Quran Ziyafəti

“Fatihə” surəsi haqqında

“Fatihə” surəsi haqqında

“Fatihə” surəsi haqqında

 

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

“Bağışlayan və mehriban Allahın adı ilə.

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Həmd və sitayiş aləmlərin Rəbbi olan Allaha məxsusdur.

الرَّحْمَنِ الرَّحِيمِ

Rəhmli və mehriban Allahın adı ilə.

مَالِكِ يَوْمِ الدِّينِ

Cəza gününün sahib və hökmdarına.

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

Bizi doğru yola hidayət et!

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلا الضَّالِّينَ

Nemət verdiyin kəslərin – qəzəbə düçar olmamış və azmamışların yoluna!”

 

 

Müqəddəs Quranı açdıqda  onun “Fatihə”  surəsi ilə başlandığını görürük. Namazda oxunması vacib olunduğundan demək olar ki, əksər müsəlmanlar onu əzbər bilir və gündə ən azı on dəfə təkrar edirlər.

Bu surəni Quranın tovhid, nübuvvət, məad kimi əsas bəhslərini özündə əks etdirən qısa icmal da adlandırmaq olar. Məhz bu xüsusiyyətinə görə o, hədislərdə Quranın üçdə birinə, hətta Quranın özünə bərabər tutulmuş və “Əl-əsas” adlandırılmışdır. İbn Abbasdan rəvayət olunur ki, hər bir şeyin əsası vardır... Və Quranın da əsası “Fatihə”, “Fatihə”nin də əsası “Bismilləhir rahmanir rahim”dir”.

Bu surənin harada nazil olmasına gəlincə isə Təbərsi özünün mötəbər “Məcməul-Bəyan” təfsirində İbn Abbas və Qutabəyə görə onun məkki, Mücahidə görə isə mədəni olduğunu yazır və həm Məkkədə, həm də Mədinədə iki dəfə nazil olmasının deyildiyini də qeyd edir. Bu surəyə, özünəməxsus xüsusiyyətlərinə görə müxtəlif adlar verilmişdir.

Quran bu surə ilə başladığı üçün “Fatihətul-kitab” (“Kitab açan”),

digər surələrdən əvvəl gəldiyi və bir növ müqəddimə xarakteri daşıdığı üçün “Ummul-kitab” (“Kitabın anası”),

yeddi ayədən ibarət olduğu üçün “Əs-səb” (“Yeddi”),

namazda təkrarlandığı və iki dəfə nazil olduğu üçün “Əl-məsani” adlandırılmışdır.

Bunlar surənin məşhur adlarıdır. Əlavə olaraq “Fatihə” surəsi namazda bölünmədiyi üçün “Əl-vafiyə”,

öz-özlüyündə kifayətedici olduğu üçün “Əl-kafiyə”,

Quranın əsas hesab edildiyi üçün “Əl-əsas”,

bütün dərdlərə dərman olduğu üçün “Əş-şifa” adlandırılmışdır.

Peyğəmbərdən (s) rəvayət olunur ki, “Fatihətul-kitab” bütün dərdlərın şəfasıdır. Həmçinin, “Fatihə” surəsinə namaz mənasında olan “Əs-saləh” də deyilmişdir.

Peyğəmbərin (s) belə buyurduğu rəvayət olunur: Allah-Taala dedi:   “Namazı özümlə bəndəm arasında iki yerə bölmüşəm. Yarısı mənim, yarısı bəndəm üçündür. Bəndəm “Əlhəmdu lilləhi rabbil aləmin” dedikdə Allah deyər: “Bəndəm Mənə həmd etdi”. “Ərrahmənir rahim” dedikdə Allah deyər: “Bəndəm Məni təriflədi”. Bəndə: “Məliki yəumiddin” deyəndə Allah deyər: “Bəndəm Məni uca tutdu”. “İyyəkə nəbudu və iyyəkə nəstəin” dedikdə isə Allah deyər: “Bu Mənimlə bəndəm arasındadır və bəndəmə istədiyi verilər”. Bəndə: “İhdinəs-sıratal-mustəqim” və surəni axıradək dedikdə Allah deyər: “Bu bəndəm üçündür və bəndəm üçün istədiyi vardır”.       

 

“Fatihə” surəsinin fəziləti barəsində “Məcməul-Bəyan” təfsiri bir neçə hədis nəql edir. Belə ki, Ubey ibn Kə’b Allah Rəsulunun (s) belə dediyini nəql edir: “Hər hansı bir müsəlman “Fatihətul-kitab”ı oxusa, ona Quranın üçdə birini oxumuş və hər bir mömin və möminəyə ehsan etmiş kimi savab verilər”.

