Quran Elmləri

Quranın adlanması

Quranın adlanması

 

الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجَا

“Həmd olsun o Allaha ki, Quranı (mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə nazil etdi” (“Kəhf” surəsi, ayə 1).

Keçən sayımızda Qurani-Kərimin adları və vəsfləri barədə söhbət açdıq. İndi isə bu asimani kitabın nə üçün Quran adlanmasını araşdıracağıq.

Qeyd etmək lazımdır ki, Quranın 3 adı:

Zikr”,

Furqan”,

Kitab” digər səmavi kitablar üçün də işlədilmişdir.

Yeganə “Quran” adı xüsusi bir ad kimi müsəlmanların səmavi kitabına verilmişdir.

Qurani-Kərimin müsəlmanlar arasında, xüsusilə də İslam peyğəmbərinin (s) vəfatından sonra ən çox yayılmış adlarından biri “Mushəf” olmuşdur. Bu ad Quranda gəlməmişdir.

Bəziləri belə düşünürlər ki, Peyğəmbər (s) həyatda olduğu zaman Quranın heç bir müəyyən adı yox idi. Peyğəmbərin (s) vəfatından sonra Quran cəm olundu və müsəlmanlar onu “Mushəf” adlandırdılar.

Quranın Peyğəmbərin (s) vəfatından sonra “Mushəf” adlandırılmasında heç bir şübhə yoxdur. Amma demək olmaz ki, Peyğəmbərin (s) zamanında bu asimani kitabın heç bir adı yox idi. Çünki, “Quran”, “Kitab”, Allahın Rəsulu (s) həyatda olduğu zaman Qurana verilmiş adlar idi. Buna şahid olaraq Peyğəmbərdən (s) gəlmiş hədisləri göstərmək olar.

Peyğəmbərdən (s) gələn məhşur bir hədisdə buyurulur: “Sizi fitnələr zülmət gecənin qaranlığı kimi bürüdüyü zaman Qurana sarılın”.

Başqa bir hədisdə deyir: “Quranın digər kəlamlardan üstünlüyü Allahın öz məxluqatından üstünlüyü kimidir”.

Həmçinin o Həzrətin (s) vəsiyyətində də belə gəlmişdir: “Həqiqətən də mən sizin aranızda iki böyük bir əmanət qoyub gedirəm: Allahın kitabı və mənim itrətim”.

Bu məzmunda olan hədislər çoxdur.

Həmçinin necə ola bilər ki, 23 il ərzində müsəlmanlar öz İlahi kitablarına ad qoymasınlar?!

“Quran” adı Qurani-Kərimdə xüsusi bir ad kimi işlənmişdir. “Mushəf” adı Qurana ona görə qoyulmuşdur ki, Peyğəmbərin (s) vəfatından sonra Qurani-Kərim bir yerə yığılıb kitab şəklinə salınmışdır. “Mushəf” iki cild arasında toplanmış yazı səhifələrinin məcmuəsinə deyilir.

O zaman cildlənmiş hər bir kitaba “Mushəf” deyilirdi. İstər o kitab Quran olsun, istərsə də qeyri-Quran. Odur ki, tam yəqinliklə demək olar ki, “Mushəf” Quranın xüsusi adı deyildir, o hər bir cildlənmiş kitaba deyilir. Yalnız "Quran"adı xüsusi ad kimi Allah tərəfindən Qurana verilmişdir.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 7683, 

Dostların veb səhifələri

15653678
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2082
7422
49225
15456216
128817
160067
15653678

sizin IP ünvanınız: 3.133.148.222
2024-12-22 06:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!