا قَنٰاتِي مُلَبِّيًا دَعْوَةَ الدَّاعِي فِي الْحٰاضِرِ وِالْبٰادِ. اَللَّهُمَّ اَرِنِي الطَّلْعَةَ الرَّشِيدَةَ وَالْغُرَّةَ الْحَمِيدَةَ وَاكْحُلْ نٰاظِرِي بِنَظْرَةٍ مِنِّي اِلَيْهِ وَعَجِّلْ فَرَجَهُ وَسَهِّلْ مَخْرَجَهُ وَاَوْسِعْ مَنْهَجَهُ وَاسْلُكْ بِي مَحَجَّتَهُ وَاَنْفِذْ اَمْرَهُ وَاشْدُدْ اَزْرَهُ وَاعْمُرِ اللَّهُمَّ بِهِ بِلادَكَ وَاَحْيِ بِهِ عِبٰادَكَ فَاِنَّكَ قُلْتَ وَقَوْلُكَ الْحَقُّ ﴿ظَهَرَ الْفَسٰادُ فِي الْبَرِّ وَالْبَحْرِ بَمٰا كَسَبَتْ اَيْدِي النَّاسِ﴾ فَاَظْهِرِ اللَّهُمَّ لَنٰا وَلِيَّكَ وَابْنَ بِنْتِ نَبِيِّكَ الْمُسَمَّي بِاسْمِ رَسُولِكَ حَتَّيٰ لا يَظْفَرَ بِشَيْءٍ مِنَ الْبٰاطِلِ اِلَّا مَزَّقَهُ وَيُحِقََّ الْحَقَّ وَ يُحَقِّقَهُ وَاجْعَلْهُ اللَّهُمَّ مَفْزَعًا لِمَظْلُومِ عِبٰادِكَ وَنٰاصِرًا لِمَنْ لاٰ يَجِدُ لَهُ نٰاصِرًا غَيْرَكَ وَمُجَدِّدًا لِمٰا عُطِّلَ مِنْ اَحْكٰامِ كِتٰابِكَ وَ مُشَيِّدًا لَمٰا وَرَدَ مِنْ اَعْلاٰمِ دِينِكَ وَ سُنَنِ نَبِيِّكَ صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ وَاجْعَلْهُ اللَّهُمَّ مِمَّنْ حَصَّنْْتَهُ مِنْ بَاْسِ الْمُعْتَدِينَ. اَللَّهُمَّ وَسُرَّ نَبِيَّكَ مُحَمَّدًا صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ بِرُؤْيَتِهِ وَمَنْ تَبِعَهُ عَلَيٰ دَعْوَتِهِ وَارْحَمِ اسْتِكٰانَتَنٰا بَعْدَهُ. اَللَّهُمَّ اكْشِفْ هٰذِهِ الْغُمَّةَ عَنْ هٰذِهِ الْاُمَّةِ بِحُضُورِهِ وَعَجِّلْ لَنٰا ظُهُورَهُ ﴿اِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا وَنَرٰاهُ قَرِيبًا﴾ (سُنْرا اُچْ دَفْعَه اَلِنِی سَاغْ بُودُونا وُورُوبْ هَرْ دَفْعَه سِنْدَه بُو سُؤزْلَرِی دِه) الْعَجَلْ الْعَجَلْ يٰا مَوْلاٰيَ يٰا صٰاحِبَ الزَّمٰانِ الْعَجَلْ الْعَجَلْ يٰا مَوْلاٰيَ يٰا صٰاحِبَ الزَّمٰانِ الْعَجَلْ الْعَجَلْ يٰا مَوْلاٰيَ يٰا صٰاحِبَ الزَّمٰانِ.

Bismillahir-rəhmanir-rəhim

Əllahummə Rəbbən-nuril-əzim, və Rəbbəl-kursiyyir-rəfi`, və Rəbbəl-bəhril-məscur, və munzilət-tovrati vəl-incili vəz-zəbur, və Rəbbəz-zilli vəl-hərur, və munziləl-Qur`anil-əzim, və Rəbbəl-məlaikətil-muqərrəbin, vəl-ənbiyai vəl-mursəlin.

