Quran Ziyafəti

Qurandan hər şeyi oxuyub başa düşə bilərikmi?

 
(0 votes)

                                                                                                   Qurandan hər şeyi oxuyub başa düşə bilərikmi?

Bəziləri deyirlər: “Qurandan hər şeyi oxuyub başa düşmək olar, hədis və rəvayətə ehtiyac yoxdur” deyənlərin fikri nə dərəcə doğrudur?

Bir çox məsələlər vardır ki, Quran o məsələlər, işlər, qanunlar barədə danışır, bəhs edir, lakin onun izahını həlli yollarını Peyğəmbərin (s) öhdəsinə qoyur. Şəriəti düzgün başa düşmək üçün Qurandan sonra Peyğəmbərimizin (s) və məsum imamlarımızın (ə) hikmətli və müqəddəs kəlamlarına ehtiyac var. Çünki Quranın bir çox ayələri onların hikmətli kəlamları ilə açıqlanır və təfsir elmi bunun nümunəsidir. Başqa cür anlamaq mümkün deyil.

1- Əvvəla deməliyik ki, Quran 6666 ayədən ibarətdir. Lakin bu qədər ayə ilə İslamın şəriət məsələlərini izah etmək mümkün deyil. Çünki insanı düşündürən çox məsələlər var. Və ayələr tək başına həmin məsələləri bütün incəliklərinə qədər izah eləmir. Çünki, Quran ayələri hər hansı bir anlayışı bir növ formul çəklində ümumi izah edir. İncəlikləri isə Peyğəmbər (s) və məsum imamların (ə) hədislərində şərh olunur. Hədisin əhəmiyyəti olduqca böyükdür. Hədis olmasa Quran da izah edilə bilməz və onun mənası aydın olmaz. Bir çox məsələlər insan üçün qaranlıq qalar və onu düzgün yerlərə istifadə edə bilməzlər. Mümkün deyil onun mənası yalnız ayə ilə açıqlana. Məsələn, Bəqərə-43 də buyurulur:

“Namaz qılın və zəkat verin. Ruku edənlərlə ruku edin”. Amma namazı necə qılmağı, azanı necə verməli bu barədə açıqlama verilmir. Və bunların heç birinin izahı Quranda yoxdur. Həmçinin digər vacib hökmlər, həccə getməyin vacibliyi (Ali-İmran-97) buyurulur. Amma o evə necə getmək, şərtləri nədir, təvaf necə edilməlidir və s. bunlar izah olunmayıb. O zaman Qurandan hər mənanı biz necə başa düşə bilərik? Bu bir cavabdır. (bu bir əqli dəlildir, yəni, insan üşünəndə artıq başa düşür ki, mümkün deyil).    

2- ci məsələ isə budur ki, Quran aspektindən buna baxsaq, əgər Quranı açmaq üçün hədis və təfsirə ehtiyac yoxdursa, onda nə üçün Allah-təala Peyğəmbərə (s) dəfələrlə buyurur “açıqla”, izah et. وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ  elə isə nə ehtiyac var idi bu sözə? Bir halda ki Allah-təala ona vəhy nazil edibdir və Allah çox yaxşı bilir ki, əgər Onun kəlamı açıqlanmasa başa düşülməz.

Bu ayələrdən başa düşülür ki, Quranın şərafətli ayələri hər hansı bir məsələ barədə ümumi göstərişlər verir, bizə vacib olan vəzifələrimizi ümumi şəkildə buyurur. Lakin onların necə bir nəzmlə, düzgün icra edilməsinin izahını Peyğəmbərinə (s) tapşırır. Allahın Rəsulu (s) bunu izah etməsəydi, onda bu əmrlərin mənası olmazdı və hər kəs öz istədiyi kimi izah edərdi ki, bunun da nəticəsi böyük təfriqələrlə sonlanardı.

Peyğəmbərin (s) zamanında təfsir elmi yox idi, ehtiyac da duyulmurdu. Çünki, Peyğəmbərin (s) açılaması həm hədisdir və həm də təfsirdir. Həmçinin, hədislər İslamla bağlı bir çox məsələlərə aydınlıq gətirir. Quranda ümumi şəkildə verilmiş hökmləri təfərrüatı ilə izah edir. Odur ki, əgər kimsə desə ki, Quran özü öz ayələrini açır və hədisə ehtiyac yoxdur, deməli böyük səhv etmişdir. Əgər ayədən hər hansı bir mənanı başa düşmək üçün hədis və təfsirdən istifadə etməsək onun həqiqətini başa düşmərik.

İlahiyyatçı; Sara Əmirzadə

 

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 134, 

Dostların veb səhifələri

15653826
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2230
7422
49373
15456216
128965
160067
15653826

sizin IP ünvanınız: 18.226.28.97
2024-12-22 07:15

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!