Gizli Xəzinələr

“Kimyanın atası” – Cabir ibn Həyyan

“Kimyanın atası” – Cabir ibn Həyyan

 

 

Kimyanın atası”Cabir ibn Həyyan

 

Tarix boyu dünyada tanınmış müsəlman alimləri heç vaxt diqqətdən kənar qalmamışdır. Bu alimlərin hər biri öz dövründə müxtəlif elm sahələrindəelmi təcrübələrini fərqli üslublarla bəyan etmiş və müxtəlif səviyyələrə uyğun kitablar yazmışlar. Belə alimlərdən biri də “Kimyanın atası“ ləqəbi ilə məşhur olan Cabir ibn Həyyandır. O, Avropada Geber adıilə tanınıb.

Abdullah (və ya Əbu Musa) Cabir ikinci 100 illiyinböyük kimya alimi kimi tanınmış və əsərlərinin geniş bir hissəsini kimya elminə həsr etmişdir. Fəlsəfə, tibb, riyaziyyat, astranomiya, musiqi, coğrafiya, fizika, əqidə və s. elmlər sahəsində də dəyərli əsərlər yazmışdır. Onun təvəllüdü və ölümü barəsində dəqiq bir məlumat yoxdur. Amma bir çox mənbələrdə qeyd olunur ki, Cabir ibn Həyyan təxminən hicri qəməri ilinin 103 və ya 107-ci illərində (təxminən 721-815)Tusdadünyaya göz açmışdır. Bəzi mənbələrə əsasən, o, Kufə əhlindəndir. Bəziləri isə deyiblər ki, Cabir Xorasanın şəhərlərindən biri olan Tusda doğulmuşdur. Atası Həyyan ibn Abdullahdır. Rəvayətə əsasən, Cabir əslən Əzd qəbiləsindən olub və Kufədə dərman satmaq peşəsi ilə tanınıb. Həmin vaxt Abbasilər hakimiyyətinin ilkin mərhələsinə təsadüf edir. Bəzi səbəblərə görə Xorasan əhlinin dəvətini qəbul etmiş və cavanlıq illərinin bir hissəsini Tusda keçirmişdir. İbn Nədimin tarixinə əsasən isə Cabir sonralar bir müddət Kufə,ömrünün ortalarında isə Bağdad şəhərində kimyagərliklə məşğul olmuş və yeni elmi təcrübələrlə irəliləmişdir.

İbn Həyyan ilk dəfə kimyada (əl-kimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indidə geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi prosesləri kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmış və çox böyük bir ehtimal ki, şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır. Bundan əlavə İbn Həyyan təkvini laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi və o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.

 

Cabir və İmam Sadiq (ə)

 

Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi İmam Sadiqin (ə) misilsiz rolu olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq məhz İmam Sadiq (ə) oyatmışdır.

Cabirin İmam Sadiqin (ə) şagirdi olması mətləbi haqqında bir çox bəhslər mövcuddur. Onlardan ən mühümü şiə mənbələrindən, o cümlədən Kəşayi, Nəcaşi, Şeyx Tusi və s. alimlərdən deyilən rəvayətlərdir. Həmçinin, tarix yazarlardan və digər müəlliflərdən İbn Nədim, Seyid Tavus, İbn Xalikan, Testəri, «Dəsturul-Muncəm»inmüəllifi Hüseyn ibn Muhəmməd Zeyd Hüseyni və başqalarının izahlarından da aydın olur ki, o İmam Sadiqin (ə) şagirdlərindən olub. Tarixi təqvimə əsasən, Cabir doğulduqdan 20 il sonra İmam (ə) şəhadətə yetişib. Ümumiyyətlə, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş, şagirdlər yetişdirmiş və onların vasitəsi ilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Lakin onların dövründə siyasi-ictimai şərait heç də eyni cür olmamışdır. İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə şərait bir qədər yaxşılaşmış və buna görə də İmam Sadiqin (ə) şagirdlərinin sayı 4000-ə çatmışdır. Cabir İmam Sadiqin (ə) təlimlərini ehtiva etmiş və 500 risalədən ibarət olan 1000 vərəq həcmində bir kitab yazmışdır («Vəfəyətul-əyan», c.1, səh.327). Həmçinin, İmam Sadiq (ə) təbiət elmləri sahəsində bir sıra elmi bəhslər aparmış, bugünkü alimləri heyrətə gətirən üstüörtülü sirrləri açmışdır. Şafei yazır: «İmam Sadiqin (ə) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Cabir ibn Həyyan onun şagirdi olmuş və 500 risalədən ibarət olan 1000 vərəqli bir kitab yazmışdır».

