Quran Elmləri

Vəhyin tərifi

Vəhyin tərifi

 

وَمَا يَنْطِقُ عَنِ الْهَوَى 
 
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى 

 

“Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s)) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb”.

“O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır” (“Nəcm” surəsi, ayə 3-4).

Quran tarixi vəhy ilə sıx bağlıdır. Çünki Quran ayələrinin nazil olması yalnız bu yolla mümkün olmuşdur. Vəhy seçilmiş bir insan ilə qeyb aləmi arasında bir rabitədir. Quran vəhyin nəticəsi və hasilidir. Odur ki, tarixçilərin çoxu Quran tarixinə vəhydən başlamışlar.

 

  1. Lüğəvi mənası:

 

İbn Mənzur “Lisanul-ərəb” kitabında yazır: “Vəhyin mənası “işarə etmək”; “yazmaq və məktub”, “ilham”, “gizli kəlam” və “başqasını anladan hər bir şeyə” deyilir”.

Rağib İsfəhani deyir: “Vəhyin əsası cəld və sürətli bir işarədir. Buna görə də sürətlə icra olunan hər bir işə vəhy deyilir. Bu vəhy ya rəmzli bir kəlamla, ya yalnız (sözsüz) bir səslə, ya da əzalar vasitəsi ilə işarə və yaxud da yazı ilə ola bilər”.

Dördüncü əsrin məşhur lüğətçisi İbn Fars deyir: “Vəhy sözünün kök mənası “hər hansı bir elm və məlumatı gizli”, yaxud “aşkar şəkildə başqasına ötürməyə” deyilir. Başqasını anlatmaq üçün ona ilqa edilən hər bir şeyə vəhy deyilir”.

Beləliklə, vəhyin lüğəvi mənası “işarə”, “avaz”, “ilham”, “röya”, “vəsvəsə”, “məktub və yazı vasitəsi ilə elmi və agahlığı başqasına ötürmək” deməkdir. Bəziləri gizlin və sürətli olmağı da vəhyin mənalarından hesab etmişlər.

  1. Vəhyin elmi mənası:

 

Vəhyin elmi mənası – Allah peyğəmbərlərinin (ə) qeyb aləmindən asimani peyğamı almaq üçün bərqərar olan mənəvi bir rabitədir.

                                         Vəhy Quranda

Qurani Kərimdə vəhyin mənası bu kəlmələrlə işlənmişdir; İlham, Mələklər, şəyatin, insan, heyvan və yer. Daha çox işlənən vəhyin növü birbaşa olan vəhydir və bu növ peyğəmbərlərlə bağlıdır. Vəhy və onun xüsusunda olanlar peyğəmbərlərə rabitə şəkilində aid olur. Vəhyin müxtəlif mənalarından əsas altı hal üstünlük təşkil edir və bu mənalar lüğətdəki mənalarla uyğundur. Vəhyin altı mənası var və ibarətdir.

  • 1) Mələklərə olunan ilham  ̶   إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ  “O zaman Rəbbin mələklərə vəhy edirdi ki, “Mən sizinləyəm”.("Ənfal surəsi, ayə-12)
  • 2) İnsanlara olunan ilahi ilham   ̶    وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضِعِيهِ  “Biz Musanın anasına sirli və sürətli şəkildə ilham etdik: “Onu əmizdir”.("Qasas" surəsi, ayə-7)
  • 3) Cansızlara  olunan ilahi ilham   ̶  يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا - بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا
    “Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.  Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir”. ("Zəlzələ" surəsi,  ayə 4-5

 

Quranın xüsusiyyətləri

Quran – axırıncı İlahi vəhy olaraq peyğəmbərlərin (ə) sonuncusuna nazil olub, bəşər üçün əbədi hidayət nuru və Allah kəlamıdır.

Quran – Peyğəmbər (s) nübuvvətinin canlı şahidi, onun haqlığına ən möhkən və daimi dəlildir.

Quran – hər bir müsəlman üçün mənəvi sərmayə, onun islahının təlim edicisidir.

Allah-təala Quranı bizlərə belə tanıtmışdır:

إِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا

“Həqiqətən, bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir” (“İsra” surəsi, ayə 9).

  إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ

“Həqiqətən, öyüd verən bu Quran onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da, bu (Quran) möhkəm, qalib və məğlubedilməz bir kitabdır”.

“Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və təlimlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir” (“Fussilət” surəsi, ayə 41-42).

قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ

“(Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Quran! Bəlkə çəkindilər” (“Zumər” surəsi, ayə 28).

Quran tilavətinin təsirləri

Quranın mənasını və təfsirini bilməyənlər elə fikirləşməsinlər ki, onun tilavəti təsirsiz, oxunması ilə oxunmaması arasında fərq yoxdur. Yadda saxlamalıyıq ki, onun mənasını bilmədən də oxumağın insanın ruhiyyəsinə çox müsbət təsirləri var. Quran onu dərk edərək əməl olunması üçün göndərilməsinə baxmayaraq, gözəl və ruhverici kəlmələrdən ibarətdir. Onun cazibəli ahəngini eşidənin qəlbində Allah eşqi oyanır. Allah Rəsulu (s) Quran tilavəti haqqında buyurmuşdur:

“Necə ki, ulduzlar yer əhli üçün parıldayır, Quran oxunan ev də səmadakılar üçün parıldayır”.

Quran insanın orqanizminə və bir çox sağalmaz xəstəliklərin şəfasında da təsirlidir. Quran bu barədə belə buyurur: 

وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا

“Və de: “Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir)” (“İsra” surəsi, ayə 81).

وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى أُولَئِكَ يُنَادَوْنَ مِنْ مَكَانٍ بَعِيدٍ

“Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Quran etsəydik mütləq deyərdilər: “Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!” De: “(Bu kitabın nazil olmasında hədəf dil deyil). Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar” (“Fussilət” surəsi, ayə 44).

İslam Peyğəmbərinin (s) canişini olan həzrət Əli (ə) “Nəchul-Bəlağə”də buyurmuşdur: “Öz xəstəliklərinizdə bu kitabdan şəfa diləyin, çətinliklərinizdə ondan kömək tələb edin. Çünki bu kitabda böyük dərdlərin dərmanı var”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 4536, 

Dostların veb səhifələri

14428146
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5329
5365
24141
14261152
136870
183089
14428146

sizin IP ünvanınız: 3.137.164.241
2024-04-25 17:38

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!