Quran Elmləri

Kətabət mərhələsi (Quranın yazıları)

 
(0 votes)

          

Quranın yazılması

1-ci xəlifə Əbu Bəkrin dövründə Quranın cəm edilməsi

Xilafət məqamının göstərişi ilə səhabə qarilərdən bir qrupu Zeyd ibn Sabitin birbaşa idarəçiliyi altında Peyğəmbəri Əkrəmin (ə) evində olan və vəhy katiblərinin xətti ilə yazılan lövhə, kətif (qoyun və dəvə sümüyündən olan yazı vəsaiti) və ya səhabənin müshəfində olan surə və ayələri bir müshəfdə cəmləyib, nüsxələrini ətraf məntəqələrə göndərdilər.

    Yəqubinin nəqlinə görə, Əbu Bəkirin nəzarəti ilə 25 nəfər ənsardan [1] ibarət komitə təşkil edildi ki, bu işdə Zeydə yardım etsinlər. Onlara deyilmişdi ki, Quranı yazın və Səid ibn Asa ərz edin ki, danışıqda onun dili fəsahətlidir.

   Hişam ibn Urvə atasından nəql edir ki, Əbu Bəkir Ömərlə Zeydə göstəriş verdi ki, məsciddə otursunlar və yalnız o ayəni yazsınlar ki, həmin ayənin müddəaçısı ona iki şahid gətirmiş olsun.

   Əbu Bəkirin zamanında Quranın cəmlənmə üsuluna tutulan iradlardan biri də budur ki, istər yuxarıdakı rəvayət, istərsə də buna bənzər rəvayətlər göstərir ki, onlar qəti və sübuta yetirilməmiş dəlillə sübuta yetirilən ayəni sadə və ibtidai bir üsulla cəmləyirdi. Beləliklə, bir ayə və ya surənin yazılması zamanı əgər iki şahid gətirilsə idi həmin ayə qəbul olunurdu, halbuki, Quranın nəssi (birmənalı aydın kəlməsi) təvatur yolu ilə sübuta yetməlidir, nəinki iki adil şəxsin şahidliyi ilə. İrad irəli sürənlər bildirmişlər ki, Quranın bu metodla cəmlənməsi Allahın kitabına təhrifin yol tapmasını meydana gətirəcəkdir; Çünki bu üsulda lazımlı zəmanət vermə və lazım olan diqqət mövcud deyil. Nəticədə isə cəmləmə qənaətbəxş deyildir.

 Lakin hamıya məlum idi ki, Quran hafizləri həddindən çox idi və Zeydin özü də Quran hafizi idi. Əllamə Bəlağinin təbiri ilə desək, Quranın cəmlənməsi minlərlə Quran hafizlərinin nəzarəti altında həyata keçirilirdi. Buna görə də bu rəvayətdə iki şahid deyildikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır.

 İbn Həcər demişdir: İki şahid gətirilməsində məqsəd bu ola bilər ki, o iki şahid həmin Quran yazısının Həzrət Məhəmmədin (s) öz hüzurunda yazıldığına şahidlik etməli idi.

 Əbu Şamil deyir: “İki şahid gətirilməsindən onların məqsədi yalnız Peyğəmbərin hüzurunda yazılmış olanları ələ gətirib onu yazmaq və hafizələrdə olanlara etimad göstərməmək idi. Buna görə də Zeyd Quran hafizi olmasına baxmayaraq, “Bəraət” surəsinin axırıncı ayəsi haqqında dedi: “Onu yalnız Əbu Xuzeymə Ənsarinin yanında gördüm. Zeydin hədəfi bu ayəni yazılı sürətdə əldə etmək idi. Yoxsa ki, Zeyd və səhabələrin bir çoxu o ayəni əzbər bilirdilər."

 İkincisinə gəldikdə isə iki adil şəxsin şahidliyi deyildikdə, müddəaçı şəxsdən qeyri iki nəfər nəzərdə tutulmur, əksinə ayə, ya sürənin müddəaçısı özü bir şahid, ikinci şahid onun müddəasını təsdiq edəndir. Buna görə də Xəzimənin iddiası məsələsində onun şahidliyi – Peyğəmbər (s) onun şahidliyini iki nəfərə bərabər qərar verdiyi üçün – qəbul olundu.

Beləliklə, Allahın yer üzərinə göndərdiyi ən müqəddəs və ali kitabı yığılıb bu günki şəklə salındı. Müsəlmanlar bir müddətdən sonra Əlinin (ə) onlar üçün etdiyinə qayıtmalı oldular. Bu onu göstərir ki, həzrət Əlinin (ə) elmi Allahda və Onun Rəsulundan (s) qaynaqlanır. Nə qədər ümmət təsübkeşlik etsə də sonunda ehtiyac hamını elmin qapısına gətirmişdir.         

 Əbubəkrin zamanında hansı hadisə Quranın toplanmasına səbəb oldu?    

    Həzrəti Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra bir çox hadisələr baş verdi. Bunlardan biri də Yəmamə döyüşü idi ki, onun nəticəsi Quranın toplanmasına səbəb oldu. Təəssüflə qeyd olunmalıdır ki, bu döyüşdə yetmişdən çox Quran qarisi öldürüldü. Həzrəti Peyğəmbərin (s) vəfatından sonra baş verən bu döyüşdən müsəlmanlar çox narahat oldular. Xilafət məqamından qərar oldu ki, Quran rəsmi şəkildə cəm olunsun. Düşündülər ki, əgər Yəmamə müharibəsi kimi ikinci bir döyüş də baş versə Quranı sinələrində daşıyanların (hafizlərin) ölməsi nəticəsində İlahi kəlam aradan gedər.