Fikir və mədəniyyət cəhətdən Cabirin dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs yaranmış və müxtəlif elmlər, hədis, fiqh, əqaid, İslami elmlər, tibb, fəlsəfə, kimya, astranomiya, riyaziyyat və bu kimi dünyəvi elmlər meydana gəlmişdir. Belə kiaz düşüncə tərzi olan hər bir şəxs elm sahiblərinə müraciət edirdi. Cabir ibn Həyyan müxtəlif elm sahələrində istər dəqiq elmlər, istərsə təbiət elmləri, istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində 200 cilddən artıq kitab yazmış, məhz buna görə də «Kimyanın atası» ləqəbini almışdır. Cabirin kitabları orta əsrlərdə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.

 

Kimya elmində Cabirin ləyaqətli yeri

 

Cabirin əqidəsinə görə, təbiət bir şeyi digər bir şeyə çevirməyi bacarır. Məsələn, torpaq və suyun bitki əmələ gətirməsi, bitkinin muma və mumun da arı balına çevrilməsi, qalayın torpaq altında qızıla çevrilməsi və s. Hər hansı bir kimyaçı təbiətintəbdili kimi bir maddədən digər maddə əldə edə bilər, amma bu həqiqi keyfiyyətdən uzaqdır, çünki təbii çevriliş üçün maddələr bir-birilərinə ehtiyaclıdırlar. Məsələn,qalayın qızıla çevrilməsi. Qalayın torpaq altında uzun bir müddət qaldıqdan sonra qızıla çevrilməsi mümkündür, amma bəzi kimyaçılar bunu süni yolla əldə ediblər. Süniyolla əldə olunan qızıl onun əsl keyfiyyəti sayılmır. İstehsalda bu qaydaya «iksir»(nadir, bahalı şey)deyirlər. «İksir» kimya elmində dərman və həkimlik kimi işlənir. Cabir ibn Həyyan iksiri kimyəvi işlərdə istifadə etmiş və bütün mövcudatları 3 hissəyə bölmüşdür: filizat, heyvanat, nəbatat. O bu bölmədə özünün əsas fikrini açıqlayıb və demişdir ki, yeddi cür iksir var. Filiz iksiriheyvani, bitki mənşəli, heyvan və bitki xüsusiyyətli, filiz və bitki xassəli, filiz və heyvan xüsusiyyətli, filiz – heyvan və bitki xassəlidir. Həmçinin demişdir ki, filizin əsli 7 cürdür: qızıl, gümüş, mis, dəmir, qurğuşun, civə, qalay. O,Abbasilərin xəlifəsi Məmunun dövrünə qədər yaşamış və hicri 200-cü ilə yaxın, təxminən 93 yaşında, Tus şəhərindəvə başının altında «Ər-rahməh» kitabıolduğu halda, dünyadan köçmüşdür (Başqa bir rəvayətə əsasən).

 

Cabirin fəaliyyətləri

 

Kimya elminin banisidir.

Birçox kimyəvi maddələri kəşf edərək onlara ərəbcə ad vermişdir.

İlk dəfə olaraq laboratoriyanı təsis etmişdir.

Maddələrin avtomatik hərəkətini göstərən orijinal təsbitlər etmişdir.

