Yazar Qələmlər

Həqiqət  axtarışında

Həqiqət axtarışında

 

Həqiqət  axtarışında

 

İnsan müəyyən bir məsələ haqqında fikir yürüdərkən nəyəsə əsaslanır və bunu sübut etmək üçün istinad etdiyi mənbəni misal göstərir. Hər bir fikrin qəbul olma şərti vardır ki, bu da istinad edilən mənbənin etimadlı olmasından asılıdır. Mübahisə aparan hər iki tərəfin qəbul etdiyi fikri onların birgə etimad etdikləri mənbə təsdiq edir.

Məsələn, yəhudilər Musa (ə) haqqında danışarkən “İncil”ə əsaslanırlar.  Halbuki Allah tərəfindən nazil olan bu kitabları onlar təhrif etmişlər. Ona görə də onların istinad etdikləri kitablarda ağlasığmaz fikirlər, peyğəmbərlərin həyatı haqqında uydurma və gülünc hadisələr vardır. Lakin Qurani-kərim Peyğəmbərimizə (s) nazil olduğu vaxtdan dövrümüzə qədər bir hərfinə belə toxunulmadan qorunub saxlanılan yeganə səmavi kitabdır. O, insanlara doğrunu – yalandan, haqqı – nahaqdan ayırmağı öyrədir. Yüksək əxlaqi keyfiyyətləri ən mükəmməl bir şəkildə özündə əks etdirir.   

Bundan əlavə, Qurandan əvvəlki kitablar təhrif olunub, peyğəmbərlər özlərindən əvvəlki və sonrakı peyğəmbərlər haqqında məlumat və xəbər verib. Quran bəyan edir ki, Tövratın 5-ci kitabının 18-ci fəslində yazılmışdır: “Xudavənd həzrət Musaya buyurdu: Bəni-İsrailə söylə: Mən axırda onlar üçün öz qardaşlarının övladından sənin kimi bir peyğəmbər göndərəcəyəm” (Ə.S.Həmədani, “Xristianlığın mahiyyəti, səh.32).

 

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

“Kitab verdiyimiz kimsələr öz övladlarını tanıdıqları kimi  (Peyğəmbəri (s)) tanıyırlar.   Onlardan bir dəstəsi də haqqı bilə-bilə gizlədirlər” (“Bəqərə” surəsi, ayə 146, “Ənam” surəsi, ayə 20).

 

İsa (ə) da Peyğəmbərimizin (s) gəlişini belə xəbər verir:

 

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِي اسْمُهُ أَحْمَدُ فَلَمَّا جَاءَهُمْ بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُبِينٌ

“...Ey İsrail övladları! Həqiqətən, mən özümdən öncə gələni – Tövratı təsdiq edən və məndən sonra gələcək “Əhməd” adlı Peyğəmbərin (səlləllahu ələyhi və  alihi və səlləm) müjdəsini verən, sizə göndərilmiş Allah Peyğəmbəriyəm” (“Səff” surəsi, ayə 6).

 

Lakin Musadan (ə) sonra səltənət sahibləri qüdrətlərinin əldən çıxması qorxusundan İsanı (ə) təqib edərək öldürmək istədilər. İsadan (ə) sonrakılar da onun Peyğəmbərimiz (s) haqqında verdiyi müjdəni təhrif edib dəyişdirdilər. Araya nifaq salaraq dini parçaladılar:

 

ِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ

“Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir” (“Ənam” surəsi, ayə159).

 

Allah öz kitabında onlara xitab edərək buyurur:

 

يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِمَّا كُنْتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَنْ كَثِيرٍ قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُبِينٌ

“Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən, Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib” (“Maidə” surəsi, ayə 15).

 

فَسِيرُوا فِي الأرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ ...

“...Yer üzündə dolanıb görün ki, təkzib edənlərin aqibəti necə oldu?!”  (“Nəhl” surəsi, ayə 36)

 

İslam dininin üstünlüyünü və qiyamətə qədər qalacağını Allah-taala Quran vasitəsilə insanlara çatdırır. Ona görə də müsəlman olmayan alimlər, yazıçılar, filosoflar, tanınmış şəxsiyyətlər İslamdan əvvəlki peyğəmbərlərə gələn kitabların təhrif olunduğunu görərək, onlarla müqayisədə Quranda heç bir ziddiyyət tapmadıqları üçün İslamı qəbul edirlər. Deməli, Quran yeganə səmavi kitabdır ki, insanlara düz yolu göstərir.

O zaman belə bir sual meydana çıxır ki, əgər Quran təhrif olunmayıbsa İslamı, Peyğəmbəri qəbul edib, Qurana iman gətirən müsəlmanlar arasında ayrılıqlar nə üçündür? Nə üçün Quranın aşağıdakı ayələrinə əməl olunmayıb?

 

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ

وَلا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ وَأُولَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ

“ Hamılıqla  Allahın ipinə əl atın! (Allahın hökmlərinə əməl edin!) Parçalanmayın və Allahın sizə olan  nemətini də yada salın: (Bir zaman) siz (bir-birinizə) düşmən idiniz ki, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz...”

