Quran Coğrafiyası

Quranın Coğrafiyası

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ

"(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı)".

بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ

"Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)".

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"

يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ

"Onlardan (o iki dənizdən) inci və mərcan çıxar" (Ər-rahmən, 19-22).

Okeanşünaslar qəribə bir mənzərənin şahidi olmuş və son əsrlərdə kəşf etmişlər ki, iki dəniz bir-birinə qovuşur, amma tərkibcə birləşmirlər. Həmçinin bu iki dəniz suyunun isti-soyuqluğu, rəngi və dadına görə də bir-birindən fərqlidirlər. Güclü dalğalarına baxmayaraq, suyun səthindən bəllidir ki, bir-birinə qarışmayıblar. Bəzi tarixi elmi sənədlərdə qeyd olunur ki, onların arasında nazik divar mövcuddur. Məlumdur ki, dünyanın ən böyük çayları öz başlanğıc hərəkətini okeanlardan götürür. Belə əzəmətli çaylardan biri"Qolfistrim" (Danimarka) çayıdır. 
Qolfistrim Atlantik okeanında cərəyan edən və suyunun istiliyinə görə dünyada güclü hesab olunan bir çaydır. Xəlic boğazından başlayaraq Mərkəzi Amerika əyalətindən keçərək Atlantik okeanına çatır. 

Təxminən iki hissəyə bölünür: şimal (Şimali Avropaya qədər) və cənub (Qərbi Afrikaya tərəf). Bu çayın qəribə xüsusiyyətlərindən biri budur ki, suyunun rəngi tez-tez dəyişir. Həmişə sabit qalan çayın digər çaylardan fərqli xüsusiyyəti isə əsasən isti olmasıdır. Suyun hərarəti (35-40%) o qədər yüksəkdir ki, hətta böyük çaylardan olan Amazon və Missisippiyəyə öz istiliyi ilə təsir göstərir. Çayın istiliyinin sirrini alimlər hələ də tam aşkarlamamışlar. Yəni suyun istiliyinin şiddəti bütövlükdə Şimali Avropa məmləkətlərinin havasını istiləşdirməyə qadirdir və bu hal hələ də heç bir çayda müşahidə olunmamışdır. 

XVI əsrdə dənizşünaslardan biri Xəlic boğazına tərəf səfər edir və müşahidə edir ki, küləklə hərəkətedən gəmisi əks tərəfə istiqamətlənir və bu vəziyyət onu çox təəccübləndirir. 
Başqa ingilis dənizşünasları da bu və ya bunabənzər digər qəribə halla rastlaşmışlar. Nəhayət onlar bu dənizlə bağlı belə nəticə əldə etmişlər ki, həmin zonada gəmilərin hərəkəti suyun hərarəti ilə bağlıdır. Belə ki gəmilər bu məntəqəyə çatanda onların hərəkət istiqaməti suyun istiliyinə görə dəyişir. Əgər gəminin ön hissəsi hərarətli suya tərəf istiqamətlənirsə, Avropaya iki həftə tez çatacaq. 

Qolfistrim çayının çertyojunu ilk dəfə 1770-ci ildə (milad) Binyamin Franklin çəkmişdir və onu okean çaylarından ən sürətli çay kimi tanıtdırmışdır. Franklin bu çayı belə izah edir:"Sabit külək əsən vaxt Amerikadan qərbə doğru hərəkət istiqaməti başlayır. İsti sular Meksika və Xəlic boğazında da toplanmışdır. Nəticədə, Xəlic də bura qonşu olduğu üçün okean çaylarından məxrəc hesab olunur. Onların arasındakı məsafə 29 metrdir və dərinliyi 250 metrə çatır. Qolfistrimin Avropaya tərəf olan istiqaməti iki hissədən ibarətdir: şimal və cənub. Şimal tərəfdən Hind okeanına (Hind okeanının şimal hissəsinə) axır, cənub tərəfdən isə təkrarən Amerikanın isti çay yatağına istiqamətlənir". Buna əsasən də Qolfistrim dünyanın böyük çaylarından sayılır və onun uzunluğu 12000 metrdir. Alimlər uzun illər araşdırmalar aparsalar da, hələ də bu çayla bağlı qaneedici nəzər bildirməmişlər və onun əsasən sirli və müəmmalı iki xüsusiyyətini Yaradanın sirli elmləri ilə əlaqələndirmişlər: 

1) Okean suyunun soyuqluğu ilə çayın suyunun hərarəti arasındakı böyük fərq və bu qədər yaxın ikən isti və soyuq suyun bir-birinə qarışmaması;

2) Suyun hərəkət istiqaməti okeanın hərəkət istiqaməti ilə tam əksdir. 
Bu iki fərqli su formaca eyni kanaldan axan su kimi görünsə də, heç vaxt bir-birinə qarışmır.

Quranın-Coğrafiyası2.jpg

Şübhəsiz ki, Qurani-Kərim 1400 il əvvəl bunu söyləyib. Bəşər övladı üçün hələ də təbiətin açılmamış sirləri vardır. Mübarək "Ər-rahmən" və Quranın bir neçə surəsində bu çay haqqında deyilənləri aydın görmək olar. Həqiqətən də, bütün elmlərin başlanğıcı Allahın kəlamıdır.

أَمَّنْ جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
   
 "(Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!" (Nəml, 61)

    
وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِنْ كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

"
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (nemətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz" (Fatir, 12)

وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَٰذَا عَذْبٌ فُرَاتٌ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا

"Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!" (Furqan, 53)

İstifadə olunan mənbə: Quaranda çayların coğrafiyası

Müəlliflik Hüququ Əbədi Nur Jurnalına Məxsusdur


 6641, 

Dostların veb səhifələri

15654014
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2418
7422
49561
15456216
129153
160067
15654014

sizin IP ünvanınız: 3.133.126.241
2024-12-22 07:34

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!