Quran Elmləri

Zeyd ibni Sabitin Quranı cəm etməsi

 
(0 votes)

                               Zeyd ibni Sabitin Quranı cəm etməsi

Zeyd Quranla bağlı pərakəndəliyi aradan qaldırmaq üçün onu cəm etməklə məşğul oldu. Zeydin birinci gördüyü iş səhabələrdən ibarət bir qrup təşkil etməsi oldu və onlara buyurdu ki, hər kəs öz yanında olan müshəfləri bir araya gətirib və komitəyə təqdim etsin. Onun dəstəsi 25 nəfərdən təşkil olunmuşdu və bu şuranın rəhbərliyini öz öhdəsinə götürmüşdü. [1] Bu heyətin üzvləri bütün məscidlərdə, fərdi şəxslər tərəfindən saxlanılan müshəfləri bir yerə toplayırdılar. Pərakəndə şəkildə toplanmış Quran surələrini hamı bu heyətə təqdim ediri və bundan başqa həmin müshəflərin Qurandan olub-olmasına əgər iki nəfər şahidlik etməsəydi qəbul olunmurdu. İki şahid ona görə idi ki, birinci şahid vəhy yazılarının həqiqətən Quran hadisələri ilə uyğunluğunu təsdiq edirdi. İkinci şahid isə onun hifzinə görə idi, yəni, – filan ayəni öz qulağımla Peyğəmbərdən (s) eşitdim, deməli idi. Habelə, Zeyd iki mühüm nöqtəyə toxunur və qeyd edir ki;

1- Yazılı ayələri və surələri araşdırmağa başladım və bəzən bir surə bir neçə nəfər tərəfindən yazılmışdı. Lakin, “Bəraət” surəsinin axırıncı iki ayəsini yalnız Xuzeymə ibni Sabit Ənsaridən[2] ələ gətirdim və bu ayəni şahidsiz qəbul etdim. Çünki, Peyğəmbər (s) Xüzeymənin şahidliyini iki nəfərin şahidliyi kimi bilirdi. Elə buna görə də ayəni həmin surədə yerləşdirdik. [3]

2- Ömər ibni Xəttab elə güman edirdi ki, bu hədisi Quran ayəsi hesab etməklə onu Qurana əlavə edə bilər və ona gorə də bu cümlədə şahid qəbul etmədi;

«الشیخ والشیخة إذا زنیا فارجموهما ألبتة» (Peyğəmbərdən (s) nəql olunan hədis: “Allah qocanın etdiyi zinanı bağışlamaz” hədisdə qeyd olunan şeyxun və şeyxətun – qoca kişi və qoca qadına işarədir) bu yazıya görə şahid istədilər və o, təqdim olunan şahidlərin hər birini inkar edərək dedi ki, Peyğəmbərdən (s) o cür və filan, (başqa cür deyilib) ... eşidib. Ömər hətta omrünün son günlərinə qədər israrla deyirdi: – Əgər camaatın “Ömər Qurana bir şey əlavə edib” deməsindən qorxmasaydım bunu Qurana əlavə edərdim (Ömərə tutulan iradlardan biri elə budur ki, deyir, camaatdan qorxmasaydım bunu Qurana əlavə edərdim, halbuki, bu işi görmək üçün gərək birinci Allahdan qorxaydı). Bu timsalda bir neçə hadisələr baş verib və Ömər öz şəxsi rəyinə üstünlük verməklə bəzi məsələləri haram bilib onun icrasına qadağa qoyub, ya da ki, bəzilərini halal hesab edib.

Bu tərtiblə Zeyd ayələri və surələri cəm etdi və onun pərakəndəliyini, itirilmə təhlükəsini aradan apardı. Hər bir kamil surəni dəridən hazırlanmış sandığa (rab-ə) yerləşdirirdi. Beləliklə, bütün surələr ard-arda sandıqda qərar tutdu. Lakin surələr müshəflərdə cəm olmuşdu və onlar arasında xüsusi bir tərtib, nizam yox idi.[4] Yazılmış müshəflər tamamlandıqdan sonra Əbu Bəkrə təhvil verildi və bu məcmuə Əbu Bəkrdən sonra Ömərə ötürüldü. Ömərin vəfatından sonra isə qızı Həfəsə onu əmanət kimi qoruyub saxladı. Osmanın xilafətində həmin müshəfi digərləri ilə tutuşdurmaq üçün Həfəsədən əmanət kimi götürdülər və sonra yenidən ona qaytardılar. Daha sonra isə Həfəsə vəfat etdi və Müaviyənin Mədinəyə vali təyin etdiyi Mərvan onu Həfəsənin vərəsələrindən götürdü və onu aradan apardı.    

Səhabələrin müshəfləri

Peyğəmbərin (s) vəfatından sonra həzrət Əlinin (ə) müshəfi rəsmi şəkildə qəbul olunmadı və bu iş Zeydə tapşırıldı. Bundan başqa böyük səhabələrdən bir dəstə də Quranı cəm etməklə məşğul oldular. O cümlədən,

1- Abdullah ibni Məsud,

2- Ubb bin Kəəb,

3- Miqdad bin Əsvəd,

4- Salim Movla əbi Huzeyfə,

5- Məaz bin Cəbəl

6- Əbu Musa Əşəri.

