uşaq nəşri

Sağlamlıq əmanətdir

Əsəblərin təbii yolla müalicəsi (1)

...أَلا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوب

"Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır".

Yaşadığımız mühit öz problemləri və çoxsaylı maneələri ilə insan psixologiyasını təzyiq altında saxlayaraq öz mənfi təsirini hər gün daha çox göstərməkdədir. Sözsüz ki, hər bir insanda çətinliklər qarşısında müəyyən bir dözüm həddi vardır. Problemlərin yaratdığı təzyiq bu həddi keçmədikcə insan üçün elə də təhlükəli deyil. Lakin bu həddi aşdıqda insanın ruhi müvazinətinin pozulmasına və müxtəlif xəstəliklərə səbəb olur. 
Əsəblə bağlı xəstəliklər son dövrlərdə o qədər artmışdır ki, "əsrin ən böyük xəstəliyi" adını almışdır. Mövcud statistika göstərir ki, insanların 90 %-i az və ya çox dərəcədə, gizli və ya açıq şəkildə əsəb xəstəliklərinə mübtəladırlar. Hətta üzdən sağlam və iradəli görünən insanların əksəriyyətinin daxilən ruhi narahatlıqları mövcuddur. Ona görə də böyük bir kütləni əhatə edən bu xəstəliklərin səbəbləri və müalicə yolları daha ciddi şəkildə araşdırılmalıdır. 
Burada qısaca olaraq, əsəb narahatlıqlarının psixoloji və təbii yolla aradan qaldırılmasına toxunacağıq. 
Psixoloji yolla müalicədə iradə mühüm rol oynayır. Belə ki, bu qüvvə ilə siz çətinliklərə dözüb həyati amillərə doğru yönəlməklə tədricən əsəblərin sakitləşməsini əldə edə bilərsiniz. Bu zaman "adrenalin"in fəaliyyəti azalır və xəstəlik sizdən uzaqlaşır.

Xəstəliyə tabe olmayın!

Əllərinizə baxın. Əgər onlarda tər və ya titrəmə müşahidə edirsinizsə, bu, əsəblərin fiziki təzyiqinin, habelə qorxu və iztirabın yaratdığı adrenalindən azad olmanın əlamətidir. Bu hal heç vaxt şiddətlənib əllərinizin işinə mane olmayacaq. Əllərin titrəmə və tərləməsinə dözmək özü əsəb xəstəliyinin sağalması üçün bir vasitə, dərmandır.

Qorxudan uzaqlaşın!

Ürəyinizə diqqət edin. Qorxmayın, onun şiddətlə döyünməsi sizin üçün təhlükəli deyil. Tennis oynaya bilərsiniz. Bir az qaçaraq hərəkət edin. İdman vəziyyətində ürəyinizin döyüntüsü oturub problemlərinizi düşündüyünüz zaman olan döyüntüdən daha azdır. Əlbəttə, bu sınaq o zaman doğrudur ki, sizin xəstəliyiniz yalnız əsəbi narahatçılıqla əlaqədər olsun. 
Narahatçılıq fikrini özünüzdən uzaqlaşdırın. İdmanla məşğul olun. Çox keçməz ki, ürək döyüntüsünün azaldığını görəcəksiniz. Qoy bədəniniz öz adi hal və vəziyyətini sizin nəzarətiniz olmadan bərpa etsin.

Gözləyin zaman keçsin!

Zamanın keçməsi əsəb xəstəliyini aradan aparıb müalicə edən amillərdən biridir. Əsəbi şəxs bu həqiqəti qəbul etməlidir ki, onun hissləri vaxtaşırı qorxu və həyacanın təsiri altında olur. Adi vəziyyətə qayıtmaq isə zamanın keçməsi ilə mümkündür. Hər bir halda səbr ilə zamanın keçməsini gözləməli və sakit bir mühit yaratmaqla əsəbi narahatçılığın qarşısını alıb qorxunu özündən tamamilə uzaqlaşdırmalısan.

  • İsti ütünü kələm yarpağının üstünə qoyun. Sonra onu məlhəm kimi bədəninizin ağrıyan hissələrinə qoysanız əsəblərinizi sakitləşdirəcək.
  • Üzün əsəb damarları ağrıdıqda kələm yarpaqlarını süddə bişirib məlhəm kimi ağrıyan hissələrə qoyun.
  • Əsəb xəstəliklərinin, yuxusuzluq, ürək döyünməsinin və s.-nin müalicəsində kahı da faydalıdır.
  • B vitamini, dəmir, kalsium, manqan və s. ilə zəngin olan mərci ağır fiziki işlə həmçinin zehni işlə məşğul olanlara tövsiyə olunur. Mərci əsəb sisteminə kömək edir.
  • Cismi və əsəbi zəiflikdə soğan qüvvə gətirici təsirə malikdir. Nişasta mənşəli maddələrin həzmini asanlaşdırır və insanı yuxuya hazırlaşdırır. Əgər yorğunluq və iştahsızlıq hiss edirsinizsə, üzünüzə qırışların düşdüyünü və rənginizin saraldığını görürsünüzsə, dörd yerə bölünmüş böyük soğanı üç fincan suda o qədər qaynadın ki, bir fincan su qalmış olsun. Onu səhərlər ac qarına için.

Həzrət Əli (ə) buyurub:

ذکر الله جلاء الصد ور و طماْنینة القلوب

"Allahı yad etmək köksün nuru, qəlblərin aramlığıdır".

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 64893, 
EbediNur

Website: www.ebedinur.info

Əbədi nur jurnalının elmi heyəti

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.

Dostların veb səhifələri

14388120
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6418
5858
15857
14222443
96844
183089
14388120

sizin IP ünvanınız: 18.219.236.62
2024-04-16 22:36

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!