Atomun parçalana biləcəyini deyən ilk alimdir.

Kristallaşma, damcılatma və buxarlandırma reaksiyalarını öyrətmişdir.

Maddələri özəl xüsusiyyətlərinə görə, buxarlana bilən, metal cisimlər və minerallar olaraq 3 qrupa ayırmışdır.

Optik qanunları kəşf edən ilk alimdir.

Sulfirk turşusu, nitrik turşusu, sodium karbonat və patasiumu tapmışdır.

Arqenium kimi zəhərli maddələrin tərkiblərini incələmişdir.

Bitkilərdən əldə etdiyi boya ilə dərinin boyanması və aşılamasını öyrətmişdir.

Odda yanmayan kağızın emalını aşkar etmişdir.

Suyu damcıladaraq saflaşmasını göstərmişdir.

Müxtəlif metalların istifadəsi və oksidlənməsi bəhsini izah etmişdir.

 

Cabirin əsərləri

 

Cabir çox çalışqan və perspektivli alim olmuşdur. Yazdığı əsərlərin çoxu bütün elmlərə şamil olmuş və bir çox kimya alimləri onun əsərlərini köçürmüşlər. Amma bunu etiraf etmək lazımdır ki, bütün bu əsərlər təkcə bir alimin yazısını deyil, hətta böyük bir məktəbi əhatə etmişdir. Bu məktəb isə Cabirin adı ilə tanınmışdır.

Mühüm əsərləri isə bunlardır:

«Kitabul-Bəyan» – «Kitabur-Rahməh»

«Kitabul-Hacər» – «Kitabuş-Şəms»

«Kitabun-Nur» – «Kitabul-Qamər»

«Kitabul-İzah – Kitabul-Həyvan»

«Kitabul-İstakasis-Saləs – «Kitabun-Nəbat»

«Təfsirul-İstaka» – «Kitabul-Hikmət»

«Kitabut-Təcrit» – «Kitabul-Hilkat»

«Kitabul-Mulk».

«Zümrüd lövhə»(Tabula Smaragdina) əsəri – Bu əsər orta əsrlərdə latın dilinə tərcümə edilmiş  və Avropa kimyaçılarının masaüstü kitabına çevrilmişdir.

Tarazlığa dair kitablar – bu qrupa ən məşhur əsəri olan«Təbiətdə kimyəvi tarazlıq nəzəriyyəsi» daxildir.

«Əz-Zöhrə»(Zöhrə ulduzuna dair kitab)

«Əl-Əhcər»(Daşlar haqqında kitab)

Kimyəvi distilləyə dair on kitab – bu əsərində antik yunan kimyaçıları olan Pifaqor, Sokrat, Platon və Aristotel haqqında məlumat verir.

Cabirin ən məşhur kəşfi atom nəzəriyyəsidir. İlk dəfə atomun parçalanma xüsusiyyətə malik olmasını o demişdir. Cabirdən 1000 il sonra isə John Dalton (1766-1844), Otto Hahn (1779-1868), Enrico Fermi (1901-1954) və Albert Einstein (1879-1955) kimi Avropanın tanınmış alimləri bu kəşfi etmişlər. Cabirin əsərlərinin böyük bir qismi aradan getmişdir. Bunlardan 27-si Nurnberq, Frankfurt və Strazburqda (1473-1710) latın və alman dilinə tərcümə olunmuşdur. Həmçinin İslam aləmində Əbu Bəkr Razi, İbn Sina, Məsləmə, Əl-Macriti, Fərabi və başqa alimlər onun əsərlərinin kölgəsində şöhrət tapmışlar.