Deyilənə görə, səhabələrdən ilk surələri tərtib edən şəxs Salim Movla Əbu Huzeyfə olmuşdur. Quran cəm olunduqdan və vərəqlər üzərinə yazıldıqdan sonra ona ad qoymaq üçün bir şura məclisi təşkil etdilər. Bəziləri “sefr” adını irəli sürdülər, Salim və başqaları bu adı bəyənmədilər, çünki bu ad yəhudilərin kitablarının adı idi. Sonra Salim “müshəf” adını təklif edərək bildirdi ki, Həbəşədə bu cür səhivələrdən cəm olunmuş bir kitab gördüm ki, ona “müshəf” deyirdilər. Şura məclisində iştirak edənlər “müshəf” adını yekdilliklə qəbul etdilər və bu mətləbə digər səhabələrin müshəflərində də işarə olunur.[5]

İbni Məsudun müshəfi – bu xüsusiyyətlərə malik idi.

1- Surələrin tərtibi belə idi; Səbi-tuvəl, Miyun, Məsani, Həvamim, Mumtəfinat, Mufəssilat.

2- Bu müshəfdə 111 surə vardı. Çünki, müshəfdə “Həmd” və “Muəzzəteyn” surələri qeydə alınmamışdı. Onun fikrinə görə Quran surələrinin yazılması əsasən unudulub aradan getməməsi və pərakəndəlikdən qorunması üçündür, lakin, Fatihə surəsi namazda çox təkrarlandığından onun hafizələrdən silinməsi qeyri-mümkündür. Bundan başqa deyib ki, “Fatihə” surəsi Quranı bütövlükdə bəyan edən bir surə olduğu üçün onu surələr sırasına daxil etməyə ehtiyyac yoxdur. Muvəzzəteyn surələrinə gəlincə isə bu iki surə (Fələq, Nas) bəd nəzərdən qorunmaq və sehr-cadunu dəf etmək xüsusunda zikr olunmuşdur. Hətta, bir hədisdə qeyd edir ki, Peyğəmbər (s) yəhudilərin tilsimindən qorunmaq üçün bu iki surəyə pənah aparmışdır. [6] İbni Məsud nə vaxt görsəydi ki, bu müshəfə həmin iki surəni daxil ediblər dərhal onu silər və deyərdi: “Qurandan olmayanı Qurana qarışdırmayın və heç vaxt bu iki surəni namazda qiraət edtməyin”.

3- “Əl-İqna” kitabının müəllifi bir rəvayətə görə nəql edir ki, İbni Məsudun müshəfində “Bəraət” surəsinə بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ də yazılmışdır. Sonra yazır ki, onu mötəbər hesab etmək olmaz.[7]

4- İbni Məsudun müshəfində Quran ayələrinin və kəlmələrinin çoxuda ixtilaflı nəzərlər mövcuddur və bu ixtilaflar tarixdə məşhurdur. Çünki, İbni Məsud elə düşünürdü ki, Quran kəlmələrini sinonim sözlərlə əvəz etmək və ya çevirmək olar. Məsələn, o, زخرف sözünü ذهب -ə, عهن kəlməsini isə صوف -ə çevirirdi. Çünki, bu sözlər sinonim mənalıdır. Hətta o, əcəmdən olan bir kişiyə Quran öyrədərkən, اثیم kəlməsi çətin tələffüz olunduğundan ona yenilik gətirdi və dedi:

“إِنَّ شَجَرَةَ الزقوم – طَعام الفاجر”[8] əslində isə ayədə kəlmə “طَعَامُ الْأَثِيمِ”[9] idi.

5- İbni Məsud öz müshəfində bəzi kəlmələri aydınlaşdırmaq məqsədi ilə ayəyə bəzi kəlmələr əlavə etmişdi. Məsələn, وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا [10] sözünü فاقطَعُوا ایمانهما kəlməsinə çevirmişdi, çünki, ayədə hansı əlin kəsilməsi məlum deyildi. Yaxud da,

وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ [11] bu kəlməni وَأَقِيمُوا الْوَزْنَ باللسان bu cür deyirdi. Çünki, tərəzidə ölşünün düz ya səhf olmasını dilin vasitəsilə güman edirdi.

إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا [12] bu ayəni إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صمتاً... kəlməsi ilə əvəz edirdi (yəni, sükut etmək orucu tutmağı nəzr eləmişəm).           

 [1] Tarixi-Yəqubi, c/2, s-113

[2] Xuzeymə bin Sabit Ənsari “Zuş-şəhadəteyn” ləqəbinə malik olub. Çünki o, Peyğəmbərlə (s) bütün müharibələrdə iştirak edib və Əliyə (ə) yaxın bir şəxs olub. Siffeyn və Cəməl müharibəsində iştirak edib və Peyğəmbər (s) onun şəhadətliyini iki nəfərin şahidlik etməsi kimi qəbul edib. “Usdul-Ğabə”, c/2, s-114

[3] Musahif Səcistani, s-6,9. Səhih Buxari, c/6, s-225

[4] İbni Hicr Qastilani “İrşadus-səəri fi şərhil-Buxari”, c/7, s-449, “Ət-Təmhid”, c/1, s-300

[5] “Əl-Kamil fit-tərix”, c/3, s-55, Əl-İtqan, c/1, s.58. Məsahif Səcistani, s.11-14

[6] İbni Quteybə, “Təəvil muşkulul-Quran”, s.48-49

[7] Əl-İtqan, c.1, s-65

[8] Duxan-43

[9] Duxan-44

[10] Maidə-38

[11] Ər-Rahmən-9

[12] Məryəm-26

 

Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”

İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”

İbni Cəzir “Ən-nəşr”, c.1, s-39

Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə  

 

 

 Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 138, 

Dostların veb səhifələri

15651949
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
353
7422
47496
15456216
127088
160067
15651949

sizin IP ünvanınız: 3.138.67.56
2024-12-22 01:14

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!