Quran Elmləri

Tədrici nüzulun hikməti

Tədrici nüzulun hikməti

Tədrici nüzulun hikməti

Quranın tədricən nazil olmasının bir sıra hikmətləri var ki, onlardan ən mühümləri bunlardır.

1.   Peyğəmbərin (s) qəlbini möhkəmlətmək.      

Allah-təala “Furqan” surəsinin 32-ci ayəsində buyurur:

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلا

“Küfr edənlər dedilər: “Nə üçün Quran ona bir yerdə (bütünlüklə) nazil olmayıb?” Onun vasitəsilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və onu yavaş-yavaş, bir-birinin ardınca (23 il ərzində müxtəlif həcmlərlə sənə) oxuduq”.

Muhəmməd (s) 23 il ərzində bir çox çətinlik və əzab-əziyyətlərlə qarşılaşırdı.       Ayələrin tədricən, təkrar və davamlı nazil olması Peyğəmbərə (s) yeni ruh verir, onu şövqləndirirdi. Çünki onun öhdəsində “ümumbəşəri” risalət kimi ağır vəzifə vardı. Həzrətin (s) dostları çox az, maddi imkanları zəif idi. Digər tərəfdən də düşmənlərin inadkarlığı, yersiz bəhanələr və s. Peyğəmbərin (s) işini daha da çətinləşdirirdi. Belə üzücü anlarda bəşarət və ümidverici ayələrin nazil olması o həzrətin (s) pak qəlbinə aramlıq, təskinlik verirdi.

2.   İnsanların hazırlığı və təlim-tərbiyəsi.

 

Təlim-tərbiyə məsələsi də Quranın tədricən nazil olmasını tələb edirdi. Çünki təəssüb, təkəbbür kimi əxlaqi rəzalətləri aradan aparmaq, o dövrün insanlarını batil və xurafi əqidələrindən uzaqlaşdırıb, onları təqva, pərhizkarlıq və sağlam etiqadla əvəz etmək üçün zamana ehtiyac vardı, bu iş gərək tədricən, yavaş-yavaş gerçəkləşəydi. Necə ki, Allah-təala insanların diqqətini şəraba və onun (hazırlanmasına) mənşəyinə çəkir.

وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالأعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِقَوْمٍ يَعْقِلُونَ

“Və üzüm və xurma ağaclarının meyvələrindən məstedici içkilər... alırsınız” (“Nəhl” surəsi, ayə 67).

Sonrakı mərhələdə isə insanları düzgün və sağlam təfəkkürə sövq edir:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

“Səndən şərab və qumar haqda soruşurlar. De ki, onlarda böyük ziyan, günah və insanlar üçün mənfəət vardır. (Amma) Onların günahı (xeyirlərindən) mənfəətlərindən çoxdur...” (“Bəqərə” surəsi, ayə 219)

Üçüncü mərhələdə isə şərab barədə insanlara məhdudiyyət qoyur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَقْرَبُوا الصَّلاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ

 “Ey iman gətirənlər! Sərxoş halda nə dediyimizi bilənə kimi namaza yaxınlaşmayın...” (“Nisa” surəsi, ayə 43)

Sonuncu mərhələdə isə qəti olaraq şərabı haram edir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأنْصَابُ وَالأزْلامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları nəcis və murdardır və şeytanın işlərindəndir. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız” (“Maidə” surəsi, ayə 90).

3.  Quranın təhrif olmaması.

O zamanlar vəhyin kəlmələrini yazmaq hamı üçün mümkün deyildi. Vəhy katibləri də çox az idi. Buna görə də Quran bir dəfəyə nazil olunsaydı, təhrif olunma ehtimalı daha çox olardı. Quranın tədrici nüzulu onun təhrif olunmasının qarşısını alardı. Çünki ayələr nazil olduqca müsəlmanlar onları əzbərləyir, sonrakı ayələrin nüzulunadək artıq bu ayələr kamilən hifz olunmuşdur və bu Quranın təhrif olunmasının qarşısını alırdı.

4.   Ayələrin hadisələrlə bağlı (əlaqədar) nazil olması.

Quranın bir çox ayələri: müharibə, sülh, qələbə, məğlubiyyət və s. ilə müxtəlif hadisə və dəyişikliklərlə əlaqədar nazil olurdu. Və bu hadisələr tədricən, müəyyən zaman fasilələrlə baş verdiyi üçün bu münasibətlə nazil olan ayələr də tədricən nazil olurdu.

5.   Ayələrin mənası haqqında düşünmək.

Quranın tədricən nazil olmasının sirlərindən birini, müsəlmanların ilahi ayələrdə düşünməsi hesab etmək olar. Çünki bu zaman müsəlmanların, səmavi kitabın ayələri üzərində fikirləşmək, ilahi ayələrə daha çox diqqət edə bilmək üçün kifayət qədər fürsətləri olurdu.

6.   Quranın əzəmət və həqqaniyyətini göstərmək.

Quranın kitab etdiyi şəxslər tənqidçi inadkar və təəssübkeş kimsələr idi. Onlar bu ilahi xəbərlərin yayılmasının qarşısını almaq üçün hər cür hiylə və kələyə əl atırdılar. Buna baxmayaraq, ayələrin ürəyəyatan ahəngi onların daş qəlblərini yumşaldırdı. Quranın müxtəlif zamanlarda təkrar-təkrar mübariz istəməsi (yəni müşriklərdən Quran ayələrinə bənzər bir ayə gətirməsini tələb etməsi) və müşriklərin acizliyi bu səmavi kitabın haqq olmasını aydınlaşdırdı. Bütün bunlar Quranın tədricən nazil olması ilə mümkün olurdu.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 21, 

Dostların veb səhifələri

623697
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1343
4473
23636
462442
66664
116001
623697

sizin IP ünvanınız: 54.162.241.40
2017-11-18 13:59

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!