Yəmamə döyüşü

Hicrətin 9-cu ilində Yəmamə vilayətindən olan Müseyləmə Kəzzab bir dəstə ilə peyğəmbərin görüşünə gəldi lakin geri qayıtdıqdan sonra peyğəmbərlik iddiasına qalxdı və özünü peyğəmbər elan etdi. “Museylimə Kəzzab” kimdir?

Bəkr ibni Vail qəbiləsinin bir qolu olan Bəni Hənifə rəisliyinə mənsub Museyləmə Hicrətin 9-cu ilində Mədinəyə gəlib İslamiyyəti qəbul edərək Bəni-Hənifə rəisliyini qəbul etdi. Peyğəmbərin xəstələndiyini eşitdikdə özünü yalançı peyğəmbər elan etdi və ayələr uydurdu. Peyğəmbərə bir məktub yazıb bildirdi: “Allahın elçisi Museyləmədən Muhəmmədə. Mülk bizim aramızda bölünməlidir”. Həzrət (s) də cavabında buyurdu: “Allahın elçisi Muhəmməddən (s) yalançı Museyləməyə....” Bu cavabdab sonra Museylemə Yəmaməliləri ətrafına yığır və döyüşə hazırlaşır.

Elə bu səbəbdən Həzrəti Peyğəmbər (s) ona Kəzzab (yalançı) ləqəbini verdi. Peyğəmbərin vəfatından sonra Hicrətin 12-ci ili Rəbiul-əvvəl ayında xəlifə Əbu Bəkr Xalid ibn Vəlidin sərkərdəliyi ilə 4500-ə yaxın bir qoşunu Müseyləmə Kəzzabla döyüşə səfərbər etdi. Bu çox ağır bir döyüş idi və çoxlu itkilərə səbəb olmuşdu. Müsəlmanlar 40 min nəfər qoşunla üz-üzə gəldilər. Müseyləmə döyüşdə qətlə yetirildi və müsəlmanlar qalib gəldilər.

1700 nəfər şəhid olmuş müsəlmanlardan bəzi rəvayətlərə görə 700 nəfərin, bəzi rəvayətlərə görə 400 nəfərin başqa bir rəvayətlərə görə isə 70 nəfərin hafizi-Quranın şəhid olduğu qeyd olunur. Bu hadisədən sonra müsəlmanlar çox narahat olmağa başladılar və Ömər ibn Xəttab xəlifə Əbu Bəkr ilə Quranı bir cild şəklində qoruyub saxlamağı qərara aldılar.  Bu işi Zeyd ibn Sabitə tapşırdılar.  

Zeyd ibni Sabit deyir: “Yəmamə döyüşündə müsəlmanlar ağır itkilər verdilər. Döyüşdən sonar Əbu Bəkr məni yanına çağıtdırdı və həmin vaxt Ömər də orada idi. Sonra Əbu Bəkr mənə dedi: – Ömərdən aldığım xəbərə görə Yəmamə müharibəsində çoxlu sayda hafizlər və qarilər qətlə yetirilib. Əgər bunun kimi digər bir döyüş baş versə Quranı sinələrində cəm edənlərin ölməsi ilə Quranın itirilmə təhlükəsi gözlənilir. Bu işi sənə tapşırıram ki, onun cəm edilməsi göstərişini sən verəsən.

Mən dedim: – Bu çox böyük məsuliyyətdir, bir halda ki, Peyğəmbər onu cəm etməyib, mən bu işi necə edə bilərəm? Ömər Xəttab dedi: – Allaha and içirəm ki, bu iş çox yaxşı bir işdir.

Onlar mənə dəfələrlə müraciət etdikdən sonar nəhayət Allahın inayəti ilə mən bu işi öz öhdəmə götürdüm”. [2]

Digər bir hədisdə Zeyd ibni Sabitdən nəql olunur: “Mən bu ağır məsuliyyəti üzərimə götürməkdən çəkindiyim zaman Əbu Bəkr mənə dedi: – Sən həm cavansan və həm də ağıllı, etibarlı bir kişisən. Peyğəmbərin (s) zamanında vəhyi yazıb qeydə almısan və bu işi layiqincə bacaracaqsan. Elə isə Quranı yazıb cəm et! Sonra Zeyd qeyd edir: – Allaha and olsun ki, əgər mənə dağı yerindən qoparmağı tapşırsaydılar bu işdən ağır və çətin olmazdı. Mən onlara; – Axı Peyğəmbərin (s) görmədiyi işi necə edə bilərik? Dedikdə isə Əbu Bəkr cavabında dedi: – Allaha and olsun ki, elə məsləhət budur.

Nəhayət mən araşdırmaralara başladım və nazik daş lövhələrində yazılmış, hafizlərin sinələrində qorunmuş Quranı cəm etməyə başladım”.[3]

Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”

İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”

İbni Cəzir “Ən-nəşr”, c.1, s-39

Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə              

[1] Həzrət Muhəmmədin (s) Mədinə şəhərindəki tərəfdarları, köməkçiləri.

[2] Səhih Buxari, c/6, bölüm; Cəmul-Quran, s-580,581. Əl-Burhan, c/1, s-326, Əl-İtqan, c/1, s-182. Mənahilul-İrfan, c/1, s-251, Əl-Mizan, c/12, s-119, Əl-Bəyan, s-258

[3] Quran dər İslam, s-192

 

 Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 144, 

Dostların veb səhifələri

15653919
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2323
7422
49466
15456216
129058
160067
15653919

sizin IP ünvanınız: 3.15.214.244
2024-12-22 07:25

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!