Açıq aydın dəlillər gələndən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın...!” (“Ali-İmran” surəsi, ayə 105-103)

 

Quranın çağırışlarına bu vaxtadək əməl olunmamasının  nəticəsində müsəlmanlar arasında müxtəlif məzhəblər yaranmışdır. Qurana iman gətirən hər bir müsəlman zorla, güclə deyil, hər cür təəssübkeşlikdən uzaq olaraq ağıl ilə araşdırmalar aparıb Peyğəmbərin (s) yaratdığı İslam birliyi uğrunda çalışmalıdır.

Peyğəmbərin (s) İslamı qurub yaratdıqdan sonra onun sonrakı taleyi haqqında  düşünməməsi ağlasığmaz bir fikirdir. Bu məsələ Peyğəmbəri (s) ən çox düşündürən məsələ olmuşdur. O həzrət (s) çox çalışırdı ki, İslam ümmətinin taleyi əvvəlki peyğəmbərlərin ümmətlərinin taleyi kimi olmasın. Təkcə Quran kifayət etsəydi Peyğəmbər (s) heç bir o qədər narahat olmazdı. Ona görə də Peyğəmbər (s) özündən sonra İslam ümməti düz yoldan azmasın deyə, onlara Quran ayələri, hədislər vasitəsilə hidayət və nicat yolunu göstərirdi.

Quranın özündən məlum olur ki, ayələrin bəziləri möhkəm və aydın, bəziləri isə mütəşabeh, yəni, izaha ehtiyacı olan ayələrdir:

 

هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلا أُولُو الألْبَابِ

“Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan “möhkəm” ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır.) Digər bir hissəsi “mütəşabeh” (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və onda nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar “möhkəm” ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdır.) (“Ali-İmran” surəsi, ayə 7).

 

  Bu mütəşabeh ayələri bizə izah etmək üçün Quran belə buyurur:

 

فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لا تَعْلَمُونَ...

“...Əgər bilmirsiniz, zikr əhlindən soruşun” (“Nəhl” surəsi, ayə 43).

 

وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ...

“...və sənə də zikri (Quranı) nazil etdik ki, insanlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr” (“Nəhl” surəsi, ayə 44).

 

إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلالا مُبِينًا...

“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına  öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Peyğəmbərinə asi olan kəs, şübhəsiz  ki, haqq yolundan açıq-aydın azmışdır” (“Əhzab” surəsi, ayə 36).

 

...وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا...

“Peyğəmbər sizə hər nə əmr etsə, qəbul edin və nədən çəkindirsə, ondan əl götürün” (“Həşr” surəsi, ayə 7).

“Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha  itaət  etmiş olur”.

 

Quran bir çox hallarda bir mövzunun əsasını deyir, lakin onun xırdalıqlarını açıqlamır. Bu iş Peyğəmbərin (s) öhdəsinə buraxılır. Məsələn: Quran namaz, oruc, həcc və s. kimi əməllərin  vacibliyini vurğuladığı halda, namazın necə qılınmasını, orucun necə tutulmasını, həcc əməllərinin və s. necə yerinə yetirilməsini Peyğəmbərin (s) öhdəsinə buraxır. Bu məsələləri müsəlmanlara Peyğəmbər (s) açıqlayır. Quran “Əhli-beyti sevmək”, “Əhli-beyti pak-pakizə etmək”, “əmr sahiblərinə tabe olmaq” və s. barədə buyurur və ya “Mubahilə” ayəsində (“Ali-imran” surəsi, ayə 61) deyilən kimi “qadınlarımız, övladlarımız, özümüz” kəlmələri ilə kimləri isə qəsd edir. Lakin  Quranın bu kəlmələrində Əhli-beyti – Əli (ə), Fatimeyi-Zəhra (s.ə), Həsən (ə), Hüseyn (ə) və onun övladlarını nəzərdə tutduğunu, onların  adlarını müsəlmanlara Peyğəmbər (s) özü açıqlayır. Ona görə də Peyğəmbər (s) özündən sonrakı vəli və imamları tanıtdırır ki, ondan sonra müsəlmanlar kimə müraciət etdiklərini dəqiq bilsinlər və yollarını azmasınlar. Bu səbəbdən də, Peyğəmbər (s) müxtəlif  vaxtlarda və son vəsiyyətində müsəlmanlara iki ağır əmanət qoyduğunu vurğulayır: “Mən sizin aranızda iki qiymətli şey qoyuram ki, onlara əsaslansanız heç vaxt yolunuzu azmazsınız – “Allahın kitabı və Əhli-beytim (ə)”.

 

Rasim İbadullah oğlu Babayev

ADMİU-nun dosenti

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

     

    


 202, 

Dostların veb səhifələri

2245883
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2152
7159
11167
2094832
112213
131995
2245883

sizin IP ünvanınız: 54.198.212.30
2018-10-23 05:35

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!