Quran Elmləri

Quran hifz etməyin qaydaları

Quran hifz etməyin qaydaları

 

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَي

 


{dd_yt_video}videoid:LD8QR43qU7Y&feature=youtu.be

«Möminlər yalnız о kəslərdir ki, Аллах зикр olunduqda qəlbləri titrəyər, Onun ayələri onlara oxunan заман иманларыны арырар və Daim öz Rəbblərinə təvəkəif.»

Allahın kəlamı peyğəmbərin (s) əbədi möcüzəsi olan Quran-Kərim yer üzünə nazil olduğu vaxtdan bu günədək. Bəlkə də dünyada ən çox oxunan və ən çox əzbərlənən bir kitabdır.

Quranı oxumaq və onu hifz etməyin əhəmiyyəti barədə çox sözlər deyilmiş, kitablar yazılmışdır. İslam Peyğəmbəri (s) против имамардана (ə) Коран Оксуянлара - хафизлырин дрюкчулри, онлар верлычака саваб против мукафатлара хаккинда бизə шатана дəйəрел хадисла даhaсə edəha Кораны Келбиндо Дашимак, Гек-гюндуз Илахи Каламла Унсийюдт Олмак, Викунды и другие люди, которые могут быть выслушали меня, вы были за  Hər birimiz üçün belə böyük neməti əldə etmək imkanı mövcuddur. Quranı hifz etmək üçün nə yaş, nə də ki güclü hafizə şərt deyil.Əlbəttə, Quranı kiçik yaşlarda əzbərləmək daha çox tövsiyə olunur. Lakin bu heç də o demək deyil ki, daha yaşlı adamlar hifzlə məşğul ola bilməz. Hafizəsi zəif olanlar isə sadəcə daha çox zəhmət çəkməli olurlar. Hətta hədisdə hafizəsi zəif olub çətinliklə Quran əzbərləyənlərə ikiqat savab vəd olunub. Bu müqəddəs işə başlamaq üçün əhəmiyyəti olduqca böyük olan mənəvi və ruhi hazırlığa ehtiyac vardır.

İlk öncə niyyət önəmlidir. Çünki hər bir işin dəyəri o işin hansı niyyətlə görülməsinə bağlıdır. Çalışmaq lazımdır ki, Quranı əzbərləmək Allahın razılığını qazanmaq, ibadət və zikr niyyətilə İlahi kəlamı təbliğ etmək kimi müqəddəs bir hədəf üçün olsun. Uşaqlara və yeniyetmələrə gəlincə isə onları nədiyyə və mükafatlarla bu işə rəğbətləndirməyin heç bir maneəsi yoxdur. Əksinə, bəlkə də ilkin mərhələdə zəruridir. Yaşları artdıqca isə onları Quranı hifz etməyin əsas hədəf və məqsədilə tanış etmək olar.

 

Mümkündür bir şəxs Quran əzbərləməyi çox istəsin və bu işə başlasın da. Lakin kifayət qədər əzm və möhkəm iradəsi olmadığı üçün işi davam etdirə bilməsin. Odur ki, möhkəm iradə nümayiş etdirib nizamlı proqram əsasında ciddiyyətlə çalışmaq uğur qazanmağın əsas amillərdəndir.

 

Hər bir şəxs Allahın yardımına ehtiyaclı olduğunu bilir. Qazandığı hər bir müvəffəqiyyət Onun lütf və fəzli sayəsindədir. Hər hansı bir işə başlamağı qərara aldıqdan sonra İlahi qüdrətə arxalanıb təvəkkül etmək məqsədə doğru gedən yolu daha da asanlaşdırır. Allah-Taala Qurani-Kərimdə buyurur:  “Elə ki, əzm və iradə edib qərara gəldin Allaha təvəkkül et”.

 

Quranı hifzində Allaha xüsusi inayətini cəlb etmək üçün dua çox təsirlidir (Bu barədə İmam Sadiqdən (ə) əzəmətli bir dua nəql olunmuşdur). Quranda buyurulur:  “Sizin duanız olmasaydı, Allah sizə diqqət etməzdi”.

Bunu da qeyd etmək lazımdır ki, Quranı hifz etməyin əb ibtidai şərti onu rəvan oxuya bilib müəyyən qədərdə təcvid qaydaları ilə tanış olmaqdır. Quranı səlist oxuya bilmədikdə hifz etmək bir neçə dəfə çətinləşir. Hifz və tərtil (rəvan oxuma) bir-birini tamamlayır.

Hafizlərə tərtil kasetlərindən istifadə etmək təkidlə tövsiyə olunur.

 

Hifz üçün hansı növ Quran münasibdir?

Münasib Quranın seçilməsi hifzin asan olmasına təsir edən amillərdəndir. Yaxşı olar ki, istifadə oluna Quran sadə, gözəl xətli, hərəkələri dəqiq və rahat oxunan olsun. Bər-bəzəyi az olub hərflər bir-birinin içinə keçməsin və tərcümə ilə yanaşı olsun. Ayələrin nömrələrində səhvin olmaması da mühümdür. Səhifələri rəngarəng və bəzəkli Quranlardan imkan daxilində istifadə olunmasın. Səhifələri tam ağ olan Quranlar da gözün yorulmasına səbəb olur. Quran nisbətən kiçik ölçüdə və ya cüzlər şəklində olsa, evdən xaricdə, digər münasib yerlərdə də vaxtı dəyərləndirərək hifzlə məşğul olmaq imkanı verər.

Bir cəhəti də qeyd etmək lazımdır ki, hifzlə məşğul olduğunuz müddət boyunca müxtəlif Quranlardan istifadə etməyin. Kiünki bu tədriclə zehndə çətinliklərə səbəb olur. Səhifələr, ayələr və kəlmələrin yeri zehində özünün müəyyən yerini tuta bilmir. Odur ki, ayələri yalnız bir növ Qurandan əzbərləyin.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

Müəlliflik hüququ «Əbədi nur» jurnalına məxsusdur.
2007/01 (002)


 4882, 

Dostların veb səhifələri

14267089
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5493
3903
26063
14090902
158902
173495
14267089

sizin IP ünvanınız: 44.200.39.110
2024-03-28 18:01

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!