Əsərlərinin məcmuəsinin sayı isə yazı və risalə üzrə 500 cild, həmin risalənin səhifələrinin sayı 100-dən ibarətdir:«Əsrarul-kimya», «Elmu-kimya», «Usul-kimya», «Əl-xamseyn», «Əs-səmum», «Ər-rahməh», «Təsihatu-kətəbi Əflətun», «Əl-xəmair», «Ən-nur», «Risalətul-əyzah», «İstaqsu-səlisu», «Əl-vahidul kəbir», «Əş-şəir», «Əl-vahidul-səğir» və onlarca digər kitab və risalələr. Onun «Kitabul-səbeyn» və «Kitabul Mizan» adlı kitabları İslamda kimyanın əsasını qoymuşdur. Cabirin ərəb dilində olan əsərlərinin bir çoxu əlimizdə yoxdur, hal-hazırda yalnız əsərlərinin latın dilinə tərcüməsi mövcuddur.

Teorik fizik-kimya, mədən fizik-kimya, riyazi, astronomiya, fəlsəfə və dinlər tarixi kimi müxtəlif çeşidli sayi 100-dən artıq əsər qələmə almışdır.

Qərb alimlərinin çoxu Cabirin bir çox əsərlərini tərcümə etmiş, amma onu əsl müəllif kimi qeyd etməmişlər. Məsələn,«Summa Perfectionis» adıyla yayılan əsərin Cabirin böyük ölçüdə yetmişlik kitabına dayanaraq yazıldığı ortaya çıxmışdır və bu əsər, Avropada kimya ilə maraqlananların masaüstü kitabı kimi istifadə olunmuşdur (QərbdəXIV yüzilliyin başlanğıcında “Kitabus-səbiun” (70 kitab) adlı əsərinin “Book of Seventy” adıyla ingiliscəyə çevrilməsini tutuşduranda aydın görmək olar). Bundan başqa “Kitabul-usul” adlı əsərinin “Liber radicum Rasis al-kimya” adı ilə latıncası günümüzə qədər gəlib çatmışdır.

 

Cabirin ləqəbləri

 

Cabirin müxtəlif adlar və ləqəblərlə tanınması bəzi rəvayətlərdə gəlmişdir. Cunadi ibn Haris Məzhəci Muradi Salmani özünün «Kitabu nəfsul məfhum» adlı kitabında da bu adları Cabirə nisbət verərək zikr edib. Həyyan, Həbbab, Həssan («Dairatul-məarif», «Əxbərul-hukəmə», «Reyhanətul-ədəb», «Elmu fil İslam»).

O, Avropada Geber adıilə tanınıb. Al-Geber riyazi terminlərdəki “Cəbr” kəlməsi Cabirin adı ilə bağlıdır.

Təxminən son illərdə İslam tarixi yazarlarından biri onun Cabir ibn Həyyan adının yanına bir söz əlavə edərək kitabı «Cabir ibn Həyyan Sufi» adı ilə zikr etmişdir ki, bu da çox qəribə səslənir. İbn Nədim öz «Fehrest»ində Cabir ibn Həyyanı yad edib demişdir ki, təxminən onun 150 kitabı əqli elmlərə aiddir. Digərləri isə kimyaya həsr olunmuşdur. Sənaye, maddələrin xassələri və s. əsərlərinə görə isə dünyada «Kimyanın atası» adı ilə tanınmışdır. Həmçinin, qeyd edir ki, Cabir İmam Sadiqin (ə) şagirdi olub. Digərləri də bu fikirdədirlər. Cabir barəsində yazılan bu mətləb (sufilik) heç bir tarixçilərin və muhəddislərin əsərlərində mövcud deyil. Hətta deyilib ki, Cabir İmam Sadiqin (ə) şagirdlərindən birinin şagirdi olub («Sireyi-əimmətul-əthar», səh.137-138, 145-146).