Allahummə inni əs`əlukə bivəchikəl-kərim, və binuri vəchikəl-munir, və mulkikəl-qədim, ya Həyyu ya Qəyyum, əs`əlukə bismikəl-ləzi əşrəqət bihis-səmavatu vəl-ərəzun, və bismikəl-ləzi yəsləhu bihil-əvvəlunə vəl-axirun, ya həyyən qəblə kulli həyy, və ya həyyən bə`də kulli həyy, və ya həyyən hinə la həyy, ya muhyiyəl-movta və mumitəl-əhya, ya həyyu la ilahə illa ənt.

Allahummə bəlliğ movlanəl-imaməl-Hadiyəl-Məhdiyyəl-Qaimə bi əmrik, sələvatullahi ələyhi və əla abaihit-tahirin, ən cəmiil-mu`mininə vəl-mu`minat, fi məşariqil-ərzi və məğaribiha, səhliha və cəbəliha və bərriha və bəhriha və ənni və ən validəyyə minəs-sələvati zinətə ərşillah, və midadə kəlimatihi və ma əhsahu ilmuh, və əhatə bihi kitabuh.

Allahummə inni ucəddidu ləhu fi səbihəti yovmi haza və ma iştu min əyyami əhdən və əqdən və bəy`ətən ləhu fi unuqi, la əhulu ənha və la əzulu əbəda.

Allahumməcə`lni min ənsarihi və ə`vanih, vəz-zabbinə ənhu vəl-musariinə iləyhi fi qəzai həvaicih, vəl-mumtəsilinə li əvamirih, vəl-muhaminə ənh, vəs-sabiqinə ila iradətih, vəl-mustəşhədinə bəynə yədəyh.

 Allahummə in halə bəyni və bəynəhul-movtul-ləzi cəəltəhu əla ibadikə hətmən məqziyya, fəəxricni min qəbri mu`təzirən kəfəni, şahirən səyfi, mucərridən qənati, muləbbiyən də`vətəd-dai` fil-haziri vəl-badi.

Əllahummə ərinit-təl`ətər-rəşidətə vəl-ğurrətəl-həmidəh, vəkhul naziri bi nəzrətin minni iləyh, və əccil fərəcəhu və səhhil məxrəcəh, və ovsi` mənhəcəhu vəsluk bi məhəccətəh, və ənfiz əmrəhu vəşdud əzrəh, və`murillahummə bihi biladəkə və əhyi bihi ibadək, fə innəkə qultə və qovlukəl-həqq: "zəhərəl-fəsadu fil-bərri vəl-bəhri bima kəsəbət əydin-nas" fəəzhirillahummə ləna vəliyyəkə vəbnə binti Nəbiyyik, əl-musəmma bismi Rəsulikə hətta la yəzfərə bişəy`in minəl-batili illa məzzəqəhu və yuhiqqəl-həqqə və yuhəqqiqəh, vəc`əlhullahummə məfzəən liməzlumi ibadik, və nasirən limən la yəcidu ləhu nasirən ğəyrək, və mucəddidən lima uttilə min əhkami kitabik, və muşəyyidən lima vərədə min ə`lami dinikə və sunəni Nəbiyyik, səlləllahu ələyhi və alih, vəc`əlhullahummə mimmən həssəntəhu min bə`sil-mu`tədin.

Əllahummə və surrə Nəbiyyəkə Muhəmmədən səlləllahu ələyhi və alih, bi ru`yətihi və mən təbiəhu əla də`vətih, vərhəmistikanətəna bə`dəh.

Əllahumməkşif hazihil-ğummətə ən hazihil-umməti bi huzurih, və əccil ləna zuhurəh, "innəhum yərovnəhu bəidən və nərahu qəriba", birəhmətikə ya ərhəmər-rahimin. (Sonra 3 dəfə əlini sağ buduna vurub hər dəfəsində bu sözləri de:) Əl-əcəl, əl-əcəl, ya movlayə, ya Sahibəz-zəman. Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman, Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman".