 

Ubey ibn Kə’bin belə dediyi nəql olunur: “Fatihətul-kitab”ı Allahın Rəsuluna (s) oxudum. Dedi: “And olsun canım əlində olan Allaha. Allah nə Tövratda, nə İncildə, nə Zəburda, nə də ki Quranda onun mislini nazil etməyib. O, “Ummul-kitab”dır (“Kitabın anası”dır) və “Səbul-məsani”dir (“İki dəfə nazil olmuş və ya təkrarlanan yeddi ayə”dir). O, Allah ilə bəndəsi arasında bölünüb və bəndəsi üçün dilədiyi vardır.

 

Muhəmməd ibn Məsudun kitabında sənədi ilə birlikdə Peyğəmbərin (s) Cabir ibn Abdullah Ənsariyə belə dediyi nəql olunur: “Ey Cabir, Allahın öz kitabında endirdiyi ən fəzilətli surəni sənə öyrədimmi?”

Cabir dedi: “Bəli, ya Rəsulləllah (s), ata-anam sənə fəda, onu mənə öyrət”.

Peyğəmbər (s) “Ummul-kitab”ı ona öyrətdikdən sonra dedi: “Ey Cabir, onun barəsində sənə xəbər verimmi?”

Cabir dedi: “Bəli, ata-anam sənə fəda, məni xəbərdar et”.

Allahın  Rəsulu (s) buyurdu: “O zəhərdən başqa hər bir dərdə şəfadır. Zəhər isə ölümdür”.

 

İmam Əlinin (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən:

“Fatihətul-kitab” ərşin xəzinələrində olanlardan daha şərəflidir. Allah  bu surə ilə Həzrət Muhəmmədə (s) şərəf bəxş etmişdir və Həzrət Suleymandan (s)  başqa heç bir peyğəmbər bunda onunla şərik deyil. Suleymana (ə) isə “Fatihə”dən yalnız “Bismilləhir rahmənir rahim” verilmişdir.

 

Onu oxuyana hər hərfinə görə bir yaxşılıq yazılar ki, dünyada olan hər bir şeydən daha üstündür.

 

“Fatihə” oxuyan şəxsi dinləyənə oxuyanın savabının üçdə biri verilər.

 

Seyid Muhəmməd Rza Ğiyasinin “Məfatihul-hacət” kitabında Peyğəmbərdən (s) nəql olunur ki, “Fatihə” surəsinin fəziləti ərşi daşıyan mələklərin fəziləti kimidir. Bu surəni oxuyan şəxsə ərşi daşıyanların savabı əta olunar.

Həmçinin, buyurub ki, “Fatihətul-kitab” tərəzinin bir gözünə, Quranın qalan hissəsi digər gözünə qoyulsa, “Fatihətul-kitab” yeddi dəfə ağır gələr.

Nemətullah Salihinin “Quranın cism və ruha təsiri” kitabında “Fatihə” (“Həmd”) surəsinin şəfa olması haqqında məsumlarımızdan bir çox hədislər nəql olunmuşdur.

İmam Sadiq (ə) buyurmuşdur: “Ağrısı olan yetmiş dəfə  “Fatihə” surəsini oxuyarsa, ağrısı sakitləşər”. Xəstəlik və ağır tapan hər bir kəs yeddi  dəfə “Fatihə” surəsini oxusun. Əgər şəfa tapmasa, yetmiş dəfə oxusun. Bu zaman mən onun şəfa tapmasına zaminəm”.

 

“Fatihə” surəsi vasitəsilə şəfa tapanlar yalnız adi insanlar deyildir. İmam Hüseyn (ə) kimi böyük şəxsiyyətlər də bu mübarək surədən şəfa tapmışdır.

Möminlər əmiri Həzrət Əli (ə) buyurmuşdur: “Bir gün Həzrət Hüseyn (ə) uşaq ikən xəstələnir. Həzrət Fatimə (s.ə) onu qucağına alaraq atasının yanına aparır və deyir: “Ya Rəsuləllah (s), Allahdan oğluma şəfa verməsini istə”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Qızım, Allah onu sənə bəxş etdiyi kimi şəfa verməyə də qadirdir”.

Bu vaxt Cəbrail nazil olaraq buyurdu: “Ya Muhəmməd (s), Allahın sənə nazil etdiyi bütün surələrdə “f” hərfi vardır. Yalnız mübarək “Fatihə” surəsində  bu hərf yoxdur. “F” hərfi afət, fəlakət və bəladandır. Ya Muhəmməd, bu surəni qırx dəfə içində su olan qaba oxu və Həzrət Hüseynin (ə) bədəninə tök. Bu halda Allah-Taala ona mütləq şəfa verəcəkdir”.   Peyğəmbər (s) Cəbrailin göstərişinə əməl etdi və onun bərəkətindən Allah İmam Hüseynə (ə) şəfa verdi.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 300, 

Dostların veb səhifələri

1916746
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1424
2546
12391
1757782
67152
151094
1916746

sizin IP ünvanınız: 54.81.196.35
2018-08-14 10:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!