Yazar Qələmlər

Ayətullah Həsənzadə Amulinin Quran haqqında buyurduqları

 

Ayətullah Həsənzadə Amulinin Quran haqqında buyurduqları

Quran özünü şəfa verən kimi tanıtmışdır. Lakin insan elə həddə olmalıdır ki,  dərman ona təsir edə bilsin. Əks təqdirdə bütün vicudunu küfr bürümüş şəxsə Quran oxunsa, onun yalnız küfrü artar.

Quranın oxunmasında məqsəd onun ayələri barədə düşünməkdir. Düşünmək üçün isə ilk öncə onu oxumaq lazımdır. Odur ki,  Quranın tilavətinə çox üstünlük verilib.

Quran sonsuz bir kitabdır. Quranın dərəcələri sonsuzdur. Çünkü hər bir kəsin təkamülü onun vücudunun əzəmətindən qaynaqlanır. Necə ki, Allahın vücudu sonsuzdur, onun kəlamlarını özündə əks etdirən Quran da sonsuzdur. Heç bir kəs Quranın son həddinə çata bilməz.

Quranın ilk müfəssiri Allah-taalanın özüdür. Odur ki, Quranda olan bəzi ayələr digərini təfsir edir. Sonra Allahın Rəsulu (s) və onun pak ailəsindən olan məsum imamlardır. Onlar danışan Qurandırlar. Onlardan nəql olunan hədis və rəvayətlər Quranı izah edir. Daha sonra səhabələrin böyükləri və zəmanənin təfsir alimləridir.

Necə ki, Quranın zahirinə əl vurmaq üçün insanın zahiri pak olmalıdır, eləcə də batinini əldə etmək üçün batini paklıq lazımdır.

Quran Allahın əhdnaməsidir. Hədisdə buyurulub ki, Quran Allahın məxluq ilə əhd-peymanıdır. İnsan hər gün ona baxmalı və ayələrini tilavət etməlidir.

Quran siratəl- müstəqimdir. Düz xətt iki nöqtə arasında olan ən qısa məsafədir. Düz yol da başlanğıc ilə son arasında ən qısa yoldur.

Quran kamil insanın yazılı surətidir. Quran ən düzgün yolu gösrətəndir.

 İnsanın həqiqətini və surətini Quran qoruyur. Quran insaniyyət sərhədlərini bəyan edir.

İnsanı mərifətə çatdıran mühüm işlərdən biri də budur ki, Allahı daim yad etməli, özünü Onun hüzurunda bilməlidir. Din insanın təkamül yoludur. Siratəl- müstəqimdir. Allahın yoludur, Allaha doğru olan yoldur. Hər kəs o yoldan kənara çıxsa, özünə zülm edər, insaniyyət yolundan çıxar.

Kamil insan kamalın bütün dərəcələrinə malikdir. O, Allahın xəlifəsidir. Yer üzərində, həmçinin varlıq aləmində heç bir yaranmış onun kamalına çata bilməz. O kamil insan Muhəmməddir (s). Odur ki, Quranın ilk nazil olduğu yer onun mübarək vücududur.

Quran kamil insanın yazılı surətidir. Quran Allahın süfrəsidir. Bu süfrə yalnız insan üçün açılmışdır. Belə olduqda insan vücudunun qabiliyyətlərini təsəvvür etmək olar. (Yəni insan elə bir vicuda və kamillik qabiliyyətinə malikdir ki, Allahın mərifət süfrəsində otura bilər və hətta Onun canişini,göndərdiyi kitabın daşıyıcısı ola bilər.)

 

Müəlliflik Hüququ Əbəədi Nur Müəssisəsinə aiddir

 


 5045, 

Dostların veb səhifələri

15652048
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
452
7422
47595
15456216
127187
160067
15652048

sizin IP ünvanınız: 18.191.84.179
2024-12-22 01:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!