 

TƏRCÜMƏSİ

İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey Tövratı, Incili və Zəburu nazil edən, ey sərin kölgəliyin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Qur`anı nazil edən, ey müqərrəb mələklərin, mürsəllərin və Peyğəmbərlərin Rəbbi!

İlahi, Səndən istəyir və Səni and verirəm Öz kəramətli vəchinə, Öz nurlu vəchinin nuruna, əzəli mülkünə (səltənətinə), ey Həyy, ey Qəyyum. Səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işıqlanmışdıræ and verirəm o adına ki, onun səbəbi ilə əvvəldəkilər və axırdakılar islah olar.

 Ey hər bir diridən öncə diri olan, ey hər bir diridən sonra diri qalan, ey heç bir diri olmayan vaxt diri olan, ey ölüləri dirildən, ey diriləri öldürən, ey diri, ey o kəs ki, Səndən başqa bir tanrı yoxdur.

İlahi, mövlamıza, bizi hidayət edən, özü də hidayət olunmuş, Sənin əmrinlə (haqq-ədalətin) bərqərar olması üçün qiyam edən imama, (Sənin salavatın ona və onun mə`sum ata-babalarına olsun!) yer üzünün şərq və qərbində, səhra və dağlarında, quruda və dənizində olan bütün mö`min kişi və qadınlar tərəfindən Allah ərşinin vəzni, kəlmələrinin qədəri, elmini saydığı kitabının əhatə etdiyi qədər salavat göndər.

İlahi, bu günün sübhündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan bey`ətini təzələyirəm və heç vaxt o bey`ətdən əl çəkmərəm.

 İlahi, məni o Həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən, ona lazım olan köməklərə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver.

İlahi, əgər ölüm hökmü – bəndələrin üçün labüd və qaçılmaz qərar verdiyin hökm – mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni (imamın zühurunda) kəfən geydiyim, qılıncımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə (qiyama) də`vət edən carçının də`vətinə ləbbeyk ("qəbul etdim") deyən halda qəbirimdən çıxart.

İlahi, rəşid (parlaq) sima (haqq və düz yola hidayət edən) nuru, bəyənilmiş gözəl alnı mənə göstər, ona nəzər etməklə gözümə şəfa ver! Onun fərəcini sür`ətləndir, zühurunu asanlaşdır, yolunu genişləndir, məni onun yolu ilə apar, əmrini nüfuzlu et, arxasını möhkəmlət.

İlahi, onun səbəbi ilə bizim ölkələri abadlaşdırıb bəndələrinin (mə`nəviyyatını) dirilt. Çünki Sən buyurmusan və Sözün də haqqdır: "Fəsad quruda və dəryada, camaatın kəsb etdikləri pis əməllərə görə zahir oldu."

 İlahi, bizim üçün Öz vəlini – Sənin Rəsulunun adı ilə eyni adda olan, Rəsulunun qızının oğlunu zahir et ki, batildən bir şey qalmasın və Həzrət onu tar-mar etsin, haqqı bərqərar edib möhkəmlətsin.

İlahi, onu məzlum bəndələrin üçün sığınacaq, Səndən başqa bir köməkçi tapmayanlar üçün bir köməkçi, Kitabının icra olunmayan qanunlarını yeniləşdirən, Sənin dininin, Rəsulunun sünnələrindən gəlib çatan hökmlərini dirçəldən qərar ver.

İlahi, onu, zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla.

İlahi, onun görünməsi və ona də`vətində tabe olanların vasitəsilə Öz Peyğəmbərin Məhəmmədi sevindir, ondan sonra bizim çarəsizliyimizə rəhm et! Onun zühur edib hazır olması ilə bu ümmətin müşkül və giriftarçılıqlarını aradan qaldır, bizim üçün onun zühurunu tezləşdir. "Həqiqətən onlar bunu (zühuru) uzaq, biz isə yaxın görürük." Səni and verirəm Öz rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi! Tələs, tələs, ey Mövlam, ey Sahibəzzaman!

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 11352, 

Dostların veb səhifələri

15653938
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2342
7422
49485
15456216
129077
160067
15653938

sizin IP ünvanınız: 18.117.151.127
2024-12-22 07:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!