 

Cabirin kimyası ilə Razinin kimyasının fərqi

 

İslam alimləri kimya elmi tarixində də ən ləyaqətli yer tutmuşlar. Onlardan Cabir ibn Həyyan kimyanın binasını qoymuş və sonra isə Muhəmməd Zəkəriyyə Razi bu sahədə şöhrət tapmışdır. Bu iki alim kimyanın banisi kimi qələmə verilib. Sonralar isə digər kimya alimləri onların hər ikisinin nəzərlərini bir-biri ilə əlaqələndirmiş və bir məktəb hesab etmişlər. Amma onların hər ikisinin əsərlərinə diqqətlə nəzər salsaq görərik ki, Razi kimyanı Cabirin təbiri ilə söyləmiş və onun kimyası ilə əlaqəli bir mövzudan bəhs etmişdir. Hətta demək olar ki, Razi kimyanı bir qədər dəyişərək yeni mətləblər şərh edib və bu da onun dövründən sonra kimya sənayesində davamiyyət tapmışdır. Bu kimya Cabirin kimyasının davamı hesab olunur, müstəqil kimya isə Cabir ibn Həyyandandır.

Cabir demişdir ki, iksir təkcə  camadi (ruhsuz maddələr, yəni cəsəd) deyil, həmdə bitki mənşəli maddələrdə də mümkündür. Razi isə bunun əksinə, iksiri məhdud camadi maddələrə aid edib, onların arasında nəbati (bitkilər) və heyvani maddələrdən çox az söz açıb. Razi Cabirin «Xəmseyn» kitabındakı kimi filizatı 7 növə ayırıb və onlardan biri xarasirindir. Amma bu maddənin filizin 7 növü ilə əlaqəsi yoxdur. Filizatın əsas təmsilatını Cabirin nəzəriyyəsində aydın görmək olar. Cabir bir maddənin digər maddəyə çevrilmə səbəbinin tapmaqdan ötrü çoxlu səy göstərib və nəhayətdə onun əsl keyfiyyətini sübut edib. Razi isə bir həkim kimi fəlsəfəyə əsasən bir sıra nəzərləri qəbul etməyib.

Razi «Mudxəl» və «Əsrar» kitabında Cabirin filizlərin tərkibinin kükürd və civədən ibarət olması nəzəriyyəsini qəbul etməmiş, onları cəsəd və ruhdan ibarət mürəkkəb bir maddə hesab etmişdir. Amma Razinin beş qədim tanınmış kitabı ilə Cabirin 5 əsli kitabının (zaman və məkan baxımından maddələrin ünsürlərdə təşkil olunması barəsində) bir-birinə oxşarlıqları var.

Həmçinin Razi Cabirin kimyəvi terminlərini öz əsərlərində istifadə etmişdir. Nəinki təkcə kimyəvi terminləri, hətta Razi kitabının məcmuəsini Cabirin adıyla əlaqələndirmişdir. Razinin kimya üzrə yazdığı əsərlərinin bir neçə mətnləri Cabirin nəzəriyyəsi ünvanında tanınmışdır. Azacıq dəyişiklik olsa belə, bu əsərlərin əsli Cabirin ünvanına qayıdır. Bu vəziyyət filosofların diqqətini özünə cəlb etmiş və onlar üçün mühüm əhəmiyyət kəsb etmişdir. Hətta Razinin mühüm elmi xidmətlərindən hesab olunan bitki tərkibli dərmanların sıralanma cədvəli Cabirin «İstaqsul-əs»kitabının davamıdır.

Cabirlə Razinin əsərlərinin bu cür bir-birinə oxşar cəhətləri barəsində yalnız belə bir sual meydana gəlir ki, alimlər hansı səbəbə görə Razinin kitabını elm tarixində ilk kimya elmi kitabı hesab etmişlər? Razinin kimya elmi ilə bağlı bəzi əsərləri qalmışdır ki, o əsərlər («Əl mudxəlul-təəlimi»)kimya elminin açarı ünvanında tanınmışdır. Xüsusilə, onun«Sirrul-əsrar» kitabı Qərb ölkələrində «Liber Secretorum Bubacaris» adı ilə şöhrət tapmışdır. Bütün bu əsərlərdə keyfiyyət barəsində təsvir və izahlar müxtəlif şəkildə bəhs olunur və bu da yeni kimya elmində asan mətləblərlə qeyd olunmuşdur.

