Tibb

Quranda gücün üstünlüyü

Quranda gücün üstünlüyü

 

Quranda gücün üstünlüyü

Quran ən böyük ibrət və insan həyatını düzgün yaşam proqramı ilə əhatə edən səmavi bir kitabdır. Bu müqəddəs kitabda insanın yaradılışı ilə bağlı ayələrlə yanaşı, orqanizmin qüvvətli olmasına da toxunulur. Bəzi ayələrdə güclü olmaq və qüvvətin insan həyatı üçün əhəmiyyəti ruhun güclənməsi ilə birlikdə zikr olunur. Həmin ayələrə nəzər salaraq bu məsələyə aydınlıq gətirək.

 

Talut və bədənin qüvvətlənməsi

Bədənin qüvvətlənməsindən söz açılanda Quranda məziyyət və üstünlük cəhətindən zikr olunmuş hadisə Talut və Bəni-İsrail qövmüdür. Yəhudi qövmü Fironun hökmranlığı altında zəif və bacarıqsız idilər. Nəhayət, Həzrət Musanın (ə) ali rəhbərliyinin sayəsində onlar kədərli məziyyətlərindən nicat tapıb, qüdrət və əzəmətə çatdılar. Amma bir müddətdən sonra təkəbbür edib qanunu pozdular. Həmin cəhətə əsasən, nəticədə onların yaşayış yeri devrildi (Fələstinlə Misirin arasında yerləşən dənizin sahilində). Həmçinin vilayətlər Calutun tərəfindən ələ keçirildi. 440 nəfər isə Calutun əsarətinə düşdü. Bu vəziyyət bir neçə il davam etdi. Bu əsarət Allah-taala İşmuil adlı peyğəmbəri onların xilas olmaları üçün seçdiyi vaxta qədər davam etdi. İlahi peyğəmbər Bəni-İsrailin siyasi vəziyyətini müəyyən qədər sahmana saldı. Bəni-İsrail düşmənlərlə müharibə etmək, öz torpaqlarını işğal altından çıxartmaq, əvvəlki şərəf və qüdrətlərini bir daha qazanmaq üçün İşmuil peyğəmbərə dedilər ki, onlar üçün bir padşah təyin etsin. İşmuil peyğəmbər Allahın hökmü ilə  Talutu onlar üçün padşah seçdi.

(İsrail övladının) peyğəmbəri onlara dedi: «Allah Talutu sizə padşah göndərdi». Onlar isə: «Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?» – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: «Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!» («Bəqərə» surəsi, ayə 247)

Talut sadə bir əkinçi kişi idi. Onun padşah seçilməsi ilə bağlı camaat arasında bir sıra etirazlar baş qaldırdı. Onlar dedilər ki, niyə o, bizə padşahlıq etməlidir. Biz bu vəzifəyə ondan daha layiqik. Onun heç bir sərvəti, qüdrəti və ictimaiyyətdə mövqeyi yoxdur. Heç vaxt padşah, rəhbər olmayıb və peyğəmbər də deyil. Beləliklə, İşmuil Talutun padşahlıq əlamətlərini onlar üçün açıqladı və onların iradlarına cavab verdi: «Allah onu elminə, qüdrətinə və güclü bədəninə görə sizə rəhbər seçib». İşmuil peyğəmbərin əsas qeyd etdiyi iki xüsusiyyətdən biri bədənin gücü barəsində idi. Ümumilikdə isə rəhbərlik məqamını ələ gətirməkdə bu iki xislət (güc və elm) mühüm rol oynayırdı. Həmçinin bədənin qüvvətli olması elmlə yanaşı, fəzilət və üstünlük də hesab olunur. Qurani-kərim bu hadisənin ardınca belə buyurur:

Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: «Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da bir ovucdan artıq içməsə, o məndəndir»! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb və müharibə meydanında öz qüdrətlərini itirib) dedilər: «Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur»! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inananlar isə dedilər: «Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!»

Beləliklə, ixlas və itaət əhli münafiq insanlardan seçildi. Talut başa düşdü ki, qoşunun çoxunu iradəsiz, gücsüz və qorxaq insanlar təşkil etmişdir. Bu hadisənin davamı olaraq Quranda həmçinin Davudun (ə) gücünə də işarə olunur. Talutun əsgərləri Calutun cürətindən söz açıb onu tərifləyərkən o belə dedi: «Nə üçün Calutu bu qədər güclü sanıb ondan qorxursunuz? And olsun Allaha, əgər onu görsəm, məğlub edəcəm». Əsgərlər Davudun sözünü Taluta çatdırdılar. Talut onu öz yanına çağıtdırıb soruşdu: «Sənin gücün nə qədərdir? Öz qüvvəni necə təcrübə etmisən?» Davud dedi: «Bəzi vaxt yırtıcı şir qoyunlarımdan birini apararkən mən dalınca qaçıb, qoyunu onun ağzından çıxarmışam, şirin isə başını bədənindən ayırmışam». Talut cavanın gücünə əmin olub öz zirehini ona geyindirdi və dedi: «Ümidvaram ki, Allah-taala Calutu bu cavanın qüvvətli əlləri ilə məhv edəcək».

«Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır».

Allah (lövhi-məhfuzda): «And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!» – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Bəqərə surəsi, ayə 247-251)

Istifadə olunan mənbə: Qurani-kərim Bəqərə 247-251

İlahiyyatçı, islamşünas Sara Zahidqızı 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 203, 

Dostların veb səhifələri

2234203
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3166
7401
28260
2056777
100533
131995
2234203

sizin IP ünvanınız: 54.196.26.1
2018-10-20 16:45

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!