Gizli Xəzinələr

Əbu Reyhan Biruni

 
(2 votes)

 

Əbu Reyhan Biruni

 

İslam dininin məktəbi nəfis inci xəzinələrdən olan və ardıcıllarının vasitəsi ilə qorunub saxlanılan mədəni-maarif mirası, elmin müxtəlif yönlərində olan hərtərəfli bir məktəbdir. Bu məktəb qeyd olunan zülal çeşməsindən mümkün qədər su içməyə qabiliyyəti olan istedadlı insanları tərbiyə etmiş, İslam ümmətinə bu məktəbin yolunu gedən böyük alimlər və dahi şəxsiyyətlər təqdim etmişdir. Həmçinin, cəmiyyəti təbiət elmlərinin sirlərindən agah etmək üçün bu məktəb alimlərinin, yaxud bu şərəfli məktəbin ardıcılı olmaq və Allahın nemət verdiyi şəxslərin yazdığı müasir zəngin elm və mərifət xəzinəsini onlara təqdim etmək üçün böyük bir mərhələni qarşıya qoymuşlar. Bundan əlavə, qədim müsəlman alimlərinin də yazdığı nəfis əsərlər zəmanənin elm ardıcılları üçün bir hədiyyə olmuş, bəşərin əqli səviyyəsinin yüksələrək təkamülə çatdığı, ruhun çox sürətlə inkişaf etdiyi bir əsrdə bütün dünyaya təqdim etmək istədiyi həqiqətlərə yol açmışdır. Dəyərli əsərləri və çeşidli ixtiraları ilə dünyada tanınan növbəti bir müsəlman alimi xarəzimli Əbu Reyhan Birunidir.

 

Əbu Reyhan Biruni

 

Əbu Reyhan Muhəmməd ibn Əhməd Biruni əl-Xarəzmi tarix, etnoqrafiya, coğrafiya, fizika, mineralogiya və digər sahələrə aid 150-dən çox əsərin müəllifi kimi tanınmışdır. Biruninin bizim dövrümüzə çatmış iri həcmli əsəri keçmiş nəsillərdən qalan izlər xronologiyasıdır. Biruni hicri qəməri ilinin 361-ci ilində zilqədə ayının 29-da (miladi təqvimlə 5 sentyabr 973-cü il) qədim Samanilər sülaləsinin hakimiyyəti hüdudlarına bağlı Xarəzmdə doğulmuşdur (Başqa bir məlumata görə Qəznədə anadan olmuşdur). Onun anadan olduğu kənd çox kiçik olduğu üçün «Birun» adlandırılmışdır. Ölümü səlcuqların inqilabının ilkin mərhələsində Qəznədə və Məsud ibn Mahmud Qəznəvinin zamanında olmuşdur. (Hicri qəməri 440-cı il, camədius-sani 27, miladi ili 1048-ci il, 18 dekabr)

Biruni dəqiq və çoxlu mütaliələri nəticəsində öz hədəfinə çatmışdır. Öz dövründə nəzərlərinə tam aydınlıq gətirmək üçün Aristotelin fəlsəfəsinə etiqad bəsləmişdir. Biruninin əsərləri bütün dövrlərdə istifadə olunmuş, o cümlədən bir çox ölkələrin universitetlərində, kitabxanalarında onun elmi əsərləri «Ustad Cavid» adı ilə məşhurdur.

 

Astronomiya

 

Tarixdə ilk astonomiya ensiklopediyasını Biruni yaratmışdır. Yer kürəsinin öz oxu ətrafında və günəş ətrafında fırlanmasını Biruni Kopernikdən 500 il əvvəl elmi yolla sübuta yetirmişdir. Kopernikin əsərinin meydana çıxmasından əvvəl yaranan bu ideyanın inkvizisiya dövrünün düşüncəsinə görə qərb dünyası qəbul etməmiş və bu ideyaya tərəfdar çıxanlar əzab-əziyyətlərə məruz qalmışlar. Bütün bunlara baxmayaraq, qərb aləmi yüzilliklər ərzində Biruninin kəşflərindən, onun ideyalarından, ümumiyyətlə, müsəlman alimlərinin elmə gətirdikləri yeniliklərdən istifadə etmək məcburiyyətində qalmışlar. Məhz buna görədir ki, keçən əsrin ikinci yarısında Ayda görünən kraterlərdən birinə Biruninin adı verilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Ay xəritəsində daha iki müsəlman aliminin Nəsrəddin Tusi və Uluq bəyin adları da vardır.

