Munacatlar

Alimlərdən təcrübə olunmuş dualar

 
(2 votes)

                                                                                        Hər zaman deyilən dualar: (hacət üçün)

1- Şeyx Bəhaləddindən nəql olunmuşdur: Hər kəs bu duanı saf qəlblə, inamla, düzgün oxusa, öz hədəfinə çatar! Bu dua həmçinin xəstələrin şəfası üçün də tövsiyə olunmuşdur. Əgər xəstə şəfa tapmasa, mütləq əcəli çatmışdır. Bu duanın məsciddə oxunması daha yaxşıdır. Dua 70 dəfə oxunmalıdır. Dua budur: «La ilahə illəllahu bi izzətikə və qudratikə la ilahə illəllahu bihəqqi həqqikə və hurmətikə la ilahə illəllahu fərric birahmətikə».

2- Cənab Ruziyi ağa deyir: Bəzi yazılmış dualardan olan bu duanı Şeyx Bəhaliddinə nisbət vermişlər və qaydası bu cür şərh olunur. Əvvəlcə iki rükət namaz qılınır, ardıyca istiğfar zikri deyilir və 70 dəfə deyilir: «La ilahə illəllahu bihəqqi həqqikə. La ilahə illəllahu bi izzətikə və qudratikə. La ilahə illəllahu fərric bi rahmətikə». Sonra hacət tələb olunur».

3- Mərhum Şeyx Bəhaləddin deyir: Hacət tələb etmək üçün tanınmış dualardan biri də Şeyx Abdullah Yafinin duasıdır.

«Ya mufəttihu fəttih, ya mufərricu fərric, ya musəbbibu səbbib, əl-fəthu vəl-fərəcu minkə ya fəttahu ya əlimu iyyəkə nəəbudu və iyyəkə nəstəinu».

4- Hacət tələb etmək üçün: 911-dəfə « یا قَاضِیَ الْحَاجَاتِ » (Ya qaziyəl hacəti) deyilir.

5- Hacət tələb etmək üçün: 1069-dəfə « اِعْتَصَمْتُ بِاللهِ » (İitəsamtu billəhi) de.

6- Hacət üçün: 7-gün oruc tut və hər gün 2 rukət namaz qıl. 1-ci rukətdə “Həmd”dən sonra 3-dəfə “Tariq” surəsini oxu, 2-ci rukətdə “Həmd”dən sonra 10-dəfə “İxlas” surəsini oxu. Salamlardan sonra səcdəyə get və 7-dəfə “Subbuhun, quddusun, Rabbul-mələikəti vər- ruhu”. Sonra başını səcdədən qaldır və 91-dəfə “Ayəti-kursi”ni oxu. (hacətin qəbul olunmaması mümkün deyil).

7- (səriul-əsər) təcili həyata keçən dualardandır və 1-dəfə bu dua oxunur: “Allahummə salli ələ səyyidinə Muhəmmədin və alihi və səlləm, Allahummə inni əs-əlukə bismikəl-əzimil-əzam və bicəhi həbibikəl-əkrəmi Muhəmmədi rasulallahi ələyhis-saləti və səlləmu və bi əvlədihil Fatiməti vəl-Həsəni vəl-Husəyni və bi hurməti miəti və ərbəətin və işrinə əlfi nəbiyyin ən təqziyə hacəti”.

Sonra öz hacətini Allahdan dilə və de: “Salləllahu təala ələ səyyidinə Muhəmmədin və alihi və səlləmə əmin”.

Sonra 3 dəfə de: “Birahmətikə ya ərhəmər-rahimin”.

8- “Sələmun qavlən mir-rabbi rahim”  Yasin surəsi, 58-ci ayə, bu zikr mühüm hacətlər üçündür və 818-dəfə deyilir. Bəzi rəvayətlərdə deyiliş qaydası müxtəlif formada qeyd olunur. Həmçinin bu duanı Çərşənbə günündən başlayaraq 15 gün ərzində və hər gün 818-dəfə deməyin böyük faydası var. Bəziləri bu ayənin bir dəfəyə 1479-dəfə oxunmasını və sonra hacəti istəməyi tövsiyyə ediblər. 

9- "Xətmi babul-həvaic". Bu duada Əbulfəzl Abbasa təvəssül olunur və bir dəfəyə 133-dəfə deyilir: “Ya kəşifəl kərbi ən vəchil Husəyni ikşif kərbi bi həqqi əxikəl-Husəyni”.

10- Həzrəti Fatiməyə 2 rukətli namaz hədiyyə et və namazın qunutunda bu duanı oxu: “Allahummə bi Fatimətə və əbihə və bi Fatimətə və bəlihə və bi Fatimətə və bənihə və bi Fatimətə vəssirril-mustəvdə ələyhə iqzi hacəti və salləllahu ələ Muhəmmədin və ali Muhəmməd”.

11- Hər gün 60-dəfə və ya gecə yarı 312-dəfə əlləri yuxarı açıb israrla de: “Ya mutiəs-səilin”.

12- Çətin və mühüm hacətlər üçün gecə yarı 2-rukət namaz qıl və 70 dəfə de:

“Ya əbsaran-nəzirinə ya əsraəl-həsibinə ya əsməəs-səmiinə ya əkraməl-əkraminə ya əhkəməl-həkiminə”.

13- Bu dua 14-gün ardıcıl oxunur: Hər gün 14-dəfə “Həmd” və ardıyca 13-dəfə bu zikri de: “Ya mufəttihu fəttih ya mufərricu fərric ya musəbbibu səbbib ya muyəssiru yəssir ya musəhhilu səhhil ya mutəmmimu təmmim”.

14- Həmd surəsinin xətmi: Cümə günündən başlayaraq 41-gün davam edir. Hər gün 41-dəfə “Həmd” və 13-dəfə bu dua oxunur:

“Ya mufəttihu fəttih ya musəbbibu səbbib ya muyəssiru yəssir ya musəhhilu səhhil ya mutəmmimu təmmim həsbunəllahu və niməl vəkil”

 

"Dəstur-amal du hezar", tərcümə və tərtib etdi: İlahiyyatçı, Sara. Ə.

                                                                                  Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur


 4447, 

Dostların veb səhifələri

14271937
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1356
8985
30911
14090902
163750
173495
14271937

sizin IP ünvanınız: 44.222.129.73
2024-03-29 05:37

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!