Xüsusilə,«Sirrul-əsrar»dafilizlərin camadi maddələrin və onların bölümləri, kimyəvi prosesləri və kimyəvi alətləri, müxtəlif cövhərləri izah etmiş, onların keyfiyyət və xüsusiyyətlərini bəyan etmişdir. 

 

Cabirin barəsində tanınmış alimlərin fikirləri

 

Məşhur Fransız tarixçisi M. Berthelotun onun haqqında düşüncələri belədir: «Aristotelin məntiq elmində məqamı necədirsə, Cabir İbn Həyyanın da kimya elmindəki məqamı o cürdür. Aristotel məntiqin banisi və ustadı qəbul edildiyi kimi, Cabirdə kimyanın banisi və böyük ustadıdır».

Julius Ruska Latın kimyasının təməllərini yunanca deyil, ərəbcə orijinal əsərlərdən tərcümə etdiyini qeyd edib.

Cabirin «Allah bizə fiziki qanunlar vermişdir.Həmçinin bəşərə elə bir qabiliyyət bəxş etmişdir ki, bəşər kainatdakı bir çox sirrləri öyrənməyə qadirdir» bu sözü əksər yaradıcı alimlərin dilində şüar olub.

İbn Nədim Cabirin fəaliyyətlərini belə təsnif edir: «Göy üzü, yerkürəsi, ay, günəş, daşlar, duzlar, mürəkkəb, heyvanlar, bitkilər, gizli minerallar, qırmızı boya, mayalanmış mayelər, daxili emulqatorlar, xarici emulqatorlar, civə, yumurtalar, qan, idrar, mayalanmış mayelərin qalıqları, mürəkkəb, cövhərlər (qiymətli daşlar), boyalar, ətirlər, palçıq, yaradılışın ünsürləri, mükəmməllik, İlahi təkliyin həqiqəti, ər-rükn, izahlar, nizam, işıq, ağıl (zəka) üzərində təməl qurma, zamanın dəyəri, çoşan dəniz, ağılı müdafiə etmək və mücərrədlər (qeyri-cismani mənada). Cabir bu sadalanan bəhslərə aydınlıq gətirmiş və əsərlər yazmışdır».

Alimdən sonra gələn elm adamları da onu modern kimya qurucusu olaraq qəbul etmişlər. İslam aləmində isə Əbu Bəkr Razi, İbn Sina, Məsləmə Əl-Macriti, Fərabi və bir çox alimlər onun əsərləri ilə yetişib, bir növ Cabirin əsərlərinin davamı kimi təsniflər yazmışlar. Cabir İbn Həyyankimya elmi ilə yanaşı, tibb, astronomiya, məntiq,  fəlsəfə,  fizika və mekanika kimi sahələrdə də çalışaraq dəyərli əsərlərini irs qoymuşdur. Belə ki bu sahədə olan əsərləriİslam mədrəsələrində tədris olunmuşdur.

 

Cabir və Əqaid

 

Hər bir canlı hətta insan belə təbiət qüvvələrinə təsir edə bilər və ondan təsirlənə bilər. Təbiət də digər yaradıcı qüvvə kimi, yaradan vaxtı kəmiyyət və keyfiyyət qanununa tabe olur ki, onun rəmzi də maddələrin sıra sayı nəzəriyyəsi kəşf edilir. Mövcudat və cisimlərin yaranmasında təbiətin üsulunu təqlid etmək və zərurət yarandıqda hətta onların islah edilməsi belə ən azından nəzəri şəkildə mümkündür. Amma maddələrin yaranması mövzusunda 5 əsas mərhələyə üstünlük verilir:

I mərhələ – kəmiyyətlə keyfiyyət və zamanla məkan bir-birilə uyğun olduqda ünsürlər ani olaraq maddənin daxilində yaranmış olur.

II mərhələ – kəmiyyətlə keyfiyyət və zamanla məkan təzad təşkil etdikdə ünsürlər maddənin daxilində mərhələ-mərhələ yaranırlar.