 

Biruninin dövründə hakimiyyət

 

Biruninin zamanında Samanilər hakimiyyəti qüvvədə idi. Samani hökuməti İranın şimal-şərqi, o cümlədən Xorasan, Xarəzm, Mazandaran və s. İranın Bağdada qədər olan dgər məntəqələrini əhatə edirdi. İranın cənub hissəsində (hal-hazırkı Əfqanıstanın cənub və mərkəzi hissəsi) yerləşən məntəqələrdə Qəznəvilər hakimiyyətdə idilər. onların hamısı elmə və fars ədəbiyyatına xüsusi təşviq göctərmişlər. Samanilər bu işə başqalarından daha çox səy etmişlər.

Biruni Xarəzm padşahı Əbu Nəsir Mənsurun yanında elmi təhsillə məşğul olmuş və gənc çağlarından ömrünün sonuna qədər tədqiqatlar aparmışdır. Qəznəli Mahmud Hindistanı özünə tabe etdikdən sonra Biruni ora getmiş və elmlə məşğul olmuşdur. Biruni elmi araşdırmaları nəticəsində həndəsə, triqonometriya, astronomiya, hətta tibb sahəsində də fəaliyyət göstərirdi. Biruninin də özəl kəşfləri az deyildi. O, metalların xüsusi çəkilərini özünəməxsus üsullarla ölçmüşdür. Lakin onun ən böyük nailiyyəti astronomiya sahəsində olmuşdur. Belə ki yaratdığı teleskopun diametri o zaman üçün ağlagəlməz ölçüdə 7,5 m olmuşdur.

 

Kitabları və fəaliyyətləri

 

Biruninin əsərləri əsasən, yunan, ərəb və hind dilində yazılmışdır. Onun sayı 146-dan artıq olan bir çox kitab və əlyazmaları mövcuddur ki, ümumilikdə sətirlərininn sayı on üç mindir. Onun mühüm əsərlərini astronomiya və riyaziyyat sahəsində yazmışdır.

«Kitabu təhqiq malul hind»– bu kitabın mövzusu Hindistanın tarixi, coğrafiyası, adət-ənənələri, məzhəbi və ictimai vəziyyəti barədədir.

«Kitabus-Saydani» – bu kitab əsasən, kimya, tibb və dərman xarakterli bitkilərdən bəhs edir. Həmçinin bitkilərin özəl xüsusiyyətləri və onlardan dərman hazırlama üsullarını tibb elminə ithaf etmişdir.

«Qanuni Məsud» – astronomiya və bürclər haqqında on bir hissədən ibarət bir kitabdır.

«Əl-cəmahir fi mərufətil cəvahir» – Biruni bu kitabı Əbülfəth Modud ibn Məsudun adına yazmış və bu kitab əsasən,mədən maddələri, xüsusilə müxtəlif cövhərlərlə bağlı mövzularla tanınmışdır. Əbu Reyhan bu kitabda filizləri araşdıraraq öz nəzərlərini yazmışdır. Həmçinin o, Ərəstu, İshaq əl-Kindi kimi böyük alimlərində əlyazmalarını və nəzərlərini bu kitabda mədən maddələrinin üç yüz növünü qeyd etmişdir.O, bu kitabda Afrika, Avropa və Asiya qitələrindəki filiz və cövhərlər haqqında şərh vermişdir. Fiziki xüsusiyyətlərdən – iy, rəng, yumşaqlıq və codluq kimi –təxminən üç yüz növ mədən və digər maddələr haqqında da şərh yazmışdır. Bu barədə İslam və yunan alimlərinin nəzərlərini bu kitabda vurğulamışdır.

«Ət-təfhimul əvail sinəətu ət-təncim»– bu kitabda nücum elmi haqqındadır və fars dilində yazılmışdır. Bir neçə əsr müddətində riyaziyyat və nücum dərsliyi üçün təlim edilmişdir.

