Məsləhətlər

Zehnin güclənməsinə səbəb olan amillər

 
(0 votes)

Zehnin güclənməsinə səbəb olan amillər

"Hər kəs Ayətəl kürsi"-ni zəfəran ilə sağ əlinin içinə yazıb onu dili ilə yaş etməyi yeddi dəfə təkrar edərsə, heç vaxt bir şeyi unutmaz.

1. Beş şey zehni gücləndirir və bəlğəmi aradan aparır:

1) Dişi yumaq.

2) Oruc tutmaq.

3) Bal yemək.

4) Kündür çeynəmək

5) Quran oxumaq

2. Mütailədən qabaq bu duanı oxumaq:

"Əllahumməxricni min zulumatil-vəhm. Və əkrimni binuril-fəhm. Əllahumməftəh ələyna əbvabə rəhmətik. Vənşur ələyna xəzaniə ulutik. Birəhmətikə ya ərhəmər-rahimin."

3. Möminlərdən biri zehninin güclənməsini Həzrət Fatimə (s.ə)-dan xaiş etmək üçün o Həzrətə təvəssül edir. Bir-neçə Həzrət Fatimə Zəhra (s.ə)-ı röya aləmində pərdə arxasından müşhahdə edərək xaişini o Həzrətdən soruşur:

Zehnim zəifdir və (bunun üçün) sizə yalvarıram." Həzrət Fatimə Zəhra (s.ə) buyurdu:

"Bundan sonra dəstəmazı ilıq su ilə al. Çünki soyuq su sizin zehniniz üçün münasib deyildir."

O kişi Həzrətn göstərişinə əməl etdikdən sonra zehni gücləndi.

4. Zehninin güclənməsini istəyən şəxs dişlərini yuyub, Quran və xüsusilə "Ayətəl-kürsi"ni oxusun.

Həmçinin ac qarnına 21 ədəd məvizi tumu ilə birgə yesin. Çünki bu iş zehni və düşüncənin güclənməsi üçün faydalı olcaqdır. Habelə halva, (qoyun) boynunun yaxınlığında yerləşən ət, bal, mərci və kundur yeməkdə bu iş üçün faydalı sayılır.

5. Hər gün ac qarnına yeddi misqal məviz (qara üzüm qurusu) və habelə hər gün yeməklə xardal yemək.

6. Şeyx Kəfəmi (rəhmətullah əleyh) zehin baədə buyurur:

Bunun üçün ac qarnına məviz, kufə patlaqması (rutubətli yerlərdə yetişən,

yumru-yumru kökü olan bitgidir) və zəfəranı döyüb qarışdırdıqdan sonra yemək (faydalıdır).

7. Qərənfil ilə kündurun yaxşıca döyərək yumşaltmaq və hər gün ac qarnına ondan bir az yemək.

8. Qatıq, düyü yemək və su içmək kimi soyuq yeyinti məmulatından çox istifadə etməmək.

9. Süd içmək, şirniyyat, ət, mərci, bal və xususi ilə ac qarnına nar yemək zehni gücləndirir.

10. Şəkər ilə hazırlanmış "kəklik otu" mürəbbəsi və habelə "vlavetda" yemək zehin üçün faydalıdır.

11. Həmişə dəstəmazlı olmaq, qibləyə tərəf əyləşmək, alimlərin üzünə baxmaq, ibadətə məşğul olmaq,

ata və anadan itaət etmək, oruc tutmaq, üzüm və isti təbiyyətli şeylər yemək və habelə az su içib, az yemək zehnin güclənməsində təsirlidir.


 143, 

Dostların veb səhifələri

15649803
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5629
8065
45350
15456216
124942
160067
15649803

sizin IP ünvanınız: 18.191.234.153
2024-12-21 17:56

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!