III mərhələ – kəmiyyətlə keyfiyyət uyğun gəldikdə zamanla məkan isə təzad təşkil etdikdə ünsürlər ani olaraq maddədə meydana gəlir.

IV mərhələ – kəmiyyətlə keyfiyyət bir-biri ilə düz gəlmədikdə, zamanla məkan uyğun gəldikdə isə ünsürlər yenə də ani olaraq maddədə meydana gəlir.

V mərhələ – kəmiyyətlə keyfiyyət bir-birilə düz gəlmədikdə zamanla məkan isə bir-biri ilə uyğun gəldikdə ünsürlər maddədə mərhələ-mərhələ öz yerlərini alırlar.

Xaliqlə məxluqun yaratmasının fərqi budur ki, İlahi yaradarkən ünsürlər birdəfəlik və ani olaraq maddədə meydana gəlirlər. Halbuki, insan yaradarkən ünsürlər mərhələ-mərhələ və tədrici olaraq maddəyə aid olurlar. Buna görə də deyilən bu 5 mərhələlərdən I, III və IV mərhələlər bütün aləmlərin Pərvərdigarına aid olurlar. II və V mərhələlər isə maddələrin süni yaradılış üsuluna aiddir. Maddələrin süni yaradılışı III mərhələdə mədən, bitki və canlıya aid olan sahələrdə mümkündür. Beləliklə, bəşər övladı indiyə qədər təbiətdə mövcud olmayan maddələri, bitkiləri və canlıları yaratmaq qüdrətinə malikdir.

İnsan uca Allah tərəfindən yaradılmışdır. Allah-taala Qurani-Kərimdə buyurmuşdur ki, insan yer üzərində Allahın xəlifəsidir. Buna görə də Öz yaratdığına afərin «Əhsən» – demişdir. Digər tərəfdən dəinsanın malik olduğu şüur Allahın müqəddəs zatı tərəfindən ona əmanət olaraq verilmişsə, deməli, bil-qüvvə olaraq təbiətdə, öz ətrafında və digər canlı varlıqlar barəsində təfəkkürə dalmağa və onların yaradılış sirrini kəşf etməyə qadirdir. Allahın onun vücuduna əmanət olaraq verdiyi qüdrətlər çərçivəsində bir sıra xüsusi halları da yaratmaq qüdrətinə malik ola bilər. İnsan yalnız o halda yaradılış haqqında söhbət aça bilər ki, mövcudatın yaradılması mərhələ-mərhələ təşkil tapmış olsun. Amma bunu da bilmək lazımdır ki, qəfil və ani olaraq mövcudatın yaradılması yalnız və yalnız böyük Allahın müqəddəs zatının qüdrəti çərçivəsindədir. Heç vaxt və heç bir bəşər övladı bu işlə məşğul ola bilməz. Çünki bəşər övladı aşağı aləmə aid edilib. İnsanda böyük aləmin əlamətləri olduğu üçün bu əlamətlərdən istifadə etməklə və dünyaya aid məsələlərdə düşünüb onun hikmətindən yararlanmaqla aşağı aləmin sərhədlərini aşaraq böyük aləmə qədəm qoya bilər.

Cabirin bu qədər elmə sahib olması hər kəsdə təəcüb doğurur ki, bir insan eyni zamanda bu qədər elmi, gücü haradan almışdır. Əsl həqiqət isə budur ki, onun müxtəlif elmlərdə inkişaf etməsində İmam Sadiqin (ə) böyük rolu olmuşdur. Cabir və onun simasında olan bütün alimlər müsəlmanların fəxridir.

www.tahoor.com elmi araşdırmalar mərkəzi

                                                                                  İlahiyyatçı, islamşünas: Sara Zahidqızı

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 185, 

Dostların veb səhifələri

2221565
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2560
8717
15622
2056777
87895
131995
2221565

sizin IP ünvanınız: 54.161.116.225
2018-10-17 17:56

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!