«Asarul bəqiyəti ənil qurunil xaliyə» (Keçmiş qərindən olan əsrlər) – Əbu Reyhan bu kitabda müxtəlif qövmlərin tarix və zamanını axtarış edərək bəhs etmişdir. O cümlədən bu qövmlərdən – iranlılar, yunanlar, yəhudilər, məsihilər cahiliyyət dövrünün ərəblər və ya müsəlman adı ilə tanınmış ərəblərin hər birinin öz ənənəvibayramlarından təfsilatı ilə söz açmışdır. Bunu dinlərin tarixi kitabı da hesab etmək olar.

Biruni 63 yaşında ikəndostuna yazdığı bir məktubdaböyüklü-kiçikli 180 kitabının siyahısınıona təqdim etmişdir, amma çox təəssüf ki, bunlardan 22 ədədigünümüzəqədər gələ bilmişdir.Hal-hazırda sadəcə adları qeyd olunan əsərlər bunlardır;

1)Tarih-ul-Hind,

2)Kitabu Hisab-il-Müsəlsəlat,

3)Məkalidu İlm-il-Həy'ə,

4)İstihvac-il Əvtan,

5)Kitabu Kurriyət-is-Səma,

6) Ruyət-il-Əhillə,

7)Kitab-ul-Amal bil-Usturlab,

8)Turuk-ul-Hisab,

9)Akl-in-Nəvi,

10)Usul-ir-Rasmi ələ Sath-il-Kurra,

Biruni öz elmi kitabını hakim Sultan Məsud Qəznəvinin adı ilə yazmışdır. Amma Sultan Məsudun ona hədiyyə verdiyi üç dəvə və gümüş sikkəni qəbul etmədi və ona bir məktubda yazdı ki, o, bu kitabı elmin inkişaf etməsi və yayılması üçün yazmışdır və bu xidməti pula görə etməmişdir. Həmçinin Biruni İbn Sinanın dövründə olub, İsfahanda onunla birlikdə fikir mübadiləsi yaratmış və nəzərlərini müzakirə etmişlər.

Biruni Mahmud Qəznəvinin hərbi yürüşü zamanı ora getmək imkanını tapdı və hind dilini öyrəndi. Həmçinin orada fəaliyyətdə olduğu vaxtda «Hindşenasi» adlı bir kitab yazdı.

Biruni əlindən qələm düşməyən, gözü kitabdan ayrılmayan, qəlbi iman dolu dahi bir şəxs idi.Onun təbiət elmlərinə olan marağıkainatın Yaradıcısına sonsuz məhəbbətindən qaynaqlanır. İlahi kəlamı anlamaq üçün Quran ayələrini diqqətlə oxuyar, əsərlərində çox vaxt ayələrə baş vurarvə onların müxtəlif elmlərlə olan əlaqəsini açıqlayardı. Quranın bəlağət və ecazını dəfələrlə elmi nəzərlərində əks etdirirdi. Elmi əsaslara söykənərəktəcrübə yolu ilə isbat etməşərtini ilk dəfə o irəli sürmüşdür.Elmi ilə dinə xidmət etməkdən zövq alardı.

Qəznədə riyazi hesablama üsulu ilə qibləni tam olaraq təyin etməsi gördüyü savab işlərdəndir. Ayın, günəşin və dünyanın hərəkəti, günəş tutulma zamanıbaş verə biləcək hadisələr barəsində verdiyi elmi nəzərləri sonrakı əsrlərdə də uyğun nəticələr əldə etdi.Biruni üçün elmi araşdırma fitri bir arzu, təbii bir ehtiyacdərəcəsindəydi. Həyatının sonuna qədər elm təşnəsindən doymadı. Biruni ömrünün son günlərini yaşayarkən yaxın bir alim dostu ona baş çəkməyə gəldiyi vaxt sakitcə alim dostundan elmi bir sual etdi və dostu gülümsəyərək təəccüblə Biruniyə dedi: «Hətta bu halında da elm sorağındasan?!»

Cavabında Peyğəmbərin (s) bu hədisini zümzümə etdi: «Beşikdən qəbrə qədər elm öyrənin».

Peyğəmbər (s) buyurur: «Elm Çində olsa belə, arxasınca gedin".

Peyğəmbər (s) buyurur: «Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir».

 

Tahur – elmi araşdırma saytı

İlahiyyatçı, Sara Zahidqızı   

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 5537, 

Dostların veb səhifələri

15659905
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
33
8276
8309
15493342
135044
160067
15659905

sizin IP ünvanınız: 3.143.7.112
2024-12-23 00:08

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!