Yazar Qələmlər

Bir gəncin məktubu

 

Bir gəncin məktubu

 

Qurani-kərim, qəlblərə nur saçan bir kitab....

Bəli, Qurani-kərimlə tanışlığımdan sizə söhbət açmaq istəyirəm.

İlk dəfə Quranı görəndə ona aşiq oldum, vərəqlədim və oxumağa başladım. Eşqim daha da artdı. Heç bilirsiniz necə oxudum? Allah-təalanın Qurani-kərimin “Ələq” surəsinin 1-5 ayəsində əmr etdiyi kimi:

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

عَلَّمَ الإنْسَانَ مَا لَمْ يَعْلَمْ

“(Ya Peyğəmbər! Qurani-kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu!

O insanı laxtalanmış qandan yaratdı.

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

(Ya Peyğəmbər!) Oxu sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi”.

 

Qurani-kərim bizə deyir ki, oxuyun! Nəyi oxuyaq? Rəbbimizin kəlamını; Necə oxuyaq? Yoxdan yaradan Rəbbimizin adı ilə, sevərək oxuyaq...

Bəs biz nə üçün oxumuruq? Çünki şeytanın torundan azad ola bilmirik, çünki günahlarımız bütün vücudumuzu əhatə etmişdir?!

Bəs çıxış yolu nədədir? Qurani-kərimi oxumaq və əməl etməklə ölmüş qəlblərimizi dirildə bilər və günahlar bataqlığından azad ola bilərik.

Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Qurani-kərim qəlblərin baharıdır. Elm çeşmələri Qurandan qaynayır. Qəlbi təmizləmək üçün Qurandan yaxşı heç bir şey yoxdur”. 

Bəli, Quranla tanış oldum, onu sevdim, indi isə onu hifz etməklə məşğulam. Dini mədrəsədə təhsil alır və Pəhrizkar ağanın avazı ilə Quranı hifz etməyə çalışıram. Pəhrizkar ağanın avazında bir neçə təsiredici məqamı qeyd etmək istərdim. Birinci cüzü hifz edən zaman, ən çox qəlbimi alovlandıran  “Bəqərə” surəsinin 124-cü ayəsi oldu. On doqquzuncu səhifədə ümumiyyətlə, avaz tamamilə dəyişir, ən təsirli məqam elə bu ayədə olur. O, bu ayəni o qədər yanıqlı oxuyur ki, ürəyim od tutub yanır. Ayənin mənası belədir:

 

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

“(Ya Muhəmməd) yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman, o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: “Səni insanlara imam təyin edəcəyəm” – dedi. İbrahim isə “Nəslimdən necə?” – deyə soruşdu. Allah (onun cavabında): “(Sənin nəslindən olan) zalımlar mənim imamlığıma nail olmazlar” – buyurur”.

Otuzuncu cüzün hifzində isə “Nəbə” surəsinin 23-cü ayəsinin avazı çox təsiredicidir. Mənası belədir:

لابِثِينَ فِيهَا أَحْقَابًا

“Onlar orada uzun müddət qalacaqlar”.

Ayəni elə tonda oxuyur ki, sanki onların halını müşahidə edir. “Əbəsə” surəsinin avazı isə bütövlüklə təsiredicidir. Peyğəmbər (s) buyurub: “Həqiqətən, Quran qəlbləri dirildər”.

İmam Sadiq (ə): “Şərqdən Qərbədək bütün insanlar ölsə belə, təkcə Quran mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm”.

Peyğəmbər (s) buyurub: “Quranı içlərində daşıyanlar (hifz edənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər”.

Allah müvəffəq etsin! Qurandan ayrılmayın, çünki Quran Allaha yaxınlaşdıran bir vasitədir. Elə isə Allaha yaxınlaşmağa çalışın. Ona görə ki, axır dönüşünüz Ona sarıdır. Allahı sevin, çünki O, sevilməyə layiqdir!!!     

Zeynəb Hüseyni

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 3969, 

Dostların veb səhifələri

14211914
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2218
4145
9901
14046117
103727
173495
14211914

sizin IP ünvanınız: 34.236.152.203
2024